Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə165/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   161   162   163   164   165   166   167   168   ...   176

 
344 
Ömrünün  50-ci  baharını  arxada  qoyan  Abid  müəllim  uzun  illər  mühacirət 
mövzusu  ilə  məşğul  olmuş  və  sözügedən  monoqrafiya  da  onun  doktorluq  işinin 
mövzusudur.  İnanırıq  ki,  Abid  Tahirli  gələcəkdə  Azərbaycan  mühacirlərinin 
həyatına, fəaliyyətinə dair daha geniş tədqiqat işləri aparacaq, dünyaya səpələnmiş 
milli-mənəvi dəyərlərimizin ruhən Vətənə dönməsinə xidmət edəcəkdir. 
 
 
 
 
 
 
 
 
 
Mətanət AĞAYEVA 
 
 
 
 
 
 
 
 
       «Xalq qəzeti» 
 
 
 
 
 
 
 
 
      29 yanvar 2006 
 
 
 
VətəndaĢ ömrü, mühacir ömrü 
 
Abid Tahirlinin ad gününə 
 
 
Yaz ağzıydı, lap indiki kimi. Qəbələnin qışdan oyanış vaxtıydı. Erkən gələn 
baharın isti nəfəsi hər yerdə duyulurdu. Nohurqışlaqda elə bil daş da çiçəkləmişdi, 
yarpız,  quşəppəyi,  cin-cilim,  kəkotu  rənginə  boyanmışdı.  Düz-dünya  növbəti 
yazını  yaşamağa  başlamışdı.  «Abid,  indi  bildim,  həftə  səkkiz,  mən  doqquz,  niyə 
kəndə üz tutursan. Həqiqətən əsl yaşamalı yerdi. Bu yaşıla bürünmüş düzəngah da, 
Qoşa qayanın arasından dil kimi uzanan çəhrayı duman da, narıncıya çalan qayalıq 
da,  ətrafdakı  təbii  göllər  də,  məxmər  çəmənliklər  də,  sıx  bitmiş  pöhrəlik  də.  Bizi 
isladan,  torpağın  köksünü  tərpədən  bu  yağışın  da  ləzzəti  özgədi».  Bu  sözləri 
ehmalca  Abidin  qulağına  pıçıldadım  və  dədə-baba  ocağına  –  Nohurqışlaqdakı 
həyətlərində  armud  ağacının  altına  qısıldıq.  Armud  ağacı,  mən  və  Abid  Tahirli 
dərdləşdik,  dünyanın  bircə  yaz  gününü  Nohurqışlaqda  heç  bir  naz-nemətə 
dəyişmədik… 
«Bu  şabalıdı  babam  əkib,  cevizi  atam.  Palıd  yəqin  öz-özünə  bitib,  heyva 
ağacları da eləcə, alça kolları o qədər sıxdı, maşallah, aralarından su keçmir. Çox 
təəssüf ki, insan hərisliklə yalnız ağac-uğacın meyvəsinə «aşiq»di, di gəl, meşənin 
pıçıltısını eşitmək istəyən yoxdu, cökənin ətriyyatını ciyərinə çəkən yoxdu, vələsin, 
cevizin nəğməsinə hayıl-mayıl olan yoxdu» - dedin Abid və həmin anda bir filosof 
təsiri  bağışladın…  «Həftədə  bir  dəfə  çatdırmayanda,  iki  həftədən  bir  özümü 
Nohurqışlağa yetirirəm. Mən burdan təmizlik, saflıq götürürəm. Bir içim su mənim 
üçün tükənməz  enerji  mənbəyidir.  Bir  də  axı uşaqlar dədə-baba  yurdlarını  görür, 
oda-ocağa bağlanırlar» - sakit-sakit söylədiklərinə əlavə elədin. 
Aradan  6-7  il  ötüb,  bəlkə  də  heç  nə  mənim  sənin  qulağına  astaca 
pıçıldamağım,  nə  sənin  o  zaman  heyran-heyran  söylədiklərin  yadından  çıxıb. 
Ancaq yenə yazdı, şair demişkən, «bu yaz özgə yazdı», bu yaz həm də sənin ömür 
baharına  50  rəqəmi  yazdı!  Qorxursan  50-dən?  Qorxma,  qardaş!  Əllini  ötmək 
xoşbəxtlikdi,  keçən  il  bu  bəxtəvərlik  mənə  nəsib  oldu  və  mən  ustufca  çevrilib 
arxaya baxdım, gördüm, bu yuvarlaq rəqəm elə bütöv ömrün yaz müjdəçisidi! Bir 


 
345 
də  zor-xoş  qapıya  gələni  qovmazlar  ki,  nə  olsun,  gəlişi  azca  gözlənilməzdir. 
Bineyi-qədimdən dünyanın gərdişi və vərdişi belədir, qardaş! 
 
Ağır günün dostu olduq 
 
XX  əsr,  doxsanıncı  illərin  başlanğıcı…  Qarabağ  uğrunda  ölüm-dirim 
mücadiləsi,  üstəgəl,  can  verən  sovet  faşizminin  Bakıda  törətdiyi  «20  Yanvar» 
faciəsi…  Deyirlər, dərd  adamları birləşdirir, yaxınlaşdırır. Özü  də  özgə dərd  yox, 
doğma dərd, doğma nisgil. 
 
İçimdə bir sarımtıl 
çiçək kimi açdı dərd. 
Gördüm ana döşündən 
süd əmməyib, açdı dərd. 
 
O  ağır  günlərdə  tez-tez  görüşdük,  əlimiz  qardaş  harayına  çatmayanda, 
ünümüz  Qarabağ  müharibəsinə  yetməyəndə,  bir-birimizə  həyan  durduq,  millətin 
qəlbinin  içindən  tikan  çıxaran  məqalələr  yazdıq,  çap  etdirdik.  Sən  o  zaman 
«Vətən»  cəmiyyətində  –  «Odlar  yurdu»  qəzeti  redaksiyasında  qələminlə  külüng 
çalırdın!  Çünki  o  zamankı  senzorlu  sovet  mətbuatı  cümlələrimizi  kəsib-doğrayır, 
sətiraltı  sözləri  pozur,  namusla-qeyrətlə  qələmə  alınan  mətnlərin  başına  it  oyunu 
açırdı. İki  əlifbalı «Odlar yurdu» nisbətən sərbəst idi. Və o da  yadımdadı ki, sən 
hərdən  Avropa  ölkələrinə  «Vətən»  cəmiyyətinin  xəttilə  səyahətə  çıxırdın, 
yurddaşlarımızla  ilk  ünsiyyət  tellərini  qururdun,  yad  məmləkətlərə  Azərbaycan 
həqiqətlərini çatdırırdın: daha bəziləri kimi «həm ziyarət, həm ticarət» deyib, pal-
paltar,  zər-ziba  axtarmırdın,  küçələrə  düşmürdün,  tacir  dükanlarını  ələk-vələk 
etmirdin… 
Və  bir  gün  Vaqif  Bəhmənli  ilə  sən  təklif  etdiniz  ki,  gəlib  mən  də  «Odlar 
yurdu»  qəzetində  çalışım  (o  zaman  Vaqif  qəzetinin  baş  redaktoruydu).  Eyni 
kollektivin  üzvü  olduq.  Hər  gün  yazdıq-pozduq,  qəzetin  səviyyəsini  qaldırdıq, 
xalqımızın  böhranlı  günlərinə  acıdıq,  milli  dirçəlişin,  oyanışın  təravətindən  zövq 
aldıq,  cəbhədən  gələn  qara  xəbərlər  isə  qəlbimizi  qana  döndərdi,  kefimizə  soğan 
doğradı. 
Budur,  Xocalı  soyqırımı.  Sənin  kabinetində  büzüşüb  için-için  ağladığını 
gördüm,  mən  də  hönkürdüm.  Bizim  göz  yaşımız  «Vətən»in  dörd  divarına  və 
döşəməyə  hopdu,  çünki  Vətənin bir  parçası tar-mar  edilmiş,  evlər  bayquş ulayan 
xarabazara  çevrilmiş,  adamlar  bütünlüklə  qırılmışdı.  Bu  dərd  bizi  bir  köynək  də 
doğmalaşdırdı,  axı  həmin  axşam  göz  yaşlarımız  da  birləşdi,  eyniləşdi,  bir-birinə 
qovuşan axar sular kimi. 
 
Və sonra şair demişkən «qonşu olduq bu dünyada» 
 
Görünür insanın iradəsindən asılı olmayan elə zəruri qanunauyğunluqlar var, 
mütləq baş verir. Bakının, Yeni Yasamal yaşayış sahəsində hər ikimiz eyni binada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə