Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   91   92   93   94   95   96   97   98   ...   176

 
194 
zamanda SSRİ-dən kənarda – Türkiyə, ABŞ, Fransa, Almaniya, Polşa və sair kimi 
ölkələrdə Azərbaycan Xalq Cümhuriyyəti barədə kifayət qədər yazılmışdır. 
 
Xaricdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında ilk sanballı əsərlər Versal 
(Paris)  sülh  konfransında  iştirak  etmək  üçün  Fransaya  göndərilən  nümayəndə 
heyəti  tərəfindən  nəşr  edilmişdir.  Əlimərdan  bəy  Topçubaşov,  Məmməd  Həsən 
Hacınski,  Əkbər  Ağa  Şeyxülislamov,  Mir  Yaqub  Mehdiyev,  Məmməd 
Məhərrəmov,  Əhməd  bəy  Ağayev,  Ceyhun  bəy  Hacıbəylinin  və  sonradan  heyətə 
qatılan  A.Atamalıbəyov  və  Ə.Qafarovun  da  daxil  olduğu  nümayəndə  heyətinin 
Parisə yetişən üzvləri (Ə.Ağayev yolda ingilislər tərəfindən həbs olunaraq Maltaya 
sürgün  edilmişdir)  böyük  həvəslə  Fransanın  paytaxtında  kitab  və  bülletenlər  çap 
etməyə  başladılar.  Fransız  və  ingilis  dillərində  nəşr  edilmiş  “Qafqaz  Azərbaycanı 
Respublikası”,  “Qafqaz  Azərbaycanı  Respublikasının  sülh  konfransına 
memorandumu”  kimi  materiallarda  Azərbaycan  Xalq  Cümhuriyyəti  haqqında 
dolğun  məlumatlar  öz  əksini  tapmışdır.    C.Hacıbəylinin  həmin  vaxtlar  Parisin 
nüfuzlu  jurnallarından  birində  çap  etdirdiyi  “İlk  müsəlman  respublikası  
Azərbaycan”  adlı  məqaləsi  də  bu  mənada  böyük  maraq  doğurur.  Yeri  gəlmişkən 
qeyd edək ki, hələ bundan bir qədər əvvəl – 1918-ci ilin noyabr ayında Azərbaycan 
Xalq 
Cümhuriyyətinin  xarici  işlər  naziri  Ə.Topçubaşovun  İstanbulda 
“Azərbaycanın təşəkkülü” kitabı çapdan çıxmışdır.  
 
Qırmızı  terrordan,  təqib  və  təzyiqlərdən  qurtulan  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  bir  sıra  liderləri  20-ci  illərin  əvvəllərindən  qürbətdə  xalqın 
azadlığı  uğrunda  fəal  ideoloji  mübarizəyə  başlamışdılar.  Bu  mənada  İstanbulda 
nəşr edilən “Yeni Qafqasya” (1922-1929), “Azəri-türk” (1927-1929), “Odlu yurd” 
(1929-1931),  “Azərbaycan  yurd  birgisi”  (1932),  Berlində  azərbaycan  və  alman 
dillərində  buraxılan  “İstiqlal”  (1932-1934),  “Qurtuluş”  (1935-1939),  Parisdə 
fransızca çıxan “Promotey” (1929-1938), rus dilində nəşr olunan “Qafqaz” (1932-
1938)  kimi  qəzet  və  jurnallarda,  habelə  İkinci  Dünya  müharibəsindən  sonra 
Ankarada 
buraxılan  “Azərbaycan”,  “Mücahid”,  Münhendə  çap  edilən 
“Azərbaycan”  kimi  nəşrlərdə  də  mühacir  müəlliflər  28  May  və  onunla  əsası 
qoyulan  Şərqin  ilk  demokratik  dövləti  olan  Azərbaycan  Xalq  Cümhuriyyəti 
haqqında fəxarətlə, eyni zamanda dərin kədər və qüssə ilə söz açmışlar. 
 
Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Məmməd Əli Rəsul-
zadə,  Ceyhun  bəy  Hacıbəyli,  Mustafa  bəy  Vəkilov,  Əkbər  Ağa  Şeyxülislamov, 
Xəlil  bəy  Xasməmmədov,  Əlimərdan  bəy  Topçubaşov,  Şəfi  bəy  Rüstəmbəyov 
kimi xadimlər Türkiyə, Polşa, Fransa və Almaniyada buraxılan mühacir nəşrlərdə 
Azərbaycan istiqlal tarixinin ən şanlı səhifəsi olan və əsası 1918-ci ilin 28 mayında 
qoyulan  Azərbaycan  Xalq  Cümhuriyyəti  haqqında  faydalı  əsərlər  çap  etdirmişlər. 
Ümm-ül-Banu,  Yusif  Vəzir  Çəmənzəminli,  Əhməd  bəy  Ağayev,  Əli  bəy 
Hüseyzadə,  Əhməd  Cəfəroğlu,  Hüseyn  Baykara,  Almas  İldırım,  Kərim  Yaycılı, 
Gültəkin,  Alazan  Baycan,  Əhməd  Qaraca,  Həmid  Dönməz,  Süleyman  Təkinər, 
Kərim  Odər,  Mustafa  Türkəqul,  Əbdülvahab  Yurdsevər,  Məcid  Musazadə və  sair 
kimi    qələm  sahibləri  xaricdə  Azərbaycan  ədəbiyyatı,  tarixi,  mədəniyyəti 
xəzinəsinə qiymətli töfhələr verirdilər. 


 
195 
 
Ankaradakı Azərbaycan Kültür dərnəyinin orqanı olan “Azərbaycan” jurnalı 
özünün  1952-ci  il  1  may  tarixli  2-ci  nömrəsində  yazırdı:  “28  May  Azərbaycanı 
milli  müstəqil  kültürə,  milli  məktəbə,  milli  iqtisadiyyata,  insan  haqlarına  və  milli 
orduya  qovuşdurmuşdur”  (“Ayın  təqvimi”  məqaləsindən).  Jurnalın  “28  May 
Azərbaycanın istiqlal günüdür” (1 iyun 1952-ci il, №3) adlı məqaləsində bu tarixi 
gün  –  Milli  Azərbaycan  bayramı  münasibətilə  Azərbaycan  kültür  dərnəyinin 
Ankarada  keçirdiyi  böyük  tədbir  barədə  ətraflı  məlumat  verilir.  “Azərbaycan” 
jurnalının (Ankara) 1953-cü il tarixli 2-ci nömrəsində dərc olunmuş “Türkün nəşə 
və  zəfər  ayı”  adlı  məqaləsində  də  28  May  müqəddəs  gün  kimi  anılır,  bu  qutsal 
yolun yolçuları – şəhidləri və mücahidləri sayqı ilə yad edilir. 
 
Münhendə  nəşr  olunan    “Azərbaycan”  jurnalı  1952-ci  il  tarixli  2-ci 
nömrəsində  dərc  etdiyi  Ceyhun  Hacıbəylinin  “28  May  hissiyatı”  və  Əkbər  Ağa 
Şeyxülislamovun  “Azərbaycan  necə  quruldu”  (məqalə  Parisdə  rus  dilində  çıxan 
“Azərbaycan”  və  Ankarada  nəşr  olunan  “Mücahid”  jurnallarında  da  dərc 
edilmişdir)  adlı  məqalələrində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixinə  nəzər 
salınır, onun əhəmiyyətindən bəhs olunur və xalqın yenidən istiqlala qovuşacağına 
ümid edilir. “Baharın ən gözəl ayı may Tiflisdə daha da qüvvətli bir surətdə insana 
təbiətin  oyanmasını  və  yeni  bir  ömrə  hazırlaşmasını  göstərir.  Parlayan  günəş, 
buludsuz  göy,  hər  tərəfdən  sizi  səssiz  yaşamağa  dəvət  edib,  bütün  Qafqazı  sizə 
bəxşedər  kimidir.  Bu  nemətdən  istifadə  edə  bilməniz  üçün  hər  şey  əmrinizə 
hazırdır”.  Belə  bir  təsvirlə  başlayan  “Azərbaycan  necə  quruldu”  adlı  məqalədə 
Tiflisdə  26  maydan  sonra  cərəyan  edən  hadisələr,  Qafqaz  seyminin dağılması,  üç 
müstəqil  dövlətin  yaradıldığının  elan  edilməsi  təfərrüatı  ilə  qeyd  olunur.  “Tarixi 
qiyməti  yalnız  Azərbaycan  milləti  üçün  deyil,  eyni  zamanda  bütün  islam  aləmi 
üçün  də  əhəmiyyətli  olan  bu  gün  ilk  dəfə  bir  cümhuriyyət  elan  edilməkdədir. 
Həsən  bəy  Ağaoğlu  məclisi  açdı.  Anlaşma  indi  bütün  üzvlər  arasında  tamamdır. 
Rəy  vermək  hər  üzvün  vəzifəsidir.  Bitərəf  qalmaq  istəyənlər  lütfən  məclisi  tərk 
etsinlər.  Heç  kim  yerindən  tərpənmir.  Həsən  bəy  Azərbaycanın  “müstəqil  və  hür 
bir  dövlət  olmasını”  rəyə  qoyur.  Katib  Mustafa  Mahmudi  isimləri  oxuduqca  hər 
üzv “razıyam” cavabını verir. Hər kəsin üzü nəşəli və məmnun kimi görünür. Sədr 
Həsən bəy qalxaraq bütün üzvlərə:  
-  Bu  saatdan,  yəni  saat  8
10
  dəqiqədən  Azərbaycanın  istiqlaliyyəti  Milli 
Azərbaycan Şurası tərəfindən qəbul edilmişdir- deyir. 
Gözü yaşlı Milli Şura üzvləri bir-birlərinin əllərini sıxırlar”. 
Məqalədə  daha sonra Ə.A.Şeyxülislamov Azərbaycanın istiqlalını elan edən 
tarixi  şəxsiyyətlərin  adını  çəkir  və  Milli  Şuranın  6  maddədən  ibarət  verdiyi 
bəyanatı oxuculara təqdim edir. 
Maraqlı  və  təbiidir  ki,  80-ci  illərin  sonunda  Azərbaycanda  milli-azadlıq 
hərəkatının  vüsət  alması  ilə  respublika  kütləvi  informasiya  vasitələrində  olduğu 
kimi,  mühacir  mətbuatında  da  28  May  mövzusu  aktuallaşdı.  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  tarixi,  liderləri,  atributları    barədə  yazılar  qəzet  səhifələrinə 
çıxarıldı.  Xaricdəki  həmvətənlərimiz,  onları  birləşdirən  mədəniyyət  mərkəzləri 
Azərbaycan Xalq Cümhuriyyətinin il dönümünü geniş qeyd etməyə başladı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə