Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   99   100   101   102   103   104   105   106   ...   176

 
214 
müharibəsi»  adlı  qəhrəmanlıq  dastanları  üzərində  daha  çox  dayanır.  Səbəbi 
məlumdur:  «Cəfərin  həqiqi  milli  idealı  və  ən  səmimi  düşüncələri  bu  iki  əsərdə 
ortaya  qoyulmuşdur»  -  yazan  müəllif  bu  əsərlərin  mövzusundan,  milli 
qəhrəmanlarından söz  açmaqla  fikirlərini əsaslandırır. Və  yazır:  «Sovet  ədəbiyyat 
kitablarında Cəfərdən bəhs edilərkən bu iki əsərə əsla təmas olunmaz! Səbəbi aşkar 
deyilmi?!» 
 
Ə.V.Yurdsevər  C.Cabbarlının  sovet  rejimi  dövründə  amansız  təqiblərə, 
təhqirlərə,  təzyiqlərə  məruz  qaldığını,  bütün  bu  fiziki-mənəvi  işgəncələrə  rəğmən 
«Sifarişlə sənət olmaz!» söylədiyini, elə buna görə intihara məcbur edildiyini göz 
yaşı  ilə  yazır.  O  göstərir  ki,  Cəfərin  ölümü  ilə  bağlı  sovetlərin  yazdıqları  yalan, 
iftira  və  riyakarlıqdan  başqa  bir  şey  deyildir.  Ə.V.Yurdsevər  C.Cabbarlını 
«Azərbaycan dram  ədəbiyyatının tacı», «əli-qolu sovet zəncirləri ilə sıx-sıx bağlı 
bir  düha»,  «adını  türk  ədəbiyyatının  qızıl  səhifələrinə  qeyd  etdirmiş  şair»  deyə 
xarakterizə edir. 
İstedadlı  tədqiqatçı  Ə.V.Yurdsevərin  Məhəmməd  Hadinin  həyat  və 
yaradıcılığı  barədə  məqaləsi  maraqlı  faktlarla  zəngindir.  M.Hadi  irsini  və 
şəxsiyyətini  böyük  məhəbbətlə  araşdıran  müəllif  bu  istiqlal  şairinin  vətən,  millət 
sevgisi ilə dolu şeirlərini yüksək qiymətləndirir. 
Ə.V.Yurdsevər  təkcə  ədəbi  simalar,  onların  irsi  haqqında  yazmaqla 
kifayətlənmir,  bu  sahədə  axınlar,  cərəyanlar  barədə  elmi-nəzəri  məqalələr  qələmə 
alırdı.  Onun  «Azərbaycan»  jurnalının  1953-cü  il  tarixli  5-ci  nömrəsində  verilmiş 
«XIX  əsr  Azərbaycandakı  modern  və  realist  ədəbi  cərəyanlar»  adlı  məqaləsi 
fikrimizə misaldır. 
Ə.V.Yurdsevər  ədəbiyyat  tarixinin  tədqiqi  ilə  yanaşı  digər  mövzularda  da 
maraqlı  məqalələr  yazırdı.  Onun  «Ərgənəqon  bayramı»,  «Atatürk  və  xaricdəki 
türklər», «Təbii bir müttəfiq», «Məhkum millətlər cəbhəsi», «Fikirdə, sözdə, işdə 
birlik»,  «21  Mart  Qurtuluş  bayramı»,  «23  Aprel  Milli  hakimiyyət  günü», 
«Demokratların  qayə  birliyi»,  «Sovetlərin  din  düşmənliyi»  və  s.  kimi  onlarca 
məqaləsi Ə.V.Yurdsevərin istedadlı tədqiqatçı, həm də sözün böyük imkanlarından 
bacarıqla istifadə edən mahir publisist olduğuna dəlalət edir. 
Onun  «Azərbaycan  istiqlal  savaşından  səhnələr»  adlı  irihəcmli  əsəri  həm 
mükəmməl  bədii-publisistik,  həm  də  sənədli-tarixi  mənbə  kimi  dəyərlidir. 
Memuarın  mövzusu  müəllifin  həyat  yolundan,  sovet  rejiminə  qarşı 
mübarizəsindən, şahidi və iştirakçısı olduğu hadisələrdən götürülmüşdür. Lakin bu, 
sadəcə bir insanın ömür  yolu  yox, bir mühacirin istiqlal savaşı haqqında yazılmış 
dastandır. Burada hadisələr o qədər canlı, obrazlı, dinamik, aydın təsvir olunur ki, 
oxucu  özünü  cərəyan  edən proseslərdə  hesab  edir,  heç  bir  şərhə,  əlavəyə  ehtiyac 
qalmır. Təhkiyə üsulu ilə qələmə alınan əsərdə müəllif göstərir ki, dostu Kərbəlayı 
Vəli  Mikayılzadə  ilə  birlikdə  istiqlal  savaşına  qatıldığı  üçün  1923-cü  ildə  üç  illik 
sürgünə  məruz  qalırlar.  Sürgünün  bitməsinə  bir  il  qalmış  onları  saxlandıqları 
həbsxanadan  çıxarıb  Yaroslavla,  oradan  Moskvanın  Lubyanka  küçəsindəki  GPU-
nun idarəsinə gətirirlər. Müəllif ilk baxışda adi görünən bu prosesi bütün təfərrüatı 
və  dəhşəti  ilə  canlandırır.  O,  dustaqları  bir  həbsxanadan  digərinə  keçirmək  üçün 
istifadə  olunan  maşını  belə  təsvir  edir:  «Qara  qarğa»  qara  və  hər  tərəfi  sıx-sıx 


 
215 
qapalı  bir  həbsxana  arabasıdır.  İçində  dəmirdən  tabuta  bənzər  daracıq  və  insan 
boyu yüksəkliyində bir kişilik hücrələr vardır. Qapqaranlıq tabutun içərisində insan 
haraya, hansı istiqamətdə hərəkət etdiyinin fərqində belə ola bilməz». Müəllif GPU 
əməkdaşlarının  davranışının,  rəftarının  qeyri-insani  olduğunu  diqqətə  çatdırmaq 
üçün  onların  kobudluğunu,  sərtliyini  xüsusi  vurğulayır  və  yazır  ki,  bu  münasibət 
bütün  sovet  həbsxanaları  üçün  xarakterikdir,  lakin  GPU-da  olduğu  kimi  bu 
dərəcədə  heç  yerdə  ola  bilməz.  GPU-dakı  üzücü  sorğu-sualdan  heç  bir  müdafiə 
hüququ olmayan dustaqlar «Buturki cəza evinə, yoxsa Solovki, Arxangelski, yaxud 
Uraldakı  düşərgələrə  göndəriləcəyini  düşünürlər».  Müəllif  yazır  ki,  başqa 
ehtimallar,  məsələn,  qaçmaq  haqqında  da  fikirləşirlər.  Buna  isə  əsas  vardı.  Hələ 
Yaroslavlda  ikən  mərhum  Məhəmməd  Həsən  Baharlının  təlimatı  və  yardımı  ilə 
belə bir təşəbbüs edilmişdir. 
Daha  sonra  müəllif  əvvəllər  «çeka,  sonralar  GPU,  NKVD  və  MVD 
adlandırılan  «tehdiş  makinə»sinin  cinayətlərindən  bəhs  edir  və  yazır  ki,  taleyin 
yardımı  ilə  bu  məngənədən  qurtulmuş  bir  insan  kimi  GPU-nun  törətdiyi  sayı 
bilinməyən  faciələr  haqqında»  dünya  ümumi  əfkarına  və  insanlığın  yüksək 
məhkəməsinə  ərz  etmək…  hər  fərdin  müqəddəs  bir  vəzifəsidir.  Bolşevizmi 
«kütləvi  terror  rejimi»  adlandıran  Ə.Yurdsevər  onun  Lenin  və  Stalin  irsindən 
qidalandığını  yazır.  Bolşeviklər  dünən  olduğu  kimi,  bu  gün  də  terrordan  əl 
çəkməmişlər. «İkinci Dünya Müharibəsindən sonra ağ rus generalları Kutepov və 
Millerin  Parisdən  qaçırılmaları,  1941-ci  il  işğalı  zamanı  İranda  gündüzün 
günortaçağı  Kərbəlayı  Vəli  Mikayılzadə,  Kamal  Yılmaz,  Möhsün  Səlimzadə, 
Aytək Qunduk və digər bir çox qafqazlı və azərbaycanlıların çalınıb götürülmələri, 
İskəndər Şeyxzaman (Keykurun), təyyarəçi Sənan kimi digər bəzilərinin də GPU 
agentləri  tərəfindən  küçədə  və  ya  evlərində  vurulub  öldürülmələri,  lap  bu  son 
aylarda  Berlində  bir-birini  təqib  edən  terrorlar  və  bunun  kimi  yüzlərlə  hadisə» 
rejimin əsl simasını göstərir. 
Ə.Yurdsevər  əsərində  «çeka»nın  tarixi,  onun  yaranması,  ilk  dövrdəki 
fəaliyyəti,  törətdiyi  cinayətlər,  «vəhşət  və  dəhşətlər»  haqqında  oxucuya  məlumat 
verərək yazır: «Çeka törətdiyi zülmlər və axıtdığı günahsız qanlara görə daxildə və 
xaricdə o dərəcə xalqın və dünya ümumi əfkarının nifrətini və hiddətini öz üzərinə 
çəkmişdir ki, bolşevik diktatorları onun adını tez-tez dəyişməyə məcbur olmuşlar». 
Müəllif  müxtəlif  adlar  altında  GPU-nun  inqilabın  ilk  illərində,  xüsusilə  kolxoz 
quruculuğu  dövründə  və  sonralar  törətdiyi  saysız-hesabsız  cinayətlər,  onların 
həyata keçirilməsi üsulları barədə, sovet rejiminə qarşı qaldırılan üsyanlar və itaət 
etməyənlərə  tutulan  divanlar,  cəzalar,  edamlar,  sürgünlər  barədə  təfsilatı  ilə  bəhs 
edir.  Bu  zaman  müəllif  kimə  isə  istinad  etmir,  o  hadisələrin  içərisindədir:  gah 
həbsxana  divarları  arasında,  gah  sürgündə.  Müəllif  Yaroslavl  və  Moskvada, 
Daşkənd və Aşqabadda cərəyan edən hadisələrin canlı iştirakçısıdır. 
Müəllifin  hər  bir  fikri  fakta,  sənədə  əsaslanır,  o,  oxucunu  düşündürür,  onu 
sovet quruluş və ideologiyasının perspektivsizliyinə inandırır. 
Memuar  «Azərbaycan»ın  1954-cü  ildən  başlayaraq,  10  ildən  də  çox 
müddətdə demək olar ki, hər nömrəsində hissə-hissə çap edilmişdir. Bu əsər həm 
Azərbaycan  tarixini, istiqlalçıların  keçdiyi  çətin,  lakin  şanlı, şərəfli  yolun  tədqiqi, 
təbliği,  həm  də  Ə.Yurdsevər  yaradıcılığını  dəyərləndirmək  baxımından 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə