Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   100   101   102   103   104   105   106   107   ...   176

 
216 
əhəmiyyətlidir.  Memuarın  kitab  halında  nəşri  Azərbaycan  oxucuları  üçün  faydalı 
olardı. 
Ə.Yurdsevər publisistikasının səciyyəvi cəhətlərindən biri tutarlı və çoxsaylı 
faktlardan  məharətlə  istifadə  etmək,  oxucunu  inandırmaq,  düşündürmək  və 
müəyyən məsələ ilə bağlı onda qəti rəy yaratmaqdır. 
«Əsir  millətlərin  dirənişi»  adlı  məqaləni  müəllif  «Milli  Azərbaycan 
dövlətinin  imperialist  qızıl  Rusiya  tərəfindən  istilasının  54-cü  ildönümü»  ilə 
əlaqədar  qələmə  almışdır.  Azərbaycan  da  daxil  olmaqla  rus  boyunduruğunun 
altında  əzilən  əsir  millətlərin  iqtisadi,  siyasi  və  mədəni  sahələrdə  apardığı  şanlı 
savaşlara nəzər salan  müəllif qeyd edir ki, 20 və 30-cu illərdə bu mübarizə daha 
çox  silahlı  formalarda  həyata  keçirilmiş,  düşmən  ağır  itkilər  vermişdir,  bununla 
belə,  əsir  millətlərə  də  böyük  zərbələr  dəymişdir:  etirazlar  bolşeviklərə  xas 
vəhşiliklə  qəddarcasına  yatırılır,  yüz  minlərlə  insan  Çeka  məhbusxanalarında 
sorğu-sualsız güllələnir, ölüm düşərgələrində və zindanlarda çürüyürdü. 
Publisistə  görə,  əsir  millətlərin  müqavimət  hərəkatı  daha  sonra  –  İkinci 
Dünya müharibəsi zamanı özünü Sovet Ordusunu arxadan vurma, kütləvi şəkildə 
almanlar  tərəfinə  keçmə  və  milli  legionların  təşkili  formasında  təzahür  etdi. 
Müharibə  bitdikdən  sonra  mücadilə  qısa  bir  müddət  ərzində  nisbətən  passiv 
xarakter daşısa da, milli  mühacirət quruluşları sovet rejiminin gerçək üzü, niyyət 
və planları haqqında müəyyən ictimai rəy yaratmağa nail olmuşlar. 
Ə.Yurdsevərin  publisistikası  mübariz  ruhludur,  döyüşkənliyi,  cəsarəti  ilə 
diqqəti  çəkir.  Sovet  dövlətinin  bütün  dünyaya  meydan  oxuduğu  bir  dövrdə  o 
yazırdı: «Əsir millətlər deyib keçməyək. Bu müəzzəm insan kütləsi Sovetlər Birliyi 
deyilən  millətlər  zindanı  əhalisinin  yarıdan  çoxunu  təşkil  etməkdədir».  Publisist 
böyük uzaqgörənliklə və inamla bu çoxluğun sovet rejiminin «taleyinin təyinində» 
rolu olacağını yazırdı. Sovetlər Birliyindəki «müttəfiq» respublikaların öz ordusu 
yoxdur,  deməli,  sovetlər  öz  «müttəfiqlərinə»  güvənmirlər.  Müəllif  Polşa, 
Macarıstan,  Çexoslovakiya,  Rumıniya  kimi  ölkələri  «kommunist  peyk  dövlətlər» 
adlandırır və  yazır ki, onlar da özlərini rus əsarəti altında hiss edirlər. «Və sıyrılıb 
qurtulmaq üçün dişləri və dırnaqları ilə çırpışıb dururlar. Bəziləri açıqca, bəziləri 
gizli-gizli».  Ə.Yurdsevər  1956-cı  il  Polşa  və  Macarıstan  hadisələrini  xatırlayır.  O 
yazır ki, Sovet Rusiyası xarici düşmənlərə qarşı raket və nüvə silahlarından istifadə 
edə  bilər.  Lakin  «ayaqlanan  əsir  millətlərə  qarşı  yox»,  əks  təqdirdə  özü  də  məhv 
olar. 
Məqalədə  Ə.Yurdsevər  «məmləkətlərinin hürriyyət  və  müstəqilliyi  uğrunda 
uzun  illərdən  bəri  yoğun  fəaliyyət  içində  bulunan»  mühacirlərin  rolunu  yüksək 
dəyərləndirir  və  əminliklə  bildirir  ki,  əsir  millətlərin  fəal  yardımı  və  dəstəyi 
olmadan  sovetlərə  qarşı  mücadilədə  uğur  qazanmaq  olmaz.  Müəllif  məqaləni 
heyrətediləcək  uzaqgörənliklə  bitirir.  «Bu  dinamit  qüvvə,  peyk  məmləkətlər 
xalqları ilə birlikdə raketlər və ya klassik silahlardan çox daha üstün dəyərə sahib 
olduğunu  bir  gün  isbat  edəcəkdir!»  Tarix  Ə.Yurdsevərin  dediklərini  15-20  ildən 
sonra təsdiq  etdi. «İnsanlıq üçün  utanc qaynağı  olan bir problem»  (515)  adlı  yazı 
nəinki  Ə.V.Yurdsevərin  yaradıcılığında,  eləcə  də  bütün  mühacirət  irsində  nəzəri 
çəkən nümunədir: artıq «Azərbaycan istiqlal savaşından səhnələr» kimi möhtəşəm 
memuar yaradan Ə.Yurdsevər öz qələminin gücünə və istedadına güvənərək, son 


 
217 
dərəcə ciddi, cəsarətli və analitik bir yazı ortaya qoymuşdur. Burada insan haqları, 
bununla  bağlı  beynəlxalq  təşkilatların  fəaliyyəti,  «nüvə  silahlarından  daha  güclü 
olan propaqanda silahı», onun rolu, Sovetlər Birliyindəki əsir millətlərin iqtisadi, 
mədəni, mənəvi-milli təzyiqlərə məruz qalması və s. kimi  məsələlər tarixi-hüquqi 
baxımdan  qiymətləndirilir,  düzgün,  aydın  elmi-nəzəri  nəticələr  çıxarılır,  «bütün 
insanlıq  üçün  daimi  utanc  qaynağı  əsir  millətlərin»  bugünkü  faciəvi  durumunun 
aradan qaldırılması üçün təkliflər dilə gətirilir. Müəllif yazır ki, Sovetlər Birliyində 
insanın azad danışmaq, yazmaq, oxumaq, yer dəyişmək, iş tapmaq, ibadət etmək, 
fikir və tənqid söyləmək, siyasi, iqtisadi, ictimai, mədəni sahələrdə təşkilatlanmaq, 
biznes fəaliyyəti işlə məşğul olmaq və s. kimi hüquqları yoxdur. Yerli xalqların öz 
tarixi,  ədəbiyyat,  dil,  adət  və  ənənələrindən  uzaqlaşdırılmasına,  «tək  dövlət,  tək 
dil» düsturunun gerçəkləşdirilməsinə səy göstərilir. 
Afrikada  müstəmləkəçiliyə  son  qoyulduğu  halda,  «qızıl  Rusiyada  və 
kommunist  Çində  daha  da  sərtləşmiş  və  qatılaşmışdır»  yazan  Ə.Yurdsevərin  bu 
məqaləsi bütün bəşəriyyətə, beynəlxalq təşkilatlara bir səsləniş, çağırışdır: «onların 
qarşısı alınmazsa… dünyada barış və güvənlik qurulmayacaqdır». 
Jurnalın  həmin  nömrəsində  Ə.Yurdsevərin  bu  mövzuya  dair  daha  iki 
məqaləsi  verilmişdir.  «Əsir  millətlərin  həftəsi»,  «Gelenekləşən  həftə».  Həmin 
yazılar  «Azərbaycan»ın  1959-cu  il  nömrələrində  də  –  ABŞ  Konqresi  və 
prezidentinin  «Əsir  millətlər  həftəsi»  elan  etdiyi  zaman  dərc  edilmişdir. 
Ə.Yurdsevər  əsir  millətlərin  adından  yazır:  «Biz  azadlığa  qovuşsaq,  bütün 
bəşəriyyət  rahat  nəfəs  ala  biləcəkdir.  Əksinə  olsa,  bizim  fəlakətimiz  bütün 
dünyanın fəlakətinə səbəb ola bilər. «İnsan haqları baxımından  millətlər arasında 
fərq  qoyula  bilməz.  Hər  millət  üçün  hürriyyət  və  istiqlal  müqəddəs  bir  haqdır. 
Düşmənimiz  (Sovetlər  Birliyi  nəzərdə  tutulur  –  A.T.)  müştərək  olduğu  kimi, 
mücadiləmiz də müştərəkdir». 
Yeri gəlmişkən qeyd edək ki, ABŞ prezidenti D.D.Eyzenhauen 1959-cu ilin 
17 iyulunda  imzaladığı  «Əsir  millətlər  həftəsi»  bəyannaməsində  Sovet  İttifaqının 
dünyanın  hər  tərəfində  bir  çox  millətləri  əsarətdə  saxladığı,  SSRİ-dəki  millətləri 
milli istiqlal haqlarından və fərdi hürriyyətlərindən məhrum etdiyi göstərilir, bütün 
dünya millətlərinin hürriyyət və istiqlal qazanacaqları günə qədər hər il bu həftənin 
qeyd  olunacağı  bildirilir.  Azərbaycan  mühacirləri  bəyannamə  elan  olunduğu 
vaxtdan  onu  alqışlamış,  sənədin  onların  da  iradəsini  ifadə  etdiklərini  bəyan 
etmişlər.  Ə.Yurdsevər  acı  təəssüflə  yazırdı  ki,  biz  bu  sənəddən  də  əvvəl  bütün 
insanlığı «bu vəhşət sisteminə qarşı mücadiləyə dəvət edirdik. Bu həqiqətləri İkinci 
Dünya  müharibəsindən  sonra  da  yazdıq  və  hayqıra-hayqıra  söylədik.  Duyan  və 
ibrət alan olmadı. Bunun üçündür ki, Avropanın önəmli bir qismi də dəmir pərdə 
arxasında  qaldı.  Yenə  gerçəkləri  gözlər  önünə  gətiririk.  Mədəni  və  demokratik 
məmləkətlər yenə qəflət yuxusuna qalacaq olsalar, bu səfər Avropanın qalan qismi 
də  günün  birində  Sovet  tələsinə  düşə  bilər!..  Sovetlər  Birliyinin  dünyaya  meydan 
oxuduğu dövrdə – 70-ci illərdə Azərbaycan mühacirinin-publisistinin bu cəsarətli 
harayını, çağırışını fədakarlıq nümunəsi hesab etmək olar. 
Ə.Yurdsevər  publisistikası  ilə  tanış  olduqca,  elə  təsəvvür  yaranır  ki,  bu 
qələm sahibinin toxunmadığı mövzu, müraciət etmədiyi taleyüklü məsələ yoxdur. 
Təsadüfi deyil ki, onun yaradıcılığında sovet din siyasətinin tənqidi də mühüm yer 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə