Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   108   109   110   111   112   113   114   115   ...   176

 
233 
S.Ə.Şirvanidən 
 
 
 
Bu qədər dərd kim, olur hadis, 
 
 
Ona bielmlik olur bais; 
 
 
 
 
Soltan Məcid Qənizadədən 
 
Bizlər  üçün  bir  çıraq  yanacaqsa,  məktəb  ocağının  şöləsindən  yanacaqdır; 
Mənim  rəy  və  təsəvvürümə  görə,  müəllim  dediyimiz  saf  mərifət  dünyasının 
qapıçısı, nicat yolunun rəhbəridir; 
 
M.F.Axundovdan 
 
Oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur. 
Təfəkkür  sahiblərinin  çox  olduğu  ölkədə  isə  həyatın  bütün  sahələrində  xalq 
gündən-günə tərəqqi edə bilər; Elm və maarif bütün xalq arasında, aşağıdan tutmuş 
yuxarıya qədər, varlıdan tutmuş yoxsula qədər, istisnasız olaraq hamının arasında 
yayılmalıdır; 
H.Zərdabidən 
 
Ey elm, təhsil alan cavanlarımız! 
…Siz  millət  üçün  zəhmət  çəkirsiniz  və  şübhəsiz  gələcəkdə  millətin  gözü 
açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq; 
 
M.Ə.Sabirdən 
 
 
 
 
Ey gözüm, ey canım! 
 
 
 
Get məktəbə, cavanım! 
 
 
 
Hər kəs elm oxur, bəxtiyar olur, 
 
 
 
Millət elm ilə bərqərar olur - 
 
kimi  cəmiyyətə  ünvanlanmış  kəlamları  dönə-dönə  oxumuşdur  və  bu  sətirlərin 
arxasında  məktəb,  təhsil,  tərəqqi,  mədəniyyət  uğrunda  mücadilə,  tükənməyən 
enerji, ehtiras və fədakarlıq onu da ovsunlamış və Hüseyn Əhmədov da bu yolun 
yorulmaz səyyahına çevrilmişdir. 
Bir  məsələni  xüsusi  vurğulamağa  ehtiyac  var:  Azərbaycan  məktəb  və 
pedaqoji fikir tarixi ilə bağlı akademik H.Əhmədovun irsi zəngin, maraqlı, faydalı, 
aktual  olduğu  qədər  də  etibarlı,  mötəbərdir.  Çünki  onun  hər  bir  sözü,  hər  bir 
mülahizəsi ciddi sənədlərə, tutarlı faktlara əsaslanır. Arxivlə işlədiyindən ona irad 
tutmaq,  onu  təkzib  etmək  də  mümkün  deyil.  Bu,  işin  bir  tərəfidir.  Digər  tərəfdən 
isə  A.H.Əhmədov  təmasda  olduğu  sənədlərə  də  xüsusi,  fərqli  münasibət 
bəsləmişdir:  səliqə  ilə  onların  üzünü  çıxarmış,  toplamış,  hətta  cildlətmişdir. 
Keçmiş SSRİ-nin  müxtəlif arxiv və kitabxanalarından topladığı sənədləri hər biri 


 
234 
500 səhifəyədək olan 50 (!) cilddən ibarət kitab şəklinə salaraq, əslində yeni arxiv 
düzəltmişdir.  
Akademik  H.Əhmədovun  sənədlərlə  bağlı  fəaliyyəti  haqqında  Azərbaycan 
Respublikası  Milli  Arxiv  İdarəsinin  sənədlərin  nəşri  və  istifadə  şöbəsinin  baş 
məsləhətçisi Rafiq Səfərov deyir: 
-  Azərbaycan  məktəbinin  inkişaf  tarixini  özündə  əks  etdirən  sənədlərin 
axtarılması,  onların  aşkar  edilərək  seçilməsi  və  toplanması  işində  akademik 
H.Əhmədovun  böyük  zəhməti  olmuşdur.  Onun  uzun  illər  apardığı  axtarışların 
nəticəsi  olaraq,  arxiv  sənədləri  və  digər  tarixi  mənbələr  əsasında  kitab  və 
monoqrafiyalar yazılmışdır. 
Son  iki  əsrdə  Azərbaycanda  xalq  maarifi  və  məktəb  tarixinin  tədqiqinə  aid 
ayrı-ayrı ölkələrin iri arxiv və kitabxanalarında aşkar etdiyi, topladığı və qayğı ilə 
qoruyub  saxladığı  sənədli  materiallar  bu  gün  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Tədqiqatçı-alim əsasən aşağıda göstərilmiş iri arxiv və kitabxanalarda çalışmışdır: 
-
 
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi; 
-
 
Azərbaycan Respublikası Elmlər Akademiyasının Əlyazmalar İnstitutu; 
-
 
Azərbaycan Respublikası Elmlər Akademiyasının Tarix muzeyi; 
-
 
Azərbaycan Respublikası Maarif Nazirliyinin Xalq Maarif muzeyi;  
-
 
Rusiya Mərkəzi Dövlət Tarix Arxivi (Sankt-Peterburq); 
-
 
Gürcüstan Respublikası Dövlət Arxivi; 
-
 
Ermənistan Respublikası Mərkəzi Dövlət Arxivi; 
-
 
Həştərxan Vilayət Dövlət Arxivi; 
-
 
Moskva Dövlət Tarix Muzeyi. Baron Rozenin fondu; 
-
 
Moskva şəhəri V.İ.Lenin adına Mərkəzi Dövlət kitabxanası; 
-
 
Moskva Ümumi Tarix kitabxanası; 
-
 
Saltıkov-Şedrin adına Mərkəzi Dövlət kitabxanası; 
-
 
İrəvandakı  Myasnikov  adına  Mərkəzi  Dövlət  kitabxanasının  nadir 
kitablar fondu. 
 
Akademik həmin arxivlərdə və kitabxanalarda aşkar etdiyi çoxlu sayda yeni 
sənədləri və mənbələri elmi dövriyyəyə daxil etmişdir. Zəngin arxiv materiallarının 
və  mənbələrin  vaxtında  öyrənilməsi  və  təhlili  XIX  əsrdə  Azərbaycanın  ayrı-ayrı 
qəza  və  quberniyalarında  xalq  maarifi  və  məktəb  şəbəkəsinin  həqiqi  mənzərəsini 
yaratmağa imkan vermişdir. 
Akademik  Hüseyn  Əhmədov haqqında bu  yazını  yekunlaşdıranda  əlimə  bir 
kitab  keçdi:  «Türk  eğitim  tarihi»  (Başlanğıcdan  1988-ci  ilədək).  Prof.  Yəhya 
Akyüzün  qələmə  aldığı  bu  fundamental  əsər  (Ankara  Universitetinin  nəşriyyatı, 
1989, 543 səh.) 1982, 1985-ci ildən sonra 3-cü dəfə təkrar nəşr olunmuşdur. Kitabı 
tərəddüdsüz  türk  məktəbinin,  pedaqoji  fikir  tarixinin  ensiklopediyası  adlandırmaq 
olar.  Burada  türk  pedaqogika  tarixi  dövrlərə  görə  təsnif,  təhlil  edilir  və 
dəyərləndirilir. 
6  hissədən  ibarət  kitabın  Hun,  Göytürk,  Qaraxanlı,  Səlcuklar,  Anadolu 
bəylikləri, Osmanlı və Türkiyə Cumhuriyyəti dövrünün pedaqogika, məktəb, təhsil 
məsələləri  geniş  araşdırılmış,  işıqlandırılmışdır.  Əsəri  vərəqləyib  bu  qənaətə 


 
235 
gəldim  ki,  bu  kitab  Türkiyə  Cumhuriyyəti  üçün  nə  qədər  əhəmiyyətlidirsə, 
H.Əhmədovun irsi də Azərbaycan Respublikası üçün bir o qədər faydalıdır. 
Və  sonda.  Qarşımdakı  «Ərəb  və  fars  sözləri  lüğəti»  kitabını  (Bakı,  Yazıçı, 
1985,  1040  səh.)  vərəqləyirəm.  Gözüm  ərəb  sözü  «fədai»nin  üstündə  dayanır. 
Oxuyuram:  «Məslək  uğrunda  öz  həyatını  qurban  edən»  (səh.566).  Amalı,  əqidəsi 
məktəb,  təhsil  olan  akademik  Hüseyn  Əhmədovu  düşünərək  «məslək»  sözünü 
«məktəb»lə əvəz edirəm. Və məmnun qalıram. Doğrudan da H.Əhmədov fədaidir, 
məktəb və təhsil fədaisi. 
 
“Mədəniyyət” qəzeti, 18 yanvar 2007 
 
 
 
 
 
 
                                                                
 
Professor 
 
İyirmi  beş  il  bundan  əvvəlin  söhbətidir.  Jurnalistika  fakültəsinin  tələbəsi 
kimi «Bakı» axşam qəzetində istehsalat təcrübəsi keçirdik.. Tələbə yoldaşlarımdan 
biri  qabaqcıl  peşə  sahibi  haqqında  ürəklə,  həvəslə  yazdığı  oçerki  redaksiyaya 
təqdim etmişdi. Bir gün «Bakı» axşam qəzetinin  redaktoru Nəsir İmanquliyev ( o 
həm də universitetdə bizə dərs deyirdi) onu otağına dəvət etmiş və birbaşa mətləbə 
keçmişdi:  
- Oçerki yaxşı yazmısan. Qələmin pis deyil. Amma, oçerkdən daha çox yaxşı 
sözlər lüğətinə oxşayır. Dilimizin fondunda nə qədər dürlü, nə qədər gözəl sözlər 
var hamısı ilə qəhrəmanı bəzəmisən. Özü də o adam istehsalat göstəricilərinə görə  
digərlərindən elə də fərqlənmir.  
    Ordeni yox, medalı yox. Tutaq ki, bir müddət sonra sənin qəhrəmanına fəxri 
ad verdilər. Bəs o vaxt sən ondan nə və necə yazacaqsan? Axı,  bütün yaxşı sözləri 
işlətmisən.  Sözə  hörmətlə  yanaşmaq,  onun  qədrini  bilmək  lazımdır,  -  demiş  və 
oçerki qaytarıb əlavə etmişdi: 
-
 
Dediklərimi  nəzərə  al,  yenidən  işlə,    şənbə  nömrəsinə  çatdır.  Tələbə 
yoldaşım elə də etmişdi. Tələbə yoldaşım «Od-alov püskürən» oçerki bir qədər 
«soyuyaraq»  yenidən  oxumuş  və  redaktorun  nə  qədər  haqlı  olduğunu  hiss 
etmişdi. Bu hadisəni təsadüfən xatırlamadım.  
Bəzən müəlliflər nəyin xatirinəsə bəhs etdikləri adamı xidmətlərinə görə yox, 
şəxsi  münasibət  və  mülahizələrinə  əsasən  ölçü,  əndazə,  hədd  bilmədən  tərifləyir, 
mədh  edirlər.  Bu  məqamda  mərhum  Nəsir  İmanquliyev  kimi  müəllim  və 
redaktorun yeri görünür ki, desin «dayan, belə yazmaq olmaz» 
 Doğrudan  da,  kiminsə  ünvanına  sədd,  sərhəd  bilmədən  tərif  yağdıranda 
əslində  həmin  sözlərə  layiq  olanların  haqqına  toxunursan.  İndi  elmi  pedaqoji 
fəaliyyətlə,  başqa  yaradıcılıq  sahələri  ilə  bu  və  ya  digər  dərəcədə  məşğul  olanlar 
haqqında  çox  yazılır,  çox  təriflər  söylənilir.  Məqalə  müəlliflərinə,  onların 
qəhrəmanlarının  uğurlarına kölgə salmadan haqqında danışdığım insanın əməli və 
xidmətlərini xarakterizə etmək, fərqləndirmək üçün çox sanballı, çox hörmətli  bir 
sözü  sərlövhəyə  çıxarıram:  «Professor».  Sirr  deyil  ki,  bəzən  bu  söz  bu  adı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə