226
Dədə Qorqud nəfəsi, səsi-sorağı neçə-neçə ölkəyə yayıldı. Kimin üçün
bayrama, kimin üçün dərsə, kimin üçün isə ilham mənbəyinə çevrildi. Tədbirə
dəvət olunan tanınmış elm xadimlərindən biri (bəzi mülahizələrə görə ad,
familiyasını çəkmirik) yubiley tədbirlərində, heç olmasa, plenar iclasların birində
çıxış etmək istəyini israrla bildirirdi. Söyləyəndə ki, buna heç kim etiraz etməz,
amma təmsil etdiyiniz ölkədə dastan tədqiq olunubmu, onun haqqında ədəbi
ictimaiyyətin hər hansı bir məlumatı varmı, nəhayət, eposla bağlı bircə məqalə dərc
edilibmi? O, təəssüflə başını buladı. Gözlərimdəki sualı isə oxumamış deyildi:
«Onda nə danışacaqsınız?» Həmsöhbətimin söz verməkdən başqa çarəsi qalmadı:
- Qısa müddətdə Dədə Qorqudu öz ölkəmdə tanıdacağıma söz verirəm.
Dədə Qorqud neçə yüz il bundan əvvəlki kimi yenə öz xalqına, ulusuna
sədaqətlə xidmət etməkdədir. Bu dəfə xalq da ona öz sədaqətini (eposun 50-ci
illərdə aldığı bəraətinin təbii davamı kimi) nümayiş etdirdi. Əslində, «Kitabi-Dədə
Qorqud» dastanının öyrənilməsi, araşdırılması, təbliğ olunması elə xalqın özünün
təsdiqidir.
1999
.
Hörmətli Elçin müəllim!
Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, Sizə möhkəm
cansağlığı, uzun ömür, yaradıcılığınızda, müstəqil Azərbaycanın dövlət quruculuğu
sahəsindəki fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Həyatımın, fəaliyyətimin formalaşmasında müstəsna rol oynayan tək-tək
adamlardansınız ki, Sizin haqqınızda yazmaq üçün əlimə qələm alanda beynimlə
barmaqlarım – qələm arasındakı məsafə kiçilir, demək olar ki, itir, yox olur.
Düşündüklərim necə varsa, eləcə, dərhal, korrektəsiz-filansız sətir-sətir vərəqlərə
köçür…
Siz Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi həyatında parlaq, silinməz iz
buraxmış,
tariximizə
adınızla,
əməlinizlə
əbədi
möhür
vurmuş
şəxsiyyətlərdənsiniz. Siz Azərbaycan tarixində və Azərbaycanlıların qəlbində
əbədi yaşamaq haqqını çoxdan qazanmısınız:
- 60-cı illər ədəbi nəslinin, nəsrinin qüdrətli simalarından biri kimi;
- mahir romançı, görkəmli dramaturq, qeyri-adi təhlil və təfəkkür qabiliyyəti
olan tənqidçi-alim, peşəkar
publisist kimi;
- təkpartiyalılıq, hətta çoxpartiyalılıq (müstəqillik) dövründə Azərbaycanın
ədəbi, ictimai-siyasi həyatında səfərbəredici, istiqamətverici, ideya və ilhamverici
rol oynayan AYB-nin fəaliyyətində əvəzsiz yeri olan qələm, kəlam və söz sahibi
kimi;
- müstəqillik və dünya Azərbaycanlılarının həmrəyliyi uğrunda mübarizənin
azadlıq hərəkatının ideoloqlarından, təşkilatçılarından biri kimi: