227
- 1990-cı il qanlı 20 Yanvar faciəsi, o dövrdə Azərbaycanda, o cümlədən
Dağlıq Qarabağda gedən proseslər, xüsusilə erməni separatizmi, vandalizmi barədə
xaricdə obyektiv fikir formalaşmasında, informasiya blokadasına alınmış
ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayan
«Vətən» Cəmiyyətinin və onun «Odlar yurdu» qəzetinin rəhbəri kimi;
- hələ Sovet dönəmində Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin
təməlçilərindən, sonralar bu münasibətləri yeni inkişaf mərhələsinə qaldıran yazıçı-
publisist, dövlət xadimi kimi;
- müstəqil Azərbaycanın yeni dövlət quruculuğu işinə, xüsusilə təhsil, elm,
səhiyyə və sosial problemlər sahəsinə uzun illər və fasiləsiz rəhbərlik edən şəxs
kimi;
- müstəqil Azərbaycanın ilk ali dövlət mükafatları ilə təltif edilən
yazıçılardan biri kimi.
Mən bunları sadalarkən tarixə, xronologiyaya, fəaliyyətinizin şaxələrinə və
mərhələlərinə qismən də olsa, əməl etməyə çalışdım. Lakin bunlar hələ hamısı
deyil. Sizin əsərlərinizin ölkəmizdə və xaricdə nəşri və onlara tükənməyən oxucu,
ədəbi ictimaiyyətin marağı, hər biri mədəni həyatda hadisəyə çevrilən pyeslərinizin
Azərbaycan teatrlarında və Türkiyədə möhtəşəm tamaşaları haqqında yazılıb,
yazılır, yazılacaqdır. Ssenari və tərcümələriniz, müxtəlif irimiqyaslı tədbirlərdə,
yubileylərdə, konfrans, simpozium, qurultaylarda dərin məzmunlu nitq və
məruzələriniz... Sizin tərcümeyi-halınızın, ömür yolunuzun nə qədər maraqlı,
şərəfli, zəngin, eyni zamanda iş qrafikinizin nə qədər gərgin olduğuna dəlalət edir.
Bütün bunlar Sizin ədəbi-mədəni irsinizin dəyərinin, fəaliyyətinizin nəticələrinin,
izinizin əbədiliyinin təsdiqidir ki, Siz bunlara parlaq istedad və fədakarlıqla nail
olmusunuz. Allah-təala Sizin taleyinizə, bəxtinizə böyük dramaturq İlyas
Əfəndiyevin oğlu olmaq, ən ali keyfiyyətlərə xas ata-ailə başçısı, müdrik, qayğıkeş
baba və sadəcə gözəl insan olmaq səadəti də bəxş edib.
Əziz Elçin müəllim! Bu gün Sizin ad gününüzdür. Ad gününüzü öz günü, öz
sevinci hesab edənlər çox, lap çoxdur. Elə bilirəm ki, bu, Sizə ən böyük
hədiyyədir. Bir daha Sizi təbrik edir, həmişə sağlam, gümrah olmağınızı
arzulayıram. Bundan sonra da qələminiz iti, sözünüz kəsərli, keçərli olsun! Allah
Sizi qorusun.
Dərin hörmətlə,
Abid Tahirli
13.05.2010
Hörmətli ġirməmməd Ağaməmməd oğlu Hüseynov!
Sizi – müasir Azərbaycan jurnalistlərinin müəllimi və ağsaqqalını anadan
olmağınızın 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirik.
228
Siz hər bir vətəndaşa, hər bir jurnalistə örnək ola biləcək şərəfli ömür yolu
keçmisiniz. Respublikanın ictimai-mədəni, mətbu həyatındakı coşqun fəaliyyətiniz,
elmi-pedaqoji sahədəki xidmətləriniz ən yüksək qiymətə layiqdir.
Çağdaş Azərbaycan mədəniyyətinin sütunları M.F.Axundov və H.Zərdabi,
ictimai fikir və mətbuat tariximizin parlaq simaları Əhməd bəy Ağaoğlu, Əli bəy
Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli
qardaşları, Cəlil Məmmədquluzadə, Haşım bəy Vəzirov kimi qələm və kəlam
sahiblərinin irsi və idealları Sizin çağlayan, tükənməyən mənəvi qida mənbəyiniz
olmuşdur.
Siz Sovet rejimi və ideologiyasının hakim olduğu illərdə milli-mənəvi
dəyərlərin daşıyıcısı və gənc nəslə ötürücüsü idiniz. Tələbələriniz auditoriyalarda
Sizin azadlıq eşqi ilə çırpınan qəlbinizin səsi ilə kursdan kursa adlayırdılar. Bu gün
həmin tələbələr müstəqil Azərbaycanın qurucuları sırasındadırlar və Sizinlə fəxr
edirlər. Bu sözləri söyləyərkən jurnalistika fakultəsinə qəbul olunduğum 1980-ci
ilin ilk tədris günü yadıma düşür. Dekan Şirməmməd müəllim auditoriyaya daxil
olur, bizi salamlayır, təbrik edir və öz ilk tövsiyyələrini verir: yeməyinizə,
sağlamlığınıza fikir verin, idmanla məşğul olun. Bir də ki, özünüzü maşından
qoruyun. İnanıram ki, bu mühit sizin əksəriyyətinizi yaxşı jurnalist, o da olmasa,
ən azı yaxşı vətəndaş kimi yetişdirəcək. Siz mühit dedikdə, o vaxt bizə dərs deyən
və bu gün haqq dünyasında olan Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Qulu
Xəlilov, Famil Mehdi, Nurəddin Babayev, Xəlil Əlimirzəyev, Seyfulla Əliyev,
Tofiq Rüstəmli, Əliş Nəbili kimi görkəmli elm, ədəbiyyat xadimlərinin, nüfuzlu
pedaqoqların çalışdığı universitet həyatını nəzərdə tuturdunuz. Siz mühit dedikdə,
bizə o vaxt dərs deyən və bu gün də Sizinlə çiyin-çiyinə çalışan Yalçın Əlizadə,
Cahangir Məmmədli, Akif Rüstəmli, Nəsir Əhmədli kimi səriştəli, savadlı, tələbəni
duyan, hiss edən, bütün varlığı ilə müəllim adını, şərəfini uca tutan pedaqoqları
nəzərdə tuturdunuz. Bax, tələbələriniz Sizinlə fəxr edir dedikdə, bu sözləri, həm də
Sizin timsalınızda bizə dərs demiş bütün müəllimlərimizə ünvanlayıram.
Hörmətli Şirməmməd müəllim! Biz əminik ki, doğma Azərbaycanın
tərəqqisi və çiçəklənməsi naminə bundan sonra da var qüvvənizlə çalışacaqsınız.
Bu əlamətdar gündə Sizi bir daha təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı,
yeni yaradıcılıq uğurları arzulayırıq.
Hörmətlə:
həmiĢə tələbəniz
Abid Tahirli
Milli əczaçılığımızın fədaisi
Müasir Azərbaycan səhiyyəsinin ağsaqqallarından biri, milli əczaçılığımız
və tibb pedaqogikasının fədaisi, tibb elmləri doktoru, professor, Əməkdar elm
Dostları ilə paylaş: |