Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   102   103   104   105   106   107   108   109   ...   176

 
220 
M.H.Türkəqul  bir  sıra  tədqiqatçıların  muğamların  ifa  edildiyi  tar  və 
kamançanın farslara məxsusluğu barədə iddialarının da yanlış olduğunu göstərir. O 
yazır:  «Bu  iddianı  qəbul  etməməklə  bərabər,  deyə  bilərik  ki,  biz  bu  alətləri, 
xüsusilə  tarı  İrandan  almış  olsaq  belə,  bunlar  İranda  bəsit  qaldığı  halda, 
Azərbaycanda  inkişaf  etdirilmiş  və  mükəmməl  bir  alətə  çevrilmişdir.  Yox,  əgər 
İran bizdən almış isə, o halda tar orada inkişaf etməmiş, tamamilə bərbad vəziyyətə 
salınmışdır. Zira Azərbaycanda tar 12-14 telli və müntəzəm pərdəli olduğu halda, 
İranda 6 telli və qeyri-müntəzəm pərdəlidir». M.Türkəqul tarzən və xanəndələrdən 
Sadıqcan,  Qurban  Pirimli,  Cabbar  Qaryağdıoğlu,  Mirzə  Hüseyn,  Şəkili  Ələsgər, 
Keçəçi  oğlu  Məhəmməd,  Məhəmməd  Fərzəli,  Seyid  Şuşalı,  İslam  Şuşalı,  Xan 
Şuşalı,  Həqiqət  xanım,  Cahan  xanım  Talışlı  və  s.  kimi  sənətkarların  muğamı 
özünəməxsus tərzdə ifa etdiklərini yazır. 
O,  daha  sonra  Azərbaycan  klassik  musiqisinin  inkişafında,  yeni  mərhələyə 
qədəm  qoymasında,  klassik  musiqi  ilə  xalq  musiqisinin  sintezində,  xalq  çalğı 
alətlərinin 
təkmilləşdirilməsi 
sahəsində 
böyük  Ü.Hacıbəylinin  misilsiz 
xidmətlərindən,  C.Cabbarlının  «Qız  qalası»  poeması  əsasında  Əfrasiyab 
Bədəlbəylinin  eyni  adlı  balet  yazmağından  ətraflı  söz  açır,  Müslüm  Maqomayev, 
Asəf  Zeynallı,  Səid  Rüstəmov,  Cahangir  Cahangirov,  Fikrət  Əmirov,  Qara 
Qarayev kimi bəstəkarların uğurlarından bəhs edir. 
Klassik  musiqidən  ilhamla,  eyni  zamanda  bir  professional  kimi  söz  açan 
M.Türkəqul  xalq  və  modern  musiqisindən  də  geniş  bəhs  edir.  M.H.Türkəqulun 
«Azərbaycan  musiqisinin  beşiyi  Qarabağ»  adlı  məqaləsi  Qarabağın,  xüsusilə 
Şuşanın musiqi mərkəzinə çevrilməsi ilə bağlı maraqlı mülahizələri ilə yadda qalır. 
Özü  də  bu  fikirlər  fərziyyə  yox,  faktlarla  əsaslandırılan  tutarlı,  dolğun 
mühakimələrdir. Müəllif bir çox mötəbər mənbəyə, o cümlədən prof. Zəki Vəlidi 
Toğanın  «Ümumi  türk  tarixinə  giriş»  adlı  kitabına,  «İslam  ensiklopediyası»na 
(Mirzə  Balanın  «Qarabağ»  məqaləsi),  digər  məxəzlərə  müraciət  edir,  mədəniyyət 
beşiyi  Şuşanın  və  ümumiyyətlə,  Qarabağın  tarixi,  yetişdirdiyi  böyük  simalar 
barədə qürurla söz açır. 
«Azərbaycan istiqlalı və musiqisi» adlı məqaləsi ilə Mustafa Həqqi Türkəqul 
əvvəlki yazılarında olduğu kimi, yalnız musiqişünas deyil, həm də istiqlal uğrunda 
mübarizə aparan publisist-mücahid kimi çıxış edir. O, Azərbaycan türklərinin yüz 
ilə yaxın bir zaman içərisində rus imperialistlərinə qarşı ictimai-siyasi, iqtisadi və 
mədəni  sahədə  uzun və  çətin  bir  mübarizə  apardıqdan sonra  28  May  1918-ci ildə 
Şərqdə tam demokratik əsaslara dayanan ilk cümhuriyyəti qurmağa nail olduqlarını 
və  bu  hökumətin  qısa  müddətdə  bütün  sahələrdə  olduğu  kimi,  mədəniyyət 
sahəsində  də  uğurlu  islahatlar  həyata  keçirdiyini  göstərir.  «Bir  millətin 
mədəniyyətində  başlıca  amillərdən  biri  də  onun  musiqisidir»  -  yazan  M.Türkəqul 
milli hökumət zamanı bu sahənin inkişafına xüsusi diqqət, qayğı göstərilməsindən 
bəhs  edir.  1918-ci  il  31  mart  qırğını  zamanı  vəhşi  ermənilər  insanların  qanını 
içməklə  kifayətlənməmiş,  bir  çox  tikililər  kimi  Bakıdakı  teatr  binasını  da 
yandırmışdılar.  O  zaman  milli  hökumət  indiki  Opera  Teatrının  binasını  satın 
alaraq, dram və opera teatrlarını orada yerləşdirdi. Böyük bəstəkar Ü.Hacıbəylinin, 
Müslüm Maqomayevin, Zülfüqar Hacıbəylinin opera, operetta və b. əsərləri uğurla 
ifa olundu, «Övraqi nəfisə» adlı mədəniyyət jurnalı nəşrə başladı. M.Türkəqul acı 


 
221 
təəssüflə  bildirir  ki,  27  aprel  1920-ci  il  istilası  milli  hökumətin  islahatlarını 
yarımçıq qoydu. Sovet rejimi dövründə milli musiqi də təcavüzə məruz qaldı, rejim 
musiqi  alətlərini,  klassik  və  xalq  musiqisini  qadağan  edən  addımlar  atdı.  Bütün 
bunlara  baxmayaraq,  böyük  Ü.Hacıbəyli  başda  olmaqla,  milliyyətçi  Azərbaycan 
bəstəkarları nəinki musiqimizi məhv olma təhlükəsindən xilas edə bildi, hətta onun 
inkişafına da nail oldular. 
«Azərbaycan»ın  ilk  illərində  onun  aparıcı  yazarlarından  sayılan 
M.H.Türkəqulun  məqalələrinin  əsas  mövzusu  musiqi  olsa  da,  onun  sonrakı 
yaradıcılığı yeni çalarla zənginləşir, daha böyük maraq və əhəmiyyət kəsb edirdi. 
Bu  mənada  müəllifin  «Koroğlu»  ilk  dəfə  necə  təmsil  edildi»  məqaləsi  diqqəti 
çəkir.  Burada  o,  Azərbaycan  klassik  musiqisinin  yaradıcısı,  bütün  zamanlarda 
xalqımızın  fəxr  edəcəyi  korifeyi  Ü.Hacıbəylinin  həyat  və  yaradıcılığının  bəzi 
məqamlarına  nəzər  salır,  «Koroğlu»  operasının  səhnə  taleyini,  uğurlarını 
işıqlandırır.  Məqalə  30-cu  illər  Azərbaycan  tarixinin  tədqiqi  və  dəyərləndirilməsi 
baxımından  da  maraq  doğurur.  Müəllif  yazını  belə  başlayır:  «1937.  Məşhur 
«təmizləmə»  ili.  Azərbaycan  tarixinin  ən  qara  günlərini  yaşamaqdaydı.  17  ildən 
bəri  məmləkətdə  hakim  olan  istilaçılar  hər  cür  təzyiq,  qətl  və  soyğunçuluqdan  əl 
çəkməmiş,  minlərcə  ziyalıya  milliyyətçi  damğası  vuraraq,  amansızca  məhv 
etmişlər. Bu gün görüşdüyümüz adam ertəsi gün yoxa çıxır, hər kəs qorxu və təlaş 
içərisində  yaşayır.  O,  günlərdə  ən  çox  təhlükəli  durumda  olan  və  hər  an  məhv 
edilməsi  gözlənilənlərdən  biri  də  böyük  bəstəkar  Hacıbəyli  idi…  Üzeyir  bəyin 
çarlıq,  sonra  da  Milli  Cümhuriyyət  dövrlərindəki  milli  fəaliyyəti  və  yaradıcılığı 
qızıl  imperialistlərcə  hələ  unudulmamışdı».  «Azərbaycan  milli  musiqisinin 
yaşamasını  təmin  edən  Üzeyir  bəy»in  əsərləri  repertuardan  çıxarılmış,  yaratdığı 
Konservatoriyanın müdirliyindən uzaqlaşdırılmışdı. 
Müəllif  Üzeyir  bəyin  «təmizləmə»  əməliyyatından  kənarda  qalmasını 
rejimin  təbliğata  verdiyi  önəm  sayəsində  mümkün  olduğunu  qeyd  edir.  Belə  ki, 
1937-ci ildə – Azərbaycanda «təmizləmə» bütün qüvvəsi ilə davam etdiyi dövrdə 
Moskvada  Ukrayna  və  Gürcüstan  respublikalarının  sözdə  kültür  həftəsi  keçirilir. 
Sovet  xalqlarının  «müvəffəqiyyətlərindən»,  «milli  mədəniyyətlərin  inkişafından» 
dəm  vurulurdu.  İndi  də  Kreml  bir  tərəfdən,  illər  uzunu  minlərcə  azərbaycanlı 
ziyalını  məhv  etdiyini  ört-basdır  etmək,  digər  tərəfdən,  sovet  sistemi  sayəsində 
Azərbaycan  mədəniyyətinin,  xüsusilə  musiqisinin  inkişaf  etdiyini  bütün  dünyaya 
göstərmək  istəyirdi.  Odur  ki,      1938-ci  ildə  Moskvada  Azərbaycan  mədəniyyət 
həftəsinin  məhz  Ü.Hacıbəylinin  iştirakı  ilə  keçirilməsi  nəzərdə  tutulmuşdu. 
M.Türkəqul  bunun  səbəbini  belə  açıqlayır:  «Çünki  Üzeyir  bəyi  Azərbaycan 
musiqisindən,  Azərbaycan  musiqisini  də  Üzeyir  bəydən  ayırmaq  imkan  xaricində 
idi. 1937-ci ilə qədər Azərbaycanda Üzeyir bəydən başqa yalnız iki opera müəllifi 
vardı  ki,  onlardan  biri  Müslüm  Maqomayev,  digəri  də  türk  olmayan  Gliyer  idi. 
Yəni  mövcud  opera  əsərlərinin  çoxu,  eyni  zamanda  konsert  parçaları  və  xor 
repertuarı da ümumiyyətlə, Üzeyir bəyin əsərləri idi». 
M.H.Türkəqul  yazır  ki,  Ü.Hacıbəylinin  məhv  olunması  fikrindən  vaz 
keçildikdən sonra opera sənətinin şah əsəri sayılan «Koroğlu» əsərinin təmsilinə də 
icazə  verildi.  Məqalə  müəllifinə  «Koroğlu»nun  premyerasında  iştirak  etmək 
bəxtiyarlığı  nəsib  olmuşdur.  «Bu  tədbir  30  aprel  1937-ci  ildə  Bakının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə