211
Azəri xanının taxtı devrilmiş
Hər keçən baharın Novruz deyilmiş.
Döndümü taleyin, ah! Gülüm Gəncə!
Belimi bükür qürbətin yükü,
Ah… bu gün dərdlərin öylə böyük ki…
Fələkmi susdurdu o əski Türkü?
Mənimlə ağlamaz, bülbülüm Gəncə.
Kərim Yaycılı
Ayrılıq acısı
Qürbətə çıxarkən pək nəşəsizdim,
Səninlə görüşmək istərdim, annə,
Bu səfər könlümdə bir acı sezdim
Səninlə dərdləşmək istərdim annə…
Bir azacıq bəlkə nəşələnərdim,
Üzünü bir kərə görsəydim annə.
Bəlkə də qalmazdı, başqa bir dərdim
Əlini bir kərə öpsəydim, annə…
Ağlasaydım dizində bütün bir gecə
Bəlkə də sükunət bulurdum annə,
Səninlə görüşmədən böylə gedincə
O gün ta qəlbimdən vuruldum annə.
Ayrılıq acısı könlümü gəzdi,
Mən hicran zəhrilə solğunam annə.
Bu acı məni pək inlətdi, əzdi,
Uyusam dizində… yorğunam annə.
Yollarda xəyalən baş-başa səssiz,
Səninlə dərdləşir kimiydim annə,
Həm yuvasız qalmış, həm də kimsəsiz
Ağlayan bir öksüz kimiydim annə…
Mənliyimdə qopan fırtınalarla
Coşqun sular kimi çağladım annə
O bitmək bilməyən qarlı yollarda
Andımda səni mən ağladım annə.
Rüzgarın duydum da hıçqırığını
212
Salam yolladım sənə aldınmı, annə,
Söylədimi qəlbimin qırıldığını…
Heç məni düşünüb andınmı annə?
Bu tənha yollarda tək yolçu mənəm,
Dərin bir sükut var ovada annə,
Bilməm ki, boşmudur o əski yerim
Pək yalnız qaldığın yuvada annə.
Başqa heç bir şey istəməm ellə,
Xeyir-duanı yalnız dilərəm annə
O mənə verdiyin ipək məndillə
Göz yaşlarımı mən silirəm annə.
Dərdimi paylaşalım nerdəsən annə
Səninlə ağlaşalım nerdəsən annə?..
R.S.
Bir daha Leo Nussimbaum haqqında, yaxud Berlin Ġslam
Ġnstitutu nəyə protesto edirdi
Azərbaycan mühacirlərinin Berlində nəşr etdikləri «İstiqlal» (1932-1934)
qəzetində Leo Nussimbaumla bağlı «525-ci qəzet»də dərc olunmuş kiçik
informasiya (№ 78, 27 aprel 2002-ci il) maraqla qarşılanmışdı. Hətta hörmətli
professor Pənah Xəlilovun yazdığı «Bir daha «Əli və Nino»nun əsl müəllifinin
kimliyi haqqında» məqalədə («525-ci qəzet», № 97, 25 may 2002-ci il) həmin
məlumata mənbə kimi istinad edilmişdir.
Məsələ burasındadır ki, eyni mövzuya – Leo Nussimbaumın həyatı və
yaradıcılığına Azərbaycan mühacirlərinin İstanbulda 1929-cu ildən nəşr etdikləri
«Odlu yurd» jurnalı da irihəcmli material həsr etmişdir (№ 13, mart 1930-cu il).
Burada verilmiş «Şərqdə petrol və qan» ünvanlı əsərin müəllifi kimdir» (səh.11-
18), «Protest səsləri» (səh.18-20), «Berlin İslam İnstitutunun izahatı» (səh.20-21)
başlıqlı yazılarda Leo Nussimbaumın şərəfsiz, çirkabla dolu həyat və yaradıcılığı
barədə geniş bəhs olunur.
«Şərqdə petrol və qan» ünvanlı əsərin müəllifi kimdir» adlı məqaləni yazan
Hilal Münşi Berlində 1931-ci ildə alman dilində buraxılan və alman ictimai
fikrində böyük əks-səda doğuran «Azərbaycan Cümhuriyyəti» əsərinin müəllifidir.
1902-ci ildə Azərbaycan mədəniyyətinin tacı Şuşada dünyaya göz açan Hilal
Münşi Azərbaycan Xalq Cümhuriyyəti dövründə ali təhsil almaq üçün xaricə
göndərilən tələbələr sırasında idi. 27 Aprel istilasından sonra bir daha Vətənə
213
dönməyən Hilal Münşi Vətənin istiqlalı uğrunda bütün həyatı boyu mücadilə
aparmış, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin alovlu təbliğatçısı, təəssübkeşi
olmuşdur. Oxucuların diqqətinə təqdim edilən nümunə də dediklərimizi
təsdiqləyir.
«525-ci qəzet», 12 iyul 2002.
Əbdül Vahab Yurdsevərin publisistikası
1950-ci illərin sonu – 60-cı illərdə və sonralar «Azərbaycan»ın (1952,
Ankara) səhifələrində Əbdül Vahab Yurdsevər, İldəniz Qurtulan, Əhməd Qaraca,
Müştaq Qarabağ, Əjdər Qurtulan, Səlahəddin Qılınc, Nizaməddin Onk, Teymur
Atəşli, Həmid Dönməz, Süleyman Təkinər, Feyzi Aküzüm, Əli Akiş, Kərim
Yayçılı və s. kimi qələm sahiblərinin diqqətçəkən məqalələri, bədii əsərləri dərc
olunurdu.
«Azərbaycan»ın ən fəal yazarlarından olan Əbdül Vahab Yurdsevərin
yaradıcılığı çoxsahəli və məhsuldardır. Məqalələrini «Abdul Vahab Yurdsevər»,
«Ə.Vahab Yurdsevər», «Vahab Yurdsevər», «A.B.Y.», «V.Y.» və s. kimi
imzalarla dərc etdirən müəllifin ilk yaradıcılığında klassiklərin irsi, onun tədqiqi,
dəyərləndirilməsi əsas yer tutur. «Azərbaycan»ın ilk nəşr illərində hər nömrəsində
A.B.Yurdsevərin yazısı dərc edilmişdir.
Ə.B.Yurdsevərin Xurşidbanu Natəvan, C.Cabbarlı, Aşıq Ələsgər,
Məhəmməd Hadi, Abbas Səhhət, Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanlı,
Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai və s. kimi söz ustalarının həyat və
yaradıcılığına dair araşdırmaları özünəməxsus yanaşma tərzi, ciddi mühakimələri
ilə diqqəti cəlb edir. Xurşidbanu Natəvanın acı, ağır taleyini, onun dəyərli irsini
böyük məhəbbətlə qələmə alan Ə.Yurdsevər yazır: «Natəvan Azərbaycan
ədəbiyyatında sentimental-romantik şeir üslubunun bariz bir nümayəndəsidir.
Şeirlərində incə bir lirizm, dərin və coşqun bir hiss və həyəcan sezilməkdədir.
Yanıqlı qəzəlləri bir mərsiyə ruhunu daşımaqdadır. Göz yaşları, həsrət, Tanrıya
yalvarmaq, ayrılıq iztirabları, ümidsizlik və şikayət bu şeirlərin başlıca mövzusunu
təşkil etməkdədir. Natəvanın şeirlərindəki bu ruh haləti həyatında uğradığı
fəlakətlərin nəticəsidir».
Tədqiqatçı haqlı olaraq Natəvanın şəxsi kədər və hüznü ilə yaradıcılığında
təzahür edən qəm-qüssəni əlaqələndirir, eyni zamanda bu şeirlərin ədəbi-ictimai
yükünü dəyərləndirirdi. Xurşidbanu Natəvan həmin dövrdə fəaliyyət göstərən
«Məclisi-üns»ün üzvü olmaqla yanaşı, bu poetik məclisə maddi yardım da
göstərirdi. Ə.Yurdsevər göstərir ki, Natəvan «şeirdə olduğu qədər rəssamlıqda da»
böyük istedad sahibi idi.
Ə.V.Yurdsevərin jurnalın dalbadal 3 nömrəsində verilən «Azərbaycan dram
ədiblərindən C.Cabbarlı» adlı tədqiqat əsərində müəllif C.Cabbarlının həyat və
yaradıcılığını addım-addım izləyir, əsərlərinin mövzusunu, ideya istiqamətini
dəyərləndirir. Ə.V.Yurdsevər C.Cabbarlının «Ədirnə fəthi» və «Trablis
Dostları ilə paylaş: |