Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   96   97   98   99   100   101   102   103   ...   176

 
206 
Bu  il  Amerikada  «The  Sabresof  Paradise»  adlı  bir  kitab  çap  olunmuş  və 
ölkədə  böyük  əks-səda  doğurmuşdu.  Kitab  25  il  rus  ordusuyla  döyüşən  Şeyx 
Şamilin həyatına həsr edilmişdir. Kitabın müəllifi Leslek Blanş əsərinin əvvəlində 
Qafqaz xalqları arasında «Azərbaycanlıların ən yaraşıqlı» xalq olduğunu yazır. 34 
yaşlı yaraşıqlı Asim Yıldız da bu sətirləri mənə qürurla oxudu. 
…O gecə azərbaycanlıların hamısı daim gülərüz, mərd təbiətli və sönməz bir 
imanın  sahibi  olan  «dayı»ları  Əhməd  İbrahimin  evində  toplandılar.  İlk  dəfə 
gördüyüm  bu  həmvətənlərlə  dərindən  tanış  olduqca  diqqət  etdim  ki,  Vətən 
həsrətinin  verdiyi  iztirablar  onların  simasında  necə  iz  qoyub!  Hamısının  baxış  və 
çöhrələrində azərbaycanlılara xas bir qürurun da ifadəsi oxunurdu. …vətənimizin 
bu qartallarını sizə də təqdim edirəm. 
Bir dəqiqə! …Onları sizə tanıtmazdan əvvəl xatirimdə ikən bunu söyləyim: 
onlar  məndən  Avropada  və  Türkiyədə  yaşayan  Azərbaycanlı  qardaşlarını 
soruşdular. Onları təmin edən cavablar verdiyimi ümid edirəm. 
İçərilərində  ən  yaşlısı  Əhməd  İbrahim  Amerikada  qurulan  cəmiyyətin 
başkanıdır.  Bu  isim  Azərbaycanlılar  arasında  böyük  mənəvi  qüvvət  ifadə 
etməkdədir. O, sevgi, alicənablıq, maddi və mənəvi yardım simvoludur… 
Əcaba,  albay  İsrafil  ismini  tanımayan  bir azərbaycanlı  varmı? Buna  imkan 
yox!  Bu  isim  gələcək  nəsillər  üçün  belə  qürurun,  qəhrəmanlığın,  cəsarətin, 
hürriyyətin və böyük vətənsevərliyin timsalıdır. Komandir İsrafil bəy İkinci Dünya 
Müharibəsi zamanı Azərbaycanın hürriyyəti uğrunda kommunizmə qarşı qanlı bir 
mücadiləyə  girmişdi.  Hərbdən  sonra  SSRİ-yə  qarşı  döyüşənləri  Stalin  tələb  etdi. 
Bu xəbəri eşidən İsrafil bəy bildirmişdi: «Mən yaşadığım müddətdə heç bir qüvvə 
mənim  komandanlığım  altında  döyüşənləri  Barbar  rejimə  təslim  edə  bilməz.  Ya 
birlikdə  Hürriyyətə  qovuşacağıq,  ya  da  bərabər  öləcəyik».  O  zaman  Qərb  yalnız 
İsrafil  bəyin  həyatı  üçün  təminat  aldı,  yəni  İsrafil  bəy  kommunistlərə  iadə 
edilməyəcək  və  Hürr  Dünyaya  qovuşacaqdır.  Lakin  İsrafil  bəy  ona  təminat  alan 
Qərb  komandanlığına  bildirdi:  «Mənim  döyüşçülərim  əsir  Vətənimizin  azadlığı 
uğrunda  çarpışmış  və  gözlərimin  önündə  on  minlərcə  qurban  vermişlər.  Mən  bir 
komandan olaraq onları təkbaşına kommunizmin qanlı pəncəsinə necə təslim edə 
bilərəm?  Mən  öz  övladlarımı  yalnız  buraxa  bilmərəm.  Onlarla  birlikdə  ölmək 
mənim üçün ən böyük şərəfdir». Beləliklə, cəsur komandan öz əsgərləri ilə birlikdə 
bolşeviklərin qanlı əlinə təslim edildi… 
O gecə Azərbaycanın əbədi iftixarı olan albay İsrafil bəyin qardaşı Hidayət 
İsrafillə Əhməd İbrahimin evində yanaşı oturmuşduq. İki uşaq atası olan Hidayət 
İsrafilin  «Azərbaycan»  kəlməsini  dediyi  zaman,  səsinin  titrədiyini  hiss  etməmək 
mümkün  deyil.  Onun  yanında  əyləşən  Azərbaycan  ziyalısı  Oğuz  Ödər 
Amerikadakı Azərbaycan Cəmiyyətinin Nizamnaməsini hazırlamışdır. 
Mənimlə  üzbəüz  üç  uşaq  atası  Ənvər  Sultanzadə  əyləşib.  İstiqanlı,  gülərüz 
və səxavətlidir. 
Sol  tərəfimdə  ağdamlı  Yusif  Qənizadənin  damadı  Muxtar  Fazilov 
oturmuşdu. 
Əziz Özəri tanıyırsınız? Yəqin ki, hə! Çünki o, illərcə Ankara və İstanbulda 
Azərbaycan  gecələrində  göstərilən  «İblis»,  «O  olmasın,  bu  olsun»,  «Arşın  mal 
alan» əsərlərində rollar oynamışdır. 


 
207 
4  uşaq  atası  Rəhim  Babaoğlu  böyük  mağaza  sahibidir.  İsmayıl  Yılmaz,  üç 
uşaq  atası  Bəylər  Verdini,  4  uşaq  atası  Ələkbər  Qəhrəmanzadə,  bir  uşaq  atası 
Mehmet  Quluzadə,  Kərim  Berlant,  Şükri  Qaya,  Nəsrullah  Murtuz,  İsmayılzadə 
Hacıağa,  Əhməd  Səmədoğlu,  Dadaş  Manaflı  da  Azərbaycanın  vətənpərvər 
övladlarıdır və cəmiyyətin işində fəal iştirak edirlər. 
O  gecə  ümumi  tanışlıqdan  sonra  «Amerikada  Azərbaycan  Kültür 
Cəmiyyəti»nin təsis olunması ilə bağlı məsələ müzakirə olundu. 
Müsbət və praktik təkliflər irəli sürüldü, qərarlar hazırlandı. 
Vətən sevgisinin və Vətən həsrətinin bu bir ovuc Azərbaycanlının qəlbində 
yaratmış olduğu atəşi söndürə biləcək heç bir qüvvənin mövcudluğuna inanmıram. 
Qəhbə  tarixin  və  qədərin  dönən  çarxına  baxın!..  Bir  zaman  dünyaya  meydan 
sulayan Turanın indi bağrı yanıq, lakin mənəviyyatlı, məğrur övladları Amerikanın 
bir küncündə öz vətənləri üçün hər cür fədakarlığa qatılmaq üçün and içirlər… 
 
 
 
 
 
 
 
 
 
Mehmet ALTUNAY 
 
 
 
 
 
 
 
«Azərbaycan müəllimi» qəzeti, 
 
 
 
 
 
 
 
 
     8 noyabr 2001 
 
 
 
Məmləkət duyğularına tərcüman  
 
Azərbaycanda  Sovet  hakimiyyətinin  mövcud  olduğu  70  il  ərzində 
mühacirətdəki  mətbu  orqanların  başlıca  mövzusu  bolşevizmə,  rus  imperiyasına 
qarşı  ideoloji  mübarizə,  Azərbaycanın  istiqlalı  uğrunda  mücadilə  olsa  da,  onun 
səhifələrində tariximizlə, ədəbiyyat və mədəniyyətimizlə bağlı materiallar da geniş 
yer  tutur.  Sovet  Azərbaycanında  bədnam  Türkmənçay,  Gülüstan  müqavilələri 
məhd  olunanda,  ermənilərin  Bakıda  və  ölkəmizin  əksər  bölgələrində  1918-ci  il 
mart-aprel  aylarında  törətdiyi  vəhşilikləri  başqa  ad  altında  ört-basdır  ediləndə, 
dünya ədəbiyyatının şah əsərlərindən sayılan «Kitabi-Dədə Qorqud» dastanı «xalq 
düşməni»  elan  ediləndə  mühacirət  mətbuatı  həqiqəti  yazırdı.  Əhməd  Cavad, 
Mikayıl  Müşfiq,  Salman  Mümtaz,  Vəli  Xuluflu,  Hacı  Kərim  Sanılı,  Qantəmir 
(Qafur Əfəndiyev), Hüseyn Cavid, Əliabbas Müznib, Hənəfi Zeynallı, Yusif Vəzir 
Çəmənzəminli, Bəkir Çobanzadə, Əmin Abid, Ömər Faiq Nemanzadə və onlarca 
bu cür digər qüdrətli sənətkar, tədqiqatçılar Sibirə sürgün ediləndə, güllələnəndə, 
edam  olunanda  mühacir  nəşrlər  onların  irsinə  müraciət  edir,  onları  təbliğ  edirdi. 
Mühacirət mətbuatı Sovet hakimiyyəti illərində bütün çərçivələrə, senzuraya, rejim 
və  ideologiyanın  tələblərinə  baxmayaraq,  öz  əsərləri  ilə  xalqına  xidmət  edən 
sənətkarların  həyat-yaradıcılığına  da  müraciət  etmişdir.  15-20  il  bundan  əvvəl 
«Azərbaycan»  jurnalının  (Ankara,  1952-ci  il)  50-ci  illər  nömrələrini  araşdıranda 
nəşrin  1952-ci  il  tarixli  2-3-cü  nömrəsində  dərc  olunmuş  bir  şeir  diqqətimi  cəlb 
etdi.  Bu,  nəğməkar  şair  İslam  Səfərlinin  «Ana  dili»  şeiri  idi.  Jurnal  oxucularına 
əsəri belə təqdim etmişdir: 
«Əziz  oxucular!  Aşağıda  nəzərinizdən  keçəcək  şeir  Bakıda  yayınlanan 
«Azərbaycan»  dərgisinin  1958-ci  il  tarixli  7-ci  nömrəsində  çıxmışdır.  Məmləkət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə