222
M.F.Axundzadə adına Azərbaycan Opera və Balet Teatrında gerçəkləşdirilirdi. O
axşam Koroğlu rolunu Bülbül, Nigarı Gülarə xanım, Həsən xanı Məhəmməd Tağı
Bağırzadə, İbrahimi Mustafazadə, Həmzəni Hüseynzadə, Koroğlunun atasını
Zülfüqar Sarızadə ifa etdilər. Təmsilin rejissoru Hidayətzadə, rəssamı Rüstəm
Mustafazadə, dirijoru bəstəkarın özü idi». Bütün bunları qeyd etdikdən sonra,
M.H.Türkəqul operanın məziyyətlərindən, səhnə uğurundan geniş bəhs edir və
yazır ki, əgər Üzeyir bəy bütün həyatı boyu yalnız «Koroğlu» operasını yazmış
olsaydı, yenə o tək bu əsəriylə yüksək sənətkar vəsfini qazanmış olardı.
M.Türkəqul məqaləsini belə bitirir: «İstiqlal aşiqi azəri türklərinin bir simvoluna
çevrilən «Koroğlu» əbədiyyən yaşayacaq və bizə daim böyük yaradıcısını
xatırladacaqdır».
«Qobustan» sənət toplusu, № 4, 2004.
YUBĠLEYLƏR, TƏBRĠKLƏR VƏ PORTRETLƏR
70 yaĢlı «Ġstiqlal»
Azərbaycanın müstəqilliyi uğrunda ideoloji mücadilə tarixində misilsiz
xidmətlər göstərmiş «İstiqlal» qəzetinin nəşrindən 70 il keçir. Berlində on gündən
bir buraxılan qəzetin ilk nömrəsi 1932-ci ilin yanvarında işıq üzü görmüşdür.
İkinci nömrəsindən etibarən «İnsanlara hürriyyət, millətlərə istiqlal» şüarı ilə çıxan
qəzet 1934-cü ilədək nəşrini davam etdirmişdir.
M.Ə.Rəsulzadənin redaktorluq (baş mühərrir) etdiyi qəzetdə mühacirət
publisistikasının parlaq nümunələri öz əksini tapmışdır. Mirzə Bala Məmmədzadə,
Mir Yaqub, Hilal Münşi, Mustafa Vəkilli, Əli Azəri və digər qələm sahibləri öz
yazılarında bir tərəfdən sovet rejimini, imperiyanın Azərbaycanda həyata keçirdiyi
istila siyasətini kəskin tənqid atəşinə tutur, onun mütləq iflasa uğrayacağını inamla
bildirir, digər tərəfdən mühacirlər arasında Azərbaycan mədəniyyətini,
ədəbiyyatını təbliğ edirdilər.
Mühacirət nəşrlərimizin İstanbul dövründən sonra «İstiqlal» qəzeti xaricdə
Azərbaycanlıların təşkilatlanması, səfərbər olunması və birgə fəaliyyətində böyük
rol oynamışdır. Yeri gəlmişkən qeyd edək ki, (1922-1931-ci illər ərzində
İstanbulda buraxılan «Yeni Qafqasya» (cəmi 100 nömrə), «Azəri-Türk» (cəmi 20
223
nömrə), «Odlu yurd» (cəmi 32 nömrə) məcmuələrinin, «Birdiriş» qəzetinin (cəmi
58 nömrə) yerinə yetirdiyi məramı «İstiqlal» qəzeti şərəflə həyata keçirmişdir.
«Ədəbiyyat qəzeti»
1 mart 2002
«Azərbaycan yurd bilgisi» - 70
Mühacirət mətbuatı tarixində «Azərbaycan yurd bilgisi» jurnalının xüsusi
yeri və rolu olmuşdur. 1932-ci ilin yanvar ayında çıxan ilk nömrəsində «Bir neçə
söz» adlı proqram məqaləsində göstərilir ki, jurnalın məqsəd və qayəsi yalnız
Azərbaycanla bağlı tədqiqatlar aparmaq yox, həm də bu ölkəni irqdaş və mühiblərə
tanıtmaqdır. «Prof. Köprülüzadə M.Fuad, prof. A.Z.Validi, dr.Hacızadə Mirzə,
dr.Ağaoğlu Mehmet, assis.Əbdülqadir Bəylərin iştirakı ilə ayda bir dəfə nəşr
olunan» jurnal elə ilk nömrələrindən elmi və ədəbi ictimaiyyətin diqqətini cəlb
etdi.
«Azərbaycan yurd bilgisi»nin mövzu dairəsi geniş və rəngarəngdir:
Azərbaycan ədəbiyyatı, dili, tarixi, coğrafiyası, iqtisadiyyatı və s. Bundan əlavə,
digər türkdilli xalqların ədəbi irsi də jurnalda geniş araşdırılır. Bəzi tədqiqatçılar
nəşrin siyasi mövzulara qətiyyən toxunmadığını iddia etsələr də, zənnimizcə, bu
belə deyildir.
Azərbaycan Xalqa Cümhuriyyəti və istiqlal mücadiləsi ilə bağlı jurnalın dərc
etdiyi çoxsaylı yazılar fikrimizi təsdiqləyir. «Azərbaycan yurd bilgisi» jurnalının
mühacirətdə Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, ədəbi-mədəni irsin
tədqiqində və təbliğində əvəzsiz xidmətləri olmuşdur.
«Ədəbiyyat qəzeti»
8 fevral 2002
Sənət, dil, vətən və vətəndaĢlıq məktəbi
XIX əsrin sonlarına doğru vur-tut 2 ilə yaxın bir müddətdə nəşr olunan və
milli mətbuatımızın ilki sayılan «Əkinçi» ədalət, cəhalət, mövhumat
məngənəsində, qaranlıq cəmiyyətdə boğulan Azərbaycan xalqının elm, tərəqqi,
təhsil və mədəniyyət yoluna əbədi işıq saçan şimşəyə bənzəyir. «Əkinçi»nin
toxumundan cücərən «Şərqi-rus», «Həyat», «Füyuzat» və digər mətbu orqanlar
ulusun həyat və düşüncə tərzinə növbəti təkan verdilər, milli şüur və özünüdərkin
inkişafında misilsiz xidmət göstərdilər. Mətbuat tarixinin tədqiqatçısı kimi qəti
qənaətdəyəm ki, son 75 ildə ədəbi-mədəni-mənəvi irsimizin saxlanılmasına,
təbliğinə və bu xəzinənin zənginləşməsinə «Ədəbiyyat qəzeti» qədər xidmət
göstərmiş ikinci mətbu orqan olmamışdır.
224
1934-cü ildə – repressiya tufanının yaxınlaşdığı zaman ilk nömrəsi işıq üzü
görən qəzetin nəşri tarixində ictimai-siyasi həyatda təbəddülatlar, burulğanlar,
fırtınalar olmuşdur. «Ədəbiyyat qəzeti» sözün, sənətin keşiyində səngərdə sərhədi
göz qırpmadan qoruyan əsgər kimi durmuşdur. Qəzet bəzən intriqalar, ideoloji,
hətta şəxsi münasibətlərə aydınlıq gətirmək üçün meydana çevrilmiş, ondan kimi,
yaxud kimləri isə aradan götürmək üçün vasitə kimi istifadəyə də cəhd
olunmuşdur. Lakin başlıca ideyaya, ana xəttə xələl gəlməmişdir: klassik və müasir
ədəbi irs təbliğ olunmuş, yeni əsərlər dəyərləndirilmiş, ədəbi məhsulun dili, üslubu,
sənətkarlıq problemləri, ideya-məzmun məsələlərinə münasibət bildirilmişdir.
«Ədəbiyyat qəzeti»nin xidmətlərindən söz açanlar qəzetin ədəbi mühitlə nəfəs
aldığını, qələm əhlini səfərbər etdiyini, istiqamətləndirdiyini, müəyyən məsələ
barədə ictimai rəyin formalaşmasına təsir göstərdiyini, gənclərə qayğı ilə
yanaşdığını, istedadlara meydan verdiyini, əlinə yenicə qələm alan şairi, yazıçını,
publisisti, tərcüməçiləri pərvazlandırdığını haqlı olaraq dönə-dönə qeyd edirlər.
Amma qəzetin fəaliyyətinə bir qədər geniş aspektdə nəzər salanda və onun mətbuat
tarixindəki yeri və rolunu müəyyənləşdirmək istədikdə, bu nəticəyə gəlirsən:
«Ədəbiyyat qəzeti»nin hər yeni nömrəsi ayrılıqda ədəbi prosesin bir çırpıntısı,
ədəbi düşüncənin əks-sədasıdır. Lakin bütövlükdə o bir salnamədir, xəzinədir. 75
yaşlı «Ədəbiyyat qəzeti» Azərbaycan ədəbiyyatının 1000 illik yazılı söz sənətini,
yaşı bilinməyən şifahi söz yaradıcılığını özündə yaşadan bir ensiklopediyadır. Bu
qəzet sənət, dil, vətən və vətəndaşlıq məktəbidir. Bu qəzet, təkcə ədəbiyyatın yox,
bütövlükdə Azərbaycan tarixinin əvəzolunmaz mənbəyi, məxəzidir. Bu xəzinənin
yaradılmasında iştirak edən, lakin bu gün həyatda olmayan insanların ruhu daim
şad olsun – deyirik, onların xələflərinə isə müqəddəs məramda uğurlar arzulayırıq.
Fikrimcə, qəzetin yubileyinə ən gözəl töhfə onun 4 minə yaxın nömrəsinin
tam mətninin kitab şəklində nəşr etdirilməsi olardı. Bu sahədə təcrübə və parlaq
nümunə isə vardır (Əziz Mirəhmədov. «Əkinçi», 1875-1877. Tam mətni. Bakı,
1970. Azərbaycan Dövlət Nəşriyyatı).
“Ədəbiyyat qəzeti”,
18 dekabr 2009
Dədə Qorqud vəfası
Yaxın günlərdə təsviri sənət sahəsində Dədə Qorqud obrazının yaradılması
ilə bağlı rəssamlar arasında keçirilən açıq müsabiqəyə yekun vurulacaq. Təqdim
olunmuş 60-a yaxın işin qalibləri elan ediləcək. Bu xəbər eposla əlaqədar bəzi
qeydləri qələmə almağıma səbəb oldu…
«Kitabi – Dədə Qorqud» haqqında son 3-4 ildə təkcə respublikamızda
onlarca kitab, yüzlərlə məqalə yazılmış, bu zaman eposun ünvanına lüğətimizdəki
ən dürlü sözlər söylənilmiş, bəşər sivilizasiyanın nadir incilərindən olan bu oğuz
dastanları Adəmdən üzü bəri yaranan söz xəzinəsinin möhtəşəm nümunələri ilə
yan-yana qoyulmuş, müqayisə edilmişdir. Lakin elə bil, «Kitab»a yaxınlaşdıqca, o
bizdən uzaqlaşır.
Dostları ilə paylaş: |