Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə115/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   111   112   113   114   115   116   117   118   ...   176

 
240 
P
ortretə Ģtrixlər 
 
 
Bir  neçə  il  əvvəlin  söhbəti  olsa  da,  indiki  kimi  xatırlayıram.  Dostlarımdan 
biri  məni  Böyük  Qafqaz  dağlarının  ətəyində  muncuq  kimi  sıralanmış  bölgələrdən 
birinə  həsr  olunmuş  mahnının  təqdimatına  dəvət  etmişdi.  Məmnuniyyətlə  razılıq 
verdim  və  tədbirə  qatıldım.  Mahnı  mətni  doğma  yurda  sevgi  ilə  qələmə  alınsa, 
orada  bər-bəzəkli  sözlərdən,  qurultulu  ibarələrdən  gen-bon  istifadə  edilsə  də, 
məzmun  çox  kasad  görünürdü,  rayonun  tarixi,  sakinləri,  təbiəti  və  bugünkü 
inkişafı,  özünəməxsus  digər  xüsusiyyətləri,  xarakterik  cəhətləri  şeirdə  əksini 
tapmamışdı.  Musiqi  şən  və  oynaq  olsa  da,  yüngül  təsir  bağışlayırdı,  mahnının 
mətni kimi onda da sanbal yox idi. Məclis əhli münasibət bildirməyə başladı. Kimi 
göz yaşlarını silərək, kimi sonsuz qürur və fəxarətlə zilə qalxır, mahnını ağızdolusu 
tərifləyir,  kimisi  də  bəmdən  gedir,  ehtiyatlı  ifadələrlə  təqdimatı  «yola  verirdi». 
Növbə mənə çatanda tədbirin təşkilatçılarına təşəkkürümü bildirdim, şairə, mahnı 
müəllifinə minnətdarlıq etdim ki, öz istedad və bacarıqları səviyyəsində haqqında 
söhbət  gedən  bölgəyə  məhəbbətlərini  izhar  ediblər.  Sonra  tədbirin  iştirakçılarına 
belə  bir  sualla  müraciət  etdim:  -  Şeirdə  adı  çəkilən  rayonun  əvəzinə  «Şəki», 
«Qax»,  «Balakən»,  yaxud  «İsmayıllı»  sözlərini  yazsaq,  mətnə  xələl  gələrmi,  nə 
dəyişər? Məncə heç nə? 
Yerbəyerdən  yarızarafat,  yarıciddi  replikalar  eşidildi:  «Lənkəran», 
«Masallı»,  «Lerik»  sözləri  də  gedər.  Kimsə  lap  ağ  elədi:  lap  «Cəlilabad», 
«Biləsuvar»,  «Neftçala»  da  yazmaq  olar.  Mən  davam  etdim:  -  Bununla  çəkilən 
zəhməti  yerə  vurmaq,  heçə  endirmək  istəmirəm.  O,  yerlərin  adamları,  onların 
həyat, düşüncə tərzləri, adət-ənənələri kimi təbiəti, çayları, dağları, meşələri də bir-
birinə bənzəyir. Amma hərəsinin öz adı, öz siması, hər rayonun öz tarixi, özünəxas 
cəhətləri, maddi-mədəni abidələri var. Məncə, bu cəhəti unutmaq olmaz… 
Budur,  indi  özüm  öz  tələbim  qarşısındayam.  Çox  hörmətli  bir  nəfər 
professor  haqqında  ürək  sözlərimi  yazmalıyam.  «İstedadlı»,  «zəhmətkeş»,  «daim 
axtaran-arayan»,  «gənclərə  diqqətlə  yanaşan,  onlara  yol  göstərən»,  «öz  üzərində 
işləyən»,  «elmi  yenilikləri  izləyən»,  «iti  müşahidə,  təhlil  qabiliyyətinə  malik», 
«real,  obyektiv  dəyərləndirmək  məharəti  olan»  kimi  şablonlar  işimə  yaramır. 
Kimsə oxuyar və mənə sual ünvanlayar ki, ömrünü-gününü elmə, təhsilə həsr edən 
hansı professorun ünvanına bu sözləri işlətmək olmaz?! Bəs haqqında yazacağım 
professor 
Nizami 
Məmmədovun 
(Tağısoy) 
bütün 
bunlarla 
yanaşı 
özünəməxsusluğu,  fərdi  keyfiyyətləri  hansılardan,  nədən  ibarətdir?  Professorlar 
qalereyasında  Nizami  müəllimin  maraqlı  olduğu  qədər  də  diqqətçəkən  və  zəngin 
həyat  yolu  var.  Hələ  məktəb  yaşlarından  əlinə  qələm  alan  Nizaminin  imzası 
əvvəlcə şagirdlərin buraxdığı divar qəzetində, sonra rayon qəzetində, daha sonralar 
isə  respublika  mətbuatında  görünməyə  başladı.  Şeir  və  məqalələri  Yuxarı  Şilyan 
kəndindən  bir  istedadın  boylandığından,  «mən  də  varam»,  «mən  də  gəlirəm» 
mesajından xəbər verirdi. O vaxt boylanırdı ki, neçə illər sonra yazsın: 
  
 
 
 
«Yaşamaq mənimdir, yanmaq mənimdir 
 
 
 
Dünyanı dərk edib, anmaq mənimdir, 


 
241 
 
 
 
İnsanı insantək sanmaq mənimdir…». 
                                                                  (Sən yaşamırsan) 
  
Gəlirdi  ki,  illər  sonrası  millətin  səsini,  fəryadını,  dərdini,  faciəsini  bütün 
gücü ilə hayqırsın: 
 
 
 
 
«Beş yerə paylanıb Vətən torpağı, 
 
 
 
Tutub dörd bir yanı qaniçən yağı, 
 
 
 
Talanıb bağçası, bostanı, tağı…». 
 
 
 
 
        («Bilirəm-bilmirəm») 
 
İgidlərə, ərənlərə səslənmək, onları səfərbər etmək üçün gəlirdi: 
 
 
 
 
İgidlər səf düzülməsə, 
 
 
 
İxtilaflar çözülməsə, 
 
 
 
Vətən bütöv edilməsə, 
 
 
 
Bilməm, neyçün yaşayıram?! 
 
 
 
 
(Bilməm, neyçün yaşayıram) 
 
Nizami həm də ürəklərə od, köz salmaq, sevmək, sevilmək üçün boylanırdı, 
gəlirdi: 
 
 
 
O mavi gözlərin – bir zümrüd qaşı, 
 
 
 
Baxanda məst edir dağı, daşları, 
 
 
 
Odlanır dünyanın qurusu, yaşı, 
 
 
 
Mən də alışıram, mən də yanıram… 
 
 
 
 
(«Sevgimə vermirsən aman») 
 
Bütün  bunları,  bunlardan  daha  çoxunu  demək  üçün  Nizami  «Ptolomeyin 
yadigarı», «fateh və sərkərdələrin hədəfi», «qonaq-qaralı, dostlara vəfalı, düşmənə 
xəncər»  Şilyandan  böyük  həyata  qədəm  qoyurdu.  İlk  addımları  kövrək,  lakin 
inamlı  idi.  Yoluna  çıxan  toz-torpaq,  daş-kəsək  ona,  onun  yürüməsinə  mane  ola 
bilməzdi. Məktəbi bitirdikdən sonra bir müddət istehsalatda alın təri tökdü, əzələlər 
möhkəmləndi,  əllər  qabardı.  Növbədə  əsgərlik  vardı.  Nizami  bu  borcu  verməyə 
artıq tam hazır idi və «kişilik məktəbi»ni də şərəflə, ləyaqətlə başa vurdu. 
…Burada fasilə verir, yazılanlara nəzər salıram. Rəssamlar portret işləyəndə 
bir  nəfəsə  onu  başa  vurmurlar  ki!  Fırçanı  tablonun  üstündə  gəzdirir,  geri  çəkilir, 
rənglərə  tamaşa  edir,  götür-qoy  edir,  düşünür  və  yenidən  fırçanı  işə  salırlar.  Mən 
də  yuxarıda  yazılanları  Nizami  Tağısoyun  portretindən  ştrixlər  hesab  edir  və 
növbəti cizgilərə keçirəm… 
Yeniyə, yeniliyə can atmaq, təzə cığır açmaq, axtarmaq eşqi, həvəsi Nizami 
Məmmədovla  lap  körpəlikdən  yoldaşlıq  edir,  bu  gün  də  bu  həvəs,  ehtiras,  enerji 
tükənmir.  İlk  yaradıcılığındakı  –  şeir  və  hekayələrindəki  bu  məziyyətlər  sonralar 
cilalandı,  genişləndi,  sistem  halını  aldı,  yeni  məzmun  kəsb  etdi,  yeni  müstəviyə 
keçdi – elm aləminə qədəm qoydu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə