Abġd tahġRLĠ


Abid Həmid oğlu Tahirlinin filologiya elmləri doktoru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə141/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   137   138   139   140   141   142   143   144   ...   176

 
295 
 
Abid Həmid oğlu Tahirlinin filologiya elmləri doktoru 
alimlik dərəcəsi almaq üçün  «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-1991)» mövzusunda 
yazdığı avtoreferata 
 
R Ə Y D Ə N 
 
Düz iyirmi beş ildən çoxdur ki, mətbuatda, ədəbiyyatda ayda ən azı 5-6 dəfə 
Abid Tahirli imzası ilə rastlaşıram. Təkcə son dörd-beş ildə bir-birindən maraqlı və 
sanballı beş tədqiqat əsəri ortaya qoyub. Bu əsərlərdə Azərbaycan mühacirlərinin 
ağır, ziddiyyətli və eyni zamanda şərəflə keçdiyi mübarizə yolu əks etdirilib. 
Son  zamanlar  mühacirət  problemlərinin  tanınmış  tədqiqatçısı  kimi  tanınan 
istedadlı  alimin  «Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-1991)» 
adlı avtoreferatını oxuduqdan sonra bir daha  əmin oldum ki, bu  əsər Azərbaycan 
mühacirətinin  qüdrətini,  mübarizə  yolunu,  çəkisini,  rolunu  dəyərləndirmək  üçün 
əvəzsiz  bir  xəzinədir.  Bu  xəzinəni  yaratmaq  üçün  Abid  illərlə  ömrünü-gününü 
kitabxanalarda,  arxivlərdə  keçirmiş,  toz  basmış  kitabları,  qəzet  və  jurnalları, 
vərəqələri,  əlyazmaları  əsl  ziyalı  qayğısı  ilə  oxumuş,  tədqiqatçı  sayğısı  ilə 
araşdırmışdır.  Yalnız  mətbuatımızın  deyil,  xalqımızın  ən  şərəfli,  keşməkeşli 
möhtəşəm bir dövrünü, tarixini öyrənmiş, tədqiq etmişdir. Əsəri oxuduqca bir daha 
bəlli  oldu  ki,  mühacirətdəki  qələm  ustalarımız  tək  Azərbaycanın  dərdini  deyil, 
imperiya  işğalı  altında  olan  bütün  türk  millətlərinin  başına  gətirilənləri  də  öz 
yazılarında dünya xalqlarına çatdırmışlar. 
Avtoreferatdan  göründüyü  kimi,  müəllif  dissertasiyanı  işləyərkən  çoxsaylı 
ədəbiyyatdan, arxiv sənədlərindən geniş istifadə etmişdir. Araşdırmalar nəticəsində 
mühacirət  dövrünün  mətbuatı  ilə  bağlı  xeyli  yeni  materiallar  aşkar  etmiş  və  çox 
ətraflı  məlumat  vermişdir.  Bütün  bunlar  bu  dissertasiya  işinin  kifayət  dərəcədə 
bitkin bir şəkildə işlənməsindən xəbər verir. 
Bütün  bunları  nəzərə  alaraq,  fikrimizcə,  A.H.Tahirlinin  müdafiəyə  təqdim 
etdiyi  bu  dissertasiya  doktorluq  dissertasiyasının  tələblərinə  cavab  verir  və  onun 
müəllifi filologiya elmləri doktoru adını almağa layiqdir. 
 
 
 
 
 
 
 
 
 
Hüseyn Əhmədov 
 
 
 
 
 
 
 
 
       akademik
  
 
 
 
 
 
 
 
 
 


 
296 
Abid Tahirlinin 10.01.10 – «Jurnalistika» ixtisası üzrə «Azərbaycan 
mühacirət mətbuatında publisistika (1921-1991)» adlı doktorluq 
dissertasiyasının avtoreferatına 
 
R  Ə  Y  D  Ə  N 
 
Müstəqil  dövlət  quruculuğu  sahəsində  tarixi  nailiyyətlər,  böyük  uğurlar 
qazanan  Azərbaycanın  indiki  inkişaf  mərhələsində  istiqlal  uğrunda  ideoloji 
mücadilə  yolunun  öyrənilməsi,  dəyərləndirilməsi  son  dərəcə  aktual  və 
əhəmiyyətlidir. 
Mühacir  nəşrlərin  publisistika  janrındakı  yüzlərlə  nümunəsi  qürbətdəki 
həmvətənlərimizin bir əsrə yaxın bir dövr ərzindəki həyat və fəaliyyətlərinin parlaq 
göstəricisidir. Bu irs yeni, həm də maraqlı və aktual tədqiqat sahəsidir. Dərhal da 
əlavə  edim  ki,  Abid  Tahirli  bu  sahədə  üzərinə  düşən  işin  öhdəsindən  uğurla 
gəlmişdir.  Dissertasiya  ilə  tanışlıqdan  sonra  bu  qənaətə  gəldim  ki,  tədqiqat 
əsərində: 
- mühacirətin yaranma tarixi və əmələgəlmə mərhələləri; 
-  mühacirət  publisistikasının  yaranması,  onun  başlıca  mövzuları  və  ideya 
istiqamətləri; 
-  mühacirət  mətbuatının  meydana  gəlməsi,  onun  əsas  orqanları,  nəşr  tarixi, 
yeri, naşir və redaktorları, mühərrirləri; 
-  mühacir  publisistikası  nümunələrinin  dil,  üslub  sənətkarlıq  məsələləri, 
mühacirət  publisistikasının  özünəməxsus  məziyyətləri  Abid  Tahirli  tərəfindən 
yüksək professionallıqla araşdırılmış, sahə ilə bağlı mövcud tədqiqatlara münasibət 
bildirilmiş, diqqətəlayiq elmi-nəzəri qənaətlər hasil edilmişdir. 
Deyilənlər  müdafiəyə  təqdim  olunan  dissertasiya  işinin  Ali  Attestasiya 
Komissiyasının tələblərinə tam cavab verdiyini və bu əsərə görə Abid Həmid oğlu 
Tahirlinin  «Jurnalistika»  ixtisası  üzrə  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi 
almağa layiq olduğunu söyləməyə əsas verir. 
 
 
 
 
 
 
 
 
   M.Qasımlı 
 
 
 
 
AMEA N.Gəncəvi adına Ədəbiyyat Ġnstitutunun 
 
 
 
 
     direktor müavini, filologiya elmləri doktoru, 
 
 
 
 
   
 
 
   professor  
 
 
 
 
 
 
 
 
 
 
 


 
297 
Abid Həmid oğlu Tahirlinin «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-1991)» mövzusunda 10.01.10 – jurnalistika ixtisası üzrə 
filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi 
dissertasiya iĢi haqqında opponent 
 
R Ə Y Ġ N D Ə N 
 
XX əsrin sonlarında xalqımız öz müstəqilliyini yenidən bərpa etdikdən sonra 
Azərbaycan  mühacirət  tarixinin  öyrənilməsi  sahəsində  yeni  mərhələ  başlandı.  Bu 
sahədə  yorulmadan,  ardıcıl  olaraq,  həm  də  çox  fəal  şəkildə  fəaliyyət  göstərən 
araşdırıcılarımızdan  biri  –  əslində  bütün  elmi  və  publisistik  məqalə  və 
araşdırmalarını bu mövzuya həsr edən – tanınmış publisist və araşdırıcı, filologiya 
elmləri namizədi Abid Tahirlidir. 
1982-ci ildən başlayaraq, Azərbaycan mühacirətinin ayrı-ayrı problemləri ilə 
əlaqədar  dövri  və  elmi  mətbuatda  150-dən  artıq  məqalə  və  bir  neçə  kitab  çap 
etdirən  A.Tahirlinin  2005-ci  ildə  hazırkı  dissertasiya  işi  eyni  adda  sanballı 
monoqrafiya  şəklində  nəşr  olunmuşdur.  Ölkə  ictimaiyyəti  A.Tahirlini,  həm  də 
Azərbaycan  mühacirəti  qayğılarının  əməli  şəkildə  daşıyıcısı  və  yardımçısı  kimi 
tanıyır. Müxtəlif vaxtlarda, elə indinin özündə də o, həm araşdırıcı, həm də vəzifə 
borcunu yerinə yetirən ziyalı kimi Azərbaycan mühacirətinin qayğıları ilə yaşamış 
və yaşamaqdadır. 
Hazırda  müdafiəyə  təqdim  olunan  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika  (1921-1991)»  mövzusunda  doktorluq  dissertasiyası  həm  jurnalistika, 
həm də bütünlükdə filologiyamızda öyrənilməsi vacib olan problemlərdən biri kimi 
maraqlı və aktualdır. 
A.Tahirlinin  dissertasiya  işinin  diqqəti  cəlb  edən  cəhətlərindən  biri 
Azərbaycan  tarixinin,  mədəniyyətinin  ayrılmaz  və  tərkib  hissəsi  olan  mühacirət 
irsinin obyektiv, qərəzsiz tədqiqi, real dəyərləndirilməsidir. 
A.Tahirlinin  mövcud  dissertasiya  işinin  təsnifatı  XX  əsr  Azərbaycan 
mühacirət mətbuatının təşəkkülü və inkişaf yolunu ardıcıl şəkildə işləməyə imkan 
verir. «Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)» dissertasiyası 
giriş,  üç  fəsil,  nəticə  və  istifadə  olunmuş  ədəbiyyat  siyahısından,  habelə 
əlavələrdən ibarətdir. 
Dissertasiya  işində  müəllifin  bəhrələndiyi  və  nəzərdən  keçirdiyi  elmi  və 
publisistik ədəbiyyatın siyahısı verilmişdir. 
Söz yox ki, dissertasiya işinin  mövzusu çox aktualdır, faydalıdır. A.Tahirli 
hazırkı mövzunu bütünlükdə tədqiqata cəlb etməyə cəhd göstərmişdir. 
Dissertasiya  işi  Azərbaycan  mühacirət  mətbuatının  ən  aktual  problemlərini 
əhatə edir. 
Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, hazırkı dissertasiya işi nəzəri – 
əməli  əhəmiyyətə  malikdir.  Doğrudan  da,  «aktual  və  konkret  problemə  həsr 
olunmuş  tədqiqat  işi  mühacirət  problemi,  o  cümlədən  mətbuat  və  publisistikası 
sahəsində  olan  boşluğu  dolduracaq,  mühacirətlə  bağlı  mülahizələri  yeni  fikir  və 
qənaətlə zənginləşdirəcəkdir». 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə