Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə139/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   135   136   137   138   139   140   141   142   ...   176

 
291 
ayrılıb  gəlir  Ağsuya,  Üzeyir  də,  Ceyhun  da,  bir  də  Zülfüqar,  bunlar  qalırlar 
Hacıbəylinin  himayəsində,  onlar  əmilərinə  rəğbətən  onun  adını  öz  üzərlərinə 
familiya  götürürlər,  amma  ailədə  məlumdur  ki,  Dağıstandan  gəliblər.  O,  yazır 
Dağıstani,  özü  də  Ceyhun  Dağıstani  yox,  Cey  Dağıstani.  Mən  bu  «Kaspi» 
qəzetində  1909-cu  ildən  1917-ci  ilə  qədər  iki  azərbaycanlı  görürəm,  hər  nömrədə 
biri  Ceyhun  Dağıstanidir,  ikincisi  Əhməd  Ağayevdir.  Arada  ayrı  adamlar  var, 
amma bunlar daimi əməkdaşlardır. 
Yenə də təkrar edirəm, iş yaxşı işdir, tədqiqatçı xeyli hekayələr tapıb, diqqəti 
cəlb edir. O vaxtı Mir Cəlal müəllim bu mövzunu mənə təklif edəndə yalvardım ki, 
bu mövzunu məndən alın, heç bilmirəm material vardır, ya yox? Sonra gördüm ki, 
ucu,  bucağı  görünməyən  bir  dəryadır  düşmüşəm.  Dedi  mənə  ki,  qardaşım,  yaz. 
Əlinə nə gəldi, nə keçdi, yaz! Ona görə də, əlimə nə keçdi götürdüm. Sonra Cey 
Dağıstanini də oradan götürmüşəm, Dai Dağıstanini də oradan götürmüşəm. Abid 
Tahirli yaxşı iş görüb, Ceyhun Hacıbəyli bizim ədəbiyyatımızda, publisistikamızda 
yaxşı  sütunlardan  biridir.  Bircə  şeyi  mən  deyim,  «Hacı  Kərim»  əsərində  Hacı 
Kərim Məşədi İbadın eynisidir. Bax, böyük qardaş kiçik qardaşdan iqtisbas edir və 
yaxud  da  ikisi  də  eyni  adamdır,  götürüblər,  yazıblar.  Sonda  yenə  deyirəm  yaxşı 
işdir, mən də təbrik edirəm, amma Abid, əvvəlcədən gərək deyəydin ki, müəllimin 
kim olub, mən də bu sualı sənə verməzdim ki, görüm bu bilir, bilmir, yaxşı işdir. 
Təbrik edirəm. Sağ olun. 
Filologiya elmləri doktoru Həsən Quliyev: 
-  Ona  görə  mən  sual  verdim  ki,  bir  balaca  mənim  özüm  üçün  də  qaranlıq 
qalmışdı, mətbuatımız da var, imkanlarımız da var, nə əcəb indiyədək onun əsərləri 
akademik  səviyyədə  buraxılmayıb.  Bu  məni  narahat  edir,  çünki  ondan  başqa 
başqalarının  da  mühacirətdə  olan  əsərləri  qalıb,  mənə  elə  gəlir  ki,  biz  bunların 
hamısını  toplayıb  dərc  etməliyik.  Ona  görə  də  mən  istəyirəm  ki,  Abid  müəllim 
bundan  sonra  da  bu  işlə  məşğul  olsun,  bu  dəfə  də  öz  istiqamətini  mühacirət 
dövründən və həmin dövrdən də mükəmməl bir əsər yazsın. 
Filologiya elmləri doktoru, professor Bəhlul Abdullayev: 
- Mən öz dissertasiyamı yazanda gördüm, bir məqalə çıxıb və altında yazılıb: 
Cey Dağıstani və mən bilmədim bu Cey Dağıstani kimdir, götürdüm bunu saldım 
Yusif Vəzirin «Qorxulu görüşlər» kitabına. 
İşin  müzakirəsi  zamanı,  Allah  rəhmət  eləsin  keçənlərə,  o  rəhmətə 
gedənlərdən  biri  dedi  ki,  bu  xalq  düşmənidir  və  mən  də  qorxdum  və  o  saat 
pozdum, çıxartdım bunu. Tanımırdım, doğrudan deyirəm. 
Bunları deməkdə fikrim nədir, Abid sağ olsun ki, vaxtı ilə bax belə təqiblərə, 
təhqirlərə  məruz  qalan  bir  ədibimizi  bu  gün  yüksək  şəkildə  tədqiq  edib,  təqdim 
edir. 
Filologiya elmləri doktoru, professor Əflatun Məmmədov: 
-  Həqiqətən  Ceyhun  Hacıbəyli  haqqında  yazılmış  bu  dissertasiya  haqqında 
burada  deyilən  bu  yüksək  elmi  fikirlərlə  mən  də  şərikəm.  Avtoreferatı  və 
dissertasiyanı  oxumuşam,  tanışam.  Abid  müasir  düşüncəli,  qabiliyyətli  oğlandır. 
Onun  bu  dissertasiyası  da  yaxşı,  elmi  səviyyədə  yazılmış  bir  əsərdir.  Bəzən 
deyirik,  yeni  materiallar  yeni  fikirlərlə  yazılıb,  amma  bu  dissertasiyanın  özü 
başdan  başa  yenidir  və  gənc  alim  tərəfindən  təhlilə  çəkilmiş  əsərlərdir,  onun 


 
292 
özünün elmi düşüncələridir ki, nəticə göz qabağındadır. Onun çıxışı, opponentlərə 
cavabı, bütün bunlar göstərdi ki, o, elmlər namizədi adını almağa layiqdir. Bütün 
bunlar o adı ona verməyə əsas verir. 
İkinci  cəhəti  odur  ki,  biz  Şərqdə  ilk  Demokratik  Respublikamızın  80  illik 
yubileyini  qeyd  etməyə  hazırlaşırıq,  belə  bir  əsərin  bizim  müdafiə  şuramızda  bu 
gün  müdafiə olunması, burada bəyənilməsinin özü bir  şərəf işidir, baş  ucalığıdır, 
hədiyyədir  bizim  bu  yubileyə.  Təbrik  edirəm  hamınızı.  Mənim  sözüm  bu  qədər. 
Çox sağ olun. 
Sədr, akademik Bəkir Nəbiyev: 
- Başqa danışmaq istəyən yoxdursa, onda yekunlaşdıraq. Mənim də fikrimdir 
ki,  bu  gün  həqiqətən  də  bizim  ədəbiyyatşünaslığımız  və  publisistikamızın 
tarixində,  Azərbaycanın  ictimai  fikir  tarixində  özünəməxsus  xidməti,  fəaliyyəti 
olmuş, həqiqət baxımından, qədir-qiymətinin bilinməsi baxımından nakam olmuş 
bir müəllif haqqında, bir Azərbaycan ziyalısı haqqında maraqlı bir əsər yazılıb və 
müdafiə olunur. 
Mən  indi  maraqlı  bir  faktı  deyəcəyəm.  Dissertasiyanın  biblioqrafiyasına 
salınmış  əsərlərdən  görünür  ki,  bu  adam  publisistikamızın  tarixində  ancaq 
Ə.Ağayevlə,  Ə.Hüseynzadə  ilə,  elə  Üzeyir  Hacıbəyovun  özü  ilə  müqayisə 
olunacaq dərəcədə dura biləcək bir şəxsiyyətdir. 
Mən  bir  neçə  kəlmə  də  dissertant  haqqında  demək  istəyirəm,  onu  çoxdan 
tanıyıram, bəlkə 20 il olar, bəlkə də bundan bir az çox, ya az. Bundan əvvəl onun 
çalışdığı  «Odlar  yurdu»  qəzeti  var  idi,  məndən  gəlib  müsahibələr  alırdı,  yazırdı, 
aparıb çap etdirirdi. Heç kəsin yanında gözü kölgəli, üzü qara olmayan, təvazökar 
əməyi ilə o, Azərbaycan elmi, mədəniyyəti, ictimai fikir sahəsində xidmət göstərən 
cəfakeş  adamlardan  biridir.  Və  bu  mövzu  ilə  əlaqədar  meydana  çıxan  suallara 
verdiyi  cavabdan  bir  daha  hiss  olundu  ki,  o,  çox  təvazökar  və  zəhmətsevər 
adamdır.  Nə  yaxşı  oldu  ki,  o,  Ceyhun  Hacıbəylinin  həyatı  və  yaradıcılığının 
mühacirətə  qədərki  dövrünün  tədqiqatını  öz  üzərinə  götürüb.  Bunun  bir  çox 
səbəbləri  var.  Birinci  vacib  səbəbi  odur  ki,  bu  kişinin  əli  çatmayıb  ki,  onun 
mühacirətdəki  dövrünün  fəaliyyətini  tədqiq  etsin.  Onu  bu  sahəyə  gətirən,  çox 
hörmətli  Ramiz  Abutalıbova  da  Allah  qəni-qəni  kömək  etsin.  İkincisi  odur  ki, 
Ceyhun  bəyin  mühacirətə  qədərki  dövr  irsi  çox-çox  zəngindir.  Dissertasiya 
xüsusilə  elmi  yeniliyi,  yeni  baxışı  ilə  diqqəti  cəlb  edir.  Bir  tərəfdən  materiallar 
yenidir,  digər  tərəfdən  bu  materiallara  baxış,  münasibət  yenidir.  C.Hacıbəylinin 
əsərlərinin biblioqrafiyasının tərtibi də təqdirəlayiqdir. 
Beləliklə,  dediklərimizi  yekunlaşdırsaq,  bu  qənaətə  gəlmək  olar  ki, 
A.H.Tahirlinin  «Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığı  (mühacirətə  qədərki 
dövr)»  mövzusunda  elmi-tədqiqat  işi  namizədlik  dissertasiyalarının  qarşısında 
AAK-ın  qoyduğu  tələblərə  tam  cavab  verir.  Onun  müəllifini  siz  də,  biz  də  çox 
yaxşı  tanıyırıq,  cəfakeşliyinə,  mədəniyyətinə,  əxlaqına  bələdik.  Bu  cür 
dissertantdan elə belə də dissertasiya gözləyirdik. 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə