Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə136/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   132   133   134   135   136   137   138   139   ...   176

 
285 
R  Ə  Y  D  Ə  N 
 
Dissertasiya  gənc  tədqiqatçının  uzun  illərdən  bəri  apardığı  elmi 
araşdırmaların, müəyyən qisminin ilk dəfə üzə çıxardığı və elm dövriyyəyə daxil 
etdiyi ilk mənbələrin, yasaqdan yeni çıxmış mətbu sənədlərin, arxiv materiallarının 
əsasında yazılmışdır. 
Tədqiqatın  nəticələri  doxsanıncı  illərin  əvvəllərindən  başlayaraq,  ardıcıl 
şəkildə  ədəbi  ictimaiyyətə  çatdırılmış,  ilk  mötəbər,  ictimai  aprobasiyadan 
çıxmışdır. 
Əsərdə  C.Hacıbəylinin  hərtərəfli  maarifçilik  fəaliyyəti  və  bədii-publisist 
yaradıcılığı  dövrün,  mühitin,  sosial-tarixi  gerçəkliyin  ümumi  kontekstində  alınır, 
xeyriyyəçiliyi,  «Hacı  Kərim»  povesti,  hekayə  və  felyetonları  tarixilik  meyarı  ilə, 
milli  mənəviyyat  və  mentalitetik  inkişafına  təsiri,  bu  gün  üçün  əhəmiyyəti 
baxımından  qiymətləndirilir.  Azərbaycan  maarifçiliyinin  və  hekayəçiliyinin 
inkişafında ədibin roluna münasibət ifadə edilir. 
Dissertasiya tədqiq olunan dövrə hərtərəfli elmi bələdliklə, yeni müasir elmi 
tələblər və prinsiplər səviyyəsində yazılmışdır. 
 
 
 
 
 
 
 
 
  akademik Y.V.Qarayev 
 
 
 
 
 
 
 
 
 
   elmi rəhbər 
 
 
 
A.H.Tahirlinin «Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətə 
qədərki dövr)» mövzusunda filologiya elmləri namizədi alimlik dərəcəsi 
almaq üçün təqdim etdiyi dissertasiya iĢi haqqında 
 
R  Ə  Y  D  Ə  N 
 
Uzun  illər  fəaliyyəti  qadağan  zonası  elan  edilən  mühacir  Azərbaycan 
ədəbiyyatı,  mətbuatı  xadimlərinin  tədqiqi  bu  gün  xüsusilə  aktual  əhəmiyyət  kəsb 
edir.  A.H.Tahir  «Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığı  (mühacirətə  qədərki 
dövr)»  mövzusunda  dissertasiya  işinin  aktuallığı  və  elmi  əhəmiyyəti  ilk  növbədə 
bununla  şərtlənir.  Dissertant  Ceyhun  Hacıbəyli  irsini  tədqiq  etməklə  təkcə  milli 
ədəbiyyatşünaslıq elmimizin dövrəsinə yeni faktlar daxil etmir, eyni zamanda onun 
hüdudlarını  genişləndirir,  məfkurəvi  istiqaməti  və  bədii  səviyyəsi  haqqında  yeni 
təsəvvür hasil edir. 
A.H.Tahirlinin  «Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığı  (mühacirətə 
qədərki dövr)» mövzusunda dissertasiya işi «Giriş»dən, iki fəsildən, «Nəticə»dən, 
istifadə  olunmuş  ədəbiyyatın  siyahısından  və  bir  əlavədən  (C.Hacıbəylinin 
mühacirətə  qədərki  mətbuatda  dərc  olunan  əsərlərinin  biblioqrafiyasından) 
ibarətdir. 


 
286 
Dissertasiya  işinin  «Giriş»ində  mövzunun  aktuallığı,  metodologiyası,  elmi 
yeniliyi,  nəzəri  və  təcrübi  əhəmiyyəti,  aprobasiyası  haqqında  ətraflı  məlumat 
verilmiş, mövzunun tədqiqi tarixi və obyektindən bəhs edilmişdir. 
Dissertasiya işinin «Ceyhun Hacıbəyli Azərbaycan maarifçiliyinin görkəmli 
nümayəndəsi  kimi»  adlanan  birinci  fəsli  bütövlükdə  ədibin  publisistik  irsinin 
tədqiqinə həsr olunmuşdur, lakin bununla yanaşı C.Hacıbəylini XX əsr Azərbaycan 
maarifçiliyinin görkəmli nümayəndələrindən biri kimi araşdırmağı məqsəd qoyan 
dissertant yeni yüzilliyin başlanğıcında bu məfkurənin inkişaf yolları və səciyyəsi 
haqqında  da  məlumat  verməyi  zəruri  hesab  etmiş,  ədibin  yaradıcılığını  mənsub 
olduğu  ideoloji  hərəkatın  fonunda  təhlil  etmişdir.  Beləliklə,  tədqiqin  hüdudları 
genişlənmiş,  əsrin  əvvəlində  milli  maarifçiliyin  inkişaf  xüsusiyyətləri,  Ceyhun 
Hacıbəylinin  həyatı,  ilk  yaradıcılığı,  dövri  mətbuatda  iştirakı,  imzaları,  bu  vaxta 
qədər  haqqında  danışılmamış  publisistikasında  qaldırılan  problemlər  kimi 
ədəbiyyatşünaslıq  elmimiz  üçün  yeni  və  maraqlı  məsələlər  əhatə  olunmuşdur. 
Dövri  mətbuatda  C.Hacıbəyli  haqqında  dərc  olunmuş  bir  neçə  məqalə  istisna 
edilməklə,  sözügedən  fəsildə  tədqiqata  cəlb  olunmuş  tarixi  və  filoloji  faktlar 
tədqiqata  ilk  dəfə  dissertant  tərəfindən  cəlb  olunmuşdur.  Şübhəsiz,  bu  məsələnin 
bir  tərəfidir.  Digər  diqqətəlayiq  cəhət  ondan  ibarətdir  ki,  tədqiqatçı  faktları 
professional  ədəbiyyatşünas  qələmi  ilə  araşdırıb  təhlil  edir.  Bu  keyfiyyət  fəslin 
«C.Hacıbəylinin 
həyatı, 
ilk 
yaradıcılığı 
və 
imzaları», 
«C.Hacıbəyli 
publisistikasında  maarif,  mentalitet  və  mənəviyyat  məsələləri»,  «C.Hacıbəyli 
publisistikasında  din  və  maarifçilik  məsələləri»  bölmələrində  qabarıq  surətdə 
nəzərə çarpır. 
A.H.Tahirlinin  «Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığı  (mühacirətə 
qədərki dövr)» mövzusunda dissertasiya işi zəngin tarixi və filoloji faktlar əsasında 
yazılmışdır.  Tədqiqatdakı  faktlar  yeni  olduğu  kimi,  onların  təhlili  də  orijinal 
səpkidə yerinə yetirilmişdir. 
Dissertasiyanın  C.Hacıbəylinin  yaradıcılığı  üzərində  apardığı  təhlillər, 
mülahizə  və  mühakimələri  onun  elmi-nəzəri  səviyyəsinin  yetkinliyini  nümayiş 
etdirir.  Bu  baxımdan  «Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığı  (mühacirətə 
qədərki  dövr)»  mövzusunda  dissertasiya  işi  cari  ədəbiyyatşünaslıq  elmimizin 
nailiyyətlərindən hesab oluna bilər. 
 
 
 
 
 
 
 
 
 
Xeyrulla Məmmədov 
 
 
 
 
 
     filologiya elmləri doktoru, professor 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə