Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   23   24   25   26   27   28   29   30   ...   176

 
54 
Azərbaycan  XX  əsrin  sonunda  ikinci  dəfə  müstəqillik  əldə  etdikdə 
C.Hacıbəylinin 30-cu illərin ortalarında xarici mətbuatda qaldırdığı problem bütün 
çılpaqlığı  ilə  özünü göstərdi.  «Tarix»  ideologiyaya  xidmət  etdiyi  üçün  yaşamadı. 
Sovet tarixçiləri həm son 70 ilin saxta tarixini yazmışlar, həm də əvvəlki dövrləri 
təhrif  etmiş,  bir  çox  tarixi  faktlara  qəsdən,  bilərəkdən  göz  yummuşlar.  SSRİ 
dağıldıqdan sonra Azərbaycan xalqı qarşısında bütün çətinliyi ilə duran suallardan 
biri  də  tariximiz  oldu.  İş  o  yerə  çatmışdı  ki,  xalqımızın,  dilimizin  adı, 
Konstitusiyada  onların  necə  adlandırılması  referenduma  çıxarılmışdı.  Bütün  bu 
problemlər  şübhəsiz  ki,  tariximizdəki,  daha  dəqiq  desək,  tarix  haqqında  yazılan 
əsərlərimizdəki boşluqların, çatışmazlıqların nəticəsi idi. C.Hacıbəyli 1934-cü ildə 
yazırdı  ki,  «bu  boşluğu,  qismən  də  olsa,  Abbasqulu  Ağa  Bakıxanov  adlı  bir 
azərbaycanlı alimin «Gülüstani-İrəm» adlı əsəri doldura bilər. 
 Ceyhun  bəy  əsərin  əhəmiyyətini  qeyd  etdikdən  sonra  «Gülüstani-İrəm»in 
nəşr olunub-olunmaması barədə fikir və mülahizələrini bölüşür. Qeyd edir ki, onun 
bəhs  etdiyi  variant  rus  dilindədir  və  320  səhifədən  ibarətdir.  Müəllifin  fikrincə, 
«Şirvanın  və  Dağıstanın  tarixi»  adlanan  rus  variantı  stilistik  və  qrammatik 
cəhətdən zəifdir, bununla belə əhəmiyyətini itirmir. Məlum olur ki, rus variantında 
müqəddimədən sonra 21 səhifə ölkənin coğrafi təyinini və təsvirini verir. Əsər beş 
dövrə  həsr  olunmuş  beş  hissəyə  bölünüb:  I  hissə  «Qədim  dövrdən  ərəblərin 
Qafqazda peyda olmasına kimi» adlanır və burada həmin dövrə toxunulur. O, 30 
səhifədən  ibarətdir.  40  səhifəlik  II  hissə  ərəblərin  peyda  olmasından  (VII  əsrin 
ortaları)  monqol  işğalı  (VIII  əsrin  ortaları)  arasındakı  dövrə  həsr  olunub.  27 
səhifəlik  III  hissə  monqol-tatar  müdaxiləsindən  İranda  Səfəvilər  sülaləsinin  taxta 
çıxmasınadək  (XV  əsr)  tarixi  əhatə  edir  və  bu  sülalənin  bütün  hökmdarlarının 
siyahısını nəzərə çatdırır. Ən böyük, 96 səhifəlik IV hissə XV əsrdən Nadir şahın 
ölümünə qədərki dövrdən bəhs edir (XVIII  əsrin ortaları). Nəhayət, 75 səhifədən 
ibarət  olan  V  hissə  ölkənin  Nadir  şahın  ölümündən  Rusiya  və  İran  arasındakı 
Gülüstan  müqaviləsinədək  (XIX  əsrin  əvvəli) olan  dövrü  təsvir  edir.  17 səhifəlik 
əlavə  Şirvan  və  qonşu  ərazilərin  «diqqətəlayiq  adamların,  ziyalı  və  alimlərin 
həyatına  aid  kiçik  qeydlərə  həsr  olunub.  Bu  əlavə  bütün  müsəlman  aləmində 
məşhur  olan  Xaqani,  Fələki,  Çələbi,  Nizami,  Əbül-üla  və  s.  kimi  20-yə  yaxın 
şəxsin tərcümeyi-halından ibarətdir. 
C.Hacıbəyli göstərir ki, A.Bakıxanov bunlardan başqa daha 30 nəfərə yaxın 
Şirvan mənşəli yazıçının adını çəkir. Müəllif yazır: «O, əsəri öz şəxsi həyatına aid 
bəzi  detalları  verməklə  bitirir  və  deyir  ki,  «bu  onun  qürur  hissindən  deyil,  adətə 
hörmətdən və onun məhz bu ölkədən çıxmasından doğan məğrurluqdan irəli gəlir». 
«Başqaları qızılgül və jasmin, mən isə yalnız itburnu gülü olsam da, bu bizə eyni 
gül bağından olmağımıza mane olmur». 
Daha  sonra  C.Hacıbəyli  A.Bakıxanovun  tərcümeyi-halından  bəhs  edir. 
Ədəbi  təxəllüsü  «Qüdsi»  olan  Abbasqulu  Ağa  Bakıxanov  1794-cü  ildə  Bakı 
xanlığının  Əmirhacıyan  kəndində  anadan  olmuşdur.  Özünün  dediyinə  görə,  7 
yaşında təhsilə başlamasına baxmayaraq, gənclik çağına qədər fars dilindən başqa 
heç  bir  şey  öyrənə  bilməmişdi,  aramsız  müharibələr  və  təhlükəsizliyin  təmin 
olunmaması  müntəzəm  təhsil  almağa  mane  olub.  17  yaşında  o,  ərəb  dilini  və 
elmləri öyrənməyə başlayıb və on il tamamında ziyalı adına müəyyən dərəcədə nail 


 
55 
olub.  Bu  vaxt  rus  ordusunun  baş  komandiri  Yermolov  onu  Tiflisə,  öz  yanına 
çağırıb  apardı.  Məhz  bu  vaxtdan  etibarən  Abbasqulu  Ağa  rus  dilini  və  onun 
vasitəsilə,  qərb  elmlərini  və  ədəbiyyatını  öyrənməyə  başlayır.  O,  özünün  ilk 
səyahətinə  başlayır  və  Şirvanı,  Ermənistanı,  Dağıstanı,  Çerkeziyanı,  Gürcüstanı, 
Anadolunu  dolanaraq  adamları  və  digər  gördüyü  hadisələri  müşahidə  edir.  Rus-
türk,  rus-İran  müharibələri  və  sülh  bağlanması  vaxtı  o,  rus  şahzadə  generalı 
Paskeviçin  yanında  idi.  1833-cü  ildə  Abbasqulu  Ağa  özünün  son  tədqiqat 
səyahətinə çıxır. Şimali Qafqaz, Don hövzəsi, Ukrayna, Rusiya, Latviya, Litva və 
Polşanı gəzərək, hər yerdə ədəbiyyat və elm adamları ilə münasibətə girir.  
Mühacirətə  qədərki dövrdə  C.Hacıbəylinin toxunduğu başlıca mövzulardan 
biri  əcnəbi  oxucuları  Azərbaycan  təfəkkür  və  həyat  tərzi  ilə  maarifləndirmək  idi. 
Bu mənada «yalnız elm və ziya bizə yer üzündə xoşbəxtlik gətirə bilər və ölümdən 
sonra bizim  mövcudluğumuzu təmin edər» - deyən A.Bakıxanovla C.Hacıbəylini 
bir-birinə  bağlayan  mənəvi  tellər  parlaq  təzahür  edir.  Vətəndə  olarkən  doğma 
xalqını  elmə,  tərəqqiyə,  maarifə  səsləyən  Ceyhun  bəy  qürbətdə  xarici  oxucuları 
tarix, mədəniyyətimizin zəngin mənəvi xəzinəsi ilə maarifləndirirdi. 
Adı çəkilən məqaləsində C.Hacıbəyli A.Bakıxanovun qələmə aldığı daha on 
bir  əsərini  qeyd  edir  və  hər  birinin  mövzusu  haqqında  bir-iki  cümlə  ilə  məlumat 
verir. 
«I.  «Riyaz-ül-Qüds»,  türk  dilində;  islamın  müqəddəs  şəxsiyyətlərinin  qısa 
həyatı, 14 başlıqda. 
2. «Qanun-i-Qüdsi», fars qrammatikası, 3 başlıqda. Müəllifin özü tərəfindən 
ruscaya tərcümə olunmuş bu əsər, çarın əmri ilə Tiflisdə çap olunub. 
3.  «Kaş-ül-Qarab»,  fars  dilində.  Amerikanın  kəşfinin  tarixi  və  təsvirindən 
ibarətdir. 
4.  «Təhzib-i-Əxlaq»,  farsca,  girişdən,  12  başlıqdan  və  yunan,  ərəb  və 
Avropa müəlliflərinin əxlaq və fəlsəfə barədə fikirlərinin xülasəsindən ibarətdir. 
5. «Ayn-ül-Mizan», ərəbcə, məntiq və sxolastika barədə. 
6.  «İsrar-ül-Məlkut»,  fars  və  ərəb  dillərində,  astronomiya,  o  cümlədən, 
Ptolomey  və  Kopernikin  sistemlərindən  bəhs  edir.  Bu  əsərində  müəllif  sübut 
etməyə çalışır ki, Quran Kopernik sisteminin doğruluğunu qabaqcadan göstərib. 
7. «Dünya coğrafiyası» fars dilində. 
8. «Müşkət-ül-Ehrar», farsca şeir şəklində əxlaqi nəsihətlər. 
9. Nəhayət, ərəb, fars, osman və azəri türk dillərində bir neçə şeir. 
Şərq  dilləri  məktəbi  kitabxanasında  biz  Abbasqulu  Ağanın  «Bakılı  Qüdsi» 
adı altında aşağıdakı əsərlərini tapdıq. 
10.  «Əsrar-əl-Mələküt»  («Mələklər  dünyasının  sirləri».  Həyati  Zadə  Seyid 
Şərif  Xəlil  tərəfindən  «Əfkar-əl-Cabarut»  -  Ali  dünya  haqqında  düşüncələr» 
(Kosmoqrafiya, coğrafiya) adı altında türk dilinə tərcümə olunub. Konstantinopol, 
1848, İmperiya Nəşriyyatı. 
11. «Hədisi-Qüdsi» (ərəbcədən türkcəyə Məhəmməd xan tərəfindən tərcümə 
olunub). Peyğəmbərin şiələrə təyin edilmiş adətlər barədə, litoqrafiya, 1862. 
C.Hacıbəyli  məsləkinə,  məramına  sadiq  olan,  qələminə  hörmət  edən 
publisistlərdəndir. Nəyinsə xatirinə olanı şişirtmək, yaxud azaltmaq onun təbiətinə 
yaddır.  Təsadüfi  deyil  ki,  böyük  qələm  sahibi  A.Bakıxanovun  əsərinin  müsbət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə