Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   24   25   26   27   28   29   30   31   ...   176

 
56 
keyfiyyətlərini  qeyd  etməklə  yanaşı,  onun  nöqsanlarını  da  deməkdən  çəkinmir. 
Ceyhun  bəy  bəzən  faktların  azlığını,  bəzən  də  hadisələr  arasında  əlaqələrin 
olmadığını  xüsusilə  vurğulayır.  Həm  də  böyük  mədəniyyət,  mərifət  sahibi  olan 
Ceyhun  bəy  bunu  A.Bakıxanovla  yox,  dövrün,  dövranın  obyektiv,  subyektiv 
amilləri  ilə  bağlayır.  Müəllif  A.Bakıxanovun  bir  etirafını  təqdim  etməklə  onu 
oxucunun nəzərində daha da yüksəldir. C.Hacıbəyli yazır: «Bununla belə, müəllif 
etiraf edir ki, «onun sadə gücü və mümkünatı müqabilində girişdiyi iş çox ağırdır; 
məhz buna görə o, öz oxucusundan, başqasının səhvini müdafiə etməyin tərifəlayiq 
keyfiyyət  olduğunu  xatırladaraq  öz  şəxsi  çatışmazlıqlarına  görə  iltifat  istəyir». 
Kitabın müqəddiməsində o, haqlı olaraq deyir: «Nə səlnamə, nə xronika, nə adət, 
nə  də  abidələr  bizə  Qafqazda  baş  verən  tarixi  hadisələri  bütün  dolğunluğu  ilə 
tanıda bilər. Çoxsaylı basqınlar, arasıkəsilməyən müharibələr, viranlar tarixçilərin 
istifadə  edə  bildiyi  sənədlərdən  daha  çoxunu  yoxa  çıxarıb.  Qonşu  xalqların 
səlnamələri və ənənələri bu mövzuda bizi məmnun edən heç bir şey özündən təsvir 
etmir. Bununla belə, «işin çətinliyi onu görməyə cəhd etməkdən boyun qaçırmağa 
bəhanə vermir» ərəb atalar sözünü yadıma salaraq bütün məkan daxilində material 
toplamağa,  pərakəndə  faktları  müqayisə  və  analiz  etməyə,  abidə  və  mətnlərin 
vasitəsi  ilə  ənənələri  yoxlamağa  çalışdım.  Beləliklə,  səlnamələr,  sənədlər,  pul 
sikkələri,  əlyazmalar  və  sələflərin  və  müasirlərin  cürbəcür  şəhadətlərini  ələ 
keçirərək,  tarixçinin  başlıca  vəzifəsinə  uyğun  gəlməyə  səy  edərək  bu  əsəri 
yaratmağa nail oldum: faktları elə ardıcıllıq və metodla göstərmək ki, dindaşlarıma 
və  əcnəbilərə  qarşı  qərəzsizliyi  tam  saxlayım  və  unutmayım  ki,  bəşər  övladı 
bütövlükdə vahid bir ailə təşkil edir və Yer kürəsi ümumi vətəndir». 
 
 
 
 
 
 
 
 
 
 
01.01.1994 
 
 
Ceyhun Hacıbəylinin əsərləri ana dilində 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Azərbaycan  mühacirət  ədəbiyyatının  və  publisistikasının  görkəmli 
nümayəndəsi, adı Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əli bəy 
Hüseynzadə, Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov kimi məşhur ictimai-
siyasi xadimlərlə bir sırada çəkilən Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il 
fevralın  2-də  Şuşada  anadan  olmuşdur.  O,  ibtidai  təhsilini  Şuşada  Haşımbəy 
Vəzirovun  ikisinifli  rus-tatar  məktəbində  alır,  sonra  Bakıda  realnı  məktəbdə 
oxuyur. Dövrünün məşhur milyonçusu, xeyriyyəçi Murtuza Muxtarovun maddi və 
mənəvi  dəstəyi  ilə 1908-ci ildə  Peterburq  Universitetinin hüquq  fakültəsinə  qəbul 
olunur.  1909-cu  ilin  yayında  təhsilini  davam  etdirmək  üçün  Parisə  gedir.  Əvvəl 
Sorbon  Universitetində,  sonra  Ali  Politexnik  Elmlər  Məktəbində  təhsilini  davam 
etdirir. 1915-ci ildə təhsilini başa vuran Ceyhun bəy Vətənə qayıdır». 
Bu sətirlər tədqiqatçı-tərcüməçi Mirzəbala Əmrahovun tərtib etdiyi «Ceyhun 
Hacıbəylinin  seçilmiş  əsərləri»  adlı  kitaba  (Bakı,  «Elm»,  2006)  yazdığı  «Ön 
söz»dən  götürülmüşdür.  Kitabda  C.Hacıbəylinin  mühacirətdə  fransız  dilində 
qələmə aldığı 4 hekayəsi – «Müəzzinin lənəti», «Baş tutmayan ziyarət», «Stalinin 


 
57 
öpüşü  və  ya  staxanovçu  Fatimə»,  «Nejdanovun  işi»  və  2  məqaləsi  –  «XIX  əsrin 
azərbaycanlı tarixçisi Abbasqulu ağa Bakıxanov», «SSRİ-də ziyalılar» kimi əsərlər 
verilmişdir. Respublikada fransız dili üzrə yüksək səviyyəli tərcüməçi-mütəxəssis 
kimi  tanınan  Mirzəbala  Əmrahov  həm  də  AMEA  Ədəbiyyat  İnstitutunun 
dissertantıdır  və  hazırda  Ceyhun  Hacıbəylinin  mühacirət  dövrü  həyat  və 
yaradıcılığı mövzusunda namizədlik işini davam etdirir. 
Uzun  illər  xarici  ölkədə  çalışan  M.Əmrahovun  C.Hacıbəyli  yaradıcılığına 
müraciət etməsi təsadüfi deyil. Hələ ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərin 
əvvəllərində Azərbaycan Dövlət Neft Akademiyasında pedaqoji fəaliyyətlə məşğul 
olduğu  dövrdə  Ceyhun  Hacıbəyli  haqqında  respublika  mətbuatında  ara-sıra  dərc 
olunan  məqalələr  elmi-tədqiqat  işinə  maraq  göstərən  M.Əmrahovun  diqqətini 
çəkirdi.  Sonradan  xarici  ölkəyə  uzunmüddətli  ezamiyyəti  bu  məsələni  bir  qədər 
arxa plana çəkdi. Lakin qürbət həyatını yaşayan M.Əmrahov Vətənə dönər-dönməz 
mühacir  həmvətənimizin  həyat  və  yaradıcılığını  araşdırmağa  başladı.  Artıq 
tədqiqatçı  C.Hacıbəyli  irsindən  bu  günə  qədər  Azərbaycan  elmi  ictimaiyyətinə 
məlum  olmayan  bir  sıra  bədii  və  publisistik  əsəri  fransız  dilindən  doğma  dilə 
çevirmiş, elmi məqalələr yazıb dərc etdirmişdir. 
C.Hacıbəylinin anadan olmasının 115-ci ildönümü ərəfəsində M.Əmrahovun 
buraxdığı  «Ceyhun  Hacıbəylinin  seçilmiş  əsərləri»  kitabı  isə  mühacirətşünaslığa, 
ceyhunşünaslığa dəyərli töhfədir. Kitabın «Ön sözü»ndə tədqiqatçı C.Hacıbəylinin 
həyat və yaradıcılıq yoluna işıq salır. C.Hacıbəylinin XX əsrin əvvəllərində Bakıda 
buraxılan «Kaspi», «Bakı», «Proqres», «İrşad» və s. qəzetlərlə, Parisdə nəşr edilən 
bir  sıra  mətbu  orqanlarla  əməkdaşlıq  etdiyinə,  1917-ci  ildə  «İttihad»,  sonralar 
Müsəlman  Milli  Komitəsinin  «Kaspi»  qəzetinə  əlavə  kimi  buraxdığı  «İzvestiya» 
qəzetinin,  1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  rəsmi  orqanı 
«Azərbaycan» qəzetinin redaktoru olduğuna diqqəti yönəldən M.Əmrahov göstərir 
ki,  C.Hacıbəyli  1919-cu  ilin  yanvar  ayında  Əlimərdan  bəy  Topçubaşovun 
rəhbərliyi  altında  Azərbaycan  nümayəndə  heyətinin  tərkibində  Fransaya  –  Versal 
Sülh Konfransına gedənədək böyük həyat və yaradıcılıq yolu keçmişdi. 
1920-ci  ilin  aprel  ayında  Azərbaycan  qırmızı  rus  ordusu  tərəfindən  işğal 
olunur və istiqlal aşiqi, sarsılmaz əqidə, məslək sahibi C.Hacıbəyli bir daha Vətənə 
dönə  bilmir,  1962-ci  ildə  Parisdə  vəfat  edir.  Mühacirət  illərində  böyük  qələm  və 
kəlam  sahibi  C.Hacıbəyli  zəngin  ideoloji-mənəvi  irs  yaradır.  Onun  rus, 
Azərbaycan və fransız dilində qələmə aldığı bədii və publisistik əsərlər həm ideya-
məzmun, həm də sənətkarlıq baxımından diqqətəlayiqdir. 
C.Hacıbəyli  erkən  yaradıcılıq  dövründən  ona  yaxın  olan  milli,  mənəvi, 
didaktik,  dini  mövzularda  yaradıcılıq  axtarışlarını  mühacirətdə  də  davam  etdirir. 
Parisin ən nüfuzlu jurnalları ilə sıx əməkdaşlıq edən C.Hacıbəylinin yaradıcılığının 
başlıca mövzusu bolşevizmə və rus imperializminə qarşı amansız ideoloji mücadilə 
olmuşdur. 
C.Hacıbəylinin  mühacirətdəki  məhsuldar  və  fədakar  fəaliyyətindən  bəhs 
edən M.Əmrahov «Ön söz»də yazır ki, mühacirətdə yaşadığı dövrdə ictimai-siyasi 
fəaliyyətlə  yanaşı,  o,  çoxşaxəli  yaradıcılığını  da  davam  etdirir,  ədəbiyyat,  tarix, 
mədəniyyət,  etnoqrafiya  sahəsində  müxtəlif  əsərlərlə  fransız  mətbu  orqanlarında 
çıxış  edirdi.  1925-ci  ildə  «Societe  Asiatique»  cəmiyyətinin  «Journal  Asiatique» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə