Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   27   28   29   30   31   32   33   34   ...   176

 
62 
Hələ  tam  soyumamış  meyit  üzərində  səslənən  o  çıxışlar  mənim  indi  də 
qulaqlarımdadır. Aman Allah, həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar 
ürəklərdə  necə bir  ümid  çırağı  yandırır,  mərhumun  xatirəsi  minnətdarlıq  hissi  ilə 
necə yad edilirdi. Həmin gündən cəmi yeddi il ötmüşdür. 
Nə  olsun?  O  təmtəraqlı,  ibarəli  nitqlərdən  nə  qaldı?  Deyəsən,  külək  elə 
həmin gün o çıxışları sovurub apardı. 
Həsən  bəy  təntənəli  şəkildə  dəfn  olundu,  onun  haqqında  2-3  gün  də  orda-
burda  danışdılar,  qəzet  və  jurnallar  onun  bioqrafiyasını  dərc  etdilər,  portretini 
verdilər – vəssalam. 
Müsəlman cəmiyyəti ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona 
zəngin miras, irs qoyan, onu mədəni həyata alışdıran xadimi ilə beləcə üzülüşdü. 
Deyəsən, hər şey bitdi… 
Və müsəlman cəmiyyəti mərhumu tamamilə unutdu. 
Lakin bu hələ azdır. 
Digər  xalqlar  ona  xidmət  göstərən  övladlarının  xatirəsini  əziz  tutur,  ona 
abidə  qoyur,  adını  əbədiləşdirir,  ailəsinə  qayğı  göstərir  və  s.  Bizdə  isə  tamamilə 
əksinədir. 
Biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adi qəbirüstü daş qoymaq üçün 
onun  həyat  yoldaşına  kömək  etməyə  gəlmədik,  biz  nəinki  Həsən  bəyin  adını  və 
xatirəsini əbədiləşdirmədik, hətta onun tamamilə unudulması üçün çalışdıq, nəinki 
onun  ailəsinə  qayğı  göstərmədik,  əksinə  elə  bil  ona  əlavə  dərd,  kədər  gətirmək 
prinsipi ilə bəhsə girdik. 
Bu  mənada  Həsən  bəyin  neçə  illər  boyu  üzvü  olduğu  müəssisənin 
münasibəti daha qəribə təsir bağışlayır.  
Mən  bizim  şəhər  özünüidarəsini,  onun  Uçiliş  Komissiyasını  nəzərdə 
tuturam.  Elə  bil  ki,  Məlikovlar  familiyasına  etinasızlıq  göstərmək  bu  idarənin  iş 
sisteminə daxil olmuşdur. 
Bütün  hallarda,  iş  yerinə  zəmanət  verməkdə  də,  yerə  təqdim  etməkdə  də, 
vəzifədə yüksəlməkdə də Məlikovlar ailəsindən yan keçilir. 
Bunu  izah  etmək  çox  çətindir.  Hər  halda  xalq  xadiminin  ailəsinə  nəinki 
yardım  göstərilmir,  əksinə  bu  ailənin  üzvləri  sıxışdırılır,  öz  əməkləri  hesabına 
yaşamağa maneəçilik törədilir, öz qabiliyyətlərini üzə çıxarmağa imkan verilmir. 
Bunlar  nəyə  lazımdır?  Nə  məqsədlə  edilir?  Bəzilərinin  bildiyi,  lakin 
susduğu, bəzilərinin isə bilmədiyi bu vəziyyət xüsusi öyrənilməli, araşdırılmalıdır. 
Yoxsa, öz canyandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət 
az-çox  mədəni  cəmiyyətdə  hələ  təsadüf  olunmayan  xüsusiyyətlərimizi  üzə  çıxara 
bilər. 
Hətta vəhşilər belə öz başçılarının məzarlarını bəzəyirlər. 
Bizdə vəhşilik dövrü keçmişdirsə də, mədəni dövr hələ başlamamışdır… 
 
 
 
 
 
 
 
 
 
 
 
Dağıstani 
 
 
 
 
 
 
   «Ədəbiyyat qəzeti» 28 iyul 2000. 
 
 
 


 
63 
 
Aktual və əhəmiyyətli tədqiqat predmeti 
 
Azərbaycan  ədəbiyyatı,  mətbuatı  və  maarifçiliyinin  inkişafında  misilsiz 
xidmətlər  göstərmiş  Haşım  bəy  Vəzirovun  həyatı  kimi  (sürgün,  həbs,  təqiblər) 
yaradıcılığı  da  təlatümlü,  təzadlı  olmuşdur.  İstedadlı  yazıçı-publisist,  bacarıqlı 
naşir-redaktor,  mahir  tərcüməçi,  görkəmli  pedaqoqun  bütün  ömrü  xalqının 
tərəqqisi uğrunda fədakar mübarizədə keçmişdir. 
Tənqid,  təzyiq,  təqiblər  onu  ömrü  boyu  sadiq  qaldığı  məfkurəsindən, 
əqidəsindən  və  amalından  döndərə  bilməmişdir.  Xalqa  xidmət  etmək,  onun 
maariflənməsinə  və  beləliklə,  tərəqqisinə  nail  olmaq  Haşım  bəyin  həyatının 
mənası, məğzi idi. 
Xalq  xadimi  H.Vəzirovu  sağdan  da,  soldan  da,  sağ  ikən  də,  vəfat  edəndən 
sonra  da  «vurmuşlar».  Sənətkarın  böyüklüyü,  xoşbəxtliyi  ondadır  ki,  o  tarixin, 
zamanın  sınaqlarına  tab  gətirir  və  ədəbi  irsi  ilə  bir  daha  özünü  təsdiq  edir  və 
yaşadır.  Azərbaycan  sovet  ədəbiyyatşünaslığında  H.Vəzirov  «daim  ideya 
tərəddüdləri içində olan, çox vaxt burjua məfkurəsi təsiri altında yazan tipik liberal 
burjua  ziyalısı»  (Azərbaycan  ədəbiyyatı  tarixi:  3  cilddə,  Bakı,  1960-cı  il,  II  cild, 
səh.414)  kimi,  yaxud  buna  bənzər  ibarələrlə  xarakterizə  edilsə  də,  eyni  zamanda 
onun ədəbiyyat və mətbuat sahəsindəki xidmətləri ehtiyatla etiraf olunurdu: «1905-
ci  il  inqilabından  sonrakı burjua  və  mütərəddid  mətbuat  sahəsində  ən  çox  fəallıq 
göstərən  jurnalist  və  yazıçı  Haşım  bəy  Vəzirov  idi».  Yaxud  «Birinci  dünya 
müharibəsinin  ilk  günlərində  liberal-burjua  ziyalısı,  məşhur  ədib  və  mühərrir 
H.Vəzirovun  (1862-1916)  redaktorluğu  ilə  «Məzəli»  satirik  jurnalı  çıxırdı»  (Mir 
Cəlal, Firudin Hüseynov: XX əsr Azərbaycan ədəbiyyatı, Bakı, 1982, səh.48). 
Azərbaycan  Sovet  Ensiklopediyasında  H.Vəzirovun  xidmətləri  sadalanır, 
eyni zamanda əlavə edilir: «Lakin ictimai-siyasi görüşlərində burjua millətçiliyi də 
özünü göstərmiş, sinfi sülh ideyasının tərəfdarı və panislamist olmuşdur. 
Şübhəsiz  ki,  bugünkü  tələblər  baxımından  «Döymə  qapımı,  döyərlər 
qapını», «Evlənmək su içmək deyil», «Xan-xan» kimi əsərlərin, yüzlərlə məqalə və 
publisistik  yazıların  müəllifi,  «Təzə  həyat»,  «İttifaq»,  «Səda»,  «Sədayi-vətən», 
«Sədayi-həqq»,  «Kafkazest»,  «Məzəli»  kimi  qəzet  və  jurnalların  redaktoru  və 
naşiri  olmuş  H.Vəzirovun  irsi  həm  XX  əsrin  əvvəli  Azərbaycan  ədəbi  həyatının 
real  mənzərəsini  yaratmaq,  həm  də  sovet  ədəbiyyatşünaslığının  qərəzli  və  bitərəf 
mövqeyini  dəyərləndirmək  baxımından  aktual  və  mühüm  əhəmiyyətli  tədqiqat 
predmetidir. İstedadlı yazıçı-publisist C.Hacıbəylinin (Dağıstani) dönə-dönə, sevə-
sevə  «fövqəladə  insan»,  «nadir  şəxsiyyət»  və  «xalq  müəllimi»  adlandırdığı 
H.Vəzirovun  90  ilə  yaxındır  ki,  bədii  əsəri,  kitabı  çap  olunmur.  Bu  boşluğu 
doldurmaq  istəyənlərə  xatırladırıq  ki,  H.Vəzirovun  «Döymə  qapımı,  döyərlər 
qapını» adlı dörd pərdəli komediyası M.Axundov adına kitabxanada mikrofilmdə 
mühafizə olunur. 
H.Vəzirov  Şekspirin  «Otello»  faciəsini  və  bir  sıra  başqa  əsərləri  ilk  dəfə 
Azərbaycan  dilinə  tərcümə  etmiş,  1908-ci  ildə  «Qafqaz  şüəranın  məşhuru 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə