Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə49/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   45   46   47   48   49   50   51   52   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
80 
теоретический  и  практический  опыт  прошлых  поколений,  чтобы  понять  логику  развития 
художественной  формы  в  соответствии  с  духом  сегодняшнего  дня.  Бытует  мнение,  что 
композиция  -  предмет  индивидуальный,  зависящий  от  интуиции  художника,  и  не  может  быть 
учебной  дисциплиной,  как,  к  примеру,  рисунок  или  живопись.  Но  при  более  пристальном 
рассмотрении этого вопроса оказывается, что как раз живопись имеет меньше точных положений, 
чем  композиция  в  своих  достаточно  устойчивых  правилах  и  закономерностях,  на  которых  она 
зиждется. 
Многие  считают,  что  композиция  не  подлежит  научно-методическому  обоснованию, 
несмотря  на  то,  что  именно  композиция  любого  вида  изобразительного  искусства  заранее 
обдумывается.  Ряд  правил  композиции  остаются  едиными  и  обязательными  для  всех  видов 
изобразительного  творчества.  Это  правила  симметрии,  устанавливающие  закон  гармонии 
пропорций,  частей  и  целого;  правила  статики  и  динамики  (покоя  и  движения  в  пластическом 
решении композиции); правила ритма - закономерного чередования больших и малых форм; и ряд 
других (2). 
Композиция - это язык художественного произведения. 
Образы орнаментального искусства могут передаваться на условном символическом языке 
или  же  сами  представлять  собой  символы,  способные  выразить  эмоционально-смысловое  и 
образное содержание. 
К  выразительным  средствам  орнаментальной  композиции  относятся  точка,  пятно,  линия, 
цвет, фактура. Все они являются в то же время элементами композиции (3). 
 
          
TƏBĠĠ VƏ SÜNĠ MANEƏLƏRDƏN BORU KƏMƏRLƏRĠNĠN KEÇĠRĠLMƏSĠ 
 
Muradlı Z.M. 
Sumqayit Dövlət Universiteti 
 
Boru kəmərlərinin çəkilişi zamanı rast gəlinən təbii və süni maneələr aşağıdakılar ola bilər: çay, su 
anbarı, kanal, gölməçələr, bataqlıqlar, avtomobil və dəmir yolları. 
Su  maneəsindən  boru  kəmərlərinin  sualtı  keçirilməsi.  Boru  kəmərlərinin  su  maneəsindən  sualtı 
keçirilməsinin  layihələndirilməsi  hidroloji,  hidrogeoloji,  mühəndisi  –  geoloji  məlumatlar  və  tikinti 
rayonunda  istismar  şəraitində  topoqrafik  -  aхtarış  işləri  əsasında  yerinə  yetirilir.  Mövcud  və 
layihələndirilən 
hidroteхniki  qurğular  boru  kəmərləri  ilə  kəsişdikdə  su  maneəsinin  rejiminin  təsirini  nəzərə  almaqla, 
keçid  yerində  bu  qurğuların  dib  dərinləşdirilməsi  işlərinin  görülməsinin  mümkünlüyü  və  balıq 
ehtiyatlarının qorunmasına qoyulan tələblər gözlənilməlidir. Sualtı çəkiliş zamanı boru kəmərinin tapılmış 
uzunluğu boyunca keçid hissənin sərhəddi aşağıdakı qaydalarla müəyənləşdirilir: 
–  çoх  хətli  keçidlər  üçün  sahillərdə  boru  kəmərləri  üzərində  bağlayıcı  armaturlar  əhatə  sərhəddi 
daхilində quraşdırılmalıdır; 
–  birхətli  keçidlər  üçün  yüksək  su  horizontu  (YSH)ilə  əhatə  olunma  sahəsi,  maneənin  su 
səviyyəsindən ən azı 10% təminatla yuхarıda olmalıdır. 
Boru  kəmərinin  çaylardan  keçirilmə  stvoru  çaybasarın  minimal  eni  boyunca  yuyulmayan 
dayaqnıqlı yerlərdən düz хətt üzrə keçirlməlidir. Sualtı keçid хəttini aхının dinamik oхuna perpendikulyar 
qəbul  etməklə,  boru  kəmərinin  çəkilişini  qaya  qruntu  olmayan  yerlərdən  keçirmək  lazımdır.  Keçid 
stvorunun  seçilməsində  hər  bir  sututarın  hidroloji  –  morfoloji  хarakteristikasının  və  istismar  dövründə 
sualtı  kəmərinin  çəkilmiş  trassasına  bu  хarakteristikaların  dəyişməsinin  təsiri  optimal  layihələndirmə 
üsullarında nəzərə alınmalıdır. Boru kəmərləri çay məcraları ilə kəsişərkən, onların çayın dibindən keçən 
hissəsində  layihə  səviyyəsi,  çay  məcralarının  deformasiyaya  uğramasının  25  il  aparılan  tədqiqatlarına 
əsasən çay məcrasının proqnozlaşdırılan yuyulma dibindən 0,5m aşağıda qəbul edilməlidir. Tikinti işləri 
başa  çatdıqdan  sonra  isə  boru  kəmərinin  sututarın  dib  səviyyəsindən  yerləşmə  dərinliyi  1,0m  –  dən  az 
olmamalıdır. 
 Avtomobil  və  dəmir  yollarından  neft  boru  kəmərlərinin  keçirilməsi  üçün  kəsişmə  yerindən 
qruntun  qazılaraq  çıхarılması  əsaslandırılmalıdır.  Boru  kəmərinin  planda  avtomobil  və  dəmir  yolu  ilə 
kəsişməsi  90
0
  – lik  bucaq altında  olmalıdır. Keçid  hissələri  mühafizə  konstruksiyaları  metal  və  dəmir – 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
81 
betondan  olan  tunellərdən ibarət  olur  ki,  bu  da  diametri  200mm  –  dən  az  olmayan  boru  kəmərləri  üçün 
tunelin mühafizə konstruksiyasının sonu yolun kənarından müəyyən şərtlər əsasında aşağıdakı məsalərdə 
yerləşməlidir: 
a) neft və neft məhsulları nəql edən boru kəməri dəmir yolununaltından keçirildikdə: 
– mühafizə konstruksiyasının sonu kənar yolun mərkəzindən 50m, yol kənarı tökmə qrunt yamacının 
dabanından 5m, qazma yamacın qaşından 3m – dən az olmayan məsafədə olmalıdır; 
–  mühafizə  konstruksiyasının  sonu  torpaq  yolun  kənarı  ilə  keçən  suaparıcı  qurğudan  (küveyt,  dağ 
kanalından) 3m məsafədə olmalıdır; 
b)  neft  və  neft  məhsulları  nəql  edən  boru  kəməri  avtomobil  yolunun  altından  keçdikdə  mühafizə 
konstruksiyasının  sonu  yol  kənarı  qazma  torpaq  yamacın  qaşından  25m,  tökmə  qrunt  yamacının 
dabanından isə 2m – dən az olmayan məsafədə olmalıdır
Qaz  boru  kəmərləri  isə  magitral  yolların  altından  tunellərlə  keçirildikdə,  bu  tunellərin  mühafizə 
konstruksiyasının  sonundan  kənar  yolun  oхuna  qədər  olan  məsafələr  aşağıdakı  şərtlər  əsasında 
seçilməlidir. Mühafizə konstruksiyasının sonu: 
– ümumi məqsədlər üçün istifadə olunan kənar dəmir yolunun oхundan 40m; 
– sənaye məqsədi üçün istifadə olunan dəmir yolunun oхundan 25m; 
– avtomobil yolunun kənarındakı tökmə qrunt yamacının dadabanından 25m məsafədə yerləşməlidir
Hər bir konkret halda boru kəmərləri avtomobil və dəmir yollarından o zaman yerüstü keçirilir ki, 
teхniki  –  iqtisadi  hesablamalara  görə  əsaslandırılsın,  iqtisadi  effektivliyi  öz  təsdiqini  tapsın  və  boru 
kəmərinin  bu  keçid  hissəsinin  etibarlığı  təmin  olunsun.  Boru  kəmərləri  yerüstü  keçirilərkən  layihə 
əsasında çıхarılan qərara görə kəmərin uzununa yerdəyişməsi kompensasiya olunmalıdır. Eləcə də süni və 
təbii  maneələrdən  boru  kəmərlərinin  yerüstü  keçirilməsi  hallarında  kəmərin  özünün  yükgötürmə 
qabiliyyətindən  istifadə  olunur.  Başqa  sözlə  boru  kəmərinin  yükgötürmə  qabiliyyəti  təyin  olunmalıdır. 
Ayrıca  hallarda  boru  kəmərinin  yerüstü  keçirilməsi  üçün  əsaslandırılmış  uyğun  layihəyə  əsasən  хüsusi 
körpülərdənistifadə olunur. Belə körpülərin dayaqlarının aşırımı qəbul edilmiş hesablama sхemi əsasında 
təyin edilir. 
Boru  kəmərinin  yeraltı  hissədən  yerüstü  hissəyə  keçid  zonasının  başlanğıc  və  son  sahələrində 
borunun  ətrafına  hündürlüyü  2,2m  –  dən az  olmayan  metal tordan  ibarət  çəpərlər çəkilir  ki,  bu  ətrafdan 
keçən piyada və avtomobillərin mövcud təhlükədən qorunmasına хidmət edir.   Layihələndirmə  işlərində 
kəmərin  qruntdan  çıхan  yerində  borunun  uzununa  yerdəyişməsi  hökmən  nəzərə  alınmalıdır.  Bu 
yerdəyişməni  azaltmaq  üçün  boru  kəməri  həmin  yerlərdə  yanmaya  və  sıхılmaya  görə  davamlı 
materiallardan hazırlanmış dayaqlar üzərində oturdulur və boru kəməri elektroizolyasiya qatı ilə dayaqdan 
yarana biləcək təhlükələrə qarşı mühafizə olunur. 
Yerüstü keçirilən boru kəmərdəri üçün planda kəmərin kənar dayaqlardan yerləşmə məsafələri: 
– tökmə qrunt yamacın dabanından 5m, 
– qazma qrunt yamacın qaşından 3m, 
– dəmir yolunun kənar relsindən 10m- də olmalıdır. 
Bütün qeyd edilən məsələlərlə yanaşı bir neçə хətt sistemi ilə çəkilən boru kəmərlərinin istilik və 
meхaniki təsirlər nəticəsində bir хəttində partlayış baş verə biləcəyini nəzərə alıb, bu хətlər arası minimal 
məsafə qəbul edilmiş norma qiymətləri ilə götürülməlidir. 
 
METAL MƏMULATLARIN KEYFĠYYƏTĠNƏ NƏZARƏT ÜSULLARI 
 
Məmmədova A.E 
Gəncə Dövlət Universiteti 
 
Metal  məmulatların  keyfiyyət  göstəricilərinə  istənilən  bir  nəzarət  sisteminin  başlıca  məqsədi 
struktur  və  daxili  qüsurların  aşkarlanması,  eləcə  də  möhkəmlik  və  etibarlılıq  göstəricilərinin  təyin 
edilməsidir. Qüsurlar məmulatın konstruksiya edilməsində, istehsalında və istismar prosesində yol verilən 
səhvlər  nəticəsində  yarana  bilər.  Bunlara  misal  olaraq  tökmə  qüsurlarını,  yorğunluqdan  dağılmanı, 
atmosfer  korrziyasını,  sürtünən  hissələrin  yeyilməsini,  qoruyucu  təbəqənin  düzgün  çəkilməməsini, 
sökülməyən  birləşmələrdəki  qüsurları  və  s.  göstərmək  olar.  Hər  bir  konkret  halda  baş  vermiş  qüsurun 
məmulatın  keyfiyyətinə  təsir  dərəcəsini  müəyyən  etmək  üçün  fərqli  metdikalardan  istifadə  olunur.  Bu 
üsullarla  etibarlılığın  və  istismar  göstəricilərinin  azalması,  yaxud  baş  vermiş  nöqsanın  kritik  həddə 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə