Абшерон игтисади ъоьрафи районун шящярляринин



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə51/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   47   48   49   50   51   52   53   54   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
84 
Azəbaycan Dövlət Neft Akademiyası 
 
Abşeron yarımadasının cənubunda (bir qədər şərqə doğru), qədim Xəzər çöküntüləri ilə örtülmüş 
dənizkənarı düzənlikdə yerləşən Hövsan yatağı 1948-ci ildən istismardadır. Məhsuldar qatın aşağılarında, 
o cümlədən Qala laydəstəsi də daxil olmaqla, Hövsan sahəsi eyni adlı sinklinalının cənub qərb bortunda 
yerləşir  və  yatağın  geoloji  quruluşu  layların  monoklinal  yatımı  ilə  səciyyələnir.  Belə  güman  edilir  ki, 
burada neft yığımları fasial əvəzlənmələrlə bağlıdır. Sahənin neftli-qazlılığı Qala laydəstəsinin Qal
1
, Qal
2

Qal
3
,  horizontları  ilə  əlaqədardır.  Onların  nisbətən  qalın  hissələri  məhsuldardır  və  sahənin  bəzi 
hissələrində  qaz  ilə  doludur.  Son  illərdə  dördüncü,  məhsuldar  horizont  açılmış  və  bu  horizont  da  Qala 
laydəstəsinə  aid  edilmişdir.  Hövsanda  qazılmış  quyuların  məhsuldarlığı  onlarla  ton  təşkil  etdiyindən, 
perspektivli  sahə  hesab  olunur  və  hal  hazırda  Azərbaycanın  quru  hissəsində  intensiv  istismar  olunan 
yataqlardandır. 
2010-cu  ilin  yayında  (daha  doğrusu  16  iyulda)  Hövsanın  H1856 saylı  quyusunda  Şaquli  Seysmik 
Profilləmə  (ŞSP)  işləri  aparılmışdır.  ŞSP  işlərinin  aparılmasından  əsas  məqsəd  seysmik  dalğa 
mənzərəsinin  öyrənilməsi,  əsas  horizontların  vəziyyətlərinin  dəqiqləşdirilməsi  ilə  yanaşı  mühitin  sürət 
modelinin  dəqiqləşdirilməsi  və  quyu  dibindən  altda  yatan  süxurlarda  seysmik  dalğa  sürətlərinin 
proqnozlaşdırılmasından,  kəsilişin  bu  hissəsində  maraq  doğuran  əksetdirici  sərhədlərin  (horizontların) 
yatma dərinliyinin proqnozu üçün dərinlik-zaman asılılığının uzadılmasından ibarətdir.  
İlkin (başlanğıc) drift (ŞSP zamanları ilə inteqrə edilmiş AK zamanları arasındakı fərq) bir tərəfə 
qaçış zamanında  ~22,8 msan təşkil etmişdir ki, bu da qəbul edilə bilməz, belə ki, dalğanın gedib-qayıtma 
(iki  tərəfə)  vaxtında  ~45,6  msan  xəta  verir.  AK  məlumatlarının  kalibrləndirilməsinin  əsas    ideyası  AK 
əyrisinin elə təshihindən ibarətdir ki, inteqrə edilmiş zamanlar ŞSP zamanlarına AK miqyasında, əyrinin 
forması  prinsipial  təhrifə  məruz  qoyulmadan,  yəni  yanlış  əksetdirici  sərhədlər  doğurmadan,  uyğun 
gəlsinlər .  
Növbəti  mərhələdə  P-dalğalarının  sintetik  seysmoqramları  hesablanmışdır.  Bu  seysmoqramların 
hesablanmasında həm zaman və həm də dərinlik oblastlarında (domenlərində) üstün (görünən) tezliyi 5 
Hs-ə  bərabər  addımla  dəyişən  5  Hs-dən  100  Hs-dək  tezlikli  sıfır-fazalı  Rikker  impulsundan  istifadə 
edilmişdir . 
Başqa  bir  maraqlı  məsələ  quyu  dibindən  altda  yerləşən  geoloji  kəsilişin  sürət  xarakteristikasının 
proqnozlaşdırılmasından  ibarətdir.  Bundan  əsas  məqsəd  dərinlik-zaman      asılılığının    uzadılması    və  
hələlik   qazıma  ilə açılmamış,   maraq doğuran  əksetdirici sərhədlərin (sinfaz oxlarının) dərinliklərinin 
dəyərləndirilməsidir.  Belə  qərara  gəlinmişdir  ki,  bunun  üçün  akustik  impedansın  inversiyası  da  adlanan 
PsevdoAkustik  Karotaj  (PAK)  yerinə  yetirilsin.  PAK  inversiyasında  ŞSP-nin  uzununa  profilinin 
tezliklərinin  (5-70  Hs)  dominant  toplumundan  istifadə  edilmişdir.  Alınmış  nəticələr  stabil  və 
adekvatdırlar. 
ŞSP  və  AK-nın  yazılmış  məlumatları  kəsilişin  alt  hissəsində  sürətlərin  əhəmiyyətli  dərəcədə 
azalmasını təsdiq edirlər ki, bu da PAK-ın nəticələrinə inamı daha da artırır. 
Quyu  dibindən  altda  uzununa  dalğaların  proqnozlaşdırılmış  sürəti  proqnoz  dərinlik-zaman 
asılılığının hesablanmasında (bir qədər də uzadılmasında) tətbiq edilmişdir və bu da öz növbəsində altda 
yerləşən, 
ən 
çox 
maraq 
doğuran 
əksetdirici 
sərhədlərinin 
dərinliklərinin 
əvvəlcədən 
proqnozlaşdırılmasında  istifadə  olunmuşdur.    Aşağıda    quyu    dibindən    altda    yatan  və    çox    maraq  
doğuran   horizontların   proqnoz    dərinlikləri   cədvəl şəklində verilmişdir. Qiymətlər sarı üfüqi xətlərin 
yaşıl şaquli xətlərlə kəsişmə nöqtələrinə aiddirlər (uyğundurlar). Dərinliklərin proqnozu PAK-ın alınmış 
dərinlik-zaman asılılığına uyğun verilmişdir. 
Digər  horizontların  dərinliklərinin  proqnozlaşdırılması  üçün  rəqəmsal  məlumatlardan  (ÜDN 
təsvirlərindən, PAK nəticələrindən) istifadə etmək olar. 
Aparılmış tədqiqatlar bu qənaətə gətirmişdir: a) ŞSP ilə alınmış interval sürətləri AK məlumatları 
ilə çox yaxşı uzlaşırlar; b) ŞSP məlumatlarına əsaslanaraq daha dəqiq dərinlik-zaman asılılığı alınmışdır; 
c)  AK  məlumatlarının  kalibrlənməsi  və  sintetik  seysmoqramların  hesablanmasında  heç  bir  çətinlik 
olmamışdır;  d)  tədqiq  olunmuş  quyu  üçün  PAK  müvəffəqiyyətlə  hesablanmışdır,  bu  da  quyu  dibindən 
altda  sürətləri  proqnozlaşdırmağa,  maraq  doğuran  horizontların  dərinliklərinin  dəyərləndirilməsi  üçün 
dərinlik-zaman asılılığını uzatmağa imkan vermışdir.  
 
 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
85 
SEYSMĠK ĠNVERSĠYA ĠLƏ LÖKBATAN SAHƏSĠNĠN NEFTLĠ-QAZLILIQ 
PERSPEKTĠVLĠYĠNĠN DƏYƏRLƏNDĠRĠLMƏSĠ 
 
Mehdiyev N.F. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Qərbi Abşeronun Lökatan və digər sahələrində Məhsuldar qat (MQ) çöküntüləri ilə əlaqədar olan 
neft-qaz  yataqlarının  uzun  müddət  istismar  olunmasına  baxmayaraq,  burada  geoloji  quruluşun 
mürəkkəbliyi və palçıq vulkanizminin intişarı ilə əlaqədar MQ-nin alt şöbəsi və Miosen çöküntülərinin 
neft-qazlılıq  perspektivliyi  lazımi  səviyyədə  öyrənilməmişdir.  Belə  ki,  əvvəllər  aparılmış  seysmik 
kəşfiyyat  işlərinin  nətisələrinin  keyfiyyətsizliyi,  rayonun  geoloji  quruluşunda  iştirak  edən  çöküntü 
komplekslərinin struktur planlarının uyğunsuzluğu və onunla şərtlənən litofasiyaların dəyişkənliyi nəzərə 
alınmadığına  görə,  Alt  Pliosen  və  Miosen  kəsilişlərinin  neft-qazlılığını  öyrənmək  məqsədilə  qazılmış 
çoxlu  sayda  quyuların  nəticələri  qənaətbəxş  olmamışdır.  MQ-nin  kəsilişi  Lökbatan  sahəsində  Qırmakı 
dəstəsinədək  açılmış  və  sənaye  əhəmiyyətli  neftliliyə  malikdir.  Burada  Miosen  çöküntüləri  və  ondan 
üstdə yatan Alt Pliosen çöküntüləri tam olaraq açılmadığından və Pliosen-Miosen çöküntülərinin ehtimal 
olunan struktur uyğunsuzluğu Miosen çöküntülərinin potensialını qiymətləndirməyə imkan verməmişdir. 
Tədqiqatların əsas məqsədi Lökbatan sahəsində son illər aparılmış seysmik kəşfiyyat nəticələrinin 
seymik  inversiya  vasitəsilə  çevrilməsinə  əsaslanaraq  Alt  Pliosen  -  Miosen  çöküntülərinin  neftli-qazlılıq 
perspektivliyini öyrənməkdən ibarət olmuşdur. 
Tədiqat  sahəsi  kəskin  tektonik  quruluş  və  mürəkkəb  dalğa  sahəsi  ilə  xarakterizə  olunur.  Bunlar 
strtuktur  xəritə  və  seysmik  zaman  kəsilişlərtində  aydın  görünürlər.  Tədqiqatlar  bu  ardıcıllıqla 
aparılmışlar:  əvvəlcə  2D  seysmik  kəşfiyyatın  uzununa  və  eninə  profilləri  seçilmiş  və  quyu 
məlumatlarından  istifadə  etməklə  seçilmiş  profillər  boyu  sintetik  seysmik  traslar  hesablanmışlar  və 
hesablanmış sintetik traslar seysmik zaman kəsilişi üzərinə köçürülmüşlər. 
1  saylı  cədvəldə  sintetik  trasların  hal  hazırda  istismarda  olan  quyu  yaxınlığında  götürülmüş  real 
reper  trasla  oxşarlıq  (bənzəyiş)  əmsalları  verilmişdir.  Bənzəyiş  əmsalları  362  saylı  2D  seysmik  profili 
boyunca 111 saylı piketdən 149 saylıyadək hesablanmışlar. 
362 saylı sintetik dərinlik kəsilişi məlumatlarindan istifadə etməklə həmin profil boyu fərz olunan 
xüsusi  muqavimətin  (FXM-in)  necə  dəyişməsi  proqnozlaşdırılmışdır.  Bu  yataq  üçün  optimal  proqnoz 
kəndarı (sərhədi) kimi FXM-in qiyməti 10 
м
Ом

 götürülmüşdür. FXM – in nisbətən kiçik qiymətləri 
(<  10 
м
Ом

)    ilə  xarakterizə  olunan  kəsiliş  intervalları  qırmızı  rənglə,  bundan  fərqli  olaraq,  daha 
yüksək  qiymətləri  (  >  10 
м
Ом

)    səciyyənən  kəsiliş  intervalları  isə  yaşıl  rənglə  təqdim  olunmuşlar. 
Təbiidir  ki,  FXM-in  yüksək  qiymətləri  ilə  xarakterizə  olunan  kəsiliş  intervalları  neft-qazlılıq  cəhətdən 
mühüm praktiki  əhəmiyyətə malikdirlər. Beləliklə, əldə edilmiş  məlumatlara  əsaslnaraq, biz belə hesab 
edirik  ki,  növbəti  istismar  quyusunun  362  saylı  profilin  128  saylı  trasında  qazılması  daha  məqsədə 
uyğundur,  belə  ki  bu  nöqtədə  trasların  bənzəyiş  əmsalı  0.815-ə  bərabərdir,  deməli  etibarlılıq  səviyyəsi 
80%-dən yuxarıdır.  
Geoloji-geofiziki  məlumatların  analizi  göstərir  ki,  istismar  quyusunun  qazılması  təklif  olunan 
nöqtədə  Məhsuldar  Qatda  çox  güman  ki,  neft-qazlılıqla  əlaqəli  FXM-in  böyük  qiymətlərinə  malik  üç 
interval ayırmaq olar: 1. 4058,4 – 4059,4m, qalınlığı 1m; 2. 4067,6 – 4073m, qalınlığı 6,2m; 3. 4076,4 -  
4079,4m, qlınlığı 3m. Beləliklə, neft-qazlı olması proqnoz edilən intervalların ümumi qalınlığı 13,2m-ə 
bərabərdir. 
 
GÜNƏġLĠ YATAĞINDA FASĠLƏ LAY DƏSTƏSĠNƏ SUVURMANIN EFFEKTĠVLĠYĠ 
 
Qurbanov H.Y. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Günəşli yatağı respublikamızın yanacaq-enerji kompleksində önəmli yerlərdən birini tutur. Dövlət 
Neft Şirkətinin hasil etdiyi neftin 60 %-dən çoxu bu yatağın dayazsulu hissəsindən hasil edilir. Yataqdakı 
neft  ehtiyatının,  o  cümlədən  hasilatın  70%-ə  qədəri  FLD-ilə  əlaqədardır.  Odur  ki,  FLD-nin  düzgün 
işlənilməsi və hasilatın sabit saxlanması ən önəmli məsələlərdən biridir.  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə