Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
28
AZƏRBAYCANDA ĠSTĠLĠK ELEKTRĠK STANSĠYALARININ ĠSTĠFADƏSĠNĠN
ÜSTÜNLÜKLƏRĠ
Xasməmmədli İ.V.
Azərbaycan Dövlət Aqrar Universiteti
İqtisadiyyatımızın əsas sahələrindən biri olan elektroenergetika sahəsinin 1950-ci ildən başlamış
inkişafı keçən əsrin 70-ci illərdən etibarən daha geniş vüsət almışdır. Azərbaycan iqtisadiyyatının bütün
sahələrinə olduğu kimi energetika sahəsinə də həmişə böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyev
cənablarının uzaqgörən siyasəti nəticəsində 70-ci illərin ortalarında tikintisinə başlanmış Azərbaycan
DRES-i, Şəmkir SES-i və bu stansiyalarda istehsal olunan elektrik enerjisinin nəql edilməsi üçün 500 və
330 kV-luq 1 və 2 Abşeron və digər yüksək gərginlikli elektrik verilişi хəttlərinin tikilərək istifadəyə
verilməsi respublikamızın enerji təchizatında və bütövlükdə iqtisadiyyatımızın inkişafında mühüm rol
oynamışdır.Bu ən-ənə hal-hazırda da cənab prezident İ.Əliyev tərəfindən də davam etdirilir.
Ölkə iqtisadiyyatının inkişafında elektrik tələbedicilərinin keyfiyyətli və etibarlı elektrik enerjisi ilə
təchizatına böyük ehtiyacı vardır.Elektrikləşdirilmə cəmiyyətin iqtisadi təminat sütunudur və xalq
təsərrüfatının bütün sahələrinin inkişaf yoludur. Tam və keyfiyyətli elektrikləşdirmə müasir texnika və
elmi nailiyyətlər əsasında həyata keçirilir. Ölkədə elektrik enerji istehsalı fasiləsiz olaraq artırılır,
təkmilləşdiriilir və xalq təsərrüfatında bütün sahələrini əhatə edir.Sənaye, kənd təsərrüfatı məhsullarının
istehsalını artırmaq və insanların rifah halının yaxşılaşdırılması üçün dayanıqlı, elektroenerji sistemlərinin
mövcudluğu böyük əhəmiyyət kəsb edir.
Respublikamız çox güclü elektroenergetika bazasına malikdir.Bu isə müxtəlif enerji mənbələrinin
payına düşür. Təbii enerjiləri elektrik enerjisinə çevirmək üçün işlənən energetik qurğular elektrik
stansiyaları adlanır. Bunlardan ən çox yayılanı istilik-elektrik stansiyalarıdır (İES). Bu stansiyalarda
elektrik enerjisinin alınması üçün üzvü maddələrin yanmasından ayrılan istilikdən istifadə olunur. İES
hesabına Azərbaycanda hasil olunan elektrik enerjisi ümumi elektrik enerjisinin 90% - ni təşkil
edir.Aparılmış tədqiqatlargöstərmişdir ki, bu stansiyalartəbiətin və atmosferin çirkləndirilməsi nöqteyi
nəzərindən ən iri sənaye müəssisələri sırasına daxildir.Buna səbəb istilik elektrik stansiyalarının buxar
qazanlarında çoxlu üzvi yanacaqların yandırılması nəticəsində yaranan zəhərləyici maddələrin atmosferə
atılması və küllü miqdarda çirkab suların tullanmasıdır.
İES-lərin əsas avadanlıqları qazan, turbin və elektrik generatorudur. İş prosesi qazanda üzvi
yanacağın istiliyi hesabına qızışmış buxarı turbinə vermək, turbində buxarın istiliyi hesabına valı hərəkətə
gətirib və turbinin valı elektrik generatornun valı mufta ilə birləşdiyindən elektrik generatorunun valı da
hərəkətə gəlir və generator elektrik enerjisini istehsal edir.Qısa olaraq, istilik enerjisi mexaniki enerjiyə,
mexaniki enerji isə elektrik enerjisinə çevrilir.
Azərbaycanda İES-nın istifadə perspektivləri çox böyükdür.Əvvəldə qeyd etdiyim kimi,
respublikamız çox güclü elektroenergetika bazasına malikdir və respublikamızın 90% enerji balansını
İES-rı ödəyir. Odur ki, gələcəkdə bu enerji növünün istifadəsi genişləndirilməlidir.
ELEKTROMAQNĠT VĠBROTƏSĠRLƏNDĠRĠCĠLƏRĠN QĠDANLANMA
SXEMLƏRĠNĠN SEÇĠLMƏSĠ
Məmmədov İ.F.
Sumqayıt Dövlət Universiteti
Sənayenin müxtəlif sahələrində texnoloji proseslərdə istifadə olunan vibrotəsirləndiricilərin bütün
movcud tipləri içərisində elektromaqnit vibrotəsirləndiricilərin energetik və istismar göstəriciləri xüsusilə
yüksəkdir.Elektromaqnit vibrotəsirləndirici nüvəsinin və dolağının konstruksiyasına görə transformator
tipli elektromaqnit qurğuların uyğun elementlərinə çox yaxındır.Yəni dolaq ш-şəkilli lövhələrdən
yığılmış maqnit nüvənin orta çubuğunda yerləşdirilir, maqnit seli yaradır və nəticədə lövbər dartılır.
Lövbər dartıldıqda elastik elementləri sıxır.
Elektromaqnit vibrotəsirləndiricinin iş pirinsipinin əsasını yaranan elektromaqnit qüvvənin dəyişən
işarəli qüvvə lövbərə təsir edərək onu irəli-geri hərəkət etməyə məcbur edir. Elektromaqnit dartı qüvvəsi
harmonik sıraya ayrıla bilər. Bu halda harmonik sırada ən azı iki toplanan olacaqdır. Bir toplanan sabit,
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
29
ikincisi isə lövbərin irəli-geri hərəkətini yaradan dartı qüvvəsi-harmonik toplanan olacaq. Dartı
qüvvəsinin sabit toplananı elastik elementin dartılmasında sabit komponenti yaradır. Bu elektromaqnit
vibrotəsirləndiricilər əksər hallarda mexaniki çıxışda yalnız müəyyən bir tezlikli rəqsi, yəni
tənzimlənməyən mexaniki rəqsi təmin edirlər. Bu, bir neçə səbəblə izah olunur. İlk növbədə nəzərə almaq
lazımdır ki, elektromaqnit vibrotəsirləndiricilər standart tezlikli ümumi sənaye şəbəkələrindən
qidalandırılan qurğular kimi istifadə olunurlar. Bu halda vibrotəsirləndiricinin lövbərinin rəqs tezliyi
ikiqat qidalanma tezliyinə, yəni 100 Hs-ə bərabər olur (şəkil 1,a) Bu tezlik texnoloji proseslər üçün
həddindən artıq böyük olduqda qidalandırma sisteminə düzləndiriciyə malik aralıq blok daxil edilir. Bu
halda mexaniki rəqslərin tezliyi ikiqat azalır, şəbəkə tezliyinə, yəni 50 hs-ə bərabər olur (şəkil 1b,v). Hər
iki halda lövbərin rəqsinin amplitudası vibrotəsirləndiricinin dolağına verilən gərginliyin amplitudasını
dəyişməklə yerinə yetirilir. Lakin mexaniki rəqslərin tezliyi standart şəbəkə tezliyi ilə müəyyən olunur və
dəyişməz qalır.
a)
v)
b)
j)
Şəkil 1.
Yuxarıda qeyd olunanları nəzərə almaqla daha perespektivli üsul dəyişən işarəli qüvvənin lövbər
zonasında formalaşdırılmasıdır. Bu halda xüsusi qidalandırma sxemləri vasitəsilə elektrimaqnitin dolağı
dövrəsinə ardıcıl qoşulmuş kondensatorla yaradılan parametrik effekt hesabına lövbərin alçaq tezlikli
mexaniki rəqsləri alınır. Məlum olmuşdur: kondensatorun tutumunu ele seçmək olar ki, dövrədə periodik
olaraq ardıcıl rezonans yaranar və pozular (lövbərin irəli-geri hərəkəti zamanı elektromaqnitin dolağının
induktivliyinin dəyişməsi ilə əlaqədardı). Bu halda lövbərin rəqs tezliyi bir neçə hers olar (şəkil 1,d)
Elektromaqnit vibrotəsirləndiricilərin yuxarıda baxılan müxtəlif qidalandırma sxemləri alçaq tezlikli
mexaniki rəqslərin alınması, onların tezlik və amplitudasının tənzimlənməsi üçün
yeni sxem təklif etməyə
imkan verir (şəkil 1,j) Belə vibrotəsirləndiricinin elektromaqniti iki dolağa malik olur və onlar müxtəlif
tezlikli mənbələrdən qidalanırlar. Mənbələrdən biri standart tezlikli şəbəkə digəri isə tezlik çevricisidir.
İkinci mənbənin gücü böyük olmur, çünki o, yalnız idarəetməyə xidmət edir. Həm də onun tezliyinin