Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
355
Qazax
rayonu
0.70
92.7
132
21.3
22.9
71.4
77.1
Tovuz rayonu
1.94
166.3
86
28.8
17.2
137.5
82.8
Şəmkir rayonu
1.66
203.9
123
71.2
34.9
132.7
65.1
Gədəbəy rayonu
1.23
96.8
79
11.7
12.0
85.1
88
Daşkəsən rayonu
1.05
33.7
32
14.6
43.6
19.1
46.4
Samux rayonu
1.45
56.3
39
21.6
38.3
34.7
61.7
Göygöl rayonu
0.92
60.9
66
24.8
40.7
36.1
59.3
Göranboy rayonu
1.70
99.1
58
21.4
21.5
77.7
78.5
Naftalan şəhəri
0.04
9.5
238
8.3
87.3
1.2
12.7
İqtisadi rayon üzrə
12.30
1227.5
100
569.4
46.3
658.1
53.7
Azərbaycan
Respublika üzrə
86.6
9456.5
109
5004.2
53.1
4452.3
46.9
İqtisadi rayonda 11 şəhər, 42 şəhər tipli qəsəbə və 519 kənd yaşayış məntəqəsi vardır 2014-ci ildə
Gəncə-Qazax iqtisadi rayonunda 569.4 min nəfər şəhər əhalisi olmuşdur. Bu iqtisadi rayonun ümumi
əhalisinin 46.5-i deməkdir. Şəhər əhalisinin xüsusi çəkisinə görə Gəncə-Qazax respublikada Abşeron
iqtisadi rayonundan sonra ikinci yeri tutur. Bu iqtisadi rayonda yaşayan əhalinin xeyli hissəsinin Gəncə
şəhərində cəmlənməsi ilə bağlıdır. Gəncə-Qazax maili düzənliyi əhalinin ən sıx yaşadığı və sürətlə
cəmlənməsində davam etdiyi ərazidir. Dağlıq yerlər və Ceyrançöl düzənliyi isə əhalinin zəif
məskunlaşdığı ərazilərdir.
Beləliklə, Gəncə-Qazax iqtisadi rayonunda şəhər məskunlaşması özünün səviyyəsinə görə
respublikada əsas yerlərdən birini tutur. Burada Gəncə şəhərinin rolu xüsusilə böyükdür. Özünün sosial-
iqtisadi və demoqrafik potensialına görə şəhər təkcə iqtisadi rayonda deyil, respublikanın qərb bölgəsində
əsas mərkəzdir. Nəqliyyat-coğrafi mövqeyinin əlverişli olması şəhərin ətraf məntəqələrlə müxtəlif növ
əlaqələr saxlanmasına, məskunlaşmaya təsir ğöstərməsinə və idarə edilməsinə imkan verir.
TORPAĞIN EKOLOJĠ MONĠTORĠNQĠ
Əkbərov A.R.
Lənkəran Dövlət Universiteti
Müasir antropogen gərginlik şəraitdə biogeosenozlar və onun əsas tərkib hissəsi olan torpaq örtüyü
kəskin dəyişkənliyə məruz qalaraq öz məhsulvermə qabiliyyətini itirir. Bu dəyişikliklər landşaftlara
neqativ təsir göstərir və torpaqlar deqradasiya prosesinə məruz qalır. Torpaq deqradasiyasının inkişafı
əhalisi sıx və çox mənimsənilmiş ərazilərin torpaqlarında daha təhlükəli hesab edilir. Azərbaycan
Repsublikası dünyanın ən az torpaqlı ölkələrindən olmaqla əhalinin orta sıxlığı (95 nəfər) ümumi dünya
göstəricisindən (43 nəfər) iki dəfədən də yüksəkdir.
Düşünülməmiş antropogen təsirlər torpaqların deqradasiyasına o cümlədən torpaqda turşuluq və
qələviliyin (pH) azalmasına humusun minerallaşmasına, torpaqda bioloji fəallığın zəifləməsinə, rütubət
çatışmamazlığına, profil boyu duzların toplanmasına, bitki örtüyünün botaniki tərkibinin dəyişməsinə və
digər arzuolunmaz mənfi hallara gətirib çıxarmışdır.
Mövcud torpaq ehtiyatlarından səmərəli istifadə etmək, münbitliyini qorumaq, şərti yararsız
torpaqların əkin dövriyyəsinə bərpası üçün ayrı-ayrı torpaq tiplərinin münbitliyinin ekoloji monitorinqi
aparılmalıdır. Torpaq ekoloji monitorinqi (nəzarət sistemi) biosferin qlobal monitorinqinin tərkib hissəsi
olub, modelləşdirmə, müqayisəli və sistemli təhlilin köməkliyi ilə torpağın biogeosenozda keçmişi,
hazırki vəziyyəti barədə məlumat verir, münbitliyini məhsuldarlığını, ekoloji göstəricilərini
proqnozlaşdırmağa və idarə etməyə imkan yaradır. Belə bir sistemin, yəni monitorinqin yaradılması
haqqında təklif 1971-ci ildə SKOPE-nin xüsusi ekspert komissiyası tərəfindən irəli sürülmüşdür. Sonra
isə ―Monitorinq‖ termini BMT-nin ətraf mühit ilə əlaqədar keçirilmiş (15-16 iyun 1972-ci ildə) Stokholm
konfransında qəbul olunmuş və ona aid xüsusi proqram işlənib hazırlanmışdır. Proqramda deyilir:
―Monitorinq məkan və zaman daxilində uzunmüddətli fasiləsiz müşahidə sistemi olub, ətraf mühitdə
insan üçün əhəmiyyətli dəyişikliklərin keçmiş, hazırki və gələcəkdə vəziyyəti haqqında ətraflı məlumat
verir‖.
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
356
Geosferin digər komponentlərindən- hidrosfer, atmosfer və biosferdən fərqli olaraq torpaq
sferasının (pedosferin) ―yaddaşı‖ daha davamlıdır. Su, hava və canlıların tərkibində olan çirkləndirici
maddələr qisa müddətdə, torpağa daxil olan maddələr isə sərbəst və yaxud müxtəlif kimyəvi birləşmələr
şəklində uzun müddət qalır.
Ölkəmizin ayr-ayrı torpaq tiplərində ekoloji monitorinqin təşkili həm elmi-nəzəri, həm də praktiki
əhəmiyyət kəsb edir. Ekoloji monitorinqi bir çox müəlliflər müxtəlif növlərə- biotik və abiotik
(Y.A.İzrael), lokal, regional və qlobal (İ.P.Gerasimov), local, regional, fon və qlobal (Q.V.Mortuzova və
Q.S.Bezuqlova) ayırırlar. Torpaqda ekoloji monitorinqin qlobal yaxud regional miqyasda aparılması
deqradasiya prosesinin miqyasından asılıdır.
Torpaq monitorinqinin əsas vəzifələri aşağıdakılardan ibarətdir: yağış, külək və irriqasiya eroziyası
zamanı torpaq itkisinin uçota alınması; əsas qida elementlərinin mənfi balansının, humus və mineral
maddələrin kəskin azaldığı ərazilərin müəyyən edilməsi; torpağın turşuluğu və qələviliyinə, şorlaşma və
şorakətləşməsinə, rütubətinə, temperaturuna, duz rejiminə, şəhərsalma və digər antropogen təzyiqlər
zamanı torpaqda baş verən fiziki, fiziki-kimyəvi və kimyəvi dəyişikliklərə nəzarət edilməsi, əkinə yaralı
torpaqların sənaye və məişət məqsədilə ayrılmasının həcmi və düzgünlüyü üzərində müfəttiş xidmətinin
təşkili.
Torpaq monitorinqi proqramında əsas yeri işin sonrakı səmərəsini təmin edən nəzarətedici
göstəricilərin düzgün seçilməsi tutur.
Ümumiyyətlə, monitorinq üç qrup göstəricilər üzərində aparılır:
1.
Torpaqların qısa müddətdə dəyişən göstəriciləri. Torpaqların qısa müddətdə dəyişən əlamətlərinə
rütubətin dinamikası, mühit reaksiyası (pH), torpaq məhlulunun tərkibi, torpaq havası və bitkilər
tərəfindən asan mənimsənilə bilən elementləri aiddir.
Bu qrup göstəricilər cari təsərrüfat ilində bitkilərin məhsuldarlığını artırmaqdan ötrü gübrələrin
verilməsi, suvarma və sair kimi aqrotexniki tədbirlər hesabına tənzimlənir.
2.
Torpaqların uzun müddətə dəyişən göstəriciləri. Bu göstəricilər təbii və antropogen təsirlər
nəticəsində 5-10 il müddətində torpağın tərkibində baş verən əsas dəyişikliklərədn ibarətdir və
aşağıdakılardır: torpaqda dövri olaraq dəyişən humusun miqdarı və ehtiyatı, deqradasiya, o
cümlədən eroziya və səhralaşma nəticəsində torpaq itkisi struktur elementləri, ümumi qələvilik və
turşuluq, udulmuş əsasların miqdarı, duz tərkibi, qalıq pestisidlərin miqdarı və s. Qeyd etdiyimiz
bu göstəricilərin müəyyənləşdirilməsi nisbətən çətindir.
3.
Bitkilərin məhsulradlığını artıran göstəricilər. Bu göstəricilərə torpaqda bitkilər tərəfindən asan
mənimsənilə bilən qida elementlərinin bir-birinə olan nisbəti daxildir. Torpağın ekoloji
monitorinqinin göstəriciləri ekoloji vəziyyətin dəyişməsinə həssas mühit və canlı aləm arasında
qarşılıqlı əlaqəni müəyyən edən indikatorlardır. Monitorinqin indikatorları məlumat
daşıyıcılarıdır, onlar torpaqda özlərini dərhal, yaxud bir müddətdən sonra biruzə verir. Bu isə
torpaq deqradasiyasının inkişafını müəyyənləşdirməyə imkan verir.
Beləliklə, torpaq ekoloji monitorinqinin ayrı-ayrı torpaq tipləri üçün qlobal və regional səviyyədə
işlənməsi torpağın münbitliyinin və ekoloji vəziyyətinin idarə olunması üçün tədbirlər sisteminin və kənd
təsərrüfatının inkişaf strategiyasının müəyyənləşdirilməsinə şərait yaradır.
NAXÇIVAN ĠQTĠSADĠ-COĞRAFĠ RAYONU ÜZRƏ ƏHALĠNĠN
DEMOQRAFĠK XÜSUSĠYYƏTLƏRĠ
Şabanov E.N.
Lənkəran Dövlət Universiteti
Azərbaycanın digər rayonlarından fərqli olaraq, Naxçıvan iqtisadi-coğrafi rayonunun (MR) müasir
sosial-iqtisadi vəziyyətinə onun ―anklav‖ mövqeyi və mövcud geosiyasi şəraiti güclü təsir göstərir. 90-cı
illərdən başlayaraq Qarabağla birgə bu region da Ermənistanın təcavüzünə məruz qalaraq blokadaya
salındı.
Milli inzibati bölgü kimi Naxçıvan Muxtar Respublikası 1924-cü ildə təşkil olunub, 1995-ci ildə
Azərbaycan Respublikasının yeni qəbul edilmiş Konstitusiyasına görə Azərbaycanın tərkibində muxtar
dövlətdir və onun ayrılmaz hissəsidir. Naxçıvan tarixi ədalətsizlik nəticəsində Azərbaycandan uzaq
düşmüş ərazidir.