Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
345
məzunudur. Ən yüksək nəticəyə IV qrup üzrə 667 bal toplayaraq ATU-nun tələbəsi adını qazanmış şəhər
1 nömrəli orta məktəbin şagirdi Sənan Rzalı nail olmuşdur. Məzunlardan 27 nəfəri 500-700 arası bal
toplamış, 5 nəfərin topladığı bal 580- 600 intervalında olmuşdur. Ali məktəbə qəbulda yüksək nəticə
şəhər 2 nömrəli (80-dan 46-sı), şəhər 1 nömrəli (17-dən 12-si), Almalı kənd tam orta (21-dən 12-si),
Qum kənd tam orta(14-dən 11-i) məktəblərində əldə olunmuşdur.
ARAN VƏ GƏNCƏ-QAZAX ĠQTĠSADĠ RAYONLARINDA TƏBĠĠ RESURSLAR
VƏ TƏBĠĠ TARAZLIĞIN SAXLANILMASI YOLLARI
Qaffarova M.M
Sumqayıt Dövlət Universiteti
Aran iqtisadi rayonunun ərazisi neft-qaz ehtiyatları ilə zəngindir. Bunlar ən çox Neftçalada Xıllı,
Salyanda Qarabağlı, Kürsəngi və Kürovdağda yerləşmişdır. İqtisadi rayon Azərbaycanda quruda olan neft
və qazın, yodlu-bromlu suların ehtiyatına görə Abşerondan sonra respublikada ikinci yeri tutur. Çöküntü
süxurlarının geniş sahədə yayılması bu ərazilərdə tikinti sənayesi üçün xammal ehtiyatlarının
yerləşməsinə də təsir edib. Ağdaş, Zərdab, Sabirabad və Şirvan gil yataqları, iqtisadi rayonun mühüm
təbii sərvətlərindən olub, ondan əsasən kərpic və keramika məhsulları hazırlanması üçün xammal kimi
istifadə edilir. Şirvan şəhəri ətrafında əhəng daşı və qum ehtiyatları, Sabirabad şəhəri və Atbulaq
yaxınlığında isə tikinti qumu ehtiyatları vardır. Hacıqabul rayonunda Udulu və Atbulaqda əhəng daşı
ehtiyatları, İmişli rayonunda Bəhramtəpədə, Bərdə şəhəri yaxınlığında və Mingəçevirdə qum-çınqıl
ehtiyatı zəngindir. Ümumiyyətlə, respublikanın tikinti materiallarının 13%-ə qədəri Aran iqtisadi
rayonunun payına düşür. Salyan şəhəri yaxınlığında yerləşən Duzdağ gölü duz ehtiyatları ilə zəngin
olduğundan əhali bu duzu toplayaraq məişətdə istifadə edir. Kürdəmir, Salyan, Neftçala və digər
rayonlarda temperaturu yüksək olan yeraltı sulardan bəziləri yerli əhali tərəfindən dəri-zöhrəvi, sümük və
revmatizim xəstəliklərinin müalicəsi üçün istifadə edilir. Belə suları yerli əhali çox zaman «İsti su»
adlandırır. Salyan şəhəri ətrafında olan xlorid tərkibli soyuq mineral bulaqlar hidrogen-sulfit və
karbohidrogen qazları ilə zəngindir.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonu respublikanın zəngin faydalı qazıntılar rayonudur. İqtisadi
rayon xüsusilə filiz mənşəli faydalı qazıntı ehtiyatlarının çoxluğuna və müxtəlifliyinə görə fərqlənir.
Daşkəsəndə dəmir filizi, kobalt; Zəylikdə alunit, Daşkəsən və Gədəbəydə qızıl və polimetal filiz
ehtiyatları sənaye əhəmiyyətlidir. Yanacaq ehtiyatlarından Ceyrançöldə neft ehtiyatının, neftin hələ
formalaşma mərhələsində olan Naftalan müalicə neftinin adlarını çəkmək olar. Qazaxdakı Daş Salahlı
bentonit gilinin böyük ehtiyatı vardır. Metallurgiya sənayesində texnoloji prosesdə istifadə olunan (qəlib
və möhkəmləndirici kimi) bu xammalın yenidən müasir üsullarla istifadəsi üçün yeni dağ-mədən
müəssisəsi işə salınmışdır. Havanın və suyun təbii təmizləyicisi olan Tovuz rayonu ərazisində olan
seolitlərin də böyük ehtiyatları vardır. İqtisadi-coğrafi rayonda tikinti materiallarından sement xammalı,
mərmər, əhəng daşı, çay daşı, perlit, qum, çınqıl, gil və müxtəlif daşlar mövcuddur. Gəncə-Qazax
rayonunda yayılan bol mineral bulaqlar tərkibcə müxtəlif olsa da onların ən geniş yayılmış tipləri
hidrokarbonatlı-xlorlu və hidrokarbonatlı- xlorlu-sulfatlı sulardır. Aşağı Daşkəsən, Yuxarı Daşkəsən,
Alaxançallı, Qabaqtəpə, Narzan, Gədəbəy, Slavyanka və s. mineral su mənbələri daha əhəmiyyəti olub
tərkibinə və sutkalıq debitinə görə bir-birindən fərqlənirlər. Bu sular müalicəvi əhəmiyyətinə görə və
süfrə suyu kimi əvəzsiz sərvətlərdir.
Təbiətə təsir proseslərində istehsalın əməyin, insanla təbiət arsındakı əlaqələrin səmərəli təşkili
şəraitində ətraf mühitin, ekoloji tarazlığın saf saxlanılması, təbii sərvətlərin, onun vasitəsilə maddi
nemətlərin, əhalinin təkrar istehsalına əlverişli şərait yaradır. Bura meşələrin mühafızəsi, tarla qoruyucu
meşə zolaqlarının salınması, suvarma təsərrüfatının, ballıqçılığın inkişafı və təkmilləşdirilməsi, qapalı
göllərdə, su hövzələrində balıqların süni sürətdə artırılması, bitki və heyvanlar aləminin mühafizəsi
məqsədi ilə milli parkların, qoruqların, yasaqlıqların yaradılması və mühafizəsi, antropogen, texnogen
təsirlərin aradan qaldırılması daxildir.
Müasir dövrdə biosferdə dinamik tarazlığın mürəkkəbliyi təbii inkişafın idarə mexanizmi hərəkətin
bioloji formasından kənarda – istehsal və istehlak münasibətləri dairəsində təşəkkül tapır, öz-özünü
tənzimləmə vəzifəsini itirir, ekoloji böhran yaranır, üzvü təkamül təbii inkişafı pozur. Təbii ki, dinamik
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
346
tarazlıq dialektik və nisbi anlayışdır, biosferin idarə olunmasında o, hər şeydən əvvəl, insanların
fəaliyyəti
nəticəsində biotik dövranında baş verən pozulmaların ardıcıl olaraq bərpa olunması deməkdir. Istehsalın
və cəmiyyətin sürətli inkişafı şəraitində insanların təbiətə təsirinin, təbii sərvətlərdən istifadə edilməsinin
məhdudlaşdırılması hələlik ki, mümkün deyildir, lakin insanla təbiət arasındakı əlaqə və münasibətlər
cəmiyyətin coğrafi mühitdə tutduğu mövqeyində və təbii sərvətlərdən istifadə edilməsində qarşılıqlı
surətdə nizama salınmalıdır. Cəmiyyətin inkişafında təbiət istehsal üçün xammal, yaradıcılığı üçün isə
ilham mənbəyidir. Təbii resurslar sosial mahiyyət daşıyır, istehsal və istehlakın təbii əsasını təşkil edir.
Cəmiyyətlə təbiətin qarşılıqlı vəhdətinə sosial amillər daha çox təsir edir, lakin təbiətdə baş verən
antropogen dəyişikliklər və pozuntular müəyyən vaxt keçdikdən sonra üzə çıxır, çox vaxt isə bu
pozulmalar və dəyişmələri aradan qaldırmaq olmur. Insan öz şüurlu münasibəti və məqsədəuyğun
fəaliyyəti nəticəsində uyğunlaşa bilir, təbiətə mənafeyinə uyğun şəkildə təsir edir. Elmin, texnikanın
təkmilləşdirilməsi hesabına təbiətə daha çox təsir edən insan təbii tarazlığı pozur. Təbiətdə tarazlığın
pozulması prosesi təbii ki, insan fəaliyyəti ilə daha sıx bağlıdır. O, bir bioloji varlıq olub, ekosistemin bir
hissəsidirsə, məhsuldar qüvvənin tərkib hissəsidir. Insan öz mənafeyi baxımından təbiəti dəyişdirir,
tarazlığı pozur, maddi nemətlərdən daha çox istifadə etməyə can atır, daha yeni əraziləri mənimsəyir,
daha dərin qatlardan xammal çıxarır, getdikcə maddi nemətləri kasadlaşdırır. Məsələn, uzun müddət
Mərkəzi Aran rayonlarında pambığın intensiv əkilməsi torpaqların şoranlaşmasına və sıradan çıxmasına
səbəb olub. İnsanın əmək fəaliyyəti insanla təbiət arasında baş verən bir prosesdir. O öz fəaliyyəti ilə
təbiət ilə əlaqələri tənzimləyir və ona nəzarət etməyə çalışır, təbiəti, həm də özünü dəyişdirir. Təbiətə
cəmiyyətin təsiri artdıqca əks təsir də artır. Təbiətdən istifadənin düzgün həyata keçirilməməsi barədə
əvvəlki fəsillərdə söhbət açmışdıq, lakin bir daha qeyd edək ki, təbii resurslardan rasional istifadə
etməmək təbiətdəki tarazlığın pozulmasına gətirib çıxarır. Yəni tükənən və tükənməyən resursların varlığı
şübhə altına alına bilir. Burada xüsusilə nəzərə çarpanı mineral resursların bəzilərinin müəyyən
regionlarda tükənməsi, yerüstü sərvətlərin korlanması və bərpa olunma çətinliyi və ya baha başa gəlməsi,
səhralaşma, bataqlıqlaşma, duzlaşma, meşəsizləşmə və sairə.
ABġERONUN HAVA HÖVZƏSĠNĠ ÇĠRKLƏNDĠRƏN
STASĠONAR MƏNBƏLƏR
Şükürova G.A.
Sumqayıt Dövlət Universiteti
Abşeron yarımadasının hava hövzəsinin çirklənməsinin başlıca mənbəyi iri sənaye mərkəzləri olan
Bakı və Sumşayıt şəhərləridir. Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-şərq hissəsində, Bakı şəhəri
isə cənub hissəsində yerləşmişdir.
Bakı şəhərində respublikanın iri sənaye müəssisələri cəmlənmişdir. İl ərzində bu müəssisələrdə
işlənən yanacağın 60-65%-i maye (mazut, müxtəlif markalardan), yerdə qalanı isə qazlardan ibarətdir.
Maye yanacağın 90-95%-i və qazın 60-65%-i neft emalı zavodlarının, istilik-elektrik mərkəzlərinin (İEM)
və Dövlət Rayon Elektrik Stansiyalarının payına düşür. Bakı şəhərinin hava hövzəsinin çirklənməsinin
əsas səbəblərindən biri də neft emalı və neft-kimya sənayesi müəssisələrinin texnoloji qurğularının fiziki
və mənəvi cəhətdən çoxdan köhnəlmiş olması və hələ də yeniləri ilə tam əvəz edilməməsidir. Bəzi
müəssisələrin stasionar mənbələrindən atmosferə çirkləndirici qazların daxil olması nasosların pis
vəziyyətdə olmasından, rezervuarların kirli olmasından və s. səbəblərdən baş verir. Bakı şəhərində sənaye
müəssisələrinin əksəriyyəti qaz-toz tutucu qurğularla tam təchiz edilməmişdir. Bu qurğuları olan
müəssisələrdə isə təmizlənmə effektiv aparılmır. Stasionar çirklənmə mənbələrindən şəhərin hava
hövzəsinə gün ərzində daxil olan tullantıların 60 - 65%-i neft emalı və neft-kimya sənayesi
müəssisələrinin payına düşür.
Sumqayıt şəhəri inzibati bölgü cəhətdən çox böyük ərazini tutmasada burada kimya sənayesinin
95%-i cəmlənmişdir. Bu kimya müəssisələri ilə yanaşı Sumqayıt şəhərində əlvan metallurgiya sənayesi
müəssisələri,
polimar materiallar zavodu, istilik elektrik stansiyası və s. şəhər hava hövzəsini çirkləndirən
mənbələrdir.
Düzdür, hal-hazırda
müəssisələrin çoxsu işləmir, işləyənlər isə 10-15% gücü ilə işləyir.
Lakin buna
baxmayaraq hava hövzəsinin çirklənməsində indi başlıca yer avtonəqliyyata ayrılır.