ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016,
№
1
191
olaraq nəzarət olunmalıdır.Yanğın hidrantlarının yerləşdiyi yerlərdə «YH» yazılmış göstəricilər
qurulmalıdır.
Təhsil müəssisəslərindəki bütün yanğın nasosları daim istismara hazır vəziyyətdə saxlanılmalı
hər on gündə bir dəfə suyun buraxılması yolu ilə lazımi təzyiqin yaradılması yoxlanılmalı və
yoxlamaların nəticələri xüsusi jurnalda qeyd olunmalıdır.
Daxili yanğına qarşı su kranları şlanq və lülələrlə təchiz olunmalı, dolablarda yerləşdirilərək
möhürlənməlidir.
Təhsil müəssisəsinin binaları və otaqları müvafiq qaydalara və normalara uyğun olaraq ilkin
yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır. Yanğın texnikalarını və ilkin odsöndürmə
vasitələrini təyinatından başqa digər məqsədlər üçün istifadə etmək qadağandır.
Odsöndürənlərin və digər yanğınsöndürmə vasitələrinin saxlanılmasına, daim istifadəyə yararlı
vəziyyətdə olmasına gündəlik nəzarət olunmalıdır. Təhsil müəssisələrində mövcud olan telefon
vasitələrindən birinə sutka ərzində sərbəst yanaşılma təmin edilməlidir. Hər telefon aparatının yanında
yanğın baş verən zaman yanğın təhlükəsizliyi xidmətinin çağırılması üçün telefon nömrələri qeyd
olunmuş cədvəl asılmalıdır. Müəssisədə telefon rabitəsinin olmadığı hallarda yaxınlıqdakı telefonun
yeri barədə göstərici olmalıdır.
Təhsil müəssisəsində yanğın baş verərkən dərhal yanğından mühafizə xidmətinə məlumat
verilməli, həmçinin yanğın barədə müəllim, tələbə və şagirdlərə xəbər verilməsi üçün daxili
radiotranslyasiya şəbəkəsindən, həyacan zəngindən və digər səs siqnallarından istifadə edilməlidir.
Yanğından mühafizə xidmətinin əməkdaşları gələnə qədər mövcud olan yanğınsöndürmə
vasitələrindən istifadə etməklə yanğının mənbəyini söndürməyə çalışmaq lazımdır.
Təhsil müəssisəsinin vəzifəli şəxsləri, digər nümayəndələri yanğın barədə müəssisənin rəhbərinə
xəbər verməli, yanğından mühafizə xidmətini qarşılamaq üçün yolları və su mənbələrinin yerini yaxşı
bilən şəxs ayırmalı, yanğının söndürülməsi ilə məşğul olmayan adamları binadan və ya təhlükəli
zonadan uzaqlaşdırmalı, insanların həyatı üçün təhlükə yarandıqda mövcud qüvvə və vəsaitlərdən
istifadə etməklə dərhal onların xilas edilməsini təşkil etməli, zərurət yarandıqda qazdan xilasetmə,
tibbi və digər xidmətləri yanğın yerinə çağırmalı, yanğının ləğv edilməsi ilə əlaqədar olmayan bütün
işləri dayandırmalıdır.
Yanğın zamanı elektrik enerjisinin nəqli saxlanılmalı, yük daşıyan qurğular dayandırılmalı, qaz
xətləri qapanmalı, havadəyişmə sisteminin işinin dayandırılmalı, tüstü sorucu sistem işə salınmalı,
yanğının yayılmasının qarşısını alan digər tədbirlər həyata keçirilməlidir.
Yanğın zamanı təhsil müəssisəsinin nümayəndəsi yanğınsöndürmə rəhbərini yanğın baş vermiş
müəssisənin xüsusiyyətləri üzrə təlimatlandırmalı, habelə partlayış təhlükəli və zəhərli maddələr, qaz
dolu balonlar, gərginlik altında olan elektrik qurğuları barədə məlumatlandırmalıdır.
Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi
ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016,
№
1
192
MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ!
MƏQALƏLƏRƏ TƏLƏBLƏR
1.
Məqalə başqa nəşrlərə təqdim olunmamış yeni tədqiqat nəticələri olub, mükəmməl redaktə
edilmiş şəkildə verilməlidir.
2.
Təşkilatlarda aparılan tədqiqatların nəticələrini əks etdirən məqalələrin dərci haqqında mü-
vafiq elmi müəssisənin elmi şurasının protokolundan çıxarış və ya həmin təşkilatın müraciəti
olmalıdır.
3.
Məqalələrin həmmüəlliflərinin sayının üç nəfərdən artıq olması arzu olunmur.
4.
Məqalələr üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap oluna bilər. Məqalələrin
yazıldığı dildən əlavə digər 2 dildə xülasəsi verilməlidir. Xülasə məqalənin məzmununu tam
əhatə etməlidir. Hər bir məqalənin əvvəlində UOT indeksləri və açar sözlər göstərilməlidir.
5.
Məqalələrin
mətnləri 1
(bir) intervalla Times New Roman, 12 ölçülü şriftlərlə yazılmalıdır
Məqalələrin
formatı A4 formatında (210x297 mm - ölçüsündə) olmalı, kənar məsafələr:
yuxandan 20 mm, asağıdan 25 mm, sol tərəf 30 mm, sağ tərəf 20 mm boş məsafə saxlanıl-
malıdır.
6.
Məqalədə problemin aktuallığı, tədqiqat obyekti və üsulu, alınmış nəzəri və təcrübi nəticələr,
onların təhlili,
tətbiqi və
istifadəsi üçün
təkliflər öz əksini tapmalıdır. İstifadə edilmiş
ədəbiyyat mətnin sonunda
(xülasələrdən əvvəl) AAK-nın tələblərinə uyğun olaraq istinad
ardıcıllığı ilə verilməlidir.
7.
Elmi məqalədə son 10 ildə çap olunan əsərlərə istinad olunması tövsiyə edilir. Bütün kəmiy-
yətlərin ölçüləri Beynəlxalq Ölçülər Sistemində (BS) verilməlidir.
8.
Məqalənin mətni 3
səhifədən az, 5...6 səhifədən çox və 2...3 şəkildən artıq olmamalıdır.
9.
Düsturlar və işarələr "Equation" redaktorunda yığılmalı, qrafiklər isə qrafik redaktorlardan
birində işlənmiş şəkildə təqdim edilməlidir.
10.
Məqaləyə aşağıdakı materiallar əlavə edilməlidir:
müəlliflər haqqında
məlumat (soyadı, adı,
atasının adı, iş
yeri, vəzifəsi, alimlik
dərəcəsi və elmi adı, iş və ya əl
telefonları, e-mail),
məqalənin əlyazması və
elektron variantı məsul redaktora təqdim olunmalıdır.
11.
Redaksiya məqalədə lazımi düzəlişlər və ixtisarlar aparmaq hüququna malikdir, məqaləni
əlavə rəyə göndərir və əlyazmanı geri qaytarmır.
Redaksiya heyəti
K СВЕДЕНИЮ АВТОРОВ!
ТРЕБОВАНИЯ К СТАТЬЯМ
1.
Редакция принимает чётко отредактированные статьи, с новыми научными результата-
ми, ранее не опубликованные в других изданиях.
2.
Для публикации статей, отражающих результаты проведенных научных исследований в
других организациях, необходимо предъявить выписку из протокола научного совета
соответствующей научной организации или же обращение из данной организации.
3.
Желательно, чтобы число соавторов не превышало трёх человек.
4.
Статьи могут быть напечатаны на трёх языках: азербайджанском, русском и англий-
ском. К статье следует приложить резюме на двух языках (помимо, языка на котором
была написана данная статья). В начале статьи необходимо представить индекс УДК и
ключевые слова.
5.
Текст статьи печатается в формате А4 (размеры – 210 х 297 мм), через один интервал с
использованием 12 шрифта Times New Roman с учётом пробелов поля: верхнее – 20 мм,
нижнее – 25 мм, левое – 30 мм, правое – 20 мм.
6.
В статье должны найти своё отражение: актуальность проблемы, объект и метод иссле-
дования, полученные теоретические и практические результаты, их анализ и предложе-
ния для их внедрения и применения. Список использованной
литературы приводится по
порядку цитирования в конце статьи (перед резюме), согласно требованиям ВАКа.