Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə13/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

54
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
düşündürən suallara cavab tapmağa çalış. Axı bu günlər, həftələr ər-
zində ginekoloq həkimin sənin yol yoldaşın, ən yaxın məsləhətçindir.
Dölün  hərəkət  fəallığı  xeyli  artıb.  O  yalnız  tərpənmir,  əllərini  və 
ayaqlarını da aktiv hərəkət etdirir, bədəninə və üzünə toxunur, göbək-
bağını tərpədir, ya da analıq divarından uzaqlaşır. Ancaq günün xeyli 
hissəsini O əsasən yatır. Körpənin dırnaqları praktik olaraq tam forma-
laşıb.  Xırda  yumşaq  tüklər  artıq  tündləşməyə  başlayıb.  Bağırsaqlar-
da  mekoni  adlanan  ilk  nəcis yaranır.  Bu  həftə  dölün  çəkisi  təxminən 
510 qramdır. Tənəffüs sistemi təkmilləşir, körpə dəqiqədə 50-60 dəfə 
nəfəs alıb, verir.
Körpənin  üzündə  aydın  seçilən  burnu  görmək  olar,  qulaqlar  da 
tədricən öz yerini alıb. Kirpikləri tam formalaşıb, gözlərini açıb-yuman-
da qaşları da aydın nəzərə çarpır. Doğuşa hələ həftələr var, amma sən 
artıq onu özünə, ya da atasına oxşatmağa başlamısan.


55
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ DЮRDЦNCЦ hяftя
İ
yirmi dördüncü həftə gələcək ana üçün yeni hiss və həyəcanlar za-
manıdır.  Sən  çox yaxşı  görünürsən və  güman  ki, yaxşı  da  hiss  edir-
sən. Körpə çox sürətlə böyüyür artıq və sən bunu aydın sezirsən. Onun 
tərpənişləri də daha hiss olunandır və sən bu xoş siqnallara alışırsan.
Əgər bu vaxta qədər az-az kökəlirdinsə, bu günlərdə tez bir za-
manda kilo almaq riskin var. Orqanizmin çox su saxladığı üçün üzün adi 
günlərlə müqayisədə daha şişkin görünə bilər. Bu çox rahat keçirdiyin 
günlərdə ayaqlardakı ağırlıq, mədədəki diskomfort hissi və sidik kisə-
sindəki sıxılma səni incidə bilər. 
Bu günlərdə ananın orqanizmi körpənin ehtiyaclarına uyğun “qu-
rulur”. İndi əsas məsələ odur ki, döl özünü rahat hiss etsin, ana bətnin-
də normal inkişaf etsin və böyüsün. Buna görə də beldə və qurşaqda 
ağrı hiss etməyin adi haldır. Qarnın bu həftə də böyüməyə davam edir 
və ağırlıq mərkəzi yer dəyişdirdiyi üçün hər şey elə də asan deyil. Bu 
dəyişikliklər hamiləliyə qədər idmanla məşğul olan, formasını qoruyan 
analar  üçün  qorxulu  deyil.  Onlar  bəzən  heç  bir  ağrı  hiss  etməyə  də 
bilirlər. Sən də hamilələr üçün fitneslə məşğul olsan, bu ağrıların öh-
dəsindən daha asanlıqla gələrsən.
Körpənin bütün sistem və orqanları formalaşmaq üzrədir. İndi on-
ların inkişafı və təkmilləşməsi dövrü başlayır. Onun refleksləri və hiss 


56
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
orqanları daha aktiv şəkildə irəliləyir, indi döl işığa reaksiya verə, dölət-
rafı suların dadını hiss edə, ananın əhval-ruhiyyəsini, onun necə dəyiş-
məsini ayırd edə bilir.
Gün ərzində 16-20 saat yatır və onun rejimi çox vaxt səninki ilə üst-
üstə düşməyə bilər. Çox az 600 qram çəkiyə, 30 sm uzunluğa malik 
olsa da, körpənin tərpənişləri – hərəkətləri kifayət qədər sərt ola bilir. 
İndi  ana  bətnindəki yeri  Ona  darlıq  edir,  buna  görə  də  bu  həftə  sən 
onun tərpənişlərini – narazılıqlarını aydın hiss edəcəksən. Bu tərpəniş-
lər bir növ həyəcan siqnalı rolunu oynayacaq: “bu poza mənim xoşuma 
gəlir”, ya da əksinə və ya “anacan, sən çox möhkəm danışırsan”, ya da 
“ana, yaman çox həyəcanlanırsan” və s.
İyirmi dördüncü həftə qida rasionunda heç bir xüsusi dəyişiklik et-
məyə ehtiyac yoxdur. Bu günlərdə dənli bitkilərə, pörtlədilmiş tərəvəz-
lərə, süd məhsullarına, dietik ət və meyvə salatına üstünlük verməlisən. 
Un məmulatları və şirniyyatdan, yağlı və qızardılmış yeməklərdən uzaq 
olmağa çalış, unutma ki, bu həftələrdə aldığın hər artıq qram doğuş-
dan sonra əsl işgəncəyə çevriləcək. İyirmi dördüncü həftədə 300-500 
qram çəki artımı normaldır, evdə elektron tərəzi varsa, bu çox yaxşıdır, 
beləliklə, vəziyyəti nəzarət altında saxlamaq asanlaşır.
Saçlarının və dırnaqlarının vəziyyəti çox yaxşıdır, dərin də narahat-
lığa səbəb olmadığını deyir. Üzün gülür, güzgülər də sənə gülümsəyir. 
Bu  tempdə  davam  etmək  istəyirsənsə,  daha  çox  piyada  gəzməli və 
soyuducudan uzaq durmalısan.


57
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ BEШИNCИ hяftя
M
ütəxəssislər hesab edir ki, 25-ci həftədən sonra uşaqsalma təh-
lükəsiz ötüşür. Buna görə də bu həftə psixoloji baxımdan gələcək 
analar üçün xüsusilə əhəmiyyətlidir. Bu həftə özünü hissetmə adətən, 
yaxşı  olaraq  qalır.  Tezliklə  sən  mama-ginekoloqla  tez-tez  görüşməli 
olacaqsan.  Körpənin  harada yatacağı  haqda  düşünməyin   vaxtıdır.  İlk 
aylar valideynlərin çoxu bu müddəti körpə ilə bir otaqda keçirir. Bu, uşa-
ğı gecələr yedizdirməyi, altını dəyişdirməyi və ona qulluğu, həm də uy-
ğunlaşma prossesini asanlaşdırır. Əgər yataq otağınızın qonşuluğunda 
uşaq otağı varsa və siz körpənin həmişə orada olmasına qərar vermisi-
nizsə, bu halda onu izləmək üçün xüsusi aparatlar – monitorlar, taymer-
lər, mikrofonlar alın. Bu “elektron” variantın üstünlüyü ondadır ki, körpə 
tək yatmağa vərdiş edir və nəticədə valideynlərini daha az incidir. 
Körpə  günlə  deyil,  saatla  böyüyür.  İndi  Onun  ağırlığı  700  qrama 
yaxındır, artıq 30 sm-ə qədər uzanıb. O artıq qaşqabağını tökür, gözlə-
rini oynadır, yanaqlarını şişirdir, ağzını açır. Körpə təkan verə, aşa, yum-
ruqlarını sıxa və baş barmağını sora bilir. Əzələ-sümük sistemi intensiv 
şəkildə möhkəmlənir. Sən körpənin bətnində necə hıçqırdığını hiss edə 
bilərsən. O, çox vaxt dölətrafı suları udur, mədə suyla dolur və diafraq-
ma qıcıqlanır. Körpənin hıçqırmaları narahatlıq üçün elə də böyük sə-


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə