45
ADDIM-ADDIM HAMİLƏLİK
ON
DOQQUZUNCU hяftя
O
n doqquzuncu həftədə çəkin artır, çanaqların isə genişlənir. Ba-
laca da səninlə birgə çəkisini artırır, yadplanetlilərə yox, balaca
insana bənzəyir. Hamiləlik öz ekvatoruna yaxınlaşır və bu səni ancaq
sevindirə bilər, əziz dost.
Doğrudur, indi yatmaq üçün rahat poza seçmək çətinləşib. Qarnı
üstə yatmaq qəti qadağandır və qətiyyən rahat deyil. Arxası üstə yat-
maq da məsləhət görülmür: uşaqlıq boş venanı sıxışdıra bilər və bu
olduqca təhlükəlidir. Çıxış yolu yana uzanmaq və yastıqlardan dəstək
almaqdır.
Uşaqlıq böyüdüyü üçün çanaqda və bel qurşağında baş qaldıran
ağrıları normal qarşılamalısan. Çanaq sümükləri aralanmağa başlayır
və bu heç də həmişə ağrısız ötüşmür. Qarnın aşağı hissəsində doğuş
sancısına bənzər ağrılar-tutmalar narahatlıq yaratmalıdır, yüngül və
keçici ağrılar isə bu günlərdə olduqca normaldır.
Bu günlərdə Onun ağırlığı artıq 230 qramdır. İnkişaf tam sürətlə
davam edir. Boyun əzələləri kifayət qədər möhkəmdir və indi körpə
180 dərəcə bucaq altında dönə bilir. Əgər bətnindəki qızdırsa, artıq o,
primitiv yumurta hüceyrələrinə malikdir. Süd dişlərindən dərində yer-
ləşən daimi dişlərin mayalanması da öz axarı ilə davam edir.