42
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
gigiyenaya ciddi riayət etməyə çalış; tez-tez duş qəbul et, kəskin qoxu-
su olmayan dezodorantlara üstünlük ver.
Bu həftə Onda heç bir yeni struktur formalaşmır, bunun əvəzinə
körpə olanlardan istifadə etməyi öyrənir. Yaxınlığında olan bərk səslərə
– qatarın və ya təyyarənin səsinə reaksiya verməyi öyrənir. İndi
O sənə
diqqətlə qulaq asır. Odur ki, pleylistini təzələ, ya da gitarada çalmaq
vərdişini yadına salmağa çalış. Müşaiyətlə, ya da müşaiyətsiz oxu, xalq
mahnıları, laylalar, sevdiyin populyar parçalar köməyinə çatacaq. Atanı
da bu işə cəlb et, “səsim pisdir” desə eyb etməz, şeir oxusun, ya da
sadəcə Onunla danışsın.
Hamiləlik zamanı qadının yalnız bədəni deyil, psixoloji durumu da
tez-tez dəyişir. Təəssüf ki, bu dəyişikliklərin heç də hamısı ürəkaçan
deyil. Bu mənada daha çox qarşılaşacağın problemlər - əsəbilik, tən-
halıq, anlaşılmazlıq, təəssüratlılıq və həyəcandır. Hamiləlik səni emo-
sional cəhətdən tez təsirlənən, narahatlığa meyilli və neqativ hallara
qarşı daha həssas insana çevirir.
Narahatlıq üçün heç bir səbəb yoxdur, varsa da çox kiçikdir, amma
sənin “gözünün yaşı ovcundadır”. Çox vaxt sənə elə gəlir ki, bu ürəkbu-
lanma, mədədəki yanma hissi və ya yorğunluq heç vaxt bitməyəcək.
Bütün bu təlatümlər orqanizmdə baş verən hormonal dəyişikliyin nəti-
cəsidir. Bu mənada hamiləlik həm də imtahandır, sənə təmkinli, səbrli
və möhkəm olmağı öyrədən bir imtahan. Təmkinli olmaq sənə yalnız
hamiləlik ya da doğuş zamanı deyil, bütün həyatın boyunca kömək
edəcək. Sakitləşməyin ən yaxşı yolu – sakit musiqi, rahat yerdə uzanıb
tələsmədən nəfəs almaq. Dərindən və sakit nəfəs al, asta-asta nəfəsini
burax, təsəvvür et ki, hər dəfə nəfəsini buraxanda rahatlıq və sakitlik
səni öz ağuşuna alır.