AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə18/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

ğın rəiyyət və elatı düşmən qoşunu atlarının ayaqları altında məhv olsun
Şahbulaq qalasının müdafiəyə tab və taqəti olmasın. Belə olan surətdə "hər bir 
hadisənin çarəsi qabaqcadan düşünülməlidir" misrasmin məzmununca  əqlə  və 
vaxtın tələbinə münasib xətt-hərəkət budur ki, möhkəm bir yer və meydan tapıb 
orada şəhər və hasar binasını qoyaq, bürc və divar saldıraq. Düşmənin hücum və 
sədəməsindən arxayın olaq". 
Yuxarıda işarə olunduğu kimi, Pənah xan Məlik  Şahnəzərlə  məsləhətləşdi. 
Onun məsləhəti və bələdçiliyilə Şuşa şəhərini bina etdi. Şəhərin bina olunacağı 
yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdılar. O 
quyulardan su çıxandan sonra, 1170-ci ildə
1
  Şuşa şəhərinin binasını qoydular. 
                                                 
1  Hicri 1170-ci tariximizin 1756-1757-ci ilinə mütabiqdir. Bu tarix bizdə şübhə oyadır. Ağdamda Pənah xanın qəbri 
üstündəki mərmər başdaşı kitabəsinin mətnindən göründüyü kimi, o, hicri 1172-ci ildə, yeni tariximizin 1758-1759-cu ilində 
vəfat etmişdir (başdaşı kitabəsinin üzü tarix elmləri namizədi  Ə.Ələsgərzadə  tərəfindən çıxarılmış  və  Pənah xanın ölüm 
tarixini də o oxumuşdur). 
Əgər  şəhərin  əsası hicri 1170-ci ildə qoyulduğuna inansaq, onun əsasının Pənah xanın ölümündən iki il qabaq 
qoyulmuş olduğunu etiraf etməyimiz lazım gələcəkdir, bu isə Pənah xanın həyatından bizə məlum olan faktlara ziddir. Hicri 
1170-ci il tarixi şübhə  əmələ  gətirdiyindən, biz "Qarabağnamə"nin digər nüsxələrinə: Azərbaycan SSR EA Mərkəzi 
kitabxanası  Şərq  şöbəsinin 1 nömrəli  əlyazmasına, Azərbaycan SSR EA A.Bakıxanov adına Tarix İnstitutu elm arxivinin 
1522 nömrəli  əlyazmasına müraciət etdik və bu nüsxələrdə  Şuşa qalasının bina edilməsi tarixinin hicri 1170-ci il qeyd 
edildiyini gördük. Lakin buna baxmayaraq, hicri 1170-ci ili Şuşa qalasının binası tarixi kimi qəbul etmək olmaz. 
"Qarabağnamə"nin mətnini öyrənərkən, Mirzə Adıgözəl bəyin hadisələr izahındakı ardıcıllığını qeyd etmək olar. O, uzun 
illər ərzində baş vermiş hadisələri təsvir edərkən, xronoloji ardıcıllığı heç bir yerdə pozmamışdır, bu da təqdirəlayiqdir. Əgər 
Mirzə Adıgözəl bəyin uzun illər  ərzində baş vermiş hadisələrin təsvirində riayət etdiyi ardıcıllığı,  Şuşa qalasının binası 
haqqında yazdığı  səhifələrdə  də davam etdirdiyini təsəvvür etsək, o zaman biz Şuşa qalasının  əsası qoyulduğu vaxtı 
tamamilə düzgün təyin edə bilərik. Mirzə Adıgözəl bəy yazır ki, şəhərin əsası qoyulduqdan bir il sonra, Məhəmmədhəsən 
xan Qacarın qoşunları Qarabağa soxuldular. Qacarın qoşunları Qarabağda olan zaman Şuşa qalası var idi. Məhəmmədhəsən 
xan Qarabağda cəmisi bir aya qədər qalmış, sonra isə  cənuba tərəf getmişdi. Bir az keçdikdən sonra Gəncə, Qarabağ, 
Qaradağ, Naxçıvan və  İrəvan xanları  şəkili Hacı  Çələbi xana qarşı müharibə etmək niyyətilə  Gəncənin yaxınlığında 
Gürcüstan padşahı II İrakli ilə görüşürlər, lakin II İrakli onları həbsə aldı. Bu salnaməyə görə, göstərilən hadisələr 1752-ci 
ilin mart ayında baş vermişdir. 
Bütün yuxarıda deyilənlərə  əsasən müəyyən etmək olar ki, Şuşa qalasının  əsası  ən geci 1751-ci ilin birinci iki ayı, 
yaxud 1750-ci ilin ikinci yarısında qoyulmuşdur. —> 
 
 
47 


Şahbulağında sakin olanları, bir para kənd əhalisilə köçürüb buraya gətirdilər. Hər bir 
şəxsə yurd və yer verib xalqı sakit etdilər. Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər 
və geniş binalar saldırdı. Hünərli ustalar, sənət sahibi və iş bilən memarlar barı, hasar, 
bürc və divar çəkdilər. O divarların asan bəzi yerlərdə indi də durur. Bu şəhərin bina 
edilməsindən bir il keçəndən sonra, Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən 
xan Qacar Astarabad, Mazandaran və Gilan vilayətlərindən daşların sayından çox və 
yağışın qətrələrindən artıq qan-içən qoşun topladı,  Şuşa  şəhərini almaq məqsədilə 
hərəkət etdi. Şuşa qalasına yaxınlaşıb Xatun arxında dayandı. O bir çox tədbirlər gördü 
və hiylələr işlətdi ki, bəlkə bu vasitə ilə  Pənah xanı itaət toruna salıb Qarabağ 
ovlağının ovçusu olsun. Lakin şahin ovlayan o qızılquşu (Pənah xanı) hiylə toruna 
salıb  əsir edə bilmədi. Xatun arxında səfər yükünü açdı (düşdü), çadırını qurdu və 
səngərlər qazdırdı. Qarabağın igidləri onun qoşununa çox zərər yetirirdilər. Azuqə 
gətirən adamlarını, qoşun əhlinin heyvan və mal-qarasını qarət edib aparırdılar. 
Məhəmmədhəsən xan Qacar bu əsnada Kərim xan Zəndin tərəqqi və istila səsini 
eşitdi. Öz toplarını Xatun arxında qoyaraq qayıtmaq təblini çaldırdı  və  səfər 
bayrağını hərəkətə gətirdi. Mərhum Pənah xan o topları qalaya gətirtdi. 
Qızılbaş qoşunu Şuşa şəhərini mühasirə etdiyi zaman, bu toplar uca olan Rusiya 
dövləti məmurlarının ixtiyarında idi. Lazım gəldiyi zaman onlardan istifadə 
edirdilər
1
.       
                                                 
-» Bu tarixi daha düzgün təyin etmək məqsədilə biz Camal Cavanşir Qarabağinin 1855-ci ildə "Kavkaz" qəzetində 
A.Berjenin tərcüməsilə  dərc edilmiş "Qarabağ" adlı  əsərinə müraciət etdik. Burada da haman hicri 1170-ci ilin qeyd 
edildiyini gördük. Mirzə Camal yazır: "O (Pənah xan- V. L.), hicri 1170-ci ildə  Şahbulağı  və  bəzi ətraf kəndlərin bütün 
əhalisini Şuşaya köçürtdü". Bu cümləni iki cürə başa düşmək olar: ya o zaman qala tikilib qurtarmış, ya da yenicə tikilməyə 
başlanmış, lakin bunu qəti olaraq demək mümkün deyil. Şuşa qalasının binasından qabaq və sonra baş vermiş hadisələrin 
tarixini müəyyən etmək məqsədilə son dövrlərə aid olan Rövzətüssəfayi Nasiri kimi mənbələrə də müraciət olundu, lakin 
heç bir müsbət nəticə  əldə edilmədi. Bu əsərlərin elmi-tənqidi mətnləri olmadığından, onlar hadisəiəri aydınlaşdırmaq 
əvəzinə daha da dolaşıq salırlar. 
Tarix elmləri namizədi T.İ.Ter-Qriqoryanın verdiyi məlumata görə, erməni müəllifləri, o cümlədən Raffı "Beş 
məliklik" və Barxudaryan "Artsax" adlı  əsərlərində  Şuşa qalası binasının tarixini Camal Cavanşir Qarabaği və Mirzə 
Adıgözəl beyin verdikləri məlumata əsasən təyin edirlər. 
Beləliklə, hələlik, aparılmış  tədqiqatla kifayətlənərək demək olar ki, Şuşanın  əsası 1750-ci ilin ikinci yarısında, 
yaxud 1751-ci ilin əvvəllərində qoyulmuşdur. 
1 Qarabağ xanlığı Rusiya ilə birləşdikdən sonra, İran qoşunları Şuşanı ilk dəfə 1806-cı ildə mühasirə etmişdilər. 
 
48 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə