AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə19/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

BEŞİNCİ FƏSİL 
GÜRCÜSTAN VALİSİ İRAKLİ XANIN 
MƏRHUM PƏNAH XANI, QARADAĞLI 
KAZIM XANI, NAXÇIVANLI HEYDƏRQULU 
XANI VƏ GƏNCƏLİ ŞAHVERDİ XANI 
XAİNCƏSİNƏ TUTUB ƏSİR ETMƏSİ 
HAQQINDADIR
1
Məhəmmədhəsən xan (Qarabağdan) qayıtdıqdan sonra, Pənah xan, qaradağlı 
Kazım xan, naxçıvanlı Heydərqulu xan və  gəncəli  Şahverdi xan məsləhət məclisi 
qurdular. Onlar belə bir qərara gəldilər ki, bütün Şirvan ölkəsinin hakimi; azad və 
həmişəlik sahibi-ixtiyarı olan Hacı  Çələbi onlarla hesablaşmır və dostluq yolunu 
düzlüklə getmir. Buna görə lazımdır ki, onu məğrurluq yuxusundan oyatmaq üçün 
tədbir görsünlər. Sonra ürəklərinin sözünü məktub vasitəsilə Gürcüstan valisi İrakli 
xana bildirdilər. Vali də özünün bu işdə və bu yolda onlarla yoldaş olduğunu izhar etdi. 
Onlara yazıb bildirdi ki, tezliklə hərəkət edərək fürsəti itirmədən buraya gəlsinlər. 
Bu xanlar da səfər tədarükü görüb, qoşun və əsgər topladılar. Hamısı ittifaq edib, 
hərəkət bayrağını qaldıraraq yola düşdülər. Gəncə  şəhərindən yuxarı, Qızılqaya adlı 
yerdə dayandılar. Çadırlarının zərli qübbələri Ayla Günəşin fövqünə yüksəldi. 
Yuxarıda adı  çəkilən Gürcüstan valisi bunların dördünü də  əsarət kəməndilə 
tutdu
2
. Şahverdi xanın nökərlərindən biri, iti yeriyən bir ata minib qaçdı. Bu zaman 
Hacı  Çələbi də  Şirvan qoşunlarının toplanması haqqında məktublar yazıb hədsiz 
tədarük və çoxlu qüvvə ilə  gəldi. Mingəçevir keçidində düşərək hərbə müntəzir 
durdu. Bu əsnada qarşıdan bir atlı göründü. Hacı Çələbi əmr etdi ki, onu gəmi ilə Kür 
çayından keçirsinlər.       
                                                 
1
 
Həmin fəsildə təsvir edilmiş Hacı Çələbi xanla II İrakli arasında gedən daxili müharibələr, hər iki tərəfin dar feodal 
mənafeyindən doğurdu. 
2
 
E.S.Takayşvili tərəfindən rus dilinə tərcümə edilmiş və "Описание событий" sərlövhəsi altında nəşr edilmiş adsız 
gürcü salnaməsinin verdiyi məlumata görə, bu hadisə 1752-ci il martın 21-də vaqe olmuşdur (Сборник  материалов  для 
описания местностей и алемен Кавказа, с. XXI, səh. 37, Tiflis capi). 
 
 
49 


(O, çaydan) keçib, Hacı Çələbinin hüzuruna gəlincə: "Qoca baba, vali xanları 
tutdu" - dedi. 
Hacı  Çələbi ona: "Qoca baban onları xilas edər, onları qurtarmaq üçün 
müharibə və davaya girişər" - deyə cavab verdi. 
Sonra o öz dövlət ərkanı və yaxın adamları ilə məşvərət etdi. Onlar məsləhət 
görmək üçün bəhanə  gətirdilər. Hacı  Çələbi onların ürəyindəkini başa düşdü. 
Müşavirə  məclisinə getdikləri zaman əmirlərə dedi: "Nə  məsləhət görürsünüz 
(görün, ancaq) Kürü keçmək içində olsun". 
Onlar bu sözü eşitcək geri qayıtdılar. Hacı Çələbinin hüzuruna gəlib dedilər: 
"Biz müşavirə  yığıncağını ona görə düzəldirdik ki, işin içində Kürü keçmək 
(məsələsi) olmasın; indi ki, siz buyurursunuz, əmr verin, qoşun hərəkət etsin". 
Bu zamandan Hacı Çələbinin sözü məsəl yerinə keçmişdir və indiyədək xas 
və avam camaatın ağzında söylənməkdədir. 
Hacı Çələbi əmr etdi ki, ordu atlansın və təcili surətdə Kürdən keçsin. Onlar 
yol gedib mənzil keçdilər. Vali bu qəziyyəni eşitdi və bu hadisədən qorxuya 
düşdü; çünki o keçmişdə Hacı  Çələbi qoşununun zərbəsini bir dəfə  də 
görmüşdü
1
. Çarəsiz qalıb onu qarşıladı.  İlahi feyzlər mühiti və  hədsiz işıqlıq 
mənbəyi olan mərhum, rəhmətlik cənab  Şeyx Nizaminin nurani qəbri və pak 
məzarı yaxınlığında iki ordu bir-birinə yaxınlaşdı. Aralarında qətl və qarət odu 
alovlandı. Gürcüstan qoşunu biabırcasına sındı. Vali öz ordusuna qayıtmağa 
fürsət tapa bilməyib qaçdı. Bütün çadırları  və  ləvazimatı, xanlar ilə birlikdə, 
yerbəyer Qızılqayada qaldı. Hacı  Çələbi Sınıqdan üç ağac
2
 yuxarıyadək 
irəliləyib onları təqib etdi. Tiflisin beş ağaclığına yetişdi. Qaçmaqda olan gürcü 
qoşununun qabağını Şəmkirdə, Şəmsəddinlidə və Qazaxda kəsib çox adam tələf 
etdi. Hacı Çələbi Baydar torpağında səngər qazdırdı. Oğlu Ağakişi bəyi Tiflisdən 
bəri yaşamaqda olan müsəlmanlara hakim və hökmran təyin etdi. Xanları da öz 
vətənlərinə göndərdi. Özü qayıdıb Şirvana 
                                                 
1
 
Teymuraz şah və İrakli padşahın qoşunları ilə Hacı Çələbi xanın qoşunları arasında 1751-ci ildə Car vilayətində baş 
vermiş vuruşma nəzərdə tutulur. Yuxarıda göstərilən adsız gürcü salnaməsi. B a x: Сборник  материалов  для  описания 
местностей и алемен Кавказа, с. XXI, Tiflis. Müqayisə et: Butkov. Mатериалы новой истории Кавказа c 1722 пo 1803 
r., I h., səh. 238, SPb, 1869-cu il. 

 
Ağac - 7 kilometrlik məsafə ölçüsü 
 
 
50 


gəldi. Ağakişi bəy isə, üç il o nahiyələrdə hakim oldu. Axırda vali 
Gürcüstandan, Başaçıqdan (İmeretiyadan) və  hətta Çərkəzistandan çoxlu qoşun 
və  dəniztək cuşa gələn saysız ordu topladı, Ağakişi bəyi dəf etməyə  gəldi. 
Ağakişi bəy bu xəbəri və bu hadisəni eşidincə, qarşı dura bilməyəcəyini görüb 
qaçdı. Vali qoşununun qabaq dəstələri Tovuz çayında ona yetişdi. Müharibədə 
onun adamlarından bir neçə nəfər əsir düşdü. Özü isə sağ-salamat Şəkiyə gəldi. 
Valinin qoşunu oradan Xudafərin körpüsünə  qədər getdi. Qayıtdıqları zaman 
Gəncə və Qarabağın bir çox yerlərini qarət etdilər. 
ALTINCI FƏSİL 
URMİYA HAKİMİ FƏTƏLİ XAN ƏFŞARIN QARABAĞ 
VİLAYƏTİ ÜSTÜNƏ GƏLMƏSİ, MÜHARİBƏ VƏ 
SÜLH, İBRAHİMXƏLİL AĞANI ALDADIB 
APARMASI VƏ MƏRHUM PƏNAH XANIN 
VƏFATI HAQQINDADIR 
Urmiya hakimi Fətəli xan Əfşar, Nadir şahın etibarlı və igidlikdə ad çıxarmış 
sərkərdələrindən olub, onun çarxçı-başçısı idi. O bütün Azərbaycan vilayətlərini 
almış  və onun zəfər bayrağının mahçəsi (ayparası) bu ölkəni işıqlandırmışdı. 
Fətəli xan bilirdi ki, Pənah xandan başqa bir kimsə onun dövlət və  şövkətini 
pozub dağıda bilməz. Buna görə, onun ədavətini ürəyində gizli saxlayırdı. 
Zatının xəmirəsi ona (Pənah xana) qarşı  bəslədiyi gizli ədavətin suyu ilə 
yoğrulmuşdu. O, mərhum xana qarşı hərb etmək məqsədi
1
 ilə yeddi dəfə fitnə-
fəsadı göylərə qaldırdı. Lakin hər dəfəsində məqsədinə çatmadan, külli tələfatla 
geri qayıtdı. Axırıncı  dəfə ulduzlar qədər saysız qoşunla gəlib Ballıca çayı ilə 
Xacə Əlili çayı arasında olan geniş bir səhrada düşdü. Ümumi yol kənarında olan 
bu yerdə sən- 
 
                                                 
1
 
A.Bakıxanov bu xüsusda yazır: "Nadir şahın en mühüm əyanlarından biri olan və İran taxt-tacını iddia edən Fətəli 
xan Əfşar, hicri 1175 (1762)-ci ildə Azərbaycanı ələ keçirdi və qoşunla Qarabağa gəldi. Pənah xan ona zahiri itaət göstərdi 
və öz oğlu İbrahimxəlil ağanı onun yanında girov qoydu" (А.Бакиханов. Гюлистан-Ирам. Bakı, 1926, səh. 130). 
 
 
51 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə