AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə21/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

yerinə yetirdi. Hər ikisi düşmənləri olan Fətəli xana qarşı ittifaq bağladılar. 
Köçmək təblini çalıb Urmiya ətrafına yaxınlaşdılar.  Şəhərin  ətrafında fələklər 
qədər əzəmətli olan çadırlarını qurdular. 
Salari 
Çadırların çoxluğundan yerin üzü  
Cənnət bağçaları kimi rəngbərəng oldu. 
Fətəli xan da özünün səhraları dolduran əsgərləri ilə müharibə meydanına 
hərəkət etdi. Bir az vuruşduqdan sonra qoşunu sındı və özü də Urmiya qalasına 
qaçdı. Qala mühasirəyə alındı. Bir neçə gün keçdikdən sonra Fətəli xan 
qalibiyyət pərisinin ondan bəxtinin ulduzu kimi üz döndərdiyini gördü. Dövlət 
günəşinin zavala yetişdiyini dərk etdi. İtaətdən başqa bir çarə tapmadı. Kərim 
xan vəkilin tərəfindən edilən vədlərə inamla tabe oldu
1

Kərim xan vəkil,  İranda müstəqil bir padşah olmadığından, özünə padşah 
vəkili adı vermiş və şahlıq adını qəbul etmək istəməmişdi. O, İbrahimxəlil ağanı 
hüzuruna gətirtdi. Ona qiymətli xələt, cavahiratla bəzədilmiş bir qılınc, qızıl 
yəhər və yaraqlı bir at bağışladı. Qarabağ vilayətinin xanlıq kağızını (fərmanının) 
ona verib qayıtmasına izn verdi. Sonra, Pənah xana təklif edib ondan xahiş etdi 
ki, bir neçə gün onunla birlikdə  Şiraza səyahət etsin. Pənah xan da bu təklifi 
qəbul etdi. 
Kərim xan Fətəli xanı da özü ilə  bərabər götürüb mərhum Pənah xanla 
Darülelm
2
 - Şiraza hərəkət etdi. Yolda, İsfahan yaxınlığında, Fətəli xanla Kərim 
xan Zəndin qardaşı İskəndər xanın hərb etdiyi mənzilə gəlib çatdılar. 
Bu vaxta qədər Kərim xanın anası ona nə  qədər yalvarıb xahiş edərdi ki, 
Fətəli xanı o dünyaya, qardaşı  İskəndər xanın yanına göndərsin. Lakin Kərim 
xan etdiyi əhd və peymandan dönmək istəməyib anasının təklifini qəbul etməzdi. 
Onlar bu mənzilə yetişdikdə, Kərim xan Fətəli xandan soruşdu: "Bu mənzili 
tanıyırsanmı, bu necə yerdir?"
 
                                                 
1
  
A.Bakıxanov bu hadisələri hicri 1176-cı ilə aid edir. Bu il 1762-ci il iyulun 23-də başlamış, 1763-cü il iyulun 11-
də qurtarmışdır (А.Бакиханов. Гюлистан-Ирам. Bakı, 1926, səh. 130).

 
Elm mərkəzi 
 
55 


Fətəli xan da çəkinmədən cavab verib dedi: "Bəli, bu haman hərb meydanı və 
qorxulu mənzildir ki, İskəndər xanın ömrünün günəşi burada batmışdır". 
Kərim xan bu münasibətsiz cavabdan qəzəblənib, az qaldı ki, ödü partlasın. 
Dərhal Fətəli xanı axirətə, öz qardaşı İskəndər xanın yanına göndərdi. 
Bir neçə gündən sonra onlar Şiraza gəldilər. Bir müddət keçəndən sonra mərhum 
Pənah xan öz əcəli ilə Allahın rəhmətinə getdi. Nəşini böyük hörmətlə  gətirib 
Ağdamda pul ilə satın almış olduğu mülkündə dəfn etdilər. Allah ona rəhmət etsin. 
Şeir 
Dəyişən zəmanənin qanunu belədir:  
Onun nə mehribanlığı həmişəlikdir, nə də qəhri.  
Heç olmadı ki, bir adamı bəsləsin, axırda öldürməsin,  
Çünki o, mehribanlıqda yumşaq, düşmənçilikdə isə kobuddur 
(rəhmsizdir). 
S a l a r i  
Ey saqi! Ey mənim köhnə dostum, gəl!  
Ürəyimə yenə bir od düşdü... 
YEDDİNCİ FƏSİL 
MƏRHUM İBRAHİM XANIN QARABAĞ VİLAYƏTİNƏ 
HAKİM OLMASI, HÖKUMƏT TAXTINA OTURMASI 
VƏ XANLIĞI DÖVRÜNDƏ ƏMƏLƏ GƏLƏN 
HADİSƏLƏR HAQQINDADIR 
Pənah xan ölüb, Allah-təalanın rəhmətinə getdikdən sonra, böyük və igid oğlu 
İbrahimxəlil xan 1173-cü ildə
1
 Qarabağ vilayətinə hakim oldu. Xalqın işini nizama 
salmağa başladı.  İran, Rum (Türkiyə) padşahlarına və sair ölkələrin hökmranlarına 
boyun  əyməyərək, Qaradağ,  Şəki,  Şirvan, Gəncə, Təbriz, Naxçıvan,  Ərdəbil, Xoy, 
Marağa,      
                                                 
1
 
Hicri 1173 (1759)-cü il avqustun 25-də başlanmış, 1760-cı il avqustun 12-də qurtarmışdır. 
 
 
56 


İrəvan və  hətta  İraqla Azərbaycan hüdudunda olan Qaplankuya qədər hökmran 
oldu. Bu vilayətlərin hakimlərini işdən götürmək və yenisini təyin etmək də onun 
hökm və fərmanı ilə icra edilirdi
1
. Bundan başqa o, Dağıstan ölkəsinin Avar vilayəti 
hakimi Nüsal xan oğlu Ümmə xanla da qohum olmuşdu. Onun hörmətli və əziz bacısı 
xanım Bikəağanı almışdı. 
Lazım gəldiyi zaman, Dağıstanın müzəffər qoşunlarının köməyilə  ətrafdakı 
düşmənləri məhv edir və üsyan edənlərə qalib gəlirdi. O öz qoşunu və zəfər nişanəli 
Dağıstan əsgərlərinin köməyilə Qaradağ mahalını aldı və Kürdəşt vilayətini... alt-üst 
etdi. Bu vilayətin divar, bürc və hasarlarının xarabaları indi də durur. Əhalisi qaçıb 
Əhərdə yerləşdi. Kürdəşt xanı Mustafa xan isə əsir düşdü. Qaradağ, Şahsevən və başqa 
tayfaların xanlarından bəzisi qohum olduqları üçün, bəzisi də zorla onun hökmünə tabe 
və fərmanına itaət etdilər. (İbrahim xan) bəzi vaxt ayrı-ayrı mahalları töhfə olaraq öz 
sərkərdələrinə bağışlayırdı ki, onlar bu yerlərin mədaxilindən mənfəətbərdar 
olsunlar. 
Mərhum  İbrahim xan padşah adlanmasa da, onun cah-calalı müasiri olan İran 
padşahlarından daha çox idi. Yuxarıda adları  çəkilən vilayətlərin xanları  və 
xanzadələri, həmişə gözəl xasiyyətli xan cənablarının hüzurunda girov olardılar. Bu hal 
Ağa Məhəmməd xanın Tehranda taxta oturmasına qədər davam etdi. Qacar Ağa 
Məhəmmədhəsən xanın oğlu Ağa Məhəmməd xan Şirazda girov idi. Kərim xan Zənd 
vəfat edəndən sonra
2
, o, girovdan qaçdı. İraq səltənətini ələ keçirmək fikrinə düşdü. 
Fars ölkəsinin dövlət atına minmək istədi. İraq və Farsı aldı. Darülxilafə - Tehranı 
özünə paytaxt etdi. 1176-cı ildə
3
 Azərbaycana daxil oldu. Araz çayının cənubunda 
olan vilayətləri alıb çayın bu tərəfinə keçdi. Talış və İrəvan vilayətlərini    
 
 
                                                 
1 Müəllif böyük mübaliğəyə yol verir. İbrahim xanın ancaq Qaradağ, Ərdəbil, Naxçıvan və Gəncə hakimləri üzərinə 
bəzən  şiddətli təsiri olmuşdur.  Şəki,  Şirvan, Təbriz, Xoy, Marağa və  İrəvan xanları heç bir vaxt İbrahim xandan asılı
 
olmamışlar. 
2 Kərim xan Zənd ) 779-cu ilin fevral ayında olmusdur (П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722
 
по 1803 г., II hissə, səh. 70). 
3
 
 Müəllif yanılır, çünki hicri 1176-cı il tariximizin 1762-1763-cü ilinə mütabiqdir, lakin bu zaman vəkil Kərim xan 
Zənd hələ sağ idi. Ağa Məhəmməd xan Azərbaycanın cənub hissələrini ancaq 1791-ci ildə öz hakimiyyətinə tabe etmişdir (B 
a x: Rövzətüssəfa, Tehran, hicri 1270-ci il çapı, c. IX, səh. 96 (səhifələr bizim tərəfimizdən nömrələnmişdir). Müqayisə et: 
Nasixüttəvarix, Təbriz, hicri 1292-ci il, c. I, səh. 30, 31. Hər iki əsər fars dilindədir). 
 
 
57 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə