AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə29/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

İran dövləti də kiçik bir uşaq olan Abbas Mirzəyə çoxlu qoşun verdi. Onu baş 
komandan təyin edib, hədsiz hazırlıqla sərdar Sisianovun qarşısına göndərdi. 
Abbas Mirzə də, müharibə etmək sövdası ilə, hücum bayrağı qaldırdı. Üçkilsədə 
iki qoşun üz-üzə gəldi. Burada böyük bir müharibə oldu. Atların qaldırdığı toz və 
dumandan ulduzların üzü qaraldı. Qılıncların panltısından dördüncü göydə işıqlı 
günəşin gözü qamaşdı. 
S a l a r i  
O dava meydanında atların qaldırdığı tozdan, 
Nə Günəş parlayırdı, nə də Ay. 
Heyvanların dünyanı dolduran sədası, 
Döyüşkən cavanların qışqırığı, 
"Tut", "vur" səsi, 
Ağlı başdan aparırdı, taqəti candan, 
O mərəkədə qan su yerinə axdı, 
Döyüşçülərin çoxu öldü, qaçıb qurtaran az oldu. 
Rusiya qoşunları üç dəstə olmuşdu. Qızılbaşlar bunlara bir cür hücum etdilər 
ki, (göyə qalxan) tozun çoxluğundan işıq dünya qaranlıq oldu. Rusiya qoşunları 
bir-birindən xəbərsiz oldu. Hər dəstə elə  xəyal etdi ki, o biri dəstə basılıb və 
məhv olunubdur. Elə ki, hava aydınlaşdı, ruslar baxıb gördülər ki, hamı sağ və 
salamatdır. 
Qızılbaşlar baxıb gördülər ki, qırılan ancaq onlar olmuşdur. Bitkilər də 
onların qanından qızılbaş olmuşlar. Bundan sonra, ixtiyar cilovu əllərindən getdi
artıq müqavimət göstərə bilmədilər. Çox qorxuya düşdüklərindən düşmənə yaxın 
düşmədilər. Köçüb İrəvandan yuxarı, bərk və möhkəm bir sığınaq olan Kenakir 
adlı yerdə düşərgə etdilər. 
Sisianov orada istirahətlə  məşğul oldu və qoşunu dincəldi. Sonra, onların 
ardınca yürüş etdi. İş belə düşdü ki, bunlar qızılbaşlara ikindi çağı çatdılar. 
Qızılbaşlar bu halı görən kimi, çadırlarını, bütün şeylərini və düşərgələrini qoyub 
qaçdılar. Rusiya qoşunu onlardan qalan bütün şeyləri və  qənimətləri  ələ 
keçirdilər
1
. Oradan gedib İrəvanı mühasirəyə aldılar
2
.             
                                                 
1 1804-cü il iyun ayının 30-da Kenakir yaxınlığındakı vuruşma və 
İran qoşunları 
düşərgəsinin işğalı haqqında knyaz Sisianovun knyaz Tenişevə yazdığı 1804-cü il 7 iyul tarixli 332 nömrəli məlumata bax 
(AKAK, c. II, sənəd 1668, səh. 809). 

  
İrəvan qalası rus qoşunları tərəfindən 1804-cü il iyul ayının 2-dən etibarən mühasirəyə alındı (AKAK, c. II, sənəd 
1668, səh. 810). 
 
 
78 


Fətəli şah Abbas Mirzəni yola saldıqdan sonra, özü də onun ardınca hədsiz-
hesabsız qoşunla hərəkət etdi. Yolda Abbas Mirzənin sınmaq xəbərini eşitdi. 
İldırım və külək sürətilə  gəlib Dədəli (?) adlı yerdə ona çatdı.  İranhlar  İrəvan 
şəhərinin yuxarısında ruslarla böyük bir müharibə etdilər. Lakin məqsədlərinə 
çatmadan tamamilə  məyus oldular və düşərgə salıb oturdular. Onlar azuqə 
gətirən adamlara hücum etdilər. Rusiya qoşunu İrəvan şəhərini mühasirəyə aldı. 
Qızılbaşlar da onları araya aldılar. Qızılbaşlar gəliş-gediş yollarını bir dərəcədə 
kəsmişdilər ki, Rusiya qoşununun çarəsi hər bir tərəfdən üzülmüşdü. Hətta 
Sisianova qoşulub, onunla bir yerdə  gəlmiş olan gürcü knyazları qaçdıqları 
zaman, qızılbaşların əlinə keçib əsir olmuşdular
1

Fətəli  şah Pirqulu sərdarı Gürcüstan valisi Aleksandr Mirzə ilə oradan 
Darüssürura (Tiflisə) göndərdi.  Əvvəlcə Qazax və Borçalı elatı Rusiya 
dövlətindən üz çevirdilər və o dövlətin itaətindən boyun qaçırdılar. Nəsib bəy 
Gəncə müharibəsində mayor Lisaneviçin yanında olub, böyük xidmətlər 
göstərmişdi. Şəmsəddinli mahalı, Tiflis şəhəri və Nəsib bəydən başqa bütün elat, 
kəndlər, hətta Başaçığa qalan valizadələr də  gəlib valiyə qoşuldular və üsyan 
etdilər
2

Qarakilsə  kəndində bir az soldat vardı. Onları  kənd  əhalisi ilə birlikdə 
mühasirə etdilər. Lakin axırda oranı ala bilmədilər. 
Cənab Sisianov qoşununun azuqəsi azalmış idi. O, mayor Montrezoru
3
 150 
nəfərə yaxın soldatla Gürcüstana azuqə gətirməyə göndərdi.   
                                                 

 
B a x: Knyaz Sisianovun İrəvandan çara göndərdiyi 1804-cü il 15 avqust tarixli 44 nömrəli raport. Bu raporta 
"Avqustun 7-də Tiflisə gəlmiş knyazların və dvoryanların siyahısı" əlavə edilmişdir. Siyahıda qeyd edilmiş şəxslərin çoxu 
İran qoşunları  tərəfindən  əsir edilmişdilər (AKAK, c. II, sənəd 1672, səh. 811). Həmçinin bax: Knyaz İv. Orbelianinin 
Təbrizdən knyaz Sisianova yazdığı 1804-cü il 10 noyabr tarixli məktub (AKAK, c. II, sənəd 1678, səh. 813). Müqayisə et: 
Fətəli  şahın hicri 1219 (1804)-cu il cəmadiyələvvəl ayında İmeretiya padşahı Salomona göndərdiyi fərman (AKAK, c. II, 
sənəd 1682, səh. 815, 816). 
2
  
 Borçalılar, qazaxlılar, şəmsəddinlilər və pənbəklilərin bir hissəsinin İran qoşunları tərəfinə keçməsi haqqında Fətəli 
şahın kabardin, çeçen və osetin knyazlarına, bəylərinə, özdənlərinə, kətxudalarına və xalqlarına hicri 1219 (1804)-cu il 
cəmadiyəssani ayında göndərdiyi fərmanına bax (AKAK, c. II, sənəd 1689, səh. 820-821). 
3 Mətndə Montrezor familiyası  əvəzinə "Qandarov" göstərilmişdir.  İrəvan yaxınlığındakı korpusdan göndərilmiş 
mayor Montrezorun dəstəsinin sərgüzəşti haqqında "Gürcüstan qeydləri"nə bax (AKAK, c. III, sənəd 1, səh. 5). 
 
 
79 


Bu mayor xalq arasında Qara mayor adı ilə məşhur idi. Məlik Əbu oğlu Rüstəm bəyi 
də öz adamları ilə onlara qoşdu. Tapşırdı ki, azuqəni orduya tezliklə yetirsinlər. 
Qızılbaş qoşunu bu əhvalatdan xəbərdar oldu. Onları təqib edərək üç gün müharibə 
etdi. Pənbəkə yetişdikdə, Pirqulu sərdara və valizadələrə  məlumat verdilər ki, üç 
gündür bunlarla müharibə edirik. Biz nəinki bunları cana gətirmişik, hətta özümüz 
də cana gəlmişik. Gərəkdir ki, bizə kömək edəsiniz. Pirqulu sərdar və valizadələr də 
köməyə  gəlib onlara qoşuldular. Səhərdən ikindiyədək müharibə etdilər. Çox 
adam tələf oldu. Nə qədər mayor yaralanmamışdı, döyüş bazarı qızğın idi. Mayor 
üç yerindən güllə ilə yaralandı, sonra döyüş bazarında solğunluq əmələ gəldi. Mayor 
öldü,  əsgərləri də basılıb zəlil oldular. (Düşmən onun) soldatlarını dağıtdı. 
Ermənilər qaçıb bir mağaranı özlərinə sığınaq və səngər etdilər. Axırda, onlar da 
əsarət kəməndinə düçar oldular. 
(Qızılbaşlar) oradan qayıtdılar. Qarakilsəni mühasirəyə alıb oturdular. Fitnə  və 
fəsad tozunu hərlənən fələkə çatdırdılar. 
Qubernator sərdarın qoşunu üçün Darüssürurdan (Tifüsdən) az bir soldatla çoxlu 
azuqə göndərdi. Bu azuqə  təqribən iki yüz araba olardı. Onlar Cılğı adlı yaylağa 
yetişdikdə orada sakin olan elat gəlib onların yolunu kəsdi. Soldatlar çarəsiz qalıb 
arabaları özlərinə səngər edib oturdular. Elatın sürüsündən bir qədər qoyun gətirib 
səngərə girdilər və özlərini qorumağa başladılar. Elat çox çalışdı, lakin səngəri ala 
bilmədi. Axırda, onlar çarəsiz qalıb  əhvalatı Pirqulu sərdara bildirdilər və ondan 
kömək istədilər. Pirqulu sərdar tez hərəkət edib yola düşdü. Onların yanına gəldi. 
O, çox çalışdı və tədbir yollarını düşüncə qədəmlərilə ölçdü. Lakin fikrinin kəməndi 
o səngəri almaq bürcünə çatmadı. O, ağac səngəri (arabalardan düzələn səngəri) 
almaqdan aciz qaldı. Axırda məqsədinə çatmadı, tamamilə naümid oldu. 
Xəcalətindən üzü qızardı, həsrətinin çoxluğundan ağladı, yaşlı gözü ilə  Ağlağan 
dağının ətəyinə gəlib, öz göz yaşının bir damcısı kimi orada düşdü. Bu xəbər Tiflisdə 
yayılınca, bir general ilə üç yüz soldat və dörd araba top göndərildi ki, özlərini onlara 
yetirsinlər. Azuqəni birlikdə  sərdar qoşununa çatdırsınlar. Heç bir mənzildə 
durmayıb, təcili surətdə getsinlər. Göndərilən general səngərdəki qoşuna yetişdiyi 
zaman, elatdan kimsə onların qarşısına getməyə cürət etmədi. Pirqulu sərdarın da 
dava meyda- 
 
80 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə