AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə28/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

qulaq asmadı. Knyaz Sisianov general Lazarevi göndərdi ki, mehribanlıqla 
nəsihət edib, onu da bu işə razı etsin. General getdi və çox yalvardı, lakin çarə 
olmadı. Arvad generalın təklifini qəbul etmədi. Onun bütün Gürcüstan əhalisi 
boynunda olan haqqına və etdiyi yaxşılıqlara göz yumdu. Gizlicə xəncərini çəkdi 
və onu yaralayıb öldürdü
1
. Knyaz bu hadisəni eşitcək əmr verdi ki, onu da zorla 
aparsınlar
2
. Bundan sonra, vali övladından o ölkədə kimsə qalmadı. Gürcüstan 
işlərində arxayınlıq və xatircəmlik hasil oldu. 
O zaman Car və Balakən ləzgiləri, əski adətləri üzrə, Gürcüstan vilayətlərinə 
basqın edərdilər.  Əhalisini  əsir edib aparardılar. Özlərinin bu kimi çirkin 
işlərindən  əl çəkməzdilər. Knyaz ənbər iyli qələmilə  məktublar yazdı, onlara 
nəsihət edib bildirdi ki, keçmiş zamanda hökumət başında vali dururdu. İndi isə 
Cəmşid mərtəbəli və yüksək dərəcəli bir padşah durur. Bu cür işlərdən əl götürüb 
rahat otursunlar. Nalayiq işləri tərk etsinlər; çünki bu cür hərəkətlər 
peşmanlıqdan başqa bir nəticə verməz. 
Knyaz bu barədə onlara dəfələrlə müraciət etdi. Lakin onlar ayılmadılar. 
Axırda onları cəzalandırmağı qərara aldı. Cüzi qoşun götürüb Dağıstan tərəfinə 
hərəkət etdi. Ləzgilər bu hadisəni eşidincə  yığışdılar, məsləhətləşib müdafiəyə 
hazırlandılar. Gəlib Qanıq çayının kənarında çadırlarını qurdular və Rusiya 
qoşunlarının gəlməsini gözlədilər. Onlar belə  tədbir qurmuşdular ki, Rusiyanın 
zəfər nişanəli qoşunlarını Car torpağına girməyə qoymasınlar. Onların qarşısına 
çıxıb müharibə etsinlər. Lakin bilmədilər ki, od yağdıran ildırıma kol-kos mane 
ola bilməz və göydən enən bəlanı tədbir qalxanı dəf edə bilməz. 
Rusiya qoşunları Qanıq çayına yetişən kimi, ova həris olan şahintək çaydan 
keçdilər. Onların (ləzgilərin) tüfənglərindən atılan güllələrin səsini istiqbal 
nəğməsi və qılınclarının parıltısını cahangirlik aynasının əksi bildilər. Bir anda o 
azğın  əsgərlərdən bir əsər qoymadılar. Balakənə  qədər heç bir mənzildə düşüb 
istirahət etmə- 
                                                 
1
 
General-mayor Lazarev 1803-cü il aprelin 21-də çariça Dariya Georgiyevna tərəfindən öldürülmüşdür. B a x: 
Gürcüstan haqqında qeydlər (AKAK, c. III, sənəd 1, səh. 5). 
2 Çariça Dariya Georgiyevna 1803-cü il oktyabrın 25-də Rusiyaya yola düşdü. B a x: Knyaz Sisianovun çara yazdığı 
1803-cü il 27 oktyabr tarixli, 98 nömrəli raport (AKAK, c. II, sənəd 167, səh. 102-103). 
 
 
75 


dilər. (Ləzgilərin) möhkəm aman evi və ümidgahı olan Balakəni... dağıtdılar
1

Onlara gözəl bir qulaqburması verdilər ki, Gürcüstandan bir daha əsir aparmağa 
cürət etməsinlər. Qedim və onlardan ötrü çox təhlükəli olan bu məmləkətə 
qədəm qoymasınlar. 
Knyaz Sisianov Car torpağında qoşun qoydu, general-mayor knyaz 
Orbelianovu (Orbelianini) və general-mayor Qulyakovu sərkərdə  təyin etdi. 
Onlara tapşırdı ki, əgər ləzgilər düşməncəsinə hərəkət edib azğınlıq göstərsələr, 
onlara qarşı lazımi ölçü götürsünlər. Onları Gürcüstan əhalisinə əziyyət verməyə 
qoymasınlar. 
Özü qayıdıb gəldi və ertəsi il Gürcüstana daxil oldu. Gəncə xanı Cavad xana 
kağız yazdı  və  təklif etdi ki, Rusiya dövlətinə itaət etsin, uca olan dövlət 
məmurlarının hökmünə tabe olsun. Düşmənçilik etməsin və üsyan sahəsinə 
qədəm qoymayıb itaət etsin. Yoxsa şanlı bir səltənət və  qədim bir dövlət 
məmurlarının düşmənçilik bağçasından zərər çiçəyindən başqa bir gül dərə 
bilməz. Ziddiyyət toxumu da peşmançılıqdan başqa bir bar verməz. 
Cavad xan mehribanlıq yolu ilə edilən bu nəsihətlərə əhəmiyyət vermədi və 
onun (Sisianovun) sözlərinə qulaq asmadı. Knyaz Sisianov dəryatək coşan 
qoşunlarla Gəncə  tərəfinə  hərəkət bayrağı qaldırdı. Tavad, Aznaur və Qazax-
Şəmsəddinli süvarilərini yığıb cəm etdi. Səfərə hazır oldu. Zəfər nişanəli orduları 
Gəncə torpağına girib
2
,  ətrafı tutdu. (Bu zaman) Cavad xan öz adamlarını  və 
qoşununu götürüb onların qabağına gəldi. Gəncənin iki verstliyində, Qulu-qobu 
(Quru-qobu) adlı yerdə iki ordu üz-üzə gəldi və hərb atəşi alovlandı. Cavad xan 
bir qədər hay-huydan sonra qaçdı. Yarımcan və pozğun bir halda qalaya daxil 
oldu və qalanı müdafiə etməyə başladı. Zəfər nişanəli qoşunlar şəhərə girib içəri 
qalanı  (ərki) dörd bir tərəfdən, sıxı surətdə mühasirəyə aldılar. Bir ay orada 
qaldılar. Orucluq bayramının gecəsi nərdivanla bir neçə tərəfdən      
                                                 
1
 
Rusiya qoşunlarının Car vilayətinə yürüşü, knyaz Sisianovun əmri ilə 1803-cü ilin aprel ayında general-mayor 
Qulyakovun komandanlığı altında olmuşdur. B a x: Knyaz Sisianovun çara yazdığı 1803-cü il 17 aprel tarixli, 42 nömrəli 
raport (AKAK, c. II, sənəd 1387, səh. 685 və ardı). Həmin raporta Car vilayətinin Rusiya tabeliyinə daxil olması şərtləri 
əlavə edilmişdir. 
2 Knyaz Sisianovun Cavad xana yazdığı 1803-cü il 29 noyabr tarixli məktub
 
(AKAK, c. II, sənəd 1172, səh. 588); 
həmçinin müqayisə et: Knyaz Sisianovun Cavad xana göndərdiyi 1803-cü il, 9, 11, 26, 28 və 29 dekabr tarixli məktublar 
(AKAK, c. II, sənədlər 1175, 1179, səh. 590-591).
 
 
76 


bayıra çıxmağa başladılar. Cavad xan bayıra çıxanları, igidlik və qoçaqlıqda dəf 
edirdi. 
Axırda mayor Lisaneviçin bir gülləsilə  həyat barısından yıxılıb, ölüm 
diyarına düşdü. Soldatlar dərhal dörd tərəfdən hücum edib şəhərə daxil 
oldular...
1
 Uca mərtəbəli və qüdrət sahibi sərdarın hökmündən sonra, şəhər 
əhalisinin köç-külfətini  şəhərə, Cavad xanın ailəsini isə  məscidə apardılar. 
Məsciddən də bir evə  gətirib, üstündə qarovullar qoydular. Knyaz orada 
(Gəncədə) hökumət qurub komendant təyin etdi. Vilayətin  əhalisinə  təsəlli və 
arxayınlıq verib Gürcüstana qayıtdı. 
ONUNCU FƏSİL 
KNYAZ SİSİANOVUN İRƏVAN TƏRƏFİNƏ SƏFƏRİ, 
MÜHARİBƏ VƏ QƏLƏBƏSİ, İRƏVANI ALMADAN 
MƏYUS QAYITMASI HAQQINDADIR 
Knyaz Sisianov Tiflis şəhərinə daxil olduqdan sonra, o qışı qoşun hazırlamaq 
və  səfər tədarükü görməklə keçirdi. Bahar fəsli  İrəvan tərəfinə  hərəkət etdi
2

İrəvan hakimi Məmməd xan dəfələrlə knyazın hüzuruna məkrublar göndərib 
deyirdi: "Vaxt itirməyin, təcili surətdə İrəvana hərəkət edin. Bu yerləri də zəfər 
dalğalı bayraqlarınızın mahçəsi (ayparası) işıqlandırsın. Müzəffər, səadətli 
qoşunlarımz gələn kimi, qalaların açarlarını hüzurunuza göndərərəm. Uca olan 
dövlətə tabe olub itaət yolu ilə gedərəm". 
Bu zaman Naxçıvan hakimi Kəlbəli xan da İrəvanda idi. Doğrudur, Məmməd 
xan  İrəvanın müstəqil hakimi idi, lakin o, məmləkəti idarə etmək, yaxın və 
uzağın mühüm işlərini nizama salmaqda Kəlbəli xanın rəyinə tabe idi. Sərdar 
irəliləyərək Üçkilsə adlı yerə gəldi və fələk əzəmətli çadırlarını orada qurdu
                                                 
1 .  Gəncə qalası 1804-cü il yanvarın 3-də dan yeri ağaran zaman hücumla alınmışdır. B a x: Knyaz Sisianovun 
Qafqaz mülki qubernatoru Kasparova yazdığı 1804-cü il 8 yanvar tarixli, 5 nömrəli məktub (AKAK, c. II, sənəd 1182, səh. 
592). 
2 .  Rusiya qoşunları knyaz Sisianovun komandası altında 1804-cü il iyun ayının axırında  İrəvan qalasına 
yaxınlaşdılar. B a x: Knyaz Sisianovun irəvanlı  Məmməd xana yazdığı 1804-cü il 26 iyun tarixli 318 nömrəli məktub 
(AKAK, c. II, sənəd 1232, səh. 615). 
 
77 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə