AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə24/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

Behiştlik, mərhum (İbrahim) xanın  ərizəsini Dərbənd və  Qızlar yolu ilə ixtiyar 
sahibi padşahın fələklər qədər yüksək olan dərgahına göndərdi. Mərhum Pənah 
xan üçün də, bir nəfər knyaz vasitəsilə çoxlu bəxşiş və töhfələr yolladı. Padşahın 
ona qarşı  hədsiz lütf və  mərhəməti olduğunu bildirdi. Mövlana Molla Pənah 
Vaqifə də qiymətli daşlarla bəzədilmiş bir əsa göndərdi. 
Elə ki, ətrafda olan xanlar bu əhvalatı eşidib cənnətlik mərhum xanın Rusiya 
dövlətinə itaət etdiyini bildilər, onlar öz səfirləri vasitəsilə  məktublar göndərib 
behiştlik xana xəbər verdilər: "Biz uca şanlı xanın itaət libasını çiynimizə alaraq 
bəndəlik halqasını qulağımıza asmışıq, həmişə onun sədaqətini özümüzə iftixar 
sərmayəsi bilmişik və tünd yel kimi gedən atının ayağının tozunu bəsirət 
gözümüzə sürmə etmişik. İndi o, uca Rusiya dövlətinə tabe olub itaət etmişdir. 
Biz də cənabınızın fikrinə müxalif deyilik". 
Mərhum  İbrahim xan o xanlardan: talış Mir Mustafa xan, şirvanlı Mustafa 
xan, gəncəli Cavad xanın və  hətta  İrəvan, Naxçıvan və Qaradağ hakimlərinin 
məktublarını da sərdarın hüzuruna göndərdi. 
Gürcüstan valisi başqa xanlara nisbətən dəbdəbəli və qədim bir ocaqdan idi. 
Lakin yenə böyük və kiçik işlərdə  mərhum  İbrahim xanın məsləhət və 
məşvərətindən çıxmağa qüdrəti yox idi; çünki Avar hakimi Ümmə xan və sair 
Dağıstan əmirləri, qohumluq səbəbilə, cənnətlik xana tabe idilər... 
Behiştlik xanın cah-calah, təntənə və dəbdəbəsi belə idi: Şəki, Şirvan, Gəncə, 
Qarabağ, İrəvan, Xoy, Talış, Naxçıvan, Təbriz, Şahsevən və Şəqaqi xanları onun 
hökmünə tabe idilər. Tiflis valisi də ehtiyatla hərəkət edərək, dostluq yolu ilə 
gedirdi. İstər-istəməz onun itaətinə hazır idi. 
Bu zaman gözlənmədən ulduz dəstgahlı Rusiya padşahı  vəfat etdi
1
. Buna 
görə uca mərtəbəli sərdarın Rusiyaya qayıtması haqqında fərman çıxdı. O da bu 
ali  əmrə tabe olaraq, öz əsgərlərilə qayıdıb getdi. Mərhum  İbrahim xan bu 
hadisəni eşidincə, Gürcüstan valisinə bildirdi; zəfər nişanəli Qarabağ və Dağıstan 
qoşunları ilə  Gəncə  tərəfinə hücum bayrağı qaldırıram. Siz də Gürcüstan 
qoşunlarını toplayın və bizimlə yoldaş olmaqda gecikməyin. O tərəfə  hərəkət 
edin, əlbir olaraq Gəncəni alaq və onlara yaxşı bir qulaqburması verək...      
                                                 
1
 
II Yekaterina 1796-cı il noyabrın 6-da ölmüşdür.  
 
 
64 


Vali də  tədarük görüb, qoşun yığdı. Onlar gəlib Gəncəni mühasirə edərək 
aldılar. Məlik Məcnun da o davada öldürüldü. Cavad xan tabe olduğunu bildirdi
öz qızını  və  oğlunu  İbrahim xana girov verdi. Ona xidmət və itaət etməyi 
öhdəsinə aldı. 
Ağa Məhəmməd şah hadisəsindən sonra, vali qətiyyən Darüssürura (Tiflisə) 
daxil olmayıb, Kaxetdə sakin olurdu. İki ildən sonra da vəfat etdi
1
  və  səltənət 
taxtını qəbir kərpicilə əvəz etdi. 
Valinin vəliəhdi olan böyük oğlu Georgi xanı dualadılar. Onun qardaşları: 
Yulon xan, Parnaoz xan və Aleksandr Mirzə bu işə razı olmadılar
2
, çünki bunlar 
bir anadan olmuşdular. Georgi xan isə başqa bir arvaddan dünyaya gəlmişdi. Hər 
biri bir tərəfdən üsyana başlayıb vali ilə ədavət və düşmənçilik etdi. O cümlədən 
Aleksandr Mirzə
3
 Qazax, Borçalı və Şəmsəddinli mahallarına yiyələnib Georgi 
xana  əhəmiyyət vermirdi. Yeni vali Georgi xan da çarəsiz qalıb adamlar 
göndərdi və məvaciblə Dağıstandan özü üçün kömək gətirtdi. Dağıstan qoşunu, 
Kaxet və gürcü alaylarının köməyilə  Kəsəmən qışlağından keçdi, Qazax 
torpağına daxil oldu. Aleksandr Mirzə özünün gücsüz olduğunu hiss edərək 
qaçdı; Qarabağ vilayətinə gəldi
4
. Vali Qazax və Borçalının bir para fəsad törədən 
adam- 
                                                 
1
 
Gürcüstan padşahı II İrakli 1798-ci il yanvarın 11-də Kaxetiya padşahlığının keçmiş paytaxtı Telav şəhərində 
ölmüşdür (B a x : Н.Дубровин. "Георгай XII, последный чарь Грузии и присоединение ее к России", səh. I; 2-ci cap, 
SPb, 1897); bax
 
yenə onun: "История войн и владычества русских на Кавказе", с. Ill, SPb, 1886, səh. 215. 
 
2
 
Şahzadə Yulon, İrakli padşahın ikinci arvadı çariça Dariya Georgiyevnadan olmuş böyük oğlu idi. Təsvir edilən 
hadisələr zamanında onun yaşı 40-a yaxın idi. 
Şahzadə Parnaoz çariça Dariya Georgiyevnanın altıncı oğlu idi. Təsvir edilən hadisələr zamanında bunun yaşı 26-ya 
yaxın idi. 
Şahzadə Aleksandr çariça Dariya Georgiyevnanın beşinci oğlu idi. Təsvir edilən hadisələr zamanı onun yaşı 32-yə 
yaxın idi (B a x: "Грузинский царский дом",  AKAK, c. I, sənəd 161, səh. 199). 
3
 
Şahzadə Aleksandr 1801-ci il yanvarın 8-də Şəmsəddinliyə, yanvarın 11-də isə Qazaxa gəldi (şahzadə Aleksandrdan 
Tamaz Orbelianiyə 8 və 11 yanvar tarixli məktublar. AKAK, c. I, sənəd 163, səh. 203, 204). Müqayisə et: general-mayor 
Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1801-ci il 20 və 24 yanvar tarixli, 47 və 55 nömrəli raportlar. AKAK, c. I, 
sənəd 314 və 315, səh. 283-284.
4
 
Şahzadə Aleksandr Qarabağda 1801-ci il mart ayının  əvvəllərində olmuşdur (B a x: General-mayor Lazarevin 
general-leytenant Knorrinke göndərdiyi 1801-ci il 15 mart tarixli, 168 nömrəli raport. AKAK, c. I, sənəd 320, səh. 284-285).  
 
 
65 


larını  cəzalandırdı. Haman qoşunlara  əmr etdi ki, Qars vilayətinə soxulsunlar, 
bacardıqları  qədər o şəhərin  ətrafını çalıb-çapsınlar.  Əmrə görə, zəfər nişanəli 
qoşunlar çapqın etdikdən sonra, valinin hüzuruna gəldilər. Oradan da köçüb 
Tiflisə daxil oldular. Aleksandr Mirzə Qarabağa qaçandan sonra, sair valizadələr 
də öz başlarını qorumağa çalışırdılar. 
SƏKKİZİNCİ F Ə S İ L  
AĞA MƏHƏMMƏD ŞAHIN TƏKRAR QARABAĞ 
ÜSTÜNƏ YERİYİB ONU ALMASI, MƏRHUM 
İBRAHİM XANIN BALAKƏNƏ GETMƏSİ 
VƏ AĞA MƏHƏMMƏD ŞAHIN BAŞINA 
GƏLƏN SON HADİSƏ HAQQINDADIR 
Ağa Məhəmməd  şah, sərdarın qayıtması  xəbərini eşidincə, yenə Qarabağ 
vilayətini almaq fikrinə düşdü. Bahar çağı
1
 yağış qətrələri və ağac yarpaqlarının 
sayından artıq qoşunla Azərbaycan tərəfinə bayraq qaldırdı. Qarabağ vilayətində 
yerin-göyün bəla və müsibəti nəticəsində üç il taxıl bitmədi. Dənəli bitkilər 
gözəllərin müşk iyli xallarından da əziz tutulurdu. 
Qızılbaş qoşunu Ağa Məhəmməd  şahla bərabər Araz kənarına gəldi. Buna 
görə,  Şuşa qalasında dayanıb,  əldə olan qüvvə ilə qan-içən bir düşmənlə 
vuruşmaq mümkün deyildi. Uca mərtəbəli xan, əhli-əyal, övlad və  nəvələrini, 
canlarından keçən bəylərin  əhli-əyalını götürüb Car və Talaya hərəkət etdi. 
Mərhum  İbrahim xanın kürəkəni Nəsir xan, Şahsevən  Əta xan, mərhum xanın 
kürəkəni şəkili Səlim xan və Qarabağın sair məşhur bəyləri də behiştlik İbrahim 
xanla bir yerdə səfər etdilər. 
Ağa Məhəmməd şah Araz kənarında bu xəbəri eşitdi, onların ardınca qoşun 
göndərdi ki, bəlkə gedib behiştlik xanı yaxın adamları və qəbiləsilə tutsun. Ağa 
Məhəmməd  şahın  əsgərləri Tərtər çayı körpüsü ətrafında onların köçünə rast 
gəldilər. Müharibəyə girişə- 
                                                 
1
 
1797-ci il. B a x: Н.Дубровин. "История войн и владычества русских на Кавказе", с. Ill, SPb, 1886, səh. 209.
 
66 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə