AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə32/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

lıq yuxusuna getməzdi. Buna baxmayaraq, qızılbaşlar uca Rusiya dövləti əmirlərini 
yatırtdılar. Məhəmmədəli Mirzəni gizlincə  sərhəddən keçirtdilər. O, Gürcüstana 
gəlib Borçalını çalıb-çapdı. Hədsiz zərərlər vurdu və bir çox əsir apardı
1
. Ertəsi il 
irəvanlı Sərdar Hüseyn xanı vali ilə birlikdə Gürcüstan tərəfinə göndərdilər ki, gedib 
Axısxadan Gürcüstana iğtişaş  və  şuluqluq salsınlar. Sərdar Tormasov əhvalatdan 
xəbərdar oldu. Şəmkirdən keçdi və tələsik (gəlib), Sədra körpüsünün yanında düşdü. 
General-leytenant Pauluççiyə  və general Lisaneviçə qoşun verib Axısxaya Hüseyn 
xanın qabağına göndərdi. Sanki bu zaman dünya abbasilər kimi, qara libas geyib
2
, ölən 
qızılbaş əsgərlərinə matəm saxlamaqda idi. 
Göndərilən zəfər nişanəli əsgərlər, gecə yarısı qəflətən qızılbaş qoşununa şəxbun 
vurdular. Qətl və qarət edib çox adam qırdılar. Qızılbaş əsgərləri özlərini itirdilər. 
Onlardan bəzisi çox çətinliklə öz canını ölüm və fəlakət girdabından qurtardı. Atlı 
və piyada olaraq başlarını görürüb qaçdılar
3
. Yolda osmanlı əsgərləri onların çoxunu 
tutub soydular, lüt və çılpaq etdilər. Qılıncdan canlarını qurtaranlar çox çətinlik, zillət 
və  məşəqqətlə  İrəvan hüduduna çatdılar. Sərdar Hüseyn xan, qızılbaş dövlətindən 
utanıb qorxduğundan, Koroğlu qalasına qaçdı. Bir neçə müddətdən sonra onu arxayın 
edib öz yerinə apardılar. 
Ertəsi il Tormasov Rusiyaya getdi. Dövlət başçıları markiz Pauliççini sərdar təyin 
etdilər. (O), Tiflisə gəldi
4
. Oradan Bakı səfərinə yola düşüb Gəncə vilayətinə daxil 
oldu. Cavad xanın dustaq olan       
                                                 
1 Fətəli  şahın böyük oğlu Məhəmmədəli Mirzənin Borçalı nahiyəsinə girməsi
 
haqqında bax: General Tormasovun 
Maşaveri çayı altındakı düşərgədən qraf Rumyantsova yazdığı 1809-cu il 10 sentyabr tarixli 88 nömrəli təliqə (AKAK, c. IV, 
sənəd 1075, səh. 695). Yenə də b ax: General Tormasovun general-mayor Portnyakinə yazdığı 1809-cu il 16 sentyabr tarixli
390 nömrəli əmr (AKAK, c. IV, sənəd 1076, səh. 697).
 
2 Abbasilər qara paltar geyirdilər.
 
3 İran-Türkiyə qoşunlarının düşərgəsi, 1810-cu il 5 sentyabr gecəsi darmadağın edildi. Bu zaman irəvanlı Hüseynqulu
 
xan və  şahzadə Aleksandr bu düşərgədə idilər. Rusiya qoşunlarına general-mayor Pauluççi və polkovnik Lisaneviç 
komandanlıq edirdilər. B a x: General Tormasovun çara göndərdiyi 1810-cu il 19 sentyabr tarixli, 185 nömrəli raport 
(AKAK, c. IV, sənəd 1242, səh. 819).
 
4 Gürcüstanda olan hərbi korpusun komandanlığı və mülki işlərin rəhbərliyi 1811 -ci il iyulun 6-da general-leytenant 
markiz Pauluççiyə tapşırılmışdı. B a x: Çarın markiz Pauluççi adına göndərdiyi 1811-ci il 6 iyul tarixli fərman (AKAK, c. V, 
sənəd 1, səh. 1). Markiz Pauluççi Zaqafqaziyanı idarə etməyə, ehtimal ki, 1811-ci ilin sentyabr ayından başlamışdır (AKAK, 
c. V, sənəd 2, səh. 1).
 
 
87 


əhli-əyal və oğul-uşağını
1
 bir neçə qızılbaş xanları ilə birlikdə həbsdən azad etdi. 
Oradan Bakı tərəfinə getdi
2

Buzaman Kaxet və Qısıq (əhalisi) bunt (üsyan) etdilər, azğınlıq və üsyan yolunu 
tutub getdilər
3
. Mərhum  İbrahim xanın nəvəsi polkovnik Cəfərqulu ağa Qarabağdan 
qaçıb, qızılbaş dövlətinə (İrana) getdi. Naibüssəltənə (Abbas Mirzə) də Qarabağa gəlib 
Qırçıda olan batalyonu dağıtdı
4
. Markiz bu dəhşətli xəbəri eşidincə Bakı səfərindən əl 
çəkib,  Şirvana - Mustafa xanın yanına gəldi. Oradan Qarabağa hərəkət etdi. Şəhərə 
daxil olunca, Qırçı hadisəsindən ötrü bir para adamlara acıqlanıb bərk məzəmmət 
etdi. Haman gecə arvadından kağız aldı ki, Kaxet və  Qısıq gürcüləri bunt (üsyan) 
etmişlər. (Məktubda deyilirdi ki,) kağızı alan kimi, bu tərəfə hərəkət edin və xalqın 
ürəyini ələ alıb yumşaldın. Sərdar durmadan Darüssürura (Tiflisə) tərəf yola düşdü
5

Yolda sərdar Qazax əhalisindən qorxuya düşüb ehtiyat edirdi. (Onlar) isə  sərdarı 
istiqbal edərək hörmət və ixlas, son dərəcə canfəşanlıq və səmimiyyətlə Tiflisə ötürdülər. 
Qazax əhalisi neçə dəfə gürcülərə hücum edib onları çalıb-çapdılar. Doğ-     
                                                 
1 Mərhum Cavad xanın arvadlarına, qızlarına və nəvələrinə İrana getməyə icazə
 
verilmişdi. B a x: Markiz Pauluççinin 
Yelizavetpoldan Abbas Mirzəyə yazdığı 1812-ci il 20 fevral tarixli 161 nömrəli məktub (AKAK, c. V, sənəd 167, səh. 119). 
Həmçinin bax: Markiz Pauluççinin qraf Rumyantsova göndərdiyi 1812-ci il 7 aprel tarixli, 103 nömrəli təliqə (AKAK, c. V, 
sənəd 169, səh. 119).
 
2 Markiz Pauluççi 1812-ci il fevral ayının birinci yarısında Bakıda olmuşdur.
 
B a x: Markiz Pauluççinin çara 
göndərdiyi 1812-ci il 22 fevral tarixli 46 nömrəli raport (AKAK, c. V, sənəd 88, səh. 59).
 
3 1812-ci il fevral ayının  əvvəllərində Kaxetiyada başlanmış üsyanın başlıca
 
səbəbi (bax: Markiz Pauluççinin çara 
göndərdiyi 1812-ci il 26 mart tarixli 85 nömrəli raport (AKAK, c. V, sənəd 97, səh. 68 və ardı). Rusiya komandanlığının 
camaatdan vergi şəklində topladığı taxıl zamanı tətbiq etdiyi cəzalar idi. 1811-ci ildə baş vermiş qıtlıq aclığa və epidemiyaya 
səbəb oldu. Kəndlilərin vergini taxılla verməyə imkanı yox idi. B a x: "Kaxetiya üsyançılarının Telav komandanı və qəza 
polis rəisinə yazdıqları məktublar" və "Kaxetiya camaat məclisinin markiz Pauluççiyə göndərdiyi məlumat" (AKAK, c. V, 
səh. 81-82).
 
4 Qarabağ xanlığı varisi Cəfərqulu xanın  İrana qaçması  və Troitski polku batalyonunun İran qoşunları  tərəfindən 
məğlub və  əsir edilməsi haqqında bax: Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 22 fevral tarixli 46 nömrəli raport 
(AKAK, c. V, sənəd 88, səh. 59).
 
5 General-mayor Pauluççi 1812-ci il 21 fevralda Qarabağdan (Şuşadan) Tiflisə yola düşdü, oraya isə beşinci günü 
gəlib çatdı. B a x: Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 26 mart tarixli 85 nömrəli raport (AKAK, c. V, sənəd 97, 
səh. 75).
 
 
88 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə