AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə33/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

rusu budur ki, o zaman Qazax əhalisi sərdara çox xidmət, sədaqət və hədsiz ixlas 
göstərmişdilər. Tiflisdən üsyançıları  cəzalandırmaq üçün zəfəraişan  əsgərlər 
göndərildi. Üsyançıların bəzisi müqavimət göstərdi, bəzisi isə öz xahişləri ilə tabe 
oldular
1

Bu zaman fransızların Rusiyaya gəlməsi xəbəri dillərdə və ağızlarda söylənib 
məşhur oldu. 
Markiz Pauluççini sərdarlıqdan götürüb, Rusiyaya geri çağırdılar. Yerinə general 
Rtişşev sərdar təyin edildi
2
. O, Gürcüstana gəldikdən sonra, məsihi (miladi) 1814-
cü ildə  Qızılbaş dövlətilə sazişə girib dostluq binasını qoydu. Sülhdən ötrü İran 
tərəfindən Mirzə  Əbülhəsən xan Peterburqa gəldi. Böyük bir calal və  təntənə ilə 
sülh haqqında danışığa başladılar
3
. Bu sülh "Gülüstan sülhü" adı ilə məşhurdur
4
. Bu 
günə qədər xalq arasında xas və avam camaatın dilində söylənməkdədir. 
Bundan sonra, əmin-amanlıq oldu və fitnə ilə dolu olan dünya asayiş tapdı. Bir 
müddətdən sonra, general Rtişşevi işdən götürüb general Yermolovu sərdar təyin 
etdilər
5
. O böyük general vilayətlərin işlərinə baxıb vəziyyətin tələbinə görə, bəzi 
yerlərdə təzə 
                                                 

 
Kaxetiya kendlilərinin üsyam 1812-ci il martın 10-da yatırılmışdı (AKAK, c. V, sənəd 97, səh. 80).
 
2 Markiz Pauluççi I Aleksandrın 1812-ci il 16 fevral tarixli fermam ilə Peterburqa geri çağırılmışdı, həmin bu 
fərmanda qeyd edilmişdi ki, onun yerinə general-leytenant Rtişşev təyin olunur. B a x: Çarın markiz Pauluççiyə göndərdiyi 
1812-ci il 16 fevral tarixli fərman (AKAK, c. V, sənəd 32, səh. 20). Markiz Pauluççi 1812-ci ilin aprel ayından tez 
olmayaraq işləri general Rtişşevə təhvil vermişdir. B a x: Markiz Pauluççinin general-leytenant Rtişşevə yazdığı 1812-ci il 7 
aprel tarixli 333 nömrəli təliqə (AKAK, c. V, sənəd 40, səh. 23).
 
3 Burada Mirzə Adıgözəl bəy o qədər də haqlı deyil. Hadisələrin müasirləri səfarətxanaların gizli məqsədlərini bilə 
bilməzdilər. I Aleksandr Yermolova verdiyi təlimatında belə yazmış: "Bu işdə İran sarayının başlıca məqsədi, İrandan bizə 
güzəşt olunmuş torpaqların  İrana qaytarılmasını xahiş etməkdən ibarət idi. Bunun nəticəsində  səfir Mirzə  Əbülhəsen xan 
təsdiq olunmuş müahidə nüsxələrinin mübadiləsindən sonra dərhal S.-Peterburqa göndərilmişdi" (AKAK, c. VI, h. II, sənəd 
267, səh. 122).
 
4 Gülüstan sülh müahidəsi 1813-cü il 12 oktyabrda bağlandı. B a x: General Rtişşevin çara göndərdiyi 1813-cü il 14 
oktyabr tarixli 195 nömrəli raport (AKAK, c. V, sənəd 879, səh. 736).
 
5 General-leytenant A.P.Yermolov 1816-cı il oktyabrın 10-da Tiflisə gəldi (AKAK, c. VI, h. I, səh. 11). 
 
 
89 


qanunlar qoydu. Bu dövrdə Qarabağ  və  Şirvan xanları  qızılbaş  tərəfinə  (İrana) 
qaçdılar
1

Şəki xanı  İsmayıl xan da vəfat etdi
2
. (Beləliklə) üç xanlıq  ədalət və  əzəmət 
nişanəli dövlət və  səltənətin idarəsi altına keçdi. Cənab Yermolov bu yerlərdə 
divanxanalar açdı, divanbəyilər seçdi
3
  və komendantlar təyin etdi. İşləri özü 
qoyduğu qanun üzrə apardı. 
ON İKİNCİ FƏSİL 
QIZILBAŞLARIN ÖZ ƏHDLƏRİNİ DÜBARƏ SINDIRIB 
ƏZƏMƏTLİ DÖVLƏTƏ QARŞI ƏDAVƏT VƏ İNAD 
GÖSTƏRMƏLƏRİ HAQQINDADIR 
İki uca və  işıqlı dövlət arasında lazımi  əsaslar üzrə sülh bağlandı. Keçmişdə 
olduğu kimi, əlaqə və münasibət davam edirdi. Məsihi (miladi) 1826-cı ildə xas və 
avam camaatın arasında belə bir şayiə yayıldı:  İranın dövlət adamları sülhü və 
müahidəni pozub ədavət fikrinə düşmüşlər. Rusiyanın dövlət başçıları buna 
inanmadılar. Onlar bu şayiələri yalan hesab etdilər. Bu əsnada, uca mərtəbə sahibi 
böyük imperator və  əziz  şahənşah tərəfindən knyaz Menşikov səlahiyyətli səfir 
sifətilə İrana gedirdi. O, Qarabağa gəlib Xudafərin körpüsündən keçdi və İrana getdi
4

Bu iş xas adamları və 
                                                 
1 Şirvanlı Mustafa xan 1820-ci il avqustun 19-da İrana qaçmışdır. B a x: General-mayor Vlasovun Səlyan kəndindən 
general Yermolova göndərdiyi 1820-ci il 19 avqust tarixli 43 nömrəli raport (AKAK, c. VI, h. I, sənəd 1212, səh. 810). 
Qarabağlı Mehdiqulu xan 1822-ci il noyabrın 21-də  İrana qaçmışdır. B a x: Knyaz Madatovun general-leytenant 
Velyaminova yazdığı 1822-ci il 21 noyabr tarixli 916 nömrəli raport (AKAK, c. VI, h. I, sənəd 1293, səh. 848). 
2  Şəkili  İsmayıl xan 1819-cu il iyulun 24-də  vəfat etmişdir. B a x: 9-cu Yeger
 
polku mayoru 2-ci fon-Disterlonun 
general-leytenant Velyaminova yazdığı 1819-cu il 24 iyul tarixli 81 nömrəli raport (AKAK, c. VI, h. I, səh. 738). 
3 Divanbəyilər komendantların sədrliyi altında iclas edərdilər və vilayəti idarə etmək işində müşavir və müavin sifətilə 
işləyirdilər. 
4 Knyaz Menşikov 1826-cı il mayın 23-də Xudafərin körpüsü yanında, iyunun əvvəllərində isə Təbrizdə idi. B a x: 
General-mayor knyaz Menşikovun Arazın sol kənarı Xudafərin körpüsü yanında general-leytenant Velyaminova yazdığı 
1826-cı il 23 may tarixli raport (AKAK, c. VI, h. II, sənəd 620, səh. 344).
 
90 


avam camaatı arxayın etdi. Mən özüm üç il olardı ki, İrəvan tərəfində  sərhəd 
qarovulçuluğuna təyin edilmişdim. Hər gün qarapapaqlardan
1
 doğru xəbərlər və 
səhih əhvalat bilib naçalnikə yazırdım. Axırda o böyük cənab (naçalnik) məni başa 
saldı ki, bundan sonra mənə bu qorxulu xəbərləri yazmayın; çünki mən də labüd 
qalıb bu xəbərləri dövlət başçılarına yazıram. Onlardan isə məzəmmətdən başqa bir 
cavab almıram. Sən öz tədarükündə hazır ol və öz işlərinə ehtiyatla yanaş. 
Müxtəsər, yuxarıda adı  çəkilən elçi Təbrizdən və Qoçandan keçdiyi zaman 
qızılbaş qoşunu ilə görüşüb vəziyyətlə tanış oldu. Bu barədə dövlət adamlarına və 
qüdrət sahibi olan səltənət başçılarına xəbərdarlıq edə bilmədi
2
. Qızılbaşlar gəlib 
Araz çayından keçdikləri zaman
3
 çayda çimən bir neçə qazağı öldürdülər. 
Qarabağlıların məsləhət və  məşvərətilə oradan Gorusdakı batalyon üzərinə 
yeridilər. Batalyona da hökm olunmuşdu ki, durmadan və ləngimədən təcili surətdə 
Qalaya (Şuşaya) hərəkət etsin. O zaman naib (mənsəbində) olan poruçik Səfərli bəy 
də  bələdçi idi. Yol ilə gedərkən Korunzor yaxınlığında (qızılbaş) qoşununa rast 
gəldilər. Orada müharibə oldu. Günəş hərarətindən qoşuna bərk susuzluq üz verdi. 
Özlərini Həkəri çayına yetirməyə çalışdılar. Kapitan Hacı Ağalar bəy (əhvalatdan) 
xəbərdar oldu. Bir neçə  nəfər bəyzadə ilə  əlbir olaraq kürdlərin piyada və 
süvarisini topladı. Gəlib çayın bu tərəfini kəsdi. Soldatlara hər iki tərəfdən keçməyə 
macal vermədilər. Bəzisini iti qılıncdan keçirdilər, bəzisini də əsirlik kəməndinə 
                                                 
1 Qarapapaqlar - Zaqafqaziyanın müxtəlif yerlərinə səpələnmiş bir Azərbaycan tayfasıdır. 
2 Knyaz Menşikov İran hökumətinin Rusiyaya qarşı müharibə etmək niyyətində olduğunu göstərən faktlar haqqında 
general-leytenant Velyaminova xəbər vermişdi. B a x: General-mayor knyaz Menşikovun Xoca Qiyas kəndi yanındakı 
düşərgədən general-leytenant Velyaminova yazdığı 1826-cı il 23 iyun tarixli raport (AKAK, c. VI, h. II, sənəd 628, səh. 
347). Həmçinin bax: Knyaz Menşikovun general-leytenant Velyaminova verdiyi 1826-cı il 2 iyul tarixli məlumat (AKAK, c. 
VI, h. II, sənəd 633, səh. 349). 
3  İran qoşunlarının böyük qüvvələrlə Qarabağa daxil olması haqqında bax: Çara I 1826-cı il 30 iyul tarixində 
göndərilən raport (AKAK, c. VI, h. II, sənəd 651, səh. I 357). İran qoşunlarının ilk destələri 1826-cı il iyunun 15-də sərhədi 
bir neçə yerdə keçmişdilər. B a x: N.Dubrovin " История войны и владичество pyccких на Kaвкaзe", c. VI, səh. 617, SPb 
capı,
 
1888-ci il
  
 
91 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə