AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə41/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

və bütün əhvalatı qasiddən xəbər alır. Onu üç gün gizli saxlayırlar, heç kəs bilmir. 
Dördüncü gün iki kağız yazırlar. Birini İosif Antonoviçə
1
, birini də mənə yazırlar. 
Məhəmmədəliyə də otuz əşrəfi verirlər. Kağızları da yəhərinin içində gizlədib yola 
salırlar. Məhəmmədəli təsadüfən gecə vaxtı  Şəmkirdə qarovullara rast gəlir. Onu 
tutub Gəncəyə Uğurlu xanın yanına aparırlar. Uğurlu xan ondan təkidlə sorğu-sual 
edir, lakin o boynuna heç bir şey almır. Buna görə onu azad edirlər. Sonra 
qarabağlılardan biri Uğurlu xana deyir ki, o, qasid idi, nahaq yerə əldən buraxdın. Bu 
sözü dedikdə yenə adam göndərir, onu Şeyx Nizami türbəsinin yanında rutub Uğurlu 
xanın yanına aparırlar. Diqqətlə hər yerini axtarır, axırda qaltağın içindən kağızları 
tapıb,  şad olurlar. (Sonra) onu kağızlarla Naibüssəltənənin qulluğuna göndərirlər. 
Naibüssəltənə onu danışdırıb kağızları alır və məni hüzuruna istəyir. O saat cəllad 
gəlib məni zəncirdə apardı. Çatan kimi mənə buyurdu ki, qasidin gəlib, xəbər al gör, 
dindaşların nə işdədirlər. Mən ərz etdim ki, Qazax və Borçalı (mahallarında) mənim 
bir çox adamlarım var. Ola bilər ki, bu öz işlərindən ötrü və orada olan qohum-
qardaşlarını görmək üçün gedibdir. Buyurdu: "Bəs, bu kağız nədir ki, Yermolov 
sənə yazıbdır". Mən sakit oldum. Buyurdu: "Xahiş edirsən oxuyum". Özü sərdarın 
mənə yazdığı kağızı oxudu. Axırda o yerə gəldi: "Siz hamıdan artıq və hörmətlisiniz, 
sədaqətinizi dövlət başçılarına göstərdiniz" yazılmışdı. Bu sözləri oxuyan kimi 
kürsüdən qalxdı, qəzəblənərək buyurdu: "Bir bax gör ki, Dərbənddən Tiflisə qədər 
sən rutan işləri kim tutubdur. Səni öldürmək mənə vacib oldu". 
Haman saat cəllada  əmr etdi: "Bunu apar və qalaya bağlanan topların ağzına 
bağla, atarkən bəlkə onun ətindən bir parça gedib yoldaşlarının içinə düşsün, gorbagor 
olsun". Haman saat məni zəncirləyib apardılar. Lakin axşamdı, qaranlıq düşmüşdü. Məni 
geri qaytardılar. Buyurdu: "Bu gecə saxlayın, sabah günorta vaxtı atarsınız ki, 
baxanlara da ibrət olsun". 
O gecə bir zəncir də artıq vurdular. Saxladılar ki, səhər top ağzına 
qoyub atsınlar. Fikir etdim və belə məsləhət gördüm: fərraşbaşıdan 
                                                 
1 İosif Antonoviç Reutt, polkovnik, 42-ci eger polku komandiri, 1826-cı il iyul ayının 22-dən sentyabrın 6-na qədər 
İran qoşunları mühasirəsinə düşmüş Şuşa qalasının komendantı idi (AKAK, c. VII, səh. 9). 
 
 
110 


kağız və  qələmdan istədim, (guya) vəsiyyətnamə yazacağam. O da verdi. Mehdi 
xana
1
 yazdım ki, xan, mən bu zəncirə düşən gündən özümü ölmüş bilirəm. Lakin bu 
qədər var ki, mən burada ölən kimi, ruslar da Qalada dustaq olan bəyləri 
öldürəcəklər. İstəmirəm ki, mənə görə, o qədər bəylər ölsün. Xüsusilə Rüstəm bəy
2

Kağızı haman saat bir adamla göndərdim. Məktubu aparıb xana verirlər. Xan onu 
oxuduqdan sonra Hacı Ağalar xanı çağırtdırıb Kərim xanla bir yerdə Naibüssəltənənin 
hüzuruna göndərir. Ondan xahiş edir ki, Qala alınıncaya qədər Mirzə Adıgözəli 
öldürməsin; çünki ruslar da bəyləri öldürərlər. Allah qoysa, Qala zəbt edildikdən 
sonra öldürərsiniz. Xülasə, o, çox çətinliklə (bu təklifi) qəbul edir. Bundan sonra mən 
yenə zəncirdə qaldım. 
Uğurlu xan bir dəfə də (Naibüssəltənəyə) yazır ki, (Mirzə Adıgözəlin) qardaşları 
yolu kəsib gələn-gedəni öldürürlər. Buna görə, məni bir də hüzuruna istədi. Aparan 
vaxtda müctəhid qoymadı, aparıb zəncirdə saxladılar. Sonra mənə gizlicə  xəbər 
gətirdilər ki, Madatov Şəmkirdə (İran) qoşununu basıb Əmirxan sərdarı öldürmüşdür. 
Naibüssəltənənin ordusu haman saat köçdü. Bizləri zəncirdə  Ağdama apardılar. 
Orada komendantı
3
 və bizləri bir yerə yığdılar. Ayaqlarımıza kötük qayırıb vurdular. 
Çarvadar yabıları kirayə edib (bizləri) palanlı yabılara mindirdilər. Gəraylı  Həsən 
xana beş yüz şahsevən atlısı verdilər. Qardaşı  fərraşbaşı  Ağa  Ələkbər bəyi də 
üstümüzə qoydular. Bizi Təbrizə göndərdilər. Özü də köçüb Gəncə tərəfinə getdi. 
Mənim qardaşım Mustafa ağa qaçan kimi, gedib Madatova məlumat verir ki, 
şahzadə  gəlir, xəbərdar olasınız. Madatov da qardaşımı oradan qaytarıb ona deyir: 
"(Şahzadə) gələn vaxtda (sizin) özünüzü və  uşaqlarınızı  əsir edəcəkdir. (Onları) bir 
tərəfə qaçırarsınız". Qardaşım haman saat gəlir, uşaqlarımızı götürüb obadan çıxır. 
Bu zaman Mustafa xan dörd yüz nəfər ilə gəlib yetişir. Oba xalqı deyirlər ki, (Mirzə 
Adıgözəl bəyin) qardaşı evini götürüb qaçmışdır. Sonra əqrə- 
                                                 
1
 
Qarabağlı Mehdiqulu xan nəzərdə tutulur.
 
2 Rüstəm bəy qarabağlı Mehdiqulu xanın yaxın qohumu idi. 1826-cı ildə özünü  İran tərəfdarı kimi göstərmişdir. B a 
x: General Yermolovun knyaz Madatova yazdığı 1826-cı il 4 dekabr tarixli 512 nömrəli əmr (AKAK, c. VI, h. II, sənəd 330, 
səh. 870).
 
3 Mayor Çilyayev nəzərdə tutulur.
 
 
111 


bamızdan doqquz nəfərini tutub şahzadənin yanına aparır. Onları da zəncirləyirlər. 
Allahın köməyilə, Naibüssəltənənin qoşunu məğlub olur
1
, onları aparmağa fürsət 
tapmırlar. Zəncirdə qoyub gedirlər. (Onlar da) zənciri özlərilə görürüb evlərinə 
gəlirlər. 
Bizləri və komendantı haman gecə aparıb Arazdan keçirdilər. Bu zaman 
şahzadənin məğlub olması  xəbəri o tərəfdə yayıldı. Bizləri bütün Qaracadağ 
mahallarında gəzdirdilər.  Şayiə yaydılar ki, ölkələrimizi geri qaytarmaq üçün 
Yermolov bunları zamın veribdir. Bunlar çox böyük adamlardır. 
Xülasə, bizləri Təbrizə apardılar. Komendantı ayrı bir yerdə saxlayıb üstündə güclü 
qarovul qoydular. Bizləri də zəncirə və kötüyə vurdular. Bu qayda ilə bizə bir neçə ay 
dünyada misli görünməmiş əzablar verdilər. 
İbrahim adlı sünni bir təbrizli bizimlə məhbus idi. O, cana gəlib bizlərə deyərdi 
"Gəlin qaçaq". Mən razı olmurdum. Axırda cana gəldik. İyirmi nəfər dustaq idik. Bir 
gecə həbsxana məmurunu tutub (əl-ayağını) bağladıq. Açarları çıxartdıq və qıfılları 
açdıq. Həbsxana məmurunu zəncirlədik. Yanımızda çadır vardı, onun iplərini kəsib 
götürdük. Bir yol ilə gəldik, divardan ip ilə sallanıb düşdük. Əvvəl mən düşdüm. 
Gördüm ki, ip əlimin ətini sıyırıb aparıbdır. Yoldaşlarıma dedim ipi palazla tutun ki, 
əliniz sıyrılmasın. Bu qayda ilə ipi tutub hamımız düşdük. Düşən vaxtda ip qırılıb 
yoldaşımın birinin baldırı sındığı üçün, orada qaldı. Yenə ip ilə xəndəkdən bu tərəfə 
keçdik. Təbrizlilər Seyid Həmzə türbəsinə getdilər. Bizlər də qaçıb Payan dağında 
bir böyük daşın altında axşamadək gizləndik. Axşam durub yola düşərək gəldik. Acı 
çayını üzü yuxarı gedib körpüdən keçdik. Su kənarı ilə gəlib bir bəndərə yetişdik. İki 
adam yol kənarından qalxıb bizə dedilər: "Kimsiniz?" Biz cavab verdik ki
gəncəliyik. Haman saat "vurunuz" dedilər. Yüzədək tüfəng üzümüzə açıldı. 
Yoldaşlarımız özlərini suya atdılar. Mən yol ilə geri qaçdım. İki nəfər adam dalımca 
gəlirdi. Yetişə bilməyib geri qaldılar. Mən dağa çıxdım, bir daşın dalına söykənib 
qulaq asdım. Gördüm, yoldaşlarımdan (bəzisini) tutub məni xəbər alırlar. Onlar 
deyirlər: "Vallah görmədik, qaçdı". 
                                                 
1  İran qoşunlarının 1826-cı il sentyabrın 13-də Gəncə yaxınlığında məğlub olduqları nəzərdə tutulur.
 
112 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə