AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə42/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

Bu halda bir ayaq səsi eşitdim. Gördüm ki, Zeynalabdin yasavuldur. Çağırdım, o 
da məni tanıyıb yanıma gəldi. Oradan dağ yuxarı getdik, bir daşın altına girib 
qabağımıza da daş yığdıq. Səhərəcən orada qaldıq. O ətrafda olan kəndlərin bütün 
əhalisini dağa çıxarıb (bizləri) axtarırdılar. Neçə dəfə yanımızdan keçdilər, Allahın 
lütfü ilə, bizi görmədilər. Axşam oldu, gördük ki, özümüz nabələd, yollar tamamilə 
tutulmuş  və heç bir tərəfə  də gedə bilməyəcəyik. (Axırda) fikir etdik ki, Seyid 
Həmzə türbəsinə pənah aparaq. Bu fikirlə qayıdıb ayaqyalın, Acı yolu ilə getdik. İki 
yerdə gördük ki, bizi axtarmaq üçün sərbaz gəlir. Onlardan da gizlənib yüz cür 
(əziyyətlə) Seyid Həmzə türbəsinə daxil olduq. Türbənin qapısında on nəfər sərbaz 
qarovul qoymuşdular. Bunlar yuxuda idilər. Yanlarından keçib içəri daxil olduq. 
Gördük ki, bizim qaçmağımızdan qorxuya düşən bütün fərraşlar buraya gəlib bəstə 
girmişlər. Məni görən kimi şad oldular və qaçıb şahzadəyə xəbər apardılar. O da 
şad oldu. Fərraşbaşıdan qaçan dustaq üçün cərimə olaraq, üç yüz əşrəfi almalı idilər. 
Əksinə, buyurdu (ona) muştuluq verdilər. Səhərə bir saat qalmış (şahzadə) Xacə 
Ələsgər xacəbaşını və Hacı Ağalar xanı göndərdi ki, məni buradan çıxarsınlar. Onlar 
and içdikləri vaxt mən Hacı Ağalar xana dedim: "Sən nə üçün and içirsən, məgər 
bizim (bir-birinə) etibarımız yoxdur? Mənim sənə etibarım var". Onlar ilə 
(bestdən) çıxıb Hacı  Ağalar xanın evinə getdik. Şorba gətirdilər, içib bir az 
istirahət etmək istədik. Haman saat fərraş  gəlib bizi apardı. Gördük ki, bizlərə 
bələdçilik edən sünni İbrahimi  şaqqalamış  və  həbsxana məmurunun gözlərini 
çıxarmışlar. Bizləri hüzura çağırmaq münasibətilə  də yüz min nəfərdən artıq 
Təbriz  əhalisi tamaşaya çıxmışdı.  Şahzadə meydanın (yuxarı) başında durmuşdu. 
Bizi görüncə  qəzəblənib mənə buyurdu: "Ey kafir, rusun donuz supu ilə çaxırı 
yadına düşdüyü üçün qaçdın?" Mən  ərz etdim: "Sən padşahsan, sənin bir saat 
ədalətin, min ilin ibadətindən artıqdır. Qarabağda da buyurdunuz ki, ruslarla şərab 
içib belə olubsan. Halbuki mən ömrümdə onun dadını görməmişəm. Bir dəfə xəbər 
almadınız ki, doğrudur, ya yalandır". 
Mən belə dedikdə, Hacı Ağalar xana buyurdu: "Bu nə deyir?" Hacı Ağalar xan 
ərz etdi ki, sənin başın üçün doğru deyir. Ondan sonra bir saatdan artıq məni danışdırdı. 
Hər nə buyurdu cavab verdim. 
 
113 


Axırda Hacı Ağalar xan ərz etdi: "Siz buyurdunuz ki, Mirzəni qardaşın Rüstəm 
bəy əvəzinə sənə mərhəmət edəcəyəm". Buyurdu: "Verdim". 
Hacı  Ağalar xan məni oradan öz evinə apardı.  Əlimin yarasına məlhəm 
qoydu. Özümə paltar tikdirdi. Bir neçə gün bu qayda ilə yaşayırdım. Sonra 
Madatov Mişkin tərəfinə  gəldi. Bu zaman Mustovfi Mirzə  Məhəmmədəli 
demişdi ki, rus gəlir, mütləq mühasirəyə girmək lazım gələcəkdir. Bunun 
Təbrizdə olması  məsləhət deyil, gərək  Şahi

dəryasının adasında saxlansın. Bu 
sözü Hacı  Ağalar xan eşitdi, çox yalvarıb-yaxardı. Axırda məni Təbrizdən 
çıxarıb Bənab kəndinə apardılar. Orada bir aydan artıq üstümdə qarovul 
qoydular. Sonra adam gəlib məni Təbrizə apardı. Gedən kimi Əbülfət xan mənə 
dedi ki, şah Qayimməqamı buraya göndərib. Ona buyurubdur ki, hər necə olsa 
sülh etsin. Qayimməqam da mənimlə  məsləhətləşib dedi: "Gərək mötəbər bir 
adam tapasınız ki, gedib Madatovu ələ  gətirsin, sülh edək". Mən səni nişan 
verdim. Dedim ki, bunu etsə Mirzə Adıgözəl edəcəkdir. Çox xoşhal oldu, səni də 
bu məsləhətə görə gətirtmişdir ki, göndərsin. Əlbəttə, yaxşı danışarsan. 
Mən dedim: "Məgər bu iş Madatovun əlindədir, ya Yermolovun". Dedi: 
"Bilirəm, məqsədim budur ki, sən xilas olasan". Dedim: "Axı etibar etməzlər". 
Dedi: "Elə əbləhdirlər ki, sən nə desən, inanarlar. Əbləh və yaltaqdırlar". 
Sonra gecə olunca Qayimməqam bir nəfər fərraş göndərib gizlincə  məni 
apartdı. Qayimməqam mənə çox hörmət edib dedi: "Sən məhbussan, mən də 
möhtac, biz gərək bir-birimizə kömək edək. Qibleyi-aləm məni buraya göndərib 
və buyurubdur ki, sülh edim. Mən də Madatovun yanına göndərmək üçün səni 
məsləhət bilmişəm. Səni gərək Madatovun yanına göndərəm, sənin vasitənlə sülh 
olsun. Madatovu başa salıb  İran dövləti tərəfindən arxayın edərsiniz. Ona 
deyərsiniz ki, yanan imarətin, tələf olan taxıl və sair şeylərin zərərini tamam-
kamal və artıqlaması ilə ödəyəcəyik. Sənin də nə zərər və ziyanın varsa, onu da 
artıqlaması ilə  sənə verəcəyik. Gərək Madatovla yaxşı danışasan, onu sülh 
etməyə həvəsləndirəsən. Bir aya qədər bu məsələnin cavabını mənə gətirəsən". 
                                                 
1 Şahi – Urmu gölü 
 
114 


Mən də Qayimməqamın təbiətinə münasib olan sözlər danışıb onu xatircəm 
etdim. Məni oradan Naibüssəltənənin hüzuruna apardı. O da mənimlə bu cür 
sual-cavab etdi, üzr istədi. Mənə gözəl vədlər və ümidlər verdi. Məni azad edib 
bir ay vaxt qoydu. Mincivanlı Hüseynqulu bəyi də mənə qoşdu. Təbrizdən çıxıb 
yola düşdük.  Şuşa qalasına varid olaraq İosif Antonoviç Reuttun
1
 qulluğuna 
gəldim. Məni görüb şad oldu. Buyurdu ki, gərək Tiflisə gedəsən. Mən də 
(onun qulluğundan) azad olub əvvəl öz evimə getdim. Gördüm ki, evimdə 
dövlət, mal və sair şeylərdən heç bir şey qalmamışdır. O halı görüncə tab 
gətirməyib Tiflisə getdim. Haman gündə oraya çatdım. Gördüm general Dibiç də 
o gün Tiflisə daxil olmuşdur
2
. Haman gün general Madatovun yanına getdim. O 
məni gördüyü zaman şadlığından ağladı. (Sonra) məni götürüb sərdar 
Yermolovun qulluğuna apardı. O da məni görüb boynuma sarıldı. Sonra 
qarşı-qarşıya oturub danışdıq. Çox sevindi və  şad oldu. İranda olan bütün 
əhvalatı üç gün, üç gecə  məndən xəbər aldı. Mənim onları aldadıb xilas 
olmağıma çox-çox şad oldu və son dərəcə  fəxr etdi. (O) məni general Dibiçə 
tanıtdı. General da (mənim başıma gələn) bütün əhvalatla tanış olub xoşhal oldu. 
Cürbəcür nəvazişlər göstərdi, məndən razılıq etdi. Başıma gələn əhvalatı məndən 
bir-bir xəbər aldı. Ondan sonra general Paskeviçin hüzuruna getdim. Qardaşlarım 
onun qulluğunda olduğundan, o da əhvalımdan xəbərdar idi. (O) mənə çox 
mərhəmət və nəvaziş göstərdi. Sonra knyaz Madatov buradakı
3
 qoşuna rəis təyin 
olundu. General Yermolovdan xahiş etdi ki, məni öz yanınca aparsın. General 
Yermolov razı olmadı. Axırda Madatov onunla şərt etdi ki, siz İrəvan torpağına 
çatanacan mən onu sizin qulluğunuza göndərərəm. Bu şərt ilə  məni Madatovla 
Qarabağa göndərdi. Sonra Madatov işdən götürüldü və yerinə knyaz Abxazov 
naçalnik təyin edilərək Qarabağa gəldi
4
. Bu zamana qədər mən onun qulluğunda 
idim. Tariximi yazan Mirzə Hüseyn Məmmədağa oğlu Salari təxəllüs də 
yuxarıda buna işarə etmişdir. 
 
                                                 
1 İ.A.Reutt - polkovnik, Şuşa qalasının komendantı 
2  Ştab rəisi general-adyutant İ.İ.Dibiç, işlərin Yermolov tərəfindən Paskeviçə  təhvil verilməsi münasibətilə, 1827-ci 
ilin yanvar və fevral aylarında Tiflisdə idi. 
3 Qarabağ nəzərdə tutulur. 
4 Knyaz Abxazov 1827-ci il aprel ayında general Madatovun yerinə Qarabağ, Şirvan və Şeki vilayətləri rəisi 
vəzifəsinə təyin olundu (AKAK, c. VII, səh. 4). 
 
115 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə