AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə45/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

üç yüz ildən artıq xaraba olduğuna baxmayaraq, Pənah xan və  İbrahim xanın 
hökmranlığının ilk illərində bu arxlardan istifadə olunur və xanlar onlardan gəlir əldə 
edirdilər. Arxların adı belədir: Kürək arxı, Luvar arxı, Meymənə arxı, Gəmiçi arxı, 
Sarı arx, Ayaz arxı, Qaşqay arxı, Xan arxı. 
İKİNCİ FƏSİL 
QARABAĞ VİLAYƏTİNİN TƏBƏƏLİYİ, KÖHNƏ ADƏT VƏ 
QAYDALARI HAQQINDA 
İranda olan cənnətməkan Səfəvi sultanlarının dövründə Qarabağ vilayəti və 
Dizaq, Vərəndə, Xaçın, Çiləbörd, Talışdan ibarət olan erməni Xəmsə mahalları  və 
elləri rəhmətlik Nadir şah zamanına qədər Gəncə  bəylərbəyinin hökmünə tabe 
olmuşdur. Cavanşir, Otuziki, Bərgüşad və başqa ellər arasında kiçik xanların 
olmasına baxmayaraq, bunların hamısı Yelizavetpol bəylərbəyinin hökmü altında 
idi. 
Nadir şah Tiflis, Gəncə, İrəvan, Naxçıvan və Qarabağ vilayətlərini Rum əhli və 
qoşununun  əlindən alıb öz ixtiyarına keçirdikdən sonra, Qarabağ vilayəti yenə qısa 
müddət Yelizavetpol bəylərbəyi hökmünə tabe olmuş  və  bəzi vaxt Azərbaycan 
sərdarının ixtiyarına keçmişdir. Hər elin və mahalın xanları  və  məlikləri var idi. 
Bunlar Azərbaycan sərdarının əmri üzrə padşahın tapşırıqlarını yerinə yetirirdilər. Bu 
vəziyyət, Nadir şahın müsəlman tarixilə 1160, xristian (tarixilə) 1743-cü ildə
1
 
öldürüldüyü günə qədər davam etmişdir.           
                                                 
1 Hicri 1160-cı il miladi 1747-ci ilə bərabərdir. Nadir şah da 1747-ci ildə öldürülmüşdür. 
 
 
124 


ÜÇÜNCÜ FƏSİL 
MƏRHUM PƏNAH XANIN ƏSİL-NƏSƏBİ 
VƏ QARABAĞ VİLAYƏTİNDƏKİ 
HÖKMRANLIĞI HAQQINDA 
Mərhum Pənah xanın  əsil-nəsəbi Dizaqın Cavanşir elindəndir. Bu el qədim 
zamanlarda Türküstandan gəlmiş  Bəhmənli elinin bir qolu olan Sarıcalı 
oymağındadır. Bunların ata-babaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, 
mal-dövlət və ehsan sahibi olmuş adamlar idi. 
Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və  Şirvan vilayətlərini aldıqdan 
sonra, ellər və  kəndlər arasında görüb-tanıdığı  hər bir şücaətli və  işgüzar adamı 
yanına çağırıb, öz yaxın qulluqçuları  sırasına alar və onu məvacib, ehtiram və 
mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı 
ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna 
üstün gələn və xüsusilə  mərhum Nadir şahın Rum əhli qoşunları ilə etdiyi 
müharibələrdə şücaət göstərmiş Pənah xanı da öz yanına apardı. O da istər səfərdə
istərsə evdə  sədaqətlə qulluq etməyə çalışıb,  şahın yanında mənsəb və hörmət 
sahibi oldu. O, bütün tapşırılan işləri yerinə yetirərdi. 
Bir neçə il bu qərar ilə keçdi. Nadir şahın ona qarşı  mərhəməti gündən-günə 
artmaqda idi. O, rütbə və mənsəbdə bütün tay-tuşundan üstün oldu. Şahın evində və 
ellər arasında olan bir para qəlbi-qara adamlar, paxılların adəti üzrə, açıqda və 
gizlində  Pənah xanı  mərhum Nadir şahın yanında o qədər pislədilər ki, mərhum 
şahın ona qarşı olan məhəbbətini ədavətə çevirdilər. 
İşin həqiqətindən agah olan Pənah xan canının qorxusundan, şah Xorasanda 
olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1150 (1737-1738)-
ci ildə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən, onu yolda ələ 
keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin mümkün olmadı. Azərbaycan 
sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərildi ki, Pənah 
xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın 
ailəsini və qohum-əqrəbasını çox incidib cərimə etdilərsə də, fayda vermədi. 
 
125 


Pənah xan Qarabağ torpağına çatıb vaxtını yaxın adamları ilə birlikdə gah 
Qarabağın dağlarında, gah da Şəki vilayətinin Qəbələ mahalında keçirirdi. O 
zaman təqribən on beş yaşına çatmış böyük oğlu İbrahimxəlil xan Xorasanda, öz 
evlərində yaşayırdı. Bir neçə vaxtdan sonra o da möhtərəm atasının ardınca 
Qarabağa gəldi. 
Bu vəziyyət iki-üç il davam etdi. Nəhayət, Nadir şah hicri 1160 (1747)-cı ildə 
öldürüldü. Pənah xan Qarabağın yerdə qalmış xalqı arasında üzə çıxdı, bacarıqlı 
cavanları başına toplayıb Gəncə, Naxçıvan və sairəni qarət etməyə başladı. 
Yanında olan bütün cavanları və özünün yaxın adamlarını mal, paltar, at və yaraq 
sahibi etdi. Bu zaman xəbər çatdı ki, vaxtilə şah tərəfindən Xorasana köçürülmüş 
Cavanşir və başqa ellər özbaşına bütünlüklə oradan köçüb, vətənlərinə 
gəlməkdədirlər. Pənah xan yanında olan adamlarla birlikdə Qarabağ ellərini 
qarşılamaq üçün İraq və Azərbaycan sərhədinə qədər getdi. Onu salamat görən, 
nökər və köməkçilərinin çoxluğunu müşahidə edən bütün el əhli və qohum-
əqrəbası sevindi və Pənah xanla bərabər Qarabağ torpağına daxil oldular. Hər kəs 
öz  əvvəlki yurduna gedib rahatlandı. Ellərin camaatı var-yoxdan çıxmış, 
soyulmuş,  əziyyət çəkmiş  və yoxsul olduğuna görə  Pənah xan onların və öz 
qohumlarının bacarıqlı cavanlarından bir çoxunu öz tərəfinə  çəkərək  Şirvan, 
Şəki, Gəncə,  İrəvan və Qarabağ vilayətlərini qarət etməyə başladı. Bütün 
cavanları mal və dövlət sahibi etdi. Mal, at və xələt paylamaqla başqa camaatın 
da səmimiyyətini qazandı; müxalifət göstərənləri isə öldürmək və cəzalandırmaq 
yolu ilə özünə tabe etdi. Cavanşir, Otuziki və başqa ellər və  kəndlərin 
əhalisindən heç bir kimsə Pənah xanın əmrindən çıxmağa cəsarət edə bilməzdi. 
Şirvan və  Şəki hakimləri Pənah xanın Qarabağ vilayətində belə bir 
istiqlaliyyət sahibi olduğunu görüb-eşitdikdə, onu özləri üçün zərərli bildilər, hər 
ikisi Pənah xanı aradan qaldırmaq üçün ittifaq bağladılar. 
Hələ Qarabağın Xəmsə mahalları ona tabe olmadığı zaman (Pənah xan) ətraf 
xanların öz üzərinə hücum edəcəkləri təqdirdə ailə və qohumlarının, qulluqçu və 
yaxın adamlarının və (el) böyüklərinin qorunması üçün ellərin arasında münasib 
bir yerdə qala tikilməsini lazım bilmişdi. Məşvərətdən sonra, indi Kəbirli mahalı 
içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm 
 
126 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə