AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə44/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

 
SƏRDAR VORONSOVUN TAPŞIRIĞI ÜZRƏ MİRZƏ 
CAMAL QARABAĞİNİN QARABAĞ VİLAYƏTİ 
XANLARI MƏRHUM PƏNAH XAN VƏ İBRAHİM 
XANIN HAKİMİYYƏT VƏ İSTİQLALİYYƏTİ 
VƏ MÜXTƏLİF HADİSƏLƏR HAQQINDA 
YAZDIĞI MƏLUMAT 
Rəhmli və mərhəmətli Allahın adı ilə 
Hesabsız həmd, sonsuz məxluqatın pərvərdigarına yaraşar ki, səadət və 
böyüklük tacını istədiyi adamın başına qoyar və istədiyi adamı ondan məhrum edər. 
Həqiqətən də izzət, səadət və bəxtiyarlıq onun ümumi kəraməti və əzəli lütflərindən 
biridir. 
Beyt 
Bəndəçiliyi və şahlığı qismət etmək işi (sənin ixtiyarındadır). 
Səadəti istədiyin adama verərsən. 
Yeri-göyü yaradan Allahın dərgahına gizli və örtülü deyildir ki, keçmiş vaqiə və 
hadisələri bilmək və  hər vilayətin vəziyyət və keyfiyyətindən xəbərdar olmaq 
yalnız məlumatın artmasına və mənfəətin çoxalmasına səbəb ola bilər. Buna görə 
də hörmət və  nəcabət sahibi olan şanlı kavaler polkovnik qarabağlı  Şah  Əmirxan 
Bəylərov müsəlman tarixi ilə 1263, xristian tarixi ilə isə 1847-ci ildə Şuşa qalasına 
gəldiyi zaman mənlə, yəni həqiqi və  səmimi dostu, köhnə  işçisi, uzun müddət 
Qarabağ xanları xidmətində qulluq sahibi - mirzə  və  vəzir olmuş, onların 
hakimiyyətindən sonra isə yenə də yüksək Rusiya dövlətinin xidmətçiləri sırasında 
tapşırılan işləri yerinə yetirməyə çalışmış Qarabağlı Mirzə Camal Cavanşirlə 
(görüşdü). Söhbət zamanı (mənə qarşı olan) xeyirxahlığına görə, habelə səxavət və 
ehsan mənbəyi, bəxşişlər xəzinəsi,  əmirlər və böyüklər pənahgahı seçilmişlər və 
kiçiklər dayağı,  əzəmətli  əlahəzrət imperator və  kəramətli xaqanın məhəbbətini 
qazan- 
 
120 


mış aləmpənah padşahın canişini, müxtəlif nişanlar sahibi, general otinfanteri, qraf 
və knyaz Mixail Semyanoviç Voronsova - qadir və  mərhəmətli Allahın inayəti 
həmişə onun üzərində olsun, - nisbət bəslədiyi səmimiyyətə əsasən dedi: Əzəmətli 
(Voronsov), öz hökmü altında olan hər bir vilayətin tarixini və keçmiş xanların 
hakimiyyətini, onların ixtiyar və qüdrətini bilməyə olduqca maraq göstərir.  Əgər 
bunları qələmə alıb, Qarabağ vilayətində üz vermiş (tarixi) hadisələrin həqiqətini 
və keçmiş xanların ixtiyar və qüdrətini, düzgün və müfəssəl surətdə, kəramət sahibi 
olan böyük əmirin hüzuruna ərz edən olsa, olduqca bəyənilmiş  iş görmüş  və 
onların mübarək xatirənin razılığını əldə etmiş olar. 
Cənab canişin knyaza qarşı  bəslədiyim səmimiyyətə  və xüsusilə onun mənə 
qarşı göstərdiyi lütf və mərhəmətə görə belə bir xidməti özüm üçün tam xoşbəxtlik 
və  səadət vasitəsi bilərək, özümü kəramət və  şövkət sahibi olan o böyük əmirin 
gözündə zərrə qədər də olsa cilvələndirmək və bununla da onun xoşhal olmasına və 
mərhəmət göstərməsi səadətinə nail olmaq istədim. Ona görə, Allaha təvəkkül 
edərək, qədim tarixlərdə oxuduğum, yaşlı və təcrübəli adamlardan eşitdiyim və əlli 
il müddətində gözümlə görüb-bildiyim həqiqi hadisələrin hamısını artırıb-əskiltmədən 
yazmağa başladım. Ümid olunur ki, bu kitab onun şanlı  dərgahına bir töhfə kimi 
qəbul ediləcək və icra etdiyim xidmətlərin biri və  səmimiyyətimin nümunəsi kimi 
qarşılanacaqdır. (Bu işdə) Allahdan kömək və müvəffəqiyyət dilərəm. Bu vərəqləri 
neçə fəslə ayırdım və fəsildə müəyyən hadisələri yazmağa başladım. Allah köməkçi 
və müvəffəqiyyət bəxş edəndir. 
 
 
 
121 


BİRİNCİ FƏSİL 
QARABAĞ VİLAYƏTİNİN ƏSİL YAŞAYIŞ YERLƏRİ, 
SƏRHƏDLƏRİ, QƏDİM ŞƏHƏR VƏ ÇAYLARI 
HAQQINDA 
Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədi belədir: 
cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə  qədər - Araz çayıdır.  İndi 
(Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi Həsənli camaatı arasındadır və Rusiya 
dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. 
Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib 
Xəzər dənizinə tökülür. 
Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və 
Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. 
Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır. 
Nəhayət, keçmiş  əsrlərdə (burada) iğtişaşlar və  dəyişikliklər üz vermiş, bəzən 
İran, Rum (Türkiyə) və Türküstan padşahları bu vilayətləri fəth edib ayrı-ayrı 
sərhədlər qoymuş, qalalar tikmiş və onlara başqa adlar vermişlər. 
Qarabağ vilayəti Aran məmləkətinin bir hissəsidir. Çünki Nuh peyğəmbərin, - ona 
Allahın salamı olsun, - zamanında tufan olduqda və tufandan bir qədər keçdikdən 
sonra Nuhun övladlarından biri Kür və Araz çayları arasındakı Tiflis, Gəncə, 
İrəvan, Naxçıvan, Ordubad şəhərləri və hal-hazırda Qarabağ torpağında xaraba 
qalmış  Bərdə  və Beyləqan vilayətləri və torpaqlarında hökmran və sahib olmuş, 
buraları abad etmiş və hamısına öz adını qoymuşdur. Onun adı Aran idi. 
Qarabağ vilayətində salınan birinci şəhər Tərtər çayının üstündə və Kür çayının üç 
ağaclığında olan Bərdə  şəhəri və qalasıdır. Bağdadı abad və darülxülafə edərək, 
orada sakin olan keçmiş Bəni Abbasiyyə xəlifələri zamanında, islam tarixi ilə 306, 
xristian tarixi ilə isə 886-cı ildə
1
 bu şəhərin əhalisi müsəlman oldu. Bundan sonra  
                                                 
1
 
Xristian tarixi düzgün göstərilməmişdir, çünki hicri 306-cı il 918-ci il iyul ayının 14-də başlayıb, 919-cu il iyunun 3-
də qurtarmışdır.
 
 
122 


olan Beyləqan şəhəridir ki, onun İran və Fars şahlarından biri olan Qubad padşah 
təxminən min beş yüz il bundan qabaq tikdirmişdir. O, Kür çayından geniş Beyləqan 
çölünə böyük arx çəkdirərək, orada şəhər yaratdı  və  ətrafında Köndələn çaydan 
Qarqar çaya qədər kəndlər saldırıb camaatı yerləşdirdi və güzəranlarını müəyyən 
etdi.  Əhali oralarda əkin yerləri, otlaqlar, bağlar salıb kəndlər bina etdi. Qədim 
zamanlarda o böyük arxın adı Barlas idi, indi isə Govurarx adı ilə məşhurdur. Çingiz 
xan zamanına qədər o şəhər, arx və kəndlər abad idi. 
635 (1237-1238)-ci ildə Çingiz xanın qoşunu gəlib, Beyləqan şəhərini mühasirə 
etdi və bir neçə aydan sonra şəhəri alıb camaatını qırdı. Qarabağ vilayətinin mahal və 
kəndlərinin əhalisi Qarabağ və Şirvan dağlarına qaçdı. Beyləqan şəhəri və o böyük 
arx bir müddət xaraba qaldı. 
Teymur padşah Türküstandan Rum vilayətinin üstünə hücum etdi. Rum 
hökmdarı Sultan İldırım Bəyazidlə müharibə edərək, ona qalib gəldikdən sonra 
oradan qayıtdı, Beyləqan şəhərini yenidən abad etdi, çoxlu camaat topladı və arxı 
təzədən təmir edərək şəhərə gətirdi. Bu yer, bir müddət Səfəvi dövrünə qədər abad 
idi. Səfəvi padşahları və Nadir şah zamanında qoşunların Gürcüstana və Şirvana gediş-
gəlişi nəticəsində yenə viran oldu, şəhərin əhalisi isə ətrafa dağıldı. (Şəhər) indi 
də xaraba halındadır. 
Doğrudan da bu, böyük faydalı bir arxdır. Bu arxın suyu ilə suvarılan  əkin 
yerlərində taxıl, çəltik, pambıq, çəkil (tut) ağacları və başqa hər cür bitki əkilərsə, 
bollu məhsul əldə etmək olar. Belə ki, bir çetvert
1
 buğdadan iyirmi çetvert, hətta 
ondan da artıq məhsul yığmaq olar. Xüsusilə buranın çəltiyi və darısı bol olur. 
Əgər bu bitkilərdən bir çetvert əkilərsə, təxminən əlli çetvert, hətta ondan daha 
artıq məhsul əldə edilə bilər. Bitkilərin əkilməsi də asandır. Belə ki, bu işi iki baş 
öküz ilə asanlıqla görmək olar. Əgər bu arxdan lazımi qayda ilə istifadə olunsa
onun  ətrafında beş-altı min ailə  kəndlər salıb, rahatlıqla yaşaya bilər. Bu böyük 
arxdan başqa, Arazdan çəkilmiş daha bir neçə arx vardır. Əgər hər arxın ətrafında 
yüz-iki yüz ailəlik kəndlər salmarsa, əhali taxıl, çəltik və pambıqdan bollu məhsul 
götürüb rahat yaşaya bilər. Beyləqan şəhərinin             
                                                 
1 Bir çetvert 250 puda bərabərdir. 
 
123 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə