AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə52/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

şahın başını tam bir hörmətlə, qüsl və  kəfən etdirib, lazımi dini mərasim 
qaydalarını bilən yaxşı mötəbər mollalarla Cara göndərərək, o yerin böyük 
adamlarının qəbiristanlığında dəfn etdirdi
1

(Xan) bir para maneələrə görə Qarabağa gedə bilməyib, üç ay Balakəndə 
qaldı, hamı, xüsusilə Gürcüstan valisi, Gəncə hakimi Cavad xan və  şirvanlı 
Mustafa xan töhfələr, hədiyyələr göndərib, onunla müttəfiq və bir olmaq 
arzusunda olduqlarını bildirirdilər. Çünki qüvvətli düşmən olan padşah artıq 
ölmüşdü. Bütün Azərbaycanın və başqa yerlərin xanları həmişə mərhum İbrahim 
xanın hökmü və itaəti altında olub, uzun müddət onun əzəmət və  şövkətini 
gördüklərindən hər şeydən əvvəl istəyirdilər ki, onun mübarək xatırını özlərindən 
razı salsınlar, onunla möhkəm  əlaqə saxlasınlar. Məhəmməd bəy isə  mərhum 
İbrahim xan gələnə qədər Qarabağ vilayətində hökumət işlərilə məşğul idi. 
Balakəndə bir ay qaldıqdan sonra Avar hakimi Ümmə xan və başqa Dağıstan 
sərkərdələri yeyinti və geyim şeylərindən ibarət böyük tədarük və çoxlu qoşunla 
mərhum  İbrahim xanın yanına gəlib, belə bir böyük əmirin hörmətinə layiq 
qohumluq, mehribanlıq və qonaqpərəstlik mərasimini yerinə yetirdilər. Təkcə 
mərhum xana, onun adlı-sanlı  oğullarına və Qarabağın bəylərinə deyil, hətta 
Şahsevən xanları  və onların bəyzadələrinə  də hörmət edib, xərc və azuqə 
verməkdə heç bir qüsur göstərmədilər. 
Ümmə xanın gəldiyindən iki ay keçdikdən sonra, İbrahim xan Dağıstan 
qoşunu və  sərkərdələri, habelə  Şahsevən və Qarabağ camaatı ilə birlikdə 
Balakəndən Qarabağa tərəf hərəkət etdi. Qarabağ əhlinin onun əleyhinə çıxması, 
habelə cavanlıq qürurundan başqa, əlinə bu qədər dövlət və şahlıq vəsaiti düşən 
Məhəmməd bəyin  şeytana uyub müxalifət göstərməsi və özündən başqasını 
tanımaq istəməməsinin qarşısını almaq üçün xan Qarabağa hərəkət etmədən 
əvvəl, o zaman Mehdiqulu ağa adlanan Mehdiqulu xanı Qarabağ bəylərinin bir 
neçə övladı ilə oraya göndərdi. 
Məhəmməd bəy Mehdiqulu xanın bəyzadələrlə Qarabağa gəlişindən sonra 
səmimiyyətdən, düzlükdən və  İbrahim xanın itaətindən çıxmayacağından 
danışırdısa da, ürəyində hakimiyyət həvəsinə                 
                                                 
1 Mirzə Adıgözəl bəy yazır ki, İbrahim xan, şahın başını bir sovqat kimi Gürcüstan valisinə göndərdi (bax: bu kitabda 
səh. 68).
 
145 


düşmüşdü. O, bir para dələduzu, xain və qorxaqları başına toplayıb, hökuməti öz əlinə 
almaq istəyirdi. Mehdiqulu xan zəruriyyətə görə onunla yumşaq rəftar edirdi, çünki 
pərdəni yırtmaqla bir iş görə bilməzdi. O, gah ətrafda, gah da qalanın içində gəzir, 
həqiqəti mərhum xana yazıb gözləyirdi. Bu xəbər mərhum  İbrahim xana Kür 
qırağında çatdıqda övladlarının ən böyüyü mərhum Məhəmmədhəsən ağanı beş yüz 
nəfər ləzgi qoşunu və Qarabağ sərkərdələri ilə təcili olaraq yola saldı. 
Mərhum xanın gəlmək xəbərini eşidən Məhəmməd bəy Qarabağ ellərini Araz 
kənarına köçürtmək və müxalifət etmək fikrinə düşdü. Mərhum Məhəmmədhəsən 
ağa, Məhəmməd bəyin qoşunu və  tərəfdarlarının yığıncağı olan Kirs dağındakı 
qalanın üç verstliyinə çatdı. Qarabağ əhli, qoşunu və mərhum ağanı gördükdən sonra 
hamı dəstə-dəstə onun xidmətinə gəlib əlini öpdülər. (Məhəmməd bəyin) topladığı 
ellər, yerləşdirildikləri meşə və çöllərdə qalmışdılar. (Məhəmmədhəsən ağa) adam 
göndərib Məhəmməd bəyi öz yanına çağırdı.  Əvvəlcə  Məhəmməd bəy qorxuya 
düşdü, lakin sonra xatircəm olub Məhəmmədhəsən ağanın hüzuruna gəldi, mərhum 
Məhəmmədhəsən ağanın əlini öpüb xatircəmliklə onun yanında qaldı. (Məhəmmədhəsən 
ağa) Məhəmməd bəyin istiqlaliyyəti zamanında qarışıqlığa bais olan bir neçə 
cinayətkarı  Məhəmməd bəyin gözü qabağında məsuliyyətə  cəlb edib
cəzalandırmağı əmr etdi. 
Qalanın içərisində olan Mehdiqulu xan mərhum ağanın gəldiyini və qoşunla 
qalanın yanından keçib getdiyini eşitdikdə, əmisi oğlu Məhəmməd bəyin adamlarını 
tutub həbs etdirdi. Məhəmmədhəsən ağa Qarabağ ellərini xatircəm edərək, bütün 
mahallara hökmlər yazdı, hamıya öz işi və kasıbçılığı ilə məşğul olmağı əmr etdi. 
Nəhayət, İbrahim xan qoşun əhli, yaxın adamları, Nəsir xan və Əta xan Şahsevənlə 
Qarabağa gəldi. 
 
146 


YEDDİNCİ FƏSİL 
AĞA MƏHƏMMƏD ŞAH ÖLDÜRÜLDÜKDƏN VƏ 
İBRAHİM XAN BALAKƏNDƏN QARABAĞA 
QAYITDIQDAN SONRA BAŞ VERMİŞ 
HADİSƏLƏR HAQQINDA 
Mərhum (İbrahim) xan Qarabağa gəlib hökumət taxtında oturduğu zaman 
vilayətin əhalisi qəhətlik və məşəqqət nəticəsində var-yoxdan çıxıb olduqca pərişan 
idilər. Ellərin çoxu Gürcüstan, Gəncə,  İrəvan,  Şirvan və  hətta Rum vilayətlərinə 
dağılıb getmiş, mal-dövlətləri qarət olunmuşdu.  Ətrafdakı xanlar üzdə itaətdən, 
dostluqdan dəm vururdularsa da, gizlində öz xeyirlərinə çalışırdılar. Belə xanlardan 
biri də  şirvanlı Mustafa xan idi. İbrahim xan Balakəndə olan zaman Mustafa xan, 
İbrahim xanın kürəkəni Səlim xan Şəki hakimiyyətini ələ alıb, onun dövlətinə zərər 
yetirməsin deyə, Səlim xanın böyük qardaşını Şəkiyə hakim təyin etdi. 
Məhəmməd bəy mərhum Məhəmmədhəsən ağa tərəfindən xatircəm edildikdən 
sonra başqa xanların övladı kimi mərhum Pənah xan sülaləsi arasında heç bir qorxu 
hiss etmədən yaşayırdı. Buna baxmayaraq, cavanlığı üzündən və dövlətinə məğrur 
olduğundan Kür qırağına gedib, şəkili Məhəmmədhəsən xanla dostluq etməyə 
başladı. Məhəmmədhəsən xan onu aldadıb dedi: 
"Mən bir kor kişiyəm, Mustafa xanın hökmündən cana gəlmişəm. Gəl qızımı 
sənə verim, mənim yanımda qal; Şəki vilayətinin hakimiyyətini öz əlinə al". 
Məhəmməd bəy bu sözlərə aldanıb öz adlı-sanlı qohumundan, möhtərəm 
əmisindən əl çəkərək Məhəmmədhəsən xanın yanına getdi. Məhəmmədhəsən xan 
isə onu gəlcək tutub həbs etdi; yanında olan bütün cavahiratına, puluna və başqa 
şeylərinə sahib oldu. Mustafa xan qədimdən Məhəmməd bəylə qanlı idi, çünki 
atasının əvəzinə onun atasını və qardaşını öldürmüşdü. Mustafa xan Məhəmmədhəsən 
xanın yanına adam göndərib Məhəmməd bəyi öz yanına gətirərək öldürdü. 
Beləliklə, (Mustafa xan) mərhum  İbrahim xanın qardaşı  oğlunu öldürdüyündən 
qorxu çəkərək, yenidən Qarabağla düşmənçiliyə başladı. Digər tərəfdən 
Məhəmmədhəsən xan və Gəncə hakimi Cavad xan da Qarabağla düşmən oldular. 
 
147 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə