AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə51/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

isə qarət etdi. Knyaz Abaşidzenin bir qızını bir para şeylərlə töhfə  və  hədiyyə 
olaraq  İbrahim xanın yanına göndərdi.  İbrahim xan isə onun kəbinini özünə 
kəsdirdi. Knyaz Abaşidzenin o qızından bir oğlan və bir qız oldu. Knyaz 
Abaşidzenin başqa bir qızını Ümmə xan aldı. Bu cəhətdən valinin İbrahim xana 
ehtiyacı çox idi. Şirvan, Şəki, Gəncə, İrəvan, Xoy, Qaradağ, Naxçıvan, Talış və 
Təbriz xanları, habelə  Şahsevən və  Şəqaqi xanları  mərhum  İbrahim xana itaət 
edərək, onun sözündən çıxa bilmədikləri də buna bir səbəb idi. Tiflis valisi də 
ehtiyat edərək, yüksək Rusiya dövlətinə səmimiyyətlə itaət etməyə razılıq verdi, 
elçi və ərizə göndərdi. 
Hamı yüksək (Rusiya) dövlətinə itaət etməyə hazırlaşdığı zaman, əzəmətli 
imperatriçə vəfat etdi
1
. Böyük sərdar Zubov Əbülfət xanı, Qarabağın bəyzadə və 
kətxudalarını böyük hörmət və çoxlu ənamla yola salıb, mərhum padşah Pavelin 
əmrinə görə geri qayıdacağını İbrahim xana xəbər verdi. 
Bu xəbər həm qəm-qüssəyə, həm də  Ağa Məhəmməd  şahın  ədavətinin 
artmasına səbəb oldu. Çünki o, mərhum  İbrahim xanı  tələfat vermədən, xoşluq 
və mülayimliklə özünə tabe etmək fikrində idi. Lakin İbrahim xanın müharibəsiz 
əbədi Rusiya dövlətinə itaət edib, səmimiyyət göstərməsi, islam və  İran 
padşahından üz çevirməsi onu olduqca qəzəbləndirmişdi. (Buna görə) mərhum 
İbrahim xanı yox etmək qərarına gələrək, yaz fəslində böyük qoşunla 
Azərbaycana tərəf hərəkət etdi
2

Qarabağ vilayətində üç il davam edən quraqlıq nəticəsində taxıl və başqa 
bitkilər məhsul vermədiyindən şiddətli qəhətlik baş vermişdi. Taxılın qiyməti o 
qədər qalxmışdı ki, hətta bir çetvert buğdanı o vaxtın pulu ilə 45 manata güclə 
almaq olurdu. İş çətinliyə düşdü. Ağa Məhəmməd şah Qızılbaş qoşunu ilə Araz 
çayı kənarına çatdı. Azuqənin qəhətliyindən və son neçə ilin əziyyətindən sonra 
Şuşa qalasında belə bir güclü padşahın qarşısında durmaq çətin idi. Əlacsız qalan 
(İbrahim xan) arvad-uşağı, qohumları, məruf bəylərin ailəsi və  sədaqətli 
xidmətçiləri ilə birlikdə qaladan köçüb, Car və Tala tərəfə getdi ki, orada dayanıb 
Dağıstan, Gürcüstan və başqa          
                                                 
 
1 İmperatriçə II Yekaterina 1796-cı il noyabr ayının 6-da vəfat etmişdir. 
 
2 Bu hadisə 1797-ci ildə baş vermişdir. B a x: N.Dubrovin ("История войн и
 
владычества русских на Кавказе"), с. 
Ill, SPb, 1886, səh. 209.
 
 
142 


vilayətlər kömək edərlərsə, tədarük görüb müharibəyə hazırlaşsın,  əks təqdirdə 
oradan Dağıstana, öz qohumu Avar hakimi Ümmə xanın evinə gedərək Ağa 
Məhəmməd şahın əziyyətindən qorunsun. 
O zaman mərhum xanın yanında olub, ondan ayrılmaq istəməyən xanlar 
arasında kürəkəni Nəsir xan, Əta xan Şahsevən, yenə kürəkəni olan Şəki 
vilayətinin hakimi Səlim xan, Şəki vilayəti və  Şahsevən bəyləri və onların 
övladları da var idi. 
Ağa Məhəmməd  şah Araz qırağında  İbrahim xanın qaladan çıxıb getdiyini 
eşitdikdə ardınca sərkərdələrlə birlikdə iki minə yaxın atlı göndərdi, Gəncə 
yolunda və ya Kür kənarında xəbərdar olub, ona çatmalarını  əmr etdi. 
Göndərilən haman Şahsevən qoşunu Tərtər çay körpüsünün yaxınlığında 
mərhum İbrahim xanın köç və camaatına çataraq döyüşə başladı. Köç-külfətə və 
başqa adamlara bir zərər toxunmadı. Onlar köçün bir para şeylərini qarət edib 
geri qayıtdılar. 
İbrahim xan Kür çayı və Şəki vilayətindən keçərək, Balakən və Car torpağına 
gəldi. Car və Tala kətxudaları və başçıları mərhum İbrahim xanı başqa xanlarla 
birlikdə tutub Dağıstana buraxmamaları haqqında Ağa Məhəmməd  şahdan 
fərman aldıqlarına baxmayaraq Car, Balakən və  İlisu  əhalisi uzun müddət 
İbrahim xandan məhəbbət və  ənam gördüklərindən və  həmişə onun itaətində 
olub,  əmrlərini icra etdiklərindən (xanın) qeydinə qaldılar. Ona lazım olan 
xeyirxahlıq, hörmət və qonaqpərəstlik göstərərək, onu özlərindən razı saldılar. 
Onu iyirmi gün Balakən torpağında saxladılar. Bu zaman Ağa Məhəmməd şahın 
Şuşa qalasında öldürülməsi xəbəri İbrahim xana çatdı. 
Ağa Məhəmməd şahın öldürülməsinin təfsilatı belədir: İbrahim xan qaladan 
çıxıb Balakənə getdikdən sonra Ağa Məhəmməd  şah heç bir maneəyə rast 
gəlmədən Şuşa qalasına girib bir həftə orada qaldı. Bir gecə xoşu gəlmədiyi işə 
görə Səfərəli bəy və Abbas bəy adlı iki nəfər yaxın xidmətçisinə acıqlanıb dedi: 
"Səhər açılan kimi hər ikinizə ağır cəza verəcəyəm". Onlar bilirdilər ki, şah heç 
vaxt öz dediyindən və buyurduğundan dönmür. Odur ki, canlarının qorxusundan 
səhər açılana qədər onu öldürməyi lazım bildilər. Sübh açılan zaman, şah yuxuda 
ikən  şahın otağına girib iti xəncərlə onu öldürdülər. Qapıları bağladılar.  Şahın 
cavahir bazubəndini, tacını  və  həmailini götürüb, Sadıq xan Şəqaqinin yanına 
getdilər və əhvalatı ona söylədilər. 
 
143 


Sadıq xan şahın qorxusundan onların sözünə inanmadı. Şaha heç bir inamı və 
xatircəmliyi olmadığından və həmişə canının qorxusunu çəkdiyindən bu əhvalatı 
da  şahın hiyləsi təsəvvür edərək, onların sözünə inanmadı. Nəhayət, bir çox 
möhkəm andlardan sonra xatircəm oldu. Lakin yenə, böyük qorxu içərisində idi, 
əvvəlki qayda ilə  Ağa Məhəmməd  şahın yaşadığı  İbrahim xanın böyük oğlu, 
rəhmətlik general-mayor Məhəmmədhəsən ağanın evinə girdi. Hər yerdə tam bir 
ədəblə irəliləyərək, şah yatan otağın pərdəsini qaldırdı. Baş əydi və yavaş-yavaş 
otağa girdi. Səfərli bəy nə  qədər onu ürəkləndirirdisə  də, o, yenə qorxurdu. 
Səfərli bəy qabağa düşərək, yorğanı  şahın başından çəkdi və onun xəncərlə 
parçalanmış  cəsədini ona göstərdi: Sadıq bəy tab gətirməyərək tez haman 
bazubəndi, tacı və həmaili götürüb öz mənzilinə gəldi və şayiə yaydı ki, şah ona 
Gəncə və Gürcüstana getməyi əmr etmişdir. Bütün adamlarını, Şəqaqi qoşununu 
və şahın qatillərindən biri olan Abbası özü ilə götürüb qaladan çıxdı. Səfərəli bəy 
qalada qaldı. 
Sadıq bəyin getməsindən iki saat keçməmişdi ki, şahın öldürülməsi xəbəri 
qalanın içərisinə yayıldı. Qızılbaş xanları çaşmış  və  pərişan bir halda, toplaya 
bildikləri adamları ilə birlikdə dəstə-dəstə qaçmağa üz qoydular. 
Şəhər  əhalisi tökülüşüb,  əllərinə keçən adamları soyundura-soyundura 
imarətə daxil oldular. İmarətin şeyləri - xalı-gəbəsi və şahın başqa qızıl, gümüş 
və cavahiratı qarət edildiyi zaman igidliyi və  şücaətilə  məşhur olan mərhum 
İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy xəbər tutaraq, bir neçə nəfər nökəri 
ilə imarətin qapısını  kəsdi. Hər kəs  əlinə düşəni aparmışdı. (O), yerdə qalan 
şeyləri camaatın  əlindən aldı, cavahirdən və  qızıldan (qayrılmış) alətləri, qızıl-
gümüş qab-qacağı, xalı-gəbə, pul və başqa  şeyləri tamamilə  ələ keçirib, 
Məhəmmədhəsən ağanın evindən öz evinə apardı. Qalanın içərisində hökumət və 
divan işlərilə məşğul oldu. Ağa Məhəmməd şahın kəsilmiş başını öz məktubu ilə 
birlikdə  qədim xidmətçilərindən
1
 birinin vasitəsilə Balakənə  mərhum  İbrahim 
xanın yanına göndərdi.  Şahın başı  İbrahim xanın hüzuruna çatdıqda onun 
öldürülməsi hamıya yəqin oldu. Nəcabətin və ehtiramın tələbinə görə, 
                                                 
1 Mirzə Adıgözəl bəyin yazdığına görə, şahın kəsilmiş başını Balakənə qarabağlı Məhəmmədrəfi bəy aparmışdır (b a
 
x: bu kitabda səh. 68). 
 
 
144 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə