AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə49/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   45   46   47   48   49   50   51   52   ...   73

Mərhum Pənah xan az bir müddət Kərim xanın paytaxtı olan Şirazda qaldıqdan 
sonra  əcəli çatıb,  Şirazda Allahın rəhmətinə getdi. Cənazəsini böyük hörmətlə 
Qarabağa gətirib, indi Ağdam adı ilə  məşhur olan, özünün satın aldığı halal 
mülkündə dəfn etdilər. Allah ona rəhmət eləsin. 
İşlərin gedişi və baş vermiş hadisələrdən məlumdur ki, mərhum Nadir şah öləndən 
sonra rəhmətlik Pənah xan on iki il davam edən hakimiyyəti dövründə həmişə fəth, 
zəfər, bəxt və dövlət sahibi olmuşdur. Azərbaycan vilayətinin çox hissəsi onun 
hökmü və itaəti altında idi. 
Kərim xan Fətəli xanı özü ilə aparıb,  İsfahanın yaxınlığında, qohumu 
müharibədə öldürüldüyü yerdə öldürdü. (Beləliklə  də) ondan intiqamını aldı. 
Habelə mərhum Pənah xana yalandan and içdiyi, məkr və hiylə işlətdiyi üçün Allah 
onu cəzasına çatdırdı. Məkr, hiylə və yalan toxumundan peşmançılıq və zərərdən 
başqa bir şey bitməz. Allah məkri, hiyləni, yalandan and içməyi və əhdi pozmağı öz 
bəndələrinə qadağan etmişdir. Təcrübədə  təsdiq olmuşdur ki, dosruna, 
xeyirxahına, böyüyünə yalan danışan, hiylə  və  xəyanət işlədən, Allahın  əmrilə 
böyüklüyə çatmış böyük şəxsin mərhəmətini saymayıb, ona xor baxan adamın cəzası 
həmişə zərər və peşmançılıq olmuşdur. "Allah mükafat və cəza verəndir. (O), xeyir 
işə mükafat, şər işə (isə) cəza verər". 
BEŞİNCİ FƏSİL 
MƏRHUM İBRAHİM XANIN HAKİMİYYƏTİ 
VƏ O ZAMANIN QAYDALARI VƏ 
HADİSƏLƏRİ HAQQINDA 
Mərhum İbrahim xan müsəlman tarixi ilə 1174-cü, xristian tarixi ilə 1756-cı ildən
1
 
1221 (1806)-ci ilə  qədər Qarabağ hökuməti taxtında oturmuş,  İran və Rum 
padşahlarına itaət etmədən və boyun əymədən müstəqil hökmranlıq etmişdir. 
Onun hökmü və fərmanı 
                                                 
1 Hicri 1174-cü il 1760-61-ci ilə  bərabərdir. Mirzə Adıgözəl bəy yazır ki, İbrahim xan Qarabaği hakimliyə 1173 
(1759)-cü ildə təyin olunmuşdur.
 
 
136 


Şirvan, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Xoy, Qaradağ, Təbriz, Ərdəbil vilayətləri, hətta 
Marağa,  İraq və Azərbaycan sərhədi olan Qaplankuhda belə  işlərdi. Vilayətlərin 
xanları  mərhum  İbrahim xanın hökmü və  əmri ilə  təyin edilər və ya vəzifədən 
götürülərdi
1
. O, Avar və Dağıstan valisi Ümmə xan Nüsal xan oğlunun möhtərəm 
bacısını alaraq onunla qohum olmuşdu. Zərurət zamanı İbrahim xan Dağıstan və ləzgi 
vilayətindən qoşun istəyərək, onu Ümmə xan və başqa sərkərdələrlə birlikdə Qarabağ 
vilayətinə gətirib öz övladı, sərkərdələri və Qarabağ qoşunu ilə lazım gələn yerlərə 
göndərər, istədiyi adamı tənbeh edər və itaəti altına alardı. 
Bundan başqa, Şahsevən, Qaradağ, Xoy və Gəncə vilayətlərinin xanları ilə də 
qohum olmuşdu. Bunların hamısı ya güc, ya da qohumluq vasitəsilə onun itaətini 
ürəkdən qəbul etmişdilər. O, hətta Təbriz və Qaradağ vilayətlərinin bəzi mahallarını 
öz adlı-sanlı  sərkərdələrinə bağışlamışdı ki, onların gəlirindən mənfəət 
götürsünlər. Padşah adı daşımadığına baxmayaraq, İbrahim xanın dövlət və calalı 
İran padşahlarının cah-calalından əskik deyildi. Adı çəkilən vilayətlərin xanlarının 
övladı  həmişə  Şuşa qalasında, mərhum  İbrahim xanın yanında girov sifətilə 
yaşayırdılar. 
Bu vəziyyət  Şirazda girov halında saxlanılan Ağa Məhəmməd xan 
Məhəmmədhəsən xan oğlu Qacarın, Kərim xanın vəfatından sonra (o şəhərdən) 
qaçdığı günlərə qədər davam edirdi. 
Səltənət iddiasında (olan Ağa Məhəmməd xan) bir neçə il çalışdıqdan sonra İraq 
və Farsı tutub, Tehran şəhərini paytaxt etdi. O, müsəlman tarixilə 1107 (1695-
1696)-ci ildə
2
 Azərbaycan vilayətinə gəlib, İrəvan və Talış vilayətindən başqa, Arazın 
cənub tərəfində olan bütün vilayətləri aldı. 
Bu hadisələrdən  əvvəl o, İbrahim xana xələt, qılınc, qızıl yəhər və  əsbablı at 
göndərib, itaətə  dəvət etmişdi. Aralarında zahiri hörmət və dildə itaət var idi. 
Elçilər gəlib-gedirdi. O cümlədən İbra- 
                                                 
1 Burada müəllif açıqdan-açığa mübaliğə edir. Ətraf vilayətlərin xanlarına böyük təsiri olduğuna baxmayaraq İbrahim 
xan,  İran dövlətindən icazəsiz xanları  təyin etmək və ya vəzifədən kənar etmək iqtidarına malik deyildi. Xüsusilə  Təbriz, 
Xoy, Marağa və İrəvan xanları heç bir vaxt ondan asılı olmamışlar. Bu mübaliğə Mirzə Adıgözəl bəydə də müşahidə olunur. 
Ehtimal etmək olar ki, Mirzə Adıgözəl bəy əsərini yazdığı vaxt Mirzə Camalın kitabından istifadə etmişdir (b a x: bu kitabda 
səh. 57). 
2 Bu tarix yanlışdır, 1207 (1792-1793)-ci il olmalıdır. 
 
137 


 
him xan girov adı ilə  şirin dilli, bacarıqlı bir şəxs olan Mirzə  Vəli Baharlı ilə 
birlikdə  əmisi oğlu  Əbdüssəməd bəyi onun yanına göndərmişdi.  Şah da onlara 
olduqca hörmət edib, öz yanında saxlayırdı. 
Bu arada Ağa Məhəmməd xan Kirmanda səltənət iddiasında olan düşməni, 
qoçaq və  səxavətli Lütfəli xan Zəndə qalib gəlib, Kirman əhalisinin hamısını 
qırdı.  İbrahim xanla Ağa Məhəmməd  şahın arasını poza biləcək bəzi işlər üz 
verdi. Əbdüssəməd bəy, Mirzə Vəli Baharlı və neçə nəfər nökəri ilə Kirmandan 
qaçdı. Bunların ardınca atlılar göndərildi. Çaparlar gecə-gündüz yol gedərək
onlardan qabağa düşüb, Sərcəm kəndi əhalisinə xəbər verdilər. Atlı və piyadalar 
Qızıl Özən çayının kənarında yolun üstünü kəsib Əbdüssəməd bəylə vuruşdular. 
Əbdüssəməd bəy güllə ilə dizindən yaralandı. Onu yoldaşları ilə bərabər tutdular. 
Mirzə Vəli də tutuldu. Əbdüssəməd bəy həmin yaradan orada vəfat etdi. Başqa 
dustaqları Mirzə  Vəli ilə birlikdə  şahın yanına aparıb, Tehran şəhərində  həbs 
etdilər. 
Ağa Məhəmməd  şah  Şuşa qalası altında olanda mərhum  İbrahim xanın 
elçiləri hərdənbir onun yanına gəlib-gedərdilər. Bir gün Ağa Məhəmməd  şah 
İbrahim xanın sifarişlərindən qəzəblənib dustaqların edamı haqqında fərman 
verdi. Onun əmrilə Mirzə  Vəlini Tehranda topun ağzına bağlayıb atdılar. On 
nəfərdən ibarət olan başqa dustaqları da öldürdülər. Onlardan heç birini sağ 
qoymadılar. Allah onlara rəhmət eləsin. 
ALTINCI FƏSİL 
(BƏZİ) HADİSƏLƏR VƏ AĞA MƏHƏMMƏD ŞAHIN ÖLÜMÜ 
HAQQINDA 
İbrahim xanla Ağa Məhəmməd  şahın münasibəti pozularaq aralarında 
inciklik əmələ gəldiyindən (şah) 1209 (1794-95)-cu ildə Tiflis, İrəvan, Qarabağ 
və Talış vilayətlərini qəsb etmək üçün böyük ordu və çoxlu əsgərlə Azərbaycana 
tərəf hərəkət etdi. Əvvəlcə, sərkərdələrinin  ən görkəmlisi olan Əliqulu xan 
Şahsevəni başqa xanlarla birlikdə  İrəvan qalasının üstünə göndərdi. Özü isə 
bütün  İraq, Fars, Azərbaycan və Xorasan qoşunları ilə  Şuşa qalasının üstünə 
gəlib, qalanın bir ağaclığında, Gövaxan düşərgəsində ordusunu yerləşdirdi. 
 
138 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə