AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə47/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

Mərhum Pənah xan onun elçilərinə layiq olan hörmət və mehribanlıq 
göstərdi. Ellərin bacarıqlı mötəbər, adlı-sanlı  kətxudalarından bir neçə  nəfərini 
elçilərlə birlikdə Əmir Aslanın yanına göndərdi. Çünki, hələ belə bir şövkət və 
dövlət sahibi olan əmirlə düşmənçilik, ədavət və müharibə etmək vaxtı deyildi. 
(Digər tərəfdən)  ətrafda olan bəzi vilayətlərin xanları, üzdə dostluqdan və 
sədaqətdən dəm vurduqlarına baxmayaraq, ürəkdə  Pənah xanın pisliyini 
istəyirdilər. Buna görə o, Adil şahın dövlətinə itaət etməyə hazır olduğunu və ona 
xidmət edəcəyini bildirərək, sədaqətini andıran cavablar və hədiyyələr göndərdi. 
Sərdar  Əmir Aslan belə bir itaəti və elçilərin gəlişini Adil şah dövləti üçün 
böyük xidmət sanıb, Adil şahın hüzuruna məktub yazdı. 
Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə
1
 Adil şahın (Pənah 
xana) xan adı verilməsi və Qarabağ hakimi vəzifəsinə  təyin edilməsi haqqında 
imzaladığı fərman, qiymətli xələt, qızıl yəhərli at və qaş-daşla bəzənmiş qılıncla 
birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə, o zaman yaşadıqları Bayat 
qalasına gəlib çatdı. Sərdar  Əmir Aslan özü də  Pənah xana ayrıca töhfələr 
göndərmiş, Pənah xanın elçi sifətilə göndərdiyi kətxudalara xələt və  bəxşişlər 
verib, onlara hörmət və mehribanlıq etmişdi. 
Beləliklə, xanlıq və hakimlik adı  Pənah xana ilk dəfə  mərhum Nadir şahın 
qardaşı oğlu Adil şahın fərmanı ilə verilmişdir. 
Az bir müddətdən sonra Pənah xana xəbər çatdı ki, mərhum Nadir şahın oğlu 
Şahrux Mirzə, Adil şah adlandırıları  Əliqulu xanı öldürərək, Xorasanda şahlıq 
taxtında oturmuş  və  İraq, Azərbaycan və Fars torpaqlarında qarmaqarışıqlıq üz 
vermişdir. 
Bu zaman Pənah xan Gəncə,  İrəvan, Naxçıvan və xüsusilə  Ərdəbil 
vilayətlərini ələ keçirmək və o yerlərin xanlarını özünə tabe etmək qərarına gəldi. 
Az bir müddətdə onların bir parasını zorla, bəzisini isə  məkrub və elçi 
göndərmək və ya qohumluq vasitəsilə öz itaəti altına aldı. Xüsusilə, Sarıcalı 
Dərgahqulu bəyi Ərdəbilə hakim təyin etdi. Gəncə xanzadələrindən kefi istədiyi 
adamı hökumət işinə  təyin edir, istəmədiyini isə  vəzifəsindən çıxarırdı. O 
vilayətlərin xanlarının uşaqlarından bir neçəsini girov adı ilə  gətirib,  Şahbulağı 
qalasında saxlayırdı. 
                                                 
1  Hicri 1161-ci il miladi 1748-ci ilə bərabərdir. 
 
130 


Bu vəziyyət, Məhəmmədhəsən xan Qacarın Mazandaran, İraq və Azərbaycan 
tərəflərində özünü müstəqil elan etdiyi günə  qədər davam edirdi. Hökumət 
işlərini bir an belə unutmayan mərhum Pənah xanın işgüzar və bacarıqlı 
adamları, xanın əmrinə görə məsləhət üçün yığışıb dedilər: "Mərhum Nadir şah 
vəfat etdikdən sonra bizimlə Əliqulu xan və Sərdar Əmir Aslanın arasında sülh, 
ittifaq və dostluq əlaqəsi davam etməkdə idi. İndi, çox mümkündür ki, belə bir 
münasibət və dostluq əlaqəsi bizimlə  Məhəmmədhəsən
 
xan arasında olmasın. 
Ətraf xanlarından da bir o qədər xatircəm deyilik. Onların Məhəmmədhəsən xanı 
üzərimizə  təhrik edərək, onunla birlikdə bizə qarşı  çıxacaqları ehtimalı vardır. 
(Belə bir vəziyyətdə) Qarabağın elləri, adlı-sanlı adamları  Qızılbaş qoşununun 
ayağı altında paymal olar, biz isə Şahbulağı qalasında elə bir qüvvətli düşmənin 
və  ətraf xanların qarşısında müqavimət göstərə bilməyib, bütünlükdə  qırılarıq. 
Ona görə  də  işin  əlacım qabaqdan görmək lazımdır. Biz gərək dağların içində, 
möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü 
düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin 
üzünə daima açıq olmalı  və mahallarla rabitəmiz,  əlaqəmiz (bir an belə) 
kəsilməməlidir". 
Bu məsləhəti həmişə xeyirxahlıq göstərən Məlik Şahnəzər bəyə söylədilər və 
onun məsləhəti və  bələdçiliyi ilə  Şuşa qalasını tikmək qərarına gəldilər. Xanın 
bir neçə nəfər bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafını yoxladı. 
Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala 
camaatına kifayət etməzdi. Ona görə, güman gələn yerlərdə quyu qazdırıb, 
müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür. 
Bu xəbəri mərhum Pənah xana çatdırdılar. (Xan) sevinərək, bir neçə  nəfər öz 
yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın binasını qoydu. 
İslam tarixi ilə 1170, xristian tarixi ilə 1754-cü ildə
1
  Şahbulağı qalasının 
sakinləri olan bütün rəiyyətləri - əyanın, məliklərin, mülazimlərin, ellərin və bir 
para kəndlərin kətxudalarının ailələrini köçürüb, bu qalanın içində yerləşdirdi. O 
vaxta qədər burada yaşayış evləri yox idi. Bura, şərq tərəfdə, qalanın altı 
verstliyində yaşayan Şuşa kəndi əhalisinin əkin yeri və otlağı idi. 
                                                 
1 Hicri 1170-ci il miladi 1756-1757-ci ilə bərabərdir. 
 
 
131 


Xalqı yerləşdirib hamıya, xüsusilə özü üçün yurd və imarət müəyyən etdikdən sonra 
mahir ustalar, ağıllı  işgüzar adamlarla qalanın hasarını  çəkdirdi. Mərhum Pənah 
xanın tikdirdiyi hasar indi xarab olmuşdur. Yalnız bəzi yerlərdə divarların qalıqları 
görünür. 
Qalanın tikilişindən bir il keçdikdən sonra Ağa Məhəmməd  şahın atası 
Məhəmmədhəsən xan Qacar İraq və Azərbaycan qoşunu ilə Şuşa qalasını almaq və 
mərhum Pənah xanı özünə tabe etmək məqsədilə Arazdan keçib qalanın dörd 
ağaclığında çadırlar qurdular. Mərhum Pənah xanı tabe etmək və beləliklə,  Şuşa 
qalasını ələ keçirmək üçün çox düşündü, tədbirlər tökdü. Bir ay orada oturdu. Lakin 
bu qədər çoxlu qoşun ilə qalaya yaxınlaşa bilmədi. Əksinə, Qarabağın qoçaq əhalisi 
Məhəmmədhəsən xan ordusunun at-qatırını və başqa mal-qarasını istər açıq, istərsə 
də gizli surətdə qarət edərək, onun qoşununa çoxlu ziyan vurdu. 
Bu zaman Kərim xan Zəndin Fars məmləkətinin Şiraz şəhərində qüvvət tapması 
və qoşun toplayıb,  İraqı  və Mazandaranı almaq niyyətində olması  xəbəri 
Məhəmmədhəsən xana çatdı. Məhəmmədhəsən xan, belə bir vəziyyətdə qalanı 
almaq, Gəncəyə,  Şirvana və başqa yerlərə sahib olmaq fikrindən  əl çəkərək, 
sürətlə  İraq, Fars və Mazandaran tərəfə  hərəkət etdi. (Lakin) Kərim xan Zənd 
Məhəmmədhəsən xan gəlib çatana qədər bütün Fars vilayətini,  İraq və başqa 
vilayətlərin bir para yerlərini  ələ keçirib, Məhəmmədhəsən xanla müharibəyə 
hazırlaşmışdı. Bir tərəfdən də Məhəmmədhəsən xan Azərbaycanın, Gilanın və başqa 
yerlərin çoxlu qoşunu ilə Kərim xanı dəf etmək üçün Farsa tərəf hərəkət etdi. Lakin 
bəxt və dövlət Allah vergisi olduğundan, Məhəmmədhəsən xanın bir neçə yaxın 
adamı  xəyanət fikrinə düşüb, onu öldürdülər və böyük mənsəb və  ənam almaq 
təmənnasilə başını kəsib, Kərim xanın yanına apardılar. Belə yaramaz işlərdə böyüklər 
və  sərdarların qeyrətini qorumaq sərdarların öhdəsinə düşdüyündən Kərim xan, 
Məhəmmədhəsən xanın qatillərini mərhəmət və  ənamdan məhrum edərək, 
başqaları da öz xeyirxah ağalarına qarşı belə bir xəyanətə əl atmasınlar deyə onlara 
cəza verdi. 
Məhəmmədhəsən xan hadisəsindən sonra, Nadir şahın sərdarlarından biri olan 
urmiyalı Fətəli xan Əfşar, dövlət iddiasilə Urmiya vilayətindən baş qaldıraraq, bütün 
Azərbaycanı tutdu. Mərhum Pənah xanın yanına mahir elçilər göndərib, onu itaətə 
və ittifaqa dəvət 
 
132 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə