AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə50/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

Tiflis valisi şövkətli  İrakli xan, İrəvan hakimi Məhəmməd xan və Talış 
hakimi Mir Mustafa xan, Ağa Məhəmməd şahın itaətini qəbul etməyəcəkləri və 
bir-birinə kömək edib, müttəfiq olacaqları haqqında  İbrahim xanla and 
içmişdilər. (Buna görə  İbrahim xan) Qarabağ ellərinin bir parasını Tiflisə, bir 
parasını isə  Şirvan vilayətinə özü təyin etdiyi Mustafa xanın yanına göndərdi. 
Siyahı  və  dəftərdə adları qeyd olunmuş yerdə qalan elləri və qoşunu Qarabağ 
dağlarında və qala içərisində yerləşdirib, Qarabağ elləri və mahallarında çoxlu 
piyada və atlı topladı; qalanı qorumaq üçün lazım olan bütün vəsaiti, böyük və 
kiçik topları qurdurub, şahla müharibəyə hazırlaşdı. 
Ağa Məhəmməd  şah, otuz üç gün qala ətrafında qaldığına baxmayaraq, o 
qədər böyük qoşunla qalanın beş verstliyindən axan çaydan keçə bilmədi. 
Qarabağın atlı və piyada qoşunu, ellərin, kəndlərin sərkərdələri, Vərəndə, Dizaq 
və Xaçın mahallarının məlikləri meşədə, yollar və keçidlərdə Qızılbaş qoşununu 
tutub qarət edirdilər. Hər gün dəstə-dəstə at, qatır, dəvə və başqa tədarükatı, ordu 
üçün vilayətlərdən göndərilən taxıl karvanlarını qarət və  əsir edərək, mərhum 
İbrahim xanın yanına gətirdilər. İş o yerə çatmışdı ki, o vaxtın hesabilə bir qatırı 
dörd manata, dəvəni altı, bir baş yaxşı atı isə on manata satırdılar. Düşmən 
Qarabağ qoşununun gecə basqınlarından qorxaraq, ordugahın ətrafında möhkəm 
bürclər tikmişdi. Bir gecə  Vərəndə mahalının piyadaları böyük bir dəstə ilə 
gedərək, Ağa Məhəmməd  şahın özünəməxsus tüfəngliləri tərəfindən mühafizə 
olunan böyük bir bürcü alıb, bir saatın içərisində bütün tüfəngliləri qırdılar və 
sağ qalan iki-üç nəfəri gün çıxan vaxtı mərhum İbrahim xanın yanına gətirdilər. 
İstər gecə, istərsə gündüz Qızılbaş qoşununu bir an belə rahat qoymurdular. Üç-
dörd dəfə şah özü böyük qoşunla çayı keçmək və qalaya yaxınlaşmaq istədi. Bu 
tərəfdən cəld piyadalar, qoçaq süvarilər sərkərdələrlə birlikdə  (şahın) qabağına 
çıxıb, qəhrəmancasına döyüşdülər və onu məğlub edərək geri qaytardılar. 
Bu arada Gəncə hakimi Cavad xan vaxtilə  mərhum  İbrahim xandan üz 
çevirmiş və Gəncə vilayətinə gedib, Cavad xanın yanında gün keçirən Çiləbörd 
mahalının məliki Məlik Məcnunla birlikdə Ağa Məhəmməd şahın yanına gəldi. 
Ağa Məhəmməd  şah bunların məsləhətilə min məğlubiyyət və  pərişanlıqla 
qalanın yanından köçüb, Gürcüstanı istila etmək məqsədilə Tiflisə tərəf hərəkət 
etdi. 
 
139 


Mərhum  İbrahim xan şahın hərəkətindən qabaq şövkətli Gürcüstan valisinə 
belə xəbər göndərdi: "Ağa Məhəmməd şah qalanı işğal etməkdə aciz qalmışdır, 
qoşununa və ordusunun minik heyvanına çoxlu ziyan dəymişdir. Bu 
məğlubiyyətini düzəltmək üçün Tiflisi almaq və Gürcüstanın kəndlərini qarət 
etmək fikrindədir. Onun fəsadının və istilasının qarşısını almaq tədarükündə 
olun". 
Ağa Məhəmməd  şah həqiqi mühasirə dövrü keçirmiş qoşununun və 
heyvanlarının istirahəti üçün ordusunu Ağdam  ətrafında yerləşdirdi. Burada bir 
aydan artıq istirahət etdikdən sonra, Gürcüstan vilayətini və Tiflis şəhərini almaq 
üçün yola düşdü. Cavad xanla Məlik Məcnun hər yerdə qoşunun qabağında 
gedib şaha bələdçilik edirdilər. Tiflisə çatdıqdan sonra, qısa bir müddət ərzində 
şəhəri işğal edərək
1
 yandırdılar. Şəhərin və yaxın kəndlərin əhalisini qarət və əsir 
etdikdən sonra Azərbaycana qayıtdılar. Hər yerdə Kür boyu ilə irəliləyərək 
Cavad kəndi yaxınlığında Arazdan keçdilər. Muğan düzündə  qışlaq qurub, qışı 
orada başa verdilər. 
Yaz vaxtı,  İrəvan qalası  və vilayəti hələ  işğal olunmadığı bir halda, Fars 
ölkəsində yenə  həyəcan, Kirman və sairədə  iğtişaşlar üz verməkdə idi. (Buna 
görə şah) işləri nəzmə salmaq üçün Fars vilayətinə getdi. 
Haman yaz fəslində,  şah Farsda olduğu zaman, İbrahim xan Dağıstandan 
qoşun gətirtdirib Gəncəni mühasirə etdi. Tiflisin bərbad olmasına (Cavad xan) 
bais olduğu üçün İbrahim xan bu işə Gürcüstan valisini də  cəlb etdi. Oğlu və 
bacısını İbrahim xanın yanına girov göndərdi. Bir daha İbrahim xanın itaətindən 
çıxmayacağına söz verdi. Məlik Məcnun isə vuruşma zamanı öldürüldü. 
Ağa Məhəmməd şah hələ Fars və Xorasan torpağında olduğu zaman, böyük 
sərdar general-anşef qraf Valerian Zubov əzəmətli imperatriçə Yekaterinanın 
əmri və  fərmanı üzrə saysız-hesabsız qoşunla Dərbəndə çatıb
2
 qalanı aldı. 
Oradan Şamaxıya gəlib şəhərin yaxınlığında ordu qurdu. 
Mərhum  İbrahim xan oğlu  Əbülfət xanı Qarabağın bir neçə  bəyzadəsi ilə 
birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar 
Valerian Zubovun hüzuruna göndərib,        
 
                                                 
1 Ağa Məhəmməd şah Tiflis şəhərini 1795-ci il sentyabrın 12-də almışdır. 
2 Qraf Zubovun qoşunu 1796-cı il may ayının 2-də Dərbəndə yaxınlaşdı. 
 
140 


yüksək Rusiya dövlətinə  səmimi-qəlbdən itaət edəcəyini və  sədaqətini bildirdi. 
Əzəmətli imperatriçənin adına səmimiyyət və  sədaqətini andıran bir ərizə  də 
yazdı. 
Böyük sərdar  Əbülfət xanı  və Qarabağ  bəyzadələrini lazımi hörmət və 
təzimlə qarşılayıb, İbrahim xanın ərizəsini xanın etimadlı adamı və öz eşikağası 
ilə Dərbənd və Qızlar yolu vasitəsilə əzəmətli imperatriçənin hüzuruna göndərdi. 
Bir knyaz vasitəsilə  İbrahim xana qiymətli töhfə  və  hədiyyələr göndərib, onu 
əzəmətli padşahın əbədi mərhəmətinə ümidvar etdi. 
İbrahim xanın oğlunu böyük sərdarın yanına göndərməsi xəbəri ətraf xanların 
qulağına çatdıqda Tahş xanı Mir Mustafa xan, şirvanlı Mustafa xan, Cavad xan, 
hətta İrəvan, Naxçıvan, Xoy və Qaradağ xanları mərhum İbrahim xanın yanına 
elçilər göndərib dedilər ki, biz İbrahim xanın məsləhətindən çıxmarıq. (O), 
Rusiya dövlətinə itaət etməyi məsləhət gördüyü üçün biz də mərhəmətli Rusiya 
padşahına səmimiyyətlə itaət etməyi qəbul edəcəyik.  İbrahim xan xanlardan 
aldığı bütün məktubları təzədən böyük sərdar Zubovun hüzuruna göndərdi. 
Gürcüstan valisinin Şirvan, Xoy, İrəvan və başqa xanlara nisbətən daha 
qədim ocaq, geniş torpaq və böyük dövlət sahibi olduğuna baxmayaraq, o, 
İbrahim xanın məsləhətindən kənara çıxmırdı. Çünki Avar və Dağıstan hakimi 
mərhum Ümmə xan və o yerlərin başqa əmirləri İbrahim xana yaxın və qohum 
olduqları üçün ona itaət edirdilər. Gürcüstan valisi ilə  mərhum  İbrahim xanın 
arası pozulduğu zaman Ümmə xan və başqa Dağıstan xanları  İbrahim xanın 
göstərişi üzrə böyük qoşunla Gürcüstana gedib, çoxlu ziyanlar verirdilər. 
Məsələn, 1199 (1784-1785)-cu ildə  İbrahim xanla valinin arası pozulduğu 
zaman, Avar hakimi Ümmə xan böyük qoşunla Gürcüstana gedib, Sıqnaq 
qalasını və Gümüşxananı zəbt etdi, çoxlu adam qırdı, əhalinin yerdə qalan əyal 
və  uşaqlarını  əsir edərək, bir çox ətraf kəndləri qarət elədi. Oradan Axısxa 
vilayətinə, Süleyman paşanın yanına gedərək qışı orada qaldı. Rum sultanından 
çoxlu xələt və ənam aldı. Yazda yenə Gürcüstandan Dağıstana qayıtdığı zaman 
keçid və  sərhəd başında olan Vaxan qalasını mühasirə etdi. (Gürcü) 
knyazlarından knyaz Abaşidze öz əhli-əyalı ilə bu möhkəm qalada yaşayırdı. 
(Ümmə xan) qalanı zəbt edərək, camaatın çoxunu öldürdü. Qalanın yerdə qalan 
arvad-uşağını əsir, mal-dövlətlərini 
 
141 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə