AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə48/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

etdi. Lakin Pənah xan belə sərdarlara itaət etməyi haqlı olaraq, özü üçün əskiklik 
və ar bilib, elçiləri kobud cavablarla geri qaytardı. 
Elçilər qayıdıb (yerlərinə) çatdıqdan sonra Fətəli xan, Azərbaycan, Urmiya və 
başqa vilayətlərin  əhalisindən çoxlu qoşun toplayıb qalanı almaq, Qarabağı  ələ 
keçirmək və  Pənah xanı aradan qaldırmaq məqsədilə  Şuşa qalasına gəlib qalanın bir 
ağaclığında düşərgə qurdu. 
Gizlində  mərhum Pənah xana ədavət bəsləyən Çiləbörd və Talış mahalının 
məlikləri Fətəli xanın yanına getdilər. Onlar altı ay qalanın yaxınlığında oturdular. 
Hər neçə gündən bir, mərhum Pənah xanın qoşunu ilə  Fətəli xan ordusu arasında 
vuruşma üz verir və hər dəfə mərhum Pənah xanın qoşunu Qızılbaş ordusuna qalib 
gəlirdi. Bu müddətdə bir iş görə bilməyən Fətəli xan (vəziyyətinin) gündən-günə 
çətinləşdiyini və məğlubiyyətinin (artdığını) müşahidə edirdi. 
Nəhayət, bir gün özünün bütün atlı və piyada qoşunları və adı çəkilən mahalların 
məliklərinin piyadaları ilə birlikdə hücuma başlayıb, Şuşa çayından keçərək qalanın 
yarım verstliyinə çatdı. 
Bu tərəfdən də  Pənah xan adlı-sanlı igid cavanlar, ellərin, habelə  Vərəndə  və 
Xaçın mahallarının qoçaq tüfəngliləri ilə birlikdə, başqa tərəfdən isə ellərin süvari 
sərkərdələri mərhum Pənah xanın  şücaətli qohumları ilə  bərabər hücum edərək 
Fətəli xan ordusu vurub-öldürməkdən əl çəkməyincə, onları dərin dərələrdə və dar 
keçidlərdə tutub öldürməyi davam etdirdilər. 
Bu hücumda Fətəli xanın qoşunundan təxminən iki min nəfər piyada və süvari 
qırıldı  və  əsir düşdü. Məğlub olan (düşmən) sonsuz pərişanlıq və peşmanlıqla öz 
düşərgəsinə qayıtdı. Pənah xan isə əsirləri və ələ keçən qəniməti götürüb, qələbə və 
zəfərlə qalaya gəldi. 
Bu hadisədən sonra Fətəli xan Əfşar, qoşununun məğlub olması  və  qış  fəslinin 
yaxınlaşmasına görə, sülh və barışıq təklif etdi. Mahir elçilər göndərib, and-aman içərək 
belə  vədə verdi: "Əgər Pənah xan, qoşunumdan aldığı  əsirləri geri qaytarsa, mənlə 
ittifaq və dostluq etsə, qızımın kəbinini onun böyük oğlu  İbrahimxəlil ağaya 
kəsdirəcəyəm. (Beləliklə  də) biz əbədi qohum və dost olacağıq. Bir şərtlə ki, 
İbrahimxəlil ağanı  mənim yanıma göndərsin. O isə orduda şirni içilib, kəbin 
kəsildikdən və iki-üç gün burada (qonaq) qaldıqdan sonra geri qayıtsın". 
Pənah xanı xatircəm etmək üçün İbrahimxəlil ağa qayıdana qədər özünün övladı və 
qohumlarından üç nəfər adlı-sanlı şəxsi girov adı ilə saxlamaları üçün Pənah xanın 
yanına göndərmişdi. 
 
133 


Mərhum Pənah xan Fətəli xanın and-amanına, övladına və qohumlarını 
göndərməsinə inanıb,  İbrahimxəlil ağanı bir neçə  kətxuda ilə  Fətəli xanın 
ordusuna yola saldı. Fətəli xan bu xəbəri eşitcək sevindi. Övladından bir neçə 
nəfəri onu qarşılamaq üçün göndərdi. İbrahimxəlil ağanı hörmət, təntənə və çalğı 
ilə orduya gətirdilər. Saatın nəhs olmasını bəhanə edərək, İbrahimxəlil ağanı iki 
gün ordugahda, kef məclislərində saxladılar. Bu müddət içərisində qalaya, Pənah 
xanın yanına dəfələrlə etimadlı,  şirindilli adamlar göndərib, adətləri üzrə adam 
aldatmaq və öz işlərini düzəltmək üçün bütün fırıldaqları  və lazım olan rəsmi 
mərasimi  əmələ  gətirdilər. O iki günün içərisində  əsir və dustaqlarını xilas 
etdilər. Üçüncü gün isə  İbrahimxəlil ağanı  və  kətxudaları dustaq kimi, özlərilə 
bərabər götürüb getdilər və Urmiya qalasına çatana qədər heç bir yerdə 
dayanmadılar. 
Bu hadisədən mərhum Pənah xan və Qarabağın əyanları çox pərişan, peşman 
və  məyus oldular. Nəhayət, qəmginliyin, çox peşmançılığın faydasız olduğunu 
düşünərək,  İbrahimxəlil ağanı xilas və  Fətəli xanı  dəf etmək üçün məsləhət və 
tədbirlər görməyə başladılar. 
Pərvərdigari-aləm, insi-cinsi yaradan xaliq hər anda və zamanda düzgün, 
vəfalı və haqşünas adamların dostu və köməkçisidir. Xüsusilə o, əhd-peymanda 
və sözündə möhkəm olan, alçaqlıq və peşmançılıqla nəticələnəcək məkr və 
hiylədən qaçan şəxslərə müvəffəqiyyət və qələbə bəxş edər. Buna görə də belə 
bir zamanda İraq və Fars torpaqlarında dövlət sahibi olmuş  Kərim xan Zənd 
Allahın köməyilə tam istiqlaliyyət  əldə etdi. O, adı  çəkilən Fətəli xanla 
düşmənçiliyə başlayıb öz qohumlarından bir nəfəri
1
  Fətəli xan müharibəsinə 
namizəd edərək onu İraq və Fars qoşunları ilə Azərbaycana göndərdi. Fətəli xan 
da bu xəbəri eşitcək, Kərim xanın qoşunları  gəlib çatmamış, Azərbaycanın və 
ətraf (nahiyələrin) bütün qoşunları ilə onun qarşısına çıxdı.  İki tərəfin qoşunu 
İsfahan yaxınlığında bir-birilə üzləşib döyüşə başladılar. Kərim xanın qoşunu 
məğlub, qoşun sərdarı olan qohumu isə döyüş meydanında həlak oldu. Fətəli xan 
zəfər tapıb, İraq vilayətinin bir parça yerlərini da aldıqdan sonra geri qayıtdı. 
Bu hadisədən sonra Kərim xan Zənd intiqam almaq fikrinə düşdü. Çoxlu 
qoşunla Fars vilayətindən hərəkət edərək, Fətəli xanı     
                                                 
1 Mirzə Adıgözəl bəy yazır ki, Kərim xan Zend qardaşı  İskəndər xanı böyük hazırlıq və  təntənə ilə  Fətəli xanın 
müharibəsinə göndərdi. B a x: bu kitabda səh. 54. 
 
 
134 


dəf etmək  əzmilə Azərbaycana tərəf getdi. Azərbaycana çatmamış bir etimadlı 
adamını  mərhum Pənah xanın yanına göndərib, ona qarşı olan lütf və 
mehribanlığını  və onunla müttəfiq olmaq istədiyini bildirdi. Göndərdiyi 
məktubunda belə yazmışdı: "Fətəli xan bizim nəinki təkcə düşmənimiz, hətta 
qanlımızdır. Sizə qarşı da olduqca yaramaz işlər görmüş, andını, peymanını 
pozmuşdur. Sənin oğlunu məkr və hiylə ilə aparıb məhbus etmişdir.  İndi var 
qüvvə ilə bizə kömək etməli və bu işdə heç şeydən müzayiqə etməməlisən. 
Çünki intiqam alsaq və oğlunu xilas etsək, siz sevindiyiniz kimi biz də arzumuza 
çatmış olacağıq". 
Pənah xan yalançı  və hiyləgər düşməni aradan qaldırmaq üçün qarşısına 
çıxmış belə bir təsadüfü qənimət bildi, müntəzəm qoşunu və Qarabağın adlı-sanlı 
süvarilərilə Azərbaycan torpağında Kərim xanla görüşdü. Kərim xan ona qarşı 
böyük izzət və ehtiram göstərib,  ənamlar bəxş etdikdən sonra, Fətəli xanı 
birlikdə dəf etmək üçün Urmiya vilayətinə tərəf yola düşdülər. 
Fətəli xan da ixtiyarında olan vilayətlərin çoxlu qoşunu ilə onların qarşısına 
çıxdı. Hər iki qoşun müharibəyə başladı. Nəhayət, Fətəli xan məğlub olub 
Urmiya qalasına çəkildi. Bir neçə gündən sonra itaətdən başqa çarə görməyib, 
Kərim xanın isə ümidverici vədlərini eşidib onun yanına gəldi
1
. Kərim xan 
Urmiya qalasını ələ keçirib müstəqil oldu. 
İranda hələ müstəqil padşah olmadığından Kərim xan özünə  İran  şahının 
vəkili adı  və  ləqəbi verib deyirdi: "Bir padşah aralığa çıxıb taxta oturmayınca 
mən padşahın vəkiliyəm". Ona görə  də  Kərim xanı  vəkil adlandırdılar. O, 
Urmiyada dustaq olan İbrahimxəlil ağanı zindandan buraxdırıb öz yanına çağırdı, 
ona at, qılınc, xələt və Qarabağ xanlığı və hakimiyyəti fərmanını verib, hörmət 
və təmtəraqla Qarabağa yola saldı. Pənah xana qarşı olan məhəbbətinə görə ona 
lütf və mehribanlıq göstərib dedi: "Mənə qarşı göstərdiyin sədaqətin və köməyin 
əvəzini çıxmaq üçün bir neçə müddət mənim yanımda qalmağını xahiş edirəm". 
Onu özü ilə bərabər Şiraza apardı. 
Mərhum  İbrahimxəlil xan Qarabağa gəldi. Qarabağın və başqa vilayətlərin 
camaatı ona itaət etdi, o isə hökumət və xanlıq taxtına çıxıb kimsəyə itaət 
etmədən, müstəqil olaraq hökmranlıq etməyə başladı.         
                                                 
1 Bakıxanovun yazdığına görə bu hadisə 1176 (1763)-cı ildə baş vermişdir (bax: A.Bakıxanov. "Gülüstani-İrəm", 
Bakı, 1951, səh. 165).
 
135 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə