AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə46/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

hasar və  xəndək qayrıldı, bazar, hamam və  məscid tikildi. Xan bütün ailəsini
qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, 
hətta Pənah xanın tərəqqisini, onun rəftar və  məhəbbətini eşidən Təbriz və 
Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə 
gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian 
tarixi ilə 1745-ci ildə
1
 tikilmişdir. 
Bayat qalası möhkəmləndikdən və  Pənah xanın camaatı artdıqdan sonra, 
onlardan çoxlu zərər görən Şirvan və Şəki hakimləri ittifaq bağlayıb, Pənah xanı 
aradan qaldırmaq üçün böyük qoşunla Bayat qalasına hücum edərək onu 
mühasirə etdilər. 
Mərhum Pənah xan, hər iki-üç gündə bir dəfə qohumlarının və ellərin adlı-
sanlı atlıları  və bacarıqlı nökərlərilə birlikdə qaladan bayıra çıxaraq, qala ilə 
düşmən qoşunu arasında olan böyük meydanda müharibəyə girişir, 
qəhrəmanlıqlar göstərir, Şirvan və Şəki qoşununa qalib gələrək qalaya qayıdırdı. 
Şirvan və  Şəki xanları heç bir iş görə bilmədilər. Mühasirə bir aydan artıq 
çəkdi. Hər gün qoşunlarının qırılmasını, at və  eşşəklərinin qarət olunmasını 
görən xanlar peşman və  pərişan halda köçüb getdilər və  hər kəs öz vilayətinə 
qayıtdı. Zəmanəsinin kamil adamlarından olan Şəki vilayətinin hakimi Hacı 
Çələbi qayıdan zaman bu sözləri dedi: "Pənah xan bir xan idi. Biz gəldik onunla 
dava elədik və bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq". 
Bu hadisədən sonra, hakimiyyət və istiqlaliyyəti gündən-günə artmaqda olan 
Pənah xan, Xəmsə mahallarını özünə tabe etmək fikrinə düşdü.  Ən  əvvəl 
Çiləbörd, Talış  və Dizaq məliklərilə  ədavəti olan Vərəndə mahalının köhnə 
məliki Məlik Şahnəzər bəy mərhum Pənah xana itaət etməyi məsləhət bilib onun 
(təklifini) qəbul etdi və var qüvvəsilə ona dostluq və səmimiyyət göstərdi. Pənah 
xan da hörmət və dövlət sahibi olan belə bir böyük şəxsin itaət etməsini özü üçün 
xoşbəxtlik sanıb, ona qarşı hörmət və ehtiramını gündən-günə artırırdı. 
Xaçın mahalının məliki bir müddət düşmənçilik edərək  əl-qol atdısa da, 
axırda (xana) tabe oldu və mərhum Pənah xan tərəfindən ata-babasından qalmış 
və indi də mövcud olan özünün ayrıca mül- 
                                                 
1 Hicri 1161-ci il miladi 1748-ci ilə bərabərdir. 
 
 
127 


künə  təyin edildi. Bütün Xaçın  əhalisi itaət edərək tapşırılan xidmətləri düzgün 
yerinə yetirirdilər. Dizaq, Çiləbörd və Talış  məlikləri isə bir neçə il onunla 
düşmənçilik və dava etdilər. Axırda, qətl-qarət və lazımi tədbirlərdən sonra (onlar 
da) itaət etdilər. 
Beş il Bayat qalasında yaşadıqdan sonra, ətrafı düşmən bürüdüyünə görə burada 
əbədi  şəhər və qala tikmək ehtiyatsızlıq hesab edilərək (məsləhət görülmədi). 
Qarabağ ellərinin mal-qarasını dava zamanında düşmənin ziyanından möhkəm, 
keçilməz dağlarda qoruya bilmələri üçün qalanın Qarabağ dağlarına bitişən bir yerdə 
tikilməsi lazım bilindi. Şahbulağının üstündə  Tərnəküt
1
 adlı yerdə yaşayan Xaçın 
mahalının əhalisi həmişə Pənah xana qarşı ədavət bəsləyərək, onunla düşmənçilik 
etdiklərindən (Pənah xan) əvvəlcə onların fəsadını aradan qaldırmağı qət etdi. Süvari 
və piyada qoşunla onların üstünə getdi. Xaçın mahalının əhalisi iki min tüfəngli və 
ailələri ilə birlikdə Ballıqaya yaxınlığında olan möhkəm bir yerdə sığınıb, ədavət və 
düşmənçiliyə başladılar. Mərhum Pənah xan onların səngərinə hücum etdi. Üç gün 
arasıkəsilmədən qızğın müharibə oldu. Üçüncü gün Pənah xan onların səngərini 
tutdu... 
Belə bir keçilməz yerin və iki min nəfərə qədər tüfənglinin möhkəm səngəri Pənah 
xanın  əlinə keçəndən sonra ətrafdakı  əhalinin və  Xəmsə mahalları camaatının 
canına böyük qorxu düşdü. Onlar Pənah xanla gah sülh və barışıq, gah da düşmənçilik 
edirdilər. Çoxlu camaatı  və dövləti olan Çiləbörd və Talış mahallarının qədim 
məlikləri Məlik Hatəm və Məlik Usub bəylə neçə dəfə müharibə oldu. Axırda onlar 
tab gətirə bilməyib, bir müddət çətin keçidləri olan yerlərdə, dərin dərələrdə, uca 
dağlar başında yaşadılar.  Əkinlərinin, bağlarının və mal-qaralarının Pənah xanın 
adamları  və qoşunu tərəfindən paymal və qarət olunduğunu, güzəranlarının pis 
keçdiyini görüb təngə  gəldilər; evlərini, bağlarını  və  əkinlərini tərk edərək Gəncə 
vilayətində və Şəmkir mahalında qaldılar. 
Pənah xan Xaçın əhalisinin fəsad və ədavətindən asudə olduqdan sonra, Xaçın 
mahalına ayrıca məlik təyin etdi. (Mahalın) yerdə qalan əhalisi ona itaət etdi. 
Bu hadisədən sonra, indi Şahbulağı adı ilə məşhur olan Tərnəküt qalasının binası 
qoyuldu. Məsləhətə görə, Bayat qalasını tərk    
                                                 
1 Tərnəküt – Tərtər çayın orta axını hissəsindədir.  
 
 
128 


etdilər.  Şahbulağındakı böyük çeşmə yanında qala tikərək, onun ətrafında yüksək 
yerdə geniş hasar hördülər, bazar, çarsu (meydan), hamam və  məscid tikdilər. 
Müsəlman (tarixi ilə) 1165 (1751-1752)-ci ildə el camaatının bütün evləri - 
böyüklərin, sənətkarların, xanın yaxın adamlarının və xidmətçilərinin (ailəsi) 
Şahbulağı qalasına köçürüldü. 
(Xan), tamamilə müstəqil olaraq üç-dörd il Şahbulağında yaşadı. Mərhum xanın 
gündən-günə artmaqda olan istiqlaliyyətinin  şöhrəti, adamlarının çoxluğu və 
qüdrətinin səsi  ətrafa yayıldı.  Şirvan,  Şəki, Gəncə,  İrəvan, Naxçıvan, Təbriz və 
Qaradağ xanları Pənah xanın yanına elçi və məktub göndərib, onunla dost və müttəfiq 
olmaq istədiklərini bildirirdilər. O da xanların bəzisi ilə qohum oldu. Naxçıvan, 
Təbriz və Qaradağ hakimlərinin hökmü altında olan Naxçıvanın Zəngəzur, Təbrizin 
Qapan və Qaradağın Çuldur və Meqri mahallarına əl uzadaraq hamısına sahib oldu. 
Onları Qarabağın başqa rəiyyətlərinə qataraq, hamısına məliklər və sultanlar təyin etdi. 
Hamı mərhum Pənah xanın əmrinə tabe oldu... 
DÖRDÜNCÜ FƏSİL 
MƏRHUM PƏNAH XANIN ADINA XANLIQ 
FƏRMANI YAZILMASI VƏ ONUN 
HAKİMİYYƏTİ HAQQINDA 
Mərhum Nadir şah öldürüldükdən sonra, qardaşı  oğlu  Əliqulu xan, Adil şah
1
 
ləqəbilə mərhum Nadir şahın şahlıq taxtına çıxdı. Adil şah tərəfindən Azərbaycan 
ölkəsinə sərdar təyin edilmiş Təbriz şəhərində yaşayan Əmir Aslan xan, Pənah xanın 
Qarabağda olan belə bir şöhrət və istiqlaliyyətini eşitdikdə, öz adından ona (hədiyyə 
olaraq) at, qılınc və xələt göndərərək, onu Adil şaha itaət etməyə dəvət və təşviq 
etdi
2
.        
                                                 
1 A.Bakıxanov yazır ki, o, Əlişah ləqəbilə taxta çıxmışdır (bax: A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, 1951, səh. 159). 
2 Mirzə Adıgözəl bəy yazır ki, Əmir Aslan xan Pənahəli bəyi görmək arzusu ilə  gəlib onunla görüşdü. B a x: bu 
kitabda səh. 39.
 
129 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə