AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə43/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

O gələn kimi (göstərdiyim) xidmətlər və  çəkdiyim zəhmətlərlə 
ətraflı surətdə tanış oldu və rütbəmi artırdı. Onun yaxın adamlarından biri və məxfi 
məşvərətçisi oldum. Böyük sədaqətlə xidmətlər göstərdim. İran barəsində tədbirlər 
gördüm, qasidlər göndərib işləri yoluna qoydum. Gördüyüm işlər və tədbirlərin hamısı 
"İxrabat" jurnalında serdarların dəftərxanasında yazılmış (və qeyd edilmişdir). 
Hərgah arzu edib görmək istəsəniz, sizə məlum və aşkar olacaqdır. 
(Axırda), knyaz Abxazov cənab general Paskeviçin hüzuruna yazdı. Mənə 
kapitan rütbəsi ilə dörd yüz manat pensiya verilməsi barəsində vasitəçilik etdi
1

İqtidar və nəcabət sahibi sərdar cənabları da bütün xalqların canlarının sahibi olan 
böyük imperator və  əziz padşahdan xahiş etdi. Buna görə, məni haman rütbə  və 
pensiya ilə sərəfraz etdilər. O vaxtdan bu anə qədər evimdə oturmuşam, əmlakım 
əlimdə, rəiyyətlərim
2
 ixtiyarımda, farağatla yaşayıb Cəmşid mərtəbəli, günəş taclı, 
ulduz dəstgahlı, aləmlərin pənahı olan Rusiya padşahına, uca nəslinin ömrünə və 
taleyinin yüksəlməsinə duaçı varam. 
Ümid edirəm ki, bu müxtəsər, dəyərsiz və nöqsandan xali olmayan (tarix), uca 
nəsəbli general Kolyubakinin oğlu, süvari podpolkovniki Mixail Petroviçin 
nəzərindən keçdikdən sonra onun tərəfindən lazım olan yerə təqdim edilər.  
                                                 
1 Mirzə Adıgözəl bəy hələ 1830-cu ildən əvvəl kapitan rütbəsi almaq üçün təqdim edilmişdi; çünki knyaz Abxazov 
1830-cu ildə artıq Zaqafqaziyanı tərk etmiş və Osetiyada idi (AKAK, c. VII, səh. 9). 
2 Rəiyyət - xana, bəyə tabe kəndlilərə deyilirdi. 
 
 
116 


MİRZƏ CAMAL CAVANŞİR QARABAĞİ 
 
QARABAĞ TARİXİ
 
 
117 


MİRZƏ CAMAL CAVANŞİR VƏ ONUN  
"QARABAĞNAMƏ"Sİ
1
Qarabağ xanlarının tarixinə dair ikinci əsərin müəllifi Mirzə Camal Cavanşir 
(1773-1853)  İbrahim xanın vəziri olmuş, xanlığın daxili və xarici işlərində 
yaxından iştirak etmişdir. Qarabağ xanlığı Rusiya himayəsinə keçdikdən sonra 
da Mirzə Camal Mehdiqulu xanın yanında həmin vəzifədə qalmışdır
2
. Qarabağ 
xanlığı ləğv edildikdən sonra o, məhkəməyə təyin edilmiş və burada 18 ilə yaxın 
çalışdıqdan sonra, 1840-cı ildə qocalığı ilə  əlaqədar olaraq istefaya çıxmışdır. 
Onun tərcümeyi-halından bəhs edən Adolf Berje yazmışdır: "Mirzə Camal fars, 
ərəb və osmanlı dillərindən başqa avar və  ləzgi dillərini də bilirdi. Tarix, 
coğrafiya və astronomiya haqqında yaxşı  məlumatı vardı. Tibb elmini bildiyi 
üçün istefaya çıxdıqdan sonra ömrünün sonuna qədər xəstələri pulsuz müalicə 
edirdi. Onun üçün də xalq arasında hörməti vardı"
3

Mirzə Camal 1853-cü ildə 80 yaşında vəfat etmişdir. 
Mirzə Camal həm xanlıq dövründə, həm də Rusiya üsul-idarəsində  iştirak 
etdiyi üçün onun bilavasitə müşahidə etdiyi hadisələr haqqındakı  məlumatı 
böyük əhəmiyyətə malikdir. 
Əsər Qarabağın coğrafi vəziyyətinin təsviri ilə başlayır. Sonra Qarabağ 
xanlığının  şəcərəsi verilir. Mirzə Camalın "Qarabağnamə"sində Qarabağ 
xanlığının öz istiqlaliyyəti uğrunda İrana qarşı  ədalətli müharibələri, Rusiya ilə 
İran arasında davam edən vaxtaşırı döyüşlər hərtərəfli göstərilir.  Əsərdə son 
Rusiya-İran müharibələrinə kimi Qarabağda cərəyan edən ictimai-siyasi 
hadisələr də müəyyən qədər öz əksini tapmışdır. 
Qeyd etmək lazımdır ki, "Qarabağnamə"lərin hər ikisi əsas etibarilə eyni 
dövrü  əhatə edir. Onlar istər materialların məzmunu, istərsə  də  tərtibatına görə 
bir-birinə çox bənzədiyi üçün V.N.Leviatov səhv olaraq Mirzə Adıgözəl bəyin 
(1845) Mirzə Camaldan (1847) istifadə etdiyini və bu barədə heç bir söz 
söyləmədiyi fikrini irəli sürür
4
. Lakin əsərin mətni ilə bilavasitə tanış olduqca 
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin Mirzə Camalın əsərindən iki il əvvəl 
qələmə alındığına  şübhə qalmır. "Qarabağnamə"lər ilə bilavasitə tanış olmayan 
V.N.Leviatov,  İ.P.Petruşevskinin
5
  və S.A.Ağayanın

buraxdığı bu səhvi təkrar 
etmişdir. 
                                                 

 
Əli Hüseynzadə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı, 1967. 
2
 
 "Kavkaz" qəzeti, 1855, № 61. 

 
Yenə orada. 

 
V.N.Leviatovun "Qarabağnamə"yə müqəddiməsi (bax: bu kitabda səh. 32). 

 
И.П.Петрушевский. Очерки по истории феодальных отношений, səh. 48.

 
Ц.П.Агаян. А.Бакиханов. Bakı, 1948, səh. 89.
 
 
118 


Son illərdə Mirzə Camalın "Qarabağnamə"sini nəşr edən mərhum F.Babayev 
də özündən əvvəlki müəlliflərin buraxdığı səhvə yol vermişdir
1

Bu iki əsərin bir-birinə  bənzəməsi heç də müəlliflərdən birinin digərindən 
istifadə etməsini söyləməyə haqq vermir. Bizsə, hər iki müəllif öz əsərini  əsas 
etibarilə xalq arasında dolaşan  şifahi rəvayətlər, yaşadıqları dövrün tarixi 
hadisələrini isə öz müşahidələri əsasında yazmış olduqlarından bu oxşayış ancaq 
təsadüfi bir səciyyə daşıyır.  Əgər bunların bir-birindən istifadə ehtimalını  şərti 
olaraq qəbul edəcək olsaq, onda əksinə, Mirzə Camalın Mirzə Adıgözəl bəydən 
istifadə etdiyi göstərilməlidir.  Əslində isə  hər iki müəllif öz əsərini müstəqil 
yazmışdır. 
Əli Hüseynzadə     
                                                 
1 F.Babayev yazır: "Ehtimal etmək olar ki, Mirzə Adıgözəl bəy əsərini yazdığı vaxt Mirzə Camalın kitabından istifadə 
etmişdir" (B a x: Mirzə Camal. Qarabağ tarixi,   Bakı, 1959, səh. 25, haşiyə 1). 
 
119 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə