AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə40/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

ki, bu kağız Mirzə Adıgözəl bəyə çatacaqdır, qardaşları göndərmişdir. Lakin mənim 
atım yorulubdur, mən gedə bilmirəm. Gərək bu kağızı siz aparıb ona verəsiniz. 
Gecəyarısı mən fikir etməkdə idim, gördüm yüzbaşı deyir: "Sən kimsən?", o biri 
cavabında: "Kağız gətirmişəm". 
Yüzbaşı kağızı alıb (gətirdi). Ayaqlarımdan tutub məni oyatmaq istədi. Mən heç 
yatmamışdım, fikrə getmişdim. Xülasə qəsdən oyanıb dedim: "Nə xəbər var?" Dedi: 
"Mən adamları  yığıb sizə keşikçi qoyurdum ki, sizə güllə atıb bir sədəmə 
toxundurmasınlar". Halbuki mənim qəsdimdə olan o özü idi. 
Xülasə, yüzbaşı mənə dedi ki, çıraq gətirin, oxuyun görək bu nə kağızdır. Mən 
dedim səhər oxuyaram. O təkrar etdi ki, gərək indi oxuyasız, məlum olsun nə 
xəbər var. 
Çıraq gətirdi, kağızı açıb oxudum, şad olub dedim: "Atı hazır edin, getməliyəm". 
Yüzbaşı (mətləbi) xəbər aldı. Dedim: "General Madatov Gəncəyə gəlib məni istəyibdir. 
Yermolov da Şəmkirə gəlmişdir." 
Onlar sakit olub atı gətirdilər. Yüzbaşı xahiş etdi ki, kağızı ona verim, sabah xalqa 
göstərsin. Çəkinib kağızı ona verdim. Özüm ata minib yola düşdüm. Yenə düşündüm 
ki, Tiflis tərəfinə qaçım. Bu halda Verdiyev adlı bir erməni mənə rast gəldi. Xəbər 
verdi ki, Uğurlu xan
1
 gəlib Gəncədə xan olmuş və rus qoşunu da getmişdir. Şəmkir, 
Şəmsəddinli və Qazax əhalisi də itaətə  gəlmişdir. Bu xəbərləri eşitdikdə naümid 
oldum və çox iztirabla Allah-taalaya pənah aparıb (orada) qaldım. 
İki gündən sonra gördüm ki, Tülü Mustafa oğlu İsmayıl şahzadədən bir fərman 
və Mehdiqulu xandan bir kağız gətirdi. (Onlar bu vasitə ilə) mənim ürəyimi  ələ 
alaraq hüzura çağırırdılar. Mən istədim üzr gətirib getməyim. İsmayıl gizli olaraq 
mənə bir kağız göstərib (dedi): "Hərgah getməsəniz, gərək bu kağızı xalqa verim". 
Gördüm ki, Naibüssəltənə yazıbdır: "On iki gündür ki, Qala (Şuşa) 
üstündəyəm, bütün aləm, hətta  Şirvanat, Gəncə  və bütün Qarabağ xalqı  mənim 
itaətimi qəbul etmişdir. Yalnız Mirzə Adıgözəl azğınlıq və  sərkeşlik fikrindədir. 
Onun başını və ya əsir olaraq özünü mənim yanıma gətirin. Yerdə qalan dövləti sizin 
olsun".      
                                                 
1 Uğurlu xan, gəncəli Cavad xanın böyük oğludur. B a
 
x: Gəncə xanlarının şəcərəsi. AKAK, c. VI, h. II, səh. 906. 
 
 
107 


Mən bunu görcək çarəsiz qalıb öz-özümə dedim: "Bir can üçün bu qədər cana 
qəsd etmək rəva deyildir. Özüm gedərəm. Mən nə qızılbaş üzü görmüşəm və nə də 
onlara qulluq etmişəm. Hərgah insaflı olsalar, mənə bir şey etməzlər". 
Xülasə, gedib əvvəlcə xanı gördüm. O da öz eşikağası Əlimərdan bəyi mənə qoşub 
Naibüssəltənənin hüzuruna göndərdi. O, çadırda kürsü üstündə oturmuşdu. Baş 
əydim. Xəbər aldı: "Bunlar kimdir?" Eşikağası  ərz etdi: "Mirzə Adıgözəl, Məlik 
Usub və filankəslərdir". Buyurdu: "Mirzə Adıgözəl budur?" Ərz etdi: "Bəli". 
Buyurdu: "Fələqqə
1
 gətirin". 
Haman saat məni yıxıb ayaqlarımı  fələqqəyə salaraq beş yüz çubuq vurdular. 
Nə qədər yalvardım-yaxardım, fayda vermədi. Axırda dedim: "Siz Gürcüstana səfər 
edəcəksiniz, (orada mənim kimi bir adam) axtararsınız, ancaq tapa bilməzsiniz". 
Bunu deyincə, buyurdu: "Bəsdir, aparın zəncirləyin". Məni aparıb zəncirlədilər. 
Keçmişdə mən deyərdim ki, rus dövlətinin əfsəri qızılbaş xanından yüksəkdir; çünki 
əfsəri çubuqla döymək olmaz, xanı isə döyərlər. Demə, mənim bu sözlərimi 
şahzadəyə xəbər veriblərmiş. Məni döyəndə buyurdu: "Bu əfsərdir, döymək olmaz, 
amma xanı döymək olar". Bunu deyib məni zəncirlədilər. Haman saat fərraşbaşı

qələmdan və kağız gətirib dedi ki, bir kağız yaz. Dedim: "Mən bu halda necə 
yazım". Dedi: "Doğrusu budur ki, sənin  Əlirza yüzbaşıya yazdığın kağızı 
Naibüssəltənənin hüzuruna yetirmişlər. Xəttini tutuşdurmaq istəyirdilər". O kağızı 
mən sol əlimlə yazmışdım, qətiyyən oxşatmaq mümkün olmayacaqdı. Hərçənd 
qəbul etmədim, lakin əl çəkmədilər, (dedilər) ki, yazmasanız olmaz. Axırı çarəsiz 
qalıb Sədinin bu fərdini yazdım: 
 
Doğrudur məlahət sahibi olan padşahlar ova getdikləri zaman,  
Onu tutub ayağını bağlarlar, lakin (bəzən) də açıb buraxarlar. 
Bu fərdi aparıb gördülər ki, bənzəri yoxdur. Fərd yazdığıma təbəssüm edib 
gülüşdülər. Ondan sonra xanın qardaşı Süleyman bəyi
3
    
                                                 
1 Fələqqə - ağacdan qayrılmış bir alət idi ki, günahkarların ayağını ona bağlayıb, sonra ağac və ya qamçı ilə 
vururdular. 
2 Fərraşbaşı - "saray qulluqçusu" deməkdir. 
3 Süleyman bəy, qarabağlı Mehdiqulu xanın kiçik qardaşıdır. B a x: İbrahim xan və uşaqlarının şəcərəsi (AKAK, c. II, 
sənəd 1415, səh. 695). 
 
108 


yerimə naib təyin edib oraya göndərdilər. Sonra xanın nökəri  Əvəzxan bəyə  əmr 
verdilər (ki, bizə getsin). O da gedib bütün var-yoxumu yazıb siyahıya aldı. 
Qardaşlarımı da tutub gətirdi. 
Mən zəncirdə idim. Mənə  hər gün cürbəcür  əzab və  əziyyətlər verirdilər. 
Keçmişdə rus qoşunu gəldiyi zaman, komendant yazıb məndən xahiş etmişdi ki, 
qoşun üçün azuqə göndərim. Mən də evlərdən yüz yük un cəm edib göndərmişdim. 
Şahzadə bunu da bir gün eşidib əmr etmişdi ki, Mirzənin gözünü çıxarın. O hökmə 
görə, məni yıxıb  əllərimi ağaca bağladılar. Bıçağı gözümün üzərinə qoydular ki, 
çıxartsınlar. Haman saat Mirzə Məhəmmədəli Mustovfi gəlib dedi: "Beş min əşrəfi 
ver, gözlərini çıxarmayım". Dedim: "Mənim hər nə dövlətim var, tamam siyahı 
edib zəbt etmişsiniz. İndi quru canımdan başqa bir şeyim yoxdur". 
O zaman Məhəmməd bəy adlı birini təyin etdilər ki, gedib bütün var-yoxumu 
gətirsin. O, yola düşdükdən sonra qardaşım Mustafa ağa bu xəbəri eşitmişdi. Əlinə 
düşən  şeylərimi götürüb qaçmışdı ki, bəlkə özünü Gürcüstana yetirsin. Süleyman 
bəy, çox atlı yığaraq (onun) dalısınca getmişdi. Gəncə yaylağında yetişib qardaşımı 
tutmuş,  əhli-əyalını  və dövlətini qaytarıb gətirmişdi. (Ona) çox əzab və  əziyyət 
verib ilxı, mal, qoyun və sair müxəlləfatımı tamam zəbt edib gətirdilər. Ailəm ac və 
çox çətinlik içində qalmış, qardaşlarımdan Məhəmməd ağa və  Əli ağa  Şəki 
vilayətinə qaçmışdılar. Mustafa ağaya isə çox əziyyət verdiklərindən yaralanmış və 
uşaqlarının yanında qalmış idi. Bizim xeyirxah dostlarımız, gecələr gizli olaraq 
uşaqlara çörək və yavanlıq verirlərmiş. Məni  əvvəl tutub zəncirlədikləri zaman 
sərdar Yermolova bir kağız yazdım. Məhəmmədəli və  Rəvas adlı adamlarıma beş 
tümən verib kağızı göndərdim. Onlar gedib Qazaxda qraf Simoniçin
1
 yanına 
çıxırlar. Qraf onlardan əhvalatı soruşur, bütün işləri və qalanın alınmadığını öyrənir və 
çox xoşhal olur. Onlara buyurur ki, siz gərək Tiflisə gedəsiniz. Məhəmmədəlini 
Tiflisə göndərib Rəvası öz yanında saxlayır. Məhəmmədəli gizlicə Tiflisə daxil olub, 
knyaz Madatovun evinə gedir. Madatov onu görüb bütün əhvalatı öyrənir. Çox 
şadlıqla Yermolova xəbər verir. Yermolov haman saat Madatovun evinə gəlir      
                                                 
1   Qraf Simoniç, podpolkovnik, Gürcüstan qrenader polku komandiri (AKAK, c VI, h. II, səh. 939). 
 
 
109 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə