AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə38/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

(ayparası) ilə işıqlandırdı
1
. Abbas Mirzənin qoşunu dağıldı. Özü isə çox xəcalətli bir 
halda Marağa hüdudunda vaxt keçirməkdə idi. 
Sərdar Paskeviç (artıq) Dehxarqana daxil olmuşdu. Abbas Mirzə hərçənd bir çox 
tədbirlər düşündü, lakin bundan başqa bir çarə taprnadı: bir neçə adamla sərdarın 
hüzuruna getdi. Sərdar da ona böyük izzət və hörmət göstərdi. Uzun müddət bir yerdə 
qaldılar. Sərhəd, barışıq və təzminat barəsində aralarında danışıq və müşavirələr 
oldu. Şah vaxtı uzatmaq məqsədilə bəzi təkliflərə razı olmadı. Axırda bunlar bir-birindən 
ayrıldılar. Sərdar Təbrizə daxil oldu. Abbas Mirzə də öz məmləkətinə getdi. Aralarında 
möhkəm bir əlaqə var idi. Sərdara da məlum idi ki, sülhün binasını yıxan ancaq şahdır. 
Bundan sonra sərdar vilayətlərə, özünün qalib və  sədaqətli qoşunlarına məktublar 
yazıb onları yığdı (digər tərəfdən də), səs saldı ki, mən Tehrana - paytaxt olan bu 
şəhəri fəth etməyə gedəcəyəm. Naibüssəltənə  də öz atasına məktub yazıb,  əhvalatı 
bildirdi. Məlum etdi ki, sərdar nagəhan bir bəla kimi üstünə gəlir. Axırda şah çarəsiz 
qalıb sülhə razı oldu. Türkmənçay adlı yerdə sülh oldu. Araz çayını iki uca dövlət 
arasında sərhəd təyin etdilər. (İran dövləti) yeddi kürur

dava xərci verməyə razı 
oldu. Bir neçə şərtnamə və əhdnamələr bağladılar. Dava xərci ödənincəyə qədər, 
Xoy vilayətini rəhn və girov saxladılar
3
. Təyin edilmiş dava xərci alındıqdan sonra, 
seyr və             
                                                 
1 Təbriz  əhalisi  şəhərin ahnmasında rus qoşunlarına kömək edirdi. Rus qoşun hissəsi komandanı knyaz Eristov, 
təbrizlilərin ruslara qarşı müqavimət göstərmədikləri və şəhəri müdafiə etmək istəmədikləri haqqında belə yazmışdır: "Şəhəri 
idarə etmək üçün göndərilmiş şahın birinci vəziri və kürəkəni olan Allahyar xan əhalini və orada olan iki batalyon sərbazı 
müdafiəyə  məcbur etmək məqsədilə bütün vasitələrə  əl atırdı. Nəhayət, camaata zülm etməyə başladı. O, xalqın burun-
qulağını kəsirdi, gözlərini çıxartdırırdı. Lakin onun bütün səyi boşa çıxdı. Rus qoşunları 1827-ci il oktyabrın 13-də döyüşsüz 
Təbriz şəhərinə girdi və çoxlu qənimət aldı, o cümlədən 40 müxtəlif top, mindən artıq tüfəng, on mindən artıq qumbara və 
çoxlu top gülləsi  ələ keçirdi. B a x: General Paskeviçin Mərənddən çara göndərdiyi 1827-ci il 16 oktyabr tarixli məktub 
(AKAK, c. VII, sənəd 526, səh. 568, 569).
2 Kürur - rus gümüş pulu hesabı ilə 2 milyon manata bərabərdir. 
3 Türkmənçay müahidəsində müəyyən edilmiş təzminatın ödənilməsini təmin etmək üçün Urmu və Xoy şəhərinin rus 
qoşunları  tərəfindən girov götürüldüyü haqqında qraf Paskeviçin Abbas Mirzəyə yazdığı 1827-ci il 16 aprel tarixli 17 
nömrəli məktubuna bax (AKAK, c. VII, sənəd 579, səh. 614). Yenə o barədə qraf Paskeviçin Abbas Mirzəyə yazdığı 1828-ci 
il 29 may tarixli 54 nömrəli məktubuna bax.
 
 
101 


səfa yeri olan Xoy vilayətini  İran dövləti mübaşirlərinə (məmurlarına) tapşırdılar. 
Uca nəsilli, şan-şərəf və iqtidar sahibi sərdar qoşununu götürüb, Darüssürura (Tiflisə) 
hərəkət etdi
1
. Bu zaman osmanlı dövləti tərəfindən dava başlandı
2
. Sərdar onlara qarşı 
tədarük görməklə məşğul oldu. 
Allah qoysa, bu Dağıstan hadisələri, əzəmətli və əbədi dövlət adamlarının arzu 
etdikləri kimi yazılıb qurtarar. Sonra osmanlı  əhvalatı  və hadisələri haqqında  ənbər 
qoxan qələmimin ahusu kağızın geniş sahəsində müşklər səpməyə başlayar və bu 
(mövzunu) ayrı bir cilddə müfəssəl surətdə qələmə alar...
3
SONUNCU FƏSİL 
ƏSƏRİN MÜƏLLİFİ KAPİTAN MİRZƏ ADIGÖZƏL BƏYİN 
TƏRCÜMEYİ-HALI 
Bu əsərin müəllifi - kapitan Mirzə Adıgözəl bəy bin Haqverdi bəy bin Adıgözəl 
ağa öz tərcümeyi-halını bu cür yazır: Qarabağda anadan olmuşam. Şuşa məktəbində 
oxuyurdum. Bu zaman Ağa Məhəmməd şah Şuşa qalasının üstünə gəlib mühasirəyə 
aldı
4
. El və camaat ilə köçüb Gürcüstan vilayətinə pənah apardıq. O zaman mərhum 
vali İrakli xan bizlərə hörmət etdi. San Kilsə adlı yerləri qışlaq və əkənəcək üçün 
bizlərə verdi. Azuqə və toxumla təmin etdi.                 
                                                 
1 Türkmənçay müahidəsi bağlanandan sonra general Paskeviç Tiflisə getdi. General Paskeviç 1828-ci ilin aprel ayında 
Tiflisdə idi. B a x: General Paskeviçin Abbas Mirzəyə yazdığı 1828-ci il 16 aprel tarixli 17 nömrəli məktub (AKAK, c. VII, 
sənəd 579, səh. 614). Rus qoşunları Xoy şəhərini 1828-ci ilin axırlarında tərk etdilər. 
2 Zaqafqaziya tərəfindən türklərə qarşı hərbi əməliyyat 1828-ci il iyun ayının
 
14-də başlandı. B a x: Qraf Paskeviçin 
Qars qalası düşərgəsindən çara yazdığı 1828-ci il 19 iyun tarixli raport (AKAK, c. VII, sənəd 753, səh. 748). 
3 Rusiya-Türkiyə müharibəsi 1829-cu il sentyabrın 2-də Adrianapolda bağlanmış traktatla qurtardı. Hərbi əməliyyatlar 
isə Zaqafqaziyada 1829-cu ilin oktyabr ayında kəsildi. B a x: Qraf Paskeviçin Tiflisdən çara yazdığı 1829-cu il 14 noyabr 
tarixli raport (AKAK, c. VII, sənəd 817, səh. 829), "Qarabağnamə"nin axırıncı  sətirlərindən məlum olur ki, əsər Rusiya-
Türkiyə (1828-1829) müharibəsi qurtarmamışdan qabaq yazılmışdır. 
4 Ağa Məhəmməd şah Şuşa qalasını 1795-ci ilin yayında mühasirə etmişdi. 
 
102 


O vaxt Ağa Məhəmməd  şah  Şuşanı ala bilmədi. O, Cavad xan və  Məlik 
Məcnunun məsləhət və vədlərinə etibar etdi. Tiflis üzərinə yeriməyi qərara aldı. Biz 
bunu bildikdə Sarı Kilsədən köçüb getdik, Tiflisin yuxarısında olan Qocor dağında 
gizlənmək fikrinə düşdük. Bu zaman xəbər çıxdı ki, Ağa Məhəmməd şah Alget çayı 
kənarında düşmüşdür. Qocorda tab gətirməyib yaylaq yolu ilə Kartilə yetişdik. 
Buradan Axalkalak kəndinə getdik. Gördük ki, əhali mal və heyvanlarını tamamilə 
yerbəyer qoyub özləri qaçmışlar. Adam tapıb ondan əhval tutduq. Dedi ki, şah keçən 
gün Tiflisi almışdır
1
. Bizlər də o saat köçüb, Kür çayı boyu ilə yuxarı qaçdıq. Gördük 
ki, Körpü şəhərində  də adam qalmayıbdır. Oradan Kartil kəndinə getdik. Gördük 
orada da abadanlıq yoxdur. Axırda bu yerlərdə durmağı  çətin hesab etdik. Qaçıb 
şamağacı meşəsinə girdik. Bir yol tutub getdik, hansı tərəfə getdiyimizi bilmirdik. Üç 
gün üç gecə, heç bir yerdə dayanmadan getdik. Dördüncü gün bir səhraya yetişdik. 
Gördük (burada) abadanlıq var. Xəbər aldıq, belə cavab verdilər ki, (bu yer) Axısxa 
torpağıdır. Orada durduq. Bu əsnada Qars və  Şoragil qoşunları  gəlib bizi qarət 
etdilər. Sonra Axısxa paşası  Şərif paşa bizləri kəndlərdə yerləşdirdi. O qışı orada 
qaldıq. Bir osmanlı mollasından osmanlıca yazıb-oxumağı öyrəndim. Yay fəslində 
oradan Gürcüstana köçdük. Məlik Əbu yanında Bolis adlı yerdə sakin olduq. Qarət 
edilib dağınıq düşən elimiz də bir-bir yığıldı, bir camaat oldu. Bu qayda ilə orada 
dolanmaqda ikən,  İrakli xan vəfat etdi
2
. Oğlu Gürgin (Georgi) xan Gürcüstan valisi 
oldu. O, böyük imperatordan
3
 kömək istəyib qoşun gətirtmişdi. Başçıları general-mayor 
Lazarev və ministr Kovalenski
4
 idi. Sonra vali başqa fikrə düşdü. Öz bacanağı  və 
eşikağası Aslan bəy Orbelianini sultanın qulluğuna göndərmək istədi. 
Ministr Kovalenski bunu başa düşüb valinin mirzələrinə etibar etmədi.  
Osmanlıca kağız oxuyan bir adam axtardı. Məni (ona) nişan       
 
 
                                                 
1
 
 Ağa Məhəmməd şahın qoşunları Tiflis şəhərini 1795-ci il sentyabrın 12-də aldılar. 

 
Padşah II İrakli 1798-ci il yanvarın 11-də ölmüşdür (Н.Дубровин. "Георгий XII последный царь Грузии и 
присоединение к Росии", səh. 1, II cap, SPb, 1897). 

 
I Pavel nəzərdə tutulur. 

 
Gürcüstan padşahı XII Georginin sarayına təyin olunmuş nazir Kovalenski 1799-cu il noyabrın 8-də Tiflisə gəldi. 
B a x: Statski sovetnik Kovalenskinin Tiflisdən; general-leytenant Krıorrinkə yazdığı 1799-cu il 2 dekabr tarixli məktub 
(AKAK, c. I,  sənəd 6, səh. 98). 
 
 
103 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə