AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə34/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

saldılar
1
. Kimsə nicat tapa bilmədi, heç kəsin qaçıb qurtarmağa macalı olmadı. 
Sonra, bu əsirləri götürüb Korunzora Hacı Ağalar bəyə qonaq getdilər. Oradan bir 
fəthnamə yazıb polkovnik Nazimkanı  və mayor Kovalenskini, sair zabitlər və  əsir 
edilən soldatlarla Fətəli  şahın hüzuruna göndərdilər. O zaman şah, qoşunu ilə 
birlikdə Ərdəbildə idi. Qarabağlı Mehdiqulu xan və sərdar Əmir xan Naxçıvandan 
yola düşüb gəldilər. Korunzorda şahzadəyə yetişdilər. Səhər vaxtı köçərək, Mehdiqulu 
xanı dağlıq yerlərdən, kürd obaları içindən yola saldılar. Şahzadə Çanaxçıda olan rus 
qoşununu məhv etmək üçün oraya getməyi qərara aldı. 
Araz kənarında qazaqlar öldürüldüyü zaman Mehdiqulu xanın Vərəndə 
mahalında sakin olan qardaşı Süleyman bəy, sair əqrəbası ilə dönüklük və xəyanət 
etdi. Bu zaman polk komandiri general Reutt cəld tərpənib qoşunu Qalaya (Şuşaya) 
daxil etdi
2

Zərgər, Darağoz və sair ətrafda olan Cavanşir elatı, ağruq
3
  gətirənlərə macal 
verməyib Ağoğlanı, qoşunun vəsait və ləvazimatını talan etdilər. O zaman mən də 
qoşun üçün azuqə göndərmişdim. Onlar azuqə aparanların yüklü ulaqlarını da çal-çap 
edib apardılar. 
Şahzadə oradan Gorus yolu ilə Çanaqçıya getmək fikrində idi. Bu əhvalatı eşidib 
Qalaya tərəf hərəkət etdi. Bir mənzil qalmış yürüşə başladı. Qalanın bir güllə 
mənzilliyinə, hətta barısı  və hasarı altına yetişmiş olduğu halda, yenə  məqsədinə 
çatmayıb geri qayıtdı; çünki polkovnik və komendantın möhkəm tədbirləri onu 
naümid edib, (geri) qayıtmağa məcbur etdi. Bir para ermənilər də  şuşa-kəndli Səfər 
yüzbaşını görürüb, Qalanın cənub tərəfində olan Xəzinə qayasında səngər qayırıb 
oturdular. (Şahzadənin  əsgərləri) onların səngərini almaqdan aciz qaldılar. Lakin 
şəhərdən başqa Qarabağ əhalisi, 
                                                 
1
 
Gorusdan  Şuşaya gedən Rusiya qoşunları  dəstəsinə vurulan zərbə haqqında
 
bax: Abbas Mirzə  tərəfindən 
göndərilmiş  və 1926-cı il 25 iyulda Təbrizdə elan
 
edilmiş  məlumat (AKAK, cild VI, h. II, sənəd 650, səh. 356-357). 
Müqayisə et:
 
N.Dubrovinin yuxanda göstərilən əsəri, c. VI, səh. 624. 

 
42-ci Yeger polkunun komandiri polkovnik Reutt doqquz rotadan ibarət olan Qarabağdakı polkunun beş rotası ilə 
Şuşa qalasında sığınaq etmişdi. Bu qala bir az sonra, 1826-cı il iyulun 25-dən başlayaraq İran qoşunlarının əsas qüvvələri 
tərəfindən mühasirəyə alınmışdı. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 30 iyul tarixli raport (AKAK, c. VI, 
h. II, sənəd 651, səh. 357). Müqayisə et: N.Dubrovinin yuxarıda göstərilən əsəri, c. VI, səh. 635. 

  
Ağruq - qoşunun çadır, azuqə və sair ləvazimatı deməkdir. 
 
92 


bütün bəylər, sultanlar və  məliklər xanın yanına və Naibüssəltənənin hüzuruna 
gedib, əmr və nəhyini yerinə yetirdilər
1
. Gözəl xələtlər aldılar və bollu nemətlərlə başı 
uca oldular. Qızılbaş və Qarabağ qoşunlarını götürüb şəhəri üzük qaşı kimi ortaya 
aldılar. Hər gün dava və müharibə (ilə  məşğul olub) bir saat müqavimət və 
çarpışmadan əl çəkmirdilər. Bu zaman rus qoşunu Talış vilayətindən çıxdığı üçün 
Talış xanları itaət boyunduruğunu öz boyunlarından atdılar
2
. Talış hakimi Mir Həsən 
xan öz qardaşlarını buraya, şahzadənin
3
 hüzuruna göndərmişdi.  Şirvanlı Mustafa 
xan da Şirvana getdi. Şirvan əhalisi onun hiyləsinə aldanıb itaətini qəbul etdi. Üsyan 
havası ilə dönüklük nağarasının səsini ucaltdılar
4
. Rus qoşunu ilə dəfələrlə müharibə 
etdi. Axırda ruslar Şirvan kəndlərində olan əsgər və  tərəfdarlarını toplayıb, Quba 
tərəfinə getdilər. Mustafa xan da müstəqil olaraq xanlıq taxtına təkyə etdi və köhnə 
Şamaxıda oturdu. Şəkidəki rus böyükləri də Şəkini boşaldıb Tiflisə getdilər
5
. Səlim 
xanın oğlu Hüseyn xan da gedib Şəkidə xanlıq taxtında müstəqil oldu. Zurnabadda 
olan qoşun gəncəlilərdən xahiş etdi ki, onlara izn versinlər Gəncədən keçib Tiflisə 
getsinlər. Gəncə əhalisi əhva-  
                                                 
1 Öz rahatlıqlarını xan hökmranlığının bərpası ilə  əlaqədar etmiş  bəylərin bir hissəsi  İran qoşunları  tərəfinə keçdi. 
İrana tərəf keçən bəylərin bu hissəsinə onlara bağlı olan nökərlər və maafların bir hissəsi də qoşulmuşdu. Kəndlilərin əsas 
kütləsi isə İran qoşunlarına düşmən idi. 
Yerli əhalinin Rusiya qoşunlarına olan xeyirxahlığını şişirtməyə heç də mail olmayan A.P.Yermolov general Paskeviçə 
göndərdiyi öz əmrlərinin birində qeyd etmişdir: Tatarlardan (azərbaycanlılardan - V.L.) bir çoxları ya xəyanətdə  iştirak 
etmirlər, ya da məcburi olaraq bu xəyanətə sövq edilirlər. Onların hamısı cidd-cəhdlə qulluq edəcəklər, yaxud heç olmasa 
ərzaq toplanışı  işində yardım göstərəcəklər". General Yermolovun general-adyutant Paskeviçə göndərdiyi 1826-cı il 4 
sentyabr tarixli məktub (AKAK, c. VI, h. II, sənəd 676, səh. 373). 
2 Talış xanı Talış xanlığında olan Kaspi dəniz batalyonu postları üzərinə hücum etmiş və onlara olduqca böyük tələfat 
vermişdi. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 30 iyul tarixli raport (AKAK, c. VI, h. II, sənəd 651, səh. 
357). 
3  Burada Abbas Mirzə nəzərdə tutulmuşdur. 
4 Mustafa xanın Şirvana girməsi haqqında bax: AKAK, c. VI, h. II, sənəd 651, səh. 357. Şirvanda Rusiya qoşunlarına 
qarşı olan üsyanda iştirak edənlər, öz rahatlıqlarını xanlar hökmranlığında görən ayrı-ayrı əhali qrupları idi. Kəndli kütlələri 
isə nə Mustafa xana və nə də onunla gələn İran qoşunlarına yardım edirdilər. 
5 Şəki rayonunda yerləşən iki rotanın geri qaytarılması haqqında b a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 
13 avqust tarixli məktub (AKAK, c. VI, h. II, sənəd 661,səh. 362). 
 
 
93 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə